Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


“elektron  kotteclər”  adlandırıla  bilən  yeni  struktura;  gələcəyin



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə34/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   30   31   32   33   34   35   36   37   ...   115

“elektron  kotteclər”  adlandırıla  bilən  yeni  struktura;  gələcəyin 
köklü  surətdə  dəyişdirilmiş  məktəb  və  birliklərinə  əsaslanan  yeni 
həyat tərzini”  öncül mövqelərə çıxarır70.
Çoxqütblük tərəfdarları  təkqütblü  qloballaşmanı  birmənalı  şə­
kildə  A B Ş-m  himayəsi  ilə yaradılan hakim yeni  dünya nizamı he­
sab  edirlər.  Bu tezis  1998-ci ildə  məxfilikdən çıxarılmış “Yeni əsr 
üçün  milli  təhlükəsizlik  strategiyası”  adlı  sənəddə  təsdiqini  tap­
mışdır.  Həmin  sənəddə  qəti  şəkildə  bildirilir  ki,  A B Ş  ölkədə 
iqtisadi yüksəlişi qoruyub saxlamaq üçün xarici ticarətini genişlən­
dirməlidir:  “Dünya  öz  tərəqqisi  naminə  bizim  ixracımız,  sərma­
yələrim iz v ə  ideyalarımız üçün açıq  olmalıdır ”71.
Çoxqütblük tərəfdarları təkqütblük layihəsinə alternativ olaraq, 
təkcə  “yeddilik”  ölkələri  ilə  deyil,  həm  də  bərabər  tərəfdaş  kimi 
Rusiya,  Çin, Hindistan,  İran və s.  Avrasiya dövlətləri ilə əməkdaş­
lıq tək lif edirlər.  Çünki  təkqütblük ideyası mənafelərin toqquşması 
və  beynəlxalq münasibətlərin Yalta-Potsdam sisteminin laxlatması 
təhlükəsi doğurur. Maraqların münaqişəsinin böyüyüb  sivilizasiya­
ların  qarşıdurmasına  çevrilməsinin  mümkünlüyü  reallıqdır  və  bu 
bütün  bəşəriyyət  üçün  fəlakətli  nəticələrə  gətirib  çıxaracaqdır. 
Qloballaşmanın ən qızğın məddahları iddia edirlər ki, hazırda dün­
ya son dərəcə qarşılıqlı asılılıq vəziyyətdədir v ə bu, qarşıdurmanın 
mümkünlüyünü  istisna  edir.  Lakin  reallıq  bunun  əksini  göstərir. 
Bunu amerikalıların özləri də etiraf edirlər.  M əsələn, tanınmış iqti­
sadçı,  Harvard  Universitetinin  Beynəlxalq  inkişaf mərkəzinin  di­
rektoru C.Saks yazır ki,  qloballaşmanın elə bir strategiyası  lazımdır 
ki,  o,  “dünya  bazarının  genişlənməsindən  planetin  böyük  hissəsi 
üçün m ənfəətə təminat versin”72.
Kütləvi  yoxsulluğun  artması  təkcə  inkişaf etməkdə  olan  ölkə­
lərin  sosial  vəziyyətinə  deyil,  qlobal  ekologiya  sahəsinə  də  mənfi 
təsir edir. Axı, yoxsulluq bir çox ölkələrdə tebietdeki tarazlığın po­
zulmasının  həm  səbəbi,  həm  də  nəticəsidir.  BMT-nin Ətraf mühit 
və  inkişaf  komissiyasının  məruzəsində  deyildiyi  kimi,  “kütləvi 
