Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


miqyasında  qənaətdir ki,  bu  da potensial  olaraq,  xərclərin  azaldıl­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə35/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   31   32   33   34   35   36   37   38   ...   115

miqyasında  qənaətdir ki,  bu  da potensial  olaraq,  xərclərin  azaldıl­
masına  v ə   qiymətlərin  aşağı  düşməsinə,  beləliklə,  sabit  iqtisadi 
yüksəlişə  gətirib çıxara bilər.  Üçüncüsü,  qloballaşmanın üstünlük­
ləri  bütün  tərəfləri,  -   bunlar  