yoxsulluq  milyonlarla  insanı  torpağı  həddindən  artıq  istismar 
etməyə,  h ələ  yaxşı  ot  gəlm əm iş  çəmənlikləri  otarmağa,  kənd  tə­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
136
sərrüfatı  istehsalı  üçün  həyati  əhəm iyyəti  olan  “planetin  ağciyəri” 
sayılan,  lakin  sürətlə  yox  olan  tropik  cəngəllikləri  qırmağa  vadar 
edir”.
Ona görə də dünya miqyasında ekoloji fəlakətin qarşısını almaq 
üçün insan iradəsinin tam səfərbər edilməsi  və qloballaşma effekt­
lərinin tənzimlənməsi  imkanlarının dərk olunması zəruridir.
Kapitalın daha bərabər şəkildə bölüşdürülməsi üçün siyasi kon­
sensusun hazırlanması,  habelə  qlobal  ekoloji  fəlakətin  qarşısını  al­
maqdan  ötrü  lazımi  tədbirlərin  görülməsi  tələb  olunur.  Militarist 
inkişaf yolu seçərək, var-yoxunu kütləvi qırğın silahlan alınmasına 
və  ya  istehsalına  sərf edən  ölkələr,  atmosferi  zəhərləyən  və  ozon 
təbəqəsini  yırtan  karbon  qazının  çoxluğundan  yaranan  pamik  ef­
fekti...  Bütün bunlar  v ə  bir  çox  digər səbəblər  bəşəriyyət üçün  ən 
ciddi təhlükə doğurur v ə ola bilsin ki, sabah onun qarşısını almağın 
yolunu tapmaq mümkün olmayacaqdır.
İqtisadiyyatdan tutmuş, siyasətə qədər insan fəaliyyətinin bütün 
sahələrinin  ekoloji  etika  tələblərinə  tabe  edilməli  olması  barədə 
“yaşıllar”  partiyasının  bir  sıra  alimlərə,  ictimai  hərəkatlara  etdiyi 
çağırışlar cavabsız  qalır.  Humanizmin  mütləq  prinsipləri  təkcə  in­
sana v ə bəşər cəm iyyətinə  deyil,  həm  də təbiətlə,  insanın  təbiətlə 
qarşılıqlı münasibətinə de şamil edilməlidir.  Hətta tullantısız isteh­
salın,  alternativ  “qoruyucu  texnologiyaların”  yaradılması  da  b ə­
şəriyyəti  ekoloji  böhran  m əngənəsindən  hələlik  xilas  edə  bilmə­
mişdir.
Eyni  zamanda  unudulmamalıdır ki,  qloballaşma  təkcə  maliyyə 
bazarlarının  deyər  baxımından  neytral  surətdə  genişlənməsindən 
və  müsbət ümummədəni  dəyərlərin yayılmasından  ibarət  deyildir. 
İndi  dünyanın  hər  yerində  səm ərəli  inkişafa  düşmən  olan  insana- 
nifrət  ideologiyaları  vardır.  Bu  qəbil  ideologiyalardan  olan  faşizm 
və kommunizm de vaxtile qloballaşaraq dünya ağalığına iddia edir­
di.  Onların  tarixi  iflası  göz  qabağındadır.  Lakin  indi  biz  artıq  mil­
yonlarla  insanın şüuruna təsir edə bilmiş dini  ekstremizmlə, neofa- 
şizm lə,  terrorizmin  separatçı  çıxışlarla  çulğaşması  ilə  üzləşməli 
oluruq.  İdeoloji  təm əli  belə  olmayan  bu  cərəyan  və  hərəkatlar,
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
137


Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
-
 m əsələn,  “skinxedlər”  (qırxıqbaşlar) hərəkatı, -  çox vaxt gənclər 
arasına  fəal  surətdə  yeridilir.  Buna  görə  də  qloballaşma  prosesi 
milli  maraqlar və  milli  təhlükəsizlik  strategiyası  nəzərə  alınmaqla 
tənzimlənməlidir.
§ Qloballaşmanın məddahları və əleyhdarları
Elmi  müzakirələrin  əsas  mövzularından  olan  qloballaşma,  yu­
xarıda  deyildiyi  kimi,  qısa  müddət  ərzində  həm  qatı  tərəfdarlar, 
həm də barışmaz əleyhdarlar qazanmışdır.  Qloballaşmanın  ən  qız­
ğın  əleyhdarlan  diskussiya  və  disputlar  əvəzinə,  əsasən,  “Böyük 
yeddiliyin”  (hazırda  isə  “Böyük  səkkizliyin”)  görüşləri  v ə   inkişaf 
etmiş ölkələrin iqtisadi  forumları ərəfəsində, yaxud onlann keçiril­
diyi  vaxt  təşkil  edilən  küçə  yürüşlərinə,  mitinqlərə,  iğtişaşlara  və 
talanlara  üstünlük  verirlər.  Qloballaşma  əleyhdarlarının  çıxışları, 
inkişaf etməkdə  olan  ölkələrdə  iqtisadi  artımın  çox  ləng  getm əsi 
(yaxud olmaması), lider ölkələrlə autsayder ölkələrin inkişaf səv iy ­
yəsi arasındakı  fərqlərin getdikcə  artması qloballaşmanın problem­
ləri haqqında daha dərindən düşünməyə, bu prosesin bütün  obyek­
tiv və  subyektiv tərəflərini  aşkara çıxarmağa vadar edir.
Hazırda siyasi elmdə qloballaşma məddahlarının bir neçə m ək­
təbi yaranmışdır.  Onları, adətən, inqilabi dəyişikliklərin və təkamül 
yolu  ilə  dəyişikliklərin  tərəfdarlarına  ayırırlar.  Bu  məktəblərdən 
heç  birinə  daxil  olmayan,  lakin  kifayət  qədər  möhkəm  m övqeyə 
malik bədbinlər qrupu da vardır.
Bu məktəblərin hər biri qloballaşma proseslərini tam ciddiyyəti 
ilə  araşdırır  və  dünya  birliyinin  inkişafının  mahiyyəti  və  formala­
rına,  millətin və  dövlətin aradan qaldırılmasında qlobal bazarın ro­
luna, habelə iqtisadi və ekoloji problemlərin getdikcə aktuallaşması 
ilə  əlaqədar  dünyanın  bütün  regionlarının  artmaqda  olan  qarşılıqlı 
asılılığına dair baxışlarını  inandırıcı  dəlillərlə əsaslandırırlar.  Qeyd 
etmək  istərdik  ki,  qloballaşma  probleminə  birmənalı  şəkildə  tam 
müsbət və ya şəksiz mənfi  məna vermək üçün edilən bütün  cəhd­
138
I
lərə  baxmayaraq,  o,  şübhəsiz,  alimlərin  qərəzsiz  araşdırmalarının 
diqqət mərkəzində olmalıdır. Bu, həlli sadə olmayan problemdir və 
gələcək  inkişafın  bütün  ölkələr üçün  ideal  yox,  ağrısız  və  məqbul 
yollarının axtarılıb tapılmasını  tələb  edir.
İnqilabi  dəyişiklik  tərəfdarları  hesab  edirlər  ki,  bəşəriyyət  elə 
yeni dövrə qədəm qoyubdur ki,  orada “köhnə beynəlxalq sistemlər 
dağılır,  köhnə  şüarlar  inandırıcı  deyil,  köhnə  qərarlar  gərəksizdir. 
Dünya  iqtisadi,  kommunikativ  v ə  humanitar  səylər  baxımından 
qarşılıqlı  asılılıq  halına  gəlmişdir”73.  Bu  müəlliflər hamı  üçün  g ə ­
ləcək tərəqqinin, ümumi  əmin-amanlığın,  tab gətirib  sağ  qalmağın 
hamı üçün vahid qaydaları və yollarının, yaşayış səviyyəsinin yük­
səldilməsinin,  sosial  v ə  siyasi  sabitliyin  qorunub  saxlanılmasının, 
eləcə  də  qonşu  dövlətləri  özünə  tabe  etdirmək cəhdlərinin  zəiflə­
məsinin  mənbəyini  qloballaşmada görürlər.
“Qlobal  inqilabçılıq”  ideoloqlarının  fikrincə,  dəyişm əkdə  olan 
dünyada  milli  dövlətlərin  rolu,  labüd  olaraq  sürətlə  azalır  və  heçə 
enir.
Bunun nəticəsində milli hökumətlər ancaq transmilli korporasi­
yaların  qlobal  iqtisadiyyatı  ilə  regional  iqtisadiyyatlar  arasında 
vasitəçiyə çevrilirlər.  Qlobal  sivilizasiya yaranır,  istər siyasi qərar­
ların,  istərsə  də  insan  fəaliyyətinin  standartlaşması  baş  verir.  N əti­
cədə,  dünya  millət  və  dövlətin  tarixi  əhəmiyyətinin  qurtardığını 
etiraf edir.  Corc Sorosun xatırlatdığımız məqaləsində deyilir: “Qlo­
ballaşma  çox  böyük  nemətlər  gətirmişdir.  Dövlətin  iqtisadiyyata 
müdaxiləsi  heç  vaxt  çox  da  səmərəli  olmamışdır;  bundan  əlavə, 
dövlət  öz hakimiyyətindən  sui-istifadə etm əyə  meyillidir.  Qlobal­
laşma  insanlara  yenilik  v ə   sahibkarlıq  üçün  yeni  imkanlar  açmış, 
qlobal  iqtisadi  yüksəlişi  sürətləndirmişdir”74.
İnqilabi dəyişiklik tərəfdarları  qloballaşmanın beynəlxalq rəqa­
bəti kəskinləşdirməsi  faktını müsbət qiymətləndirirlər.  Onların fik­
rincə,  əvvəla,  rəqabət  v ə  bazarın  genişlənməsi  ixtisaslaşmanı  və 
beynəlxalq əmək bölgüsünü dərinləşdirir, bu isə,  təkcə milli səviy­
yədə  deyil,  həm  de  dünya  səviyyəsində  istehsalın  yüksəlişini  sti­
mullaşdırır.  İkincisi,  qloballaşmanın  daha  bir  üstünlüyü  istehsalat
__________
IIIfəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
139


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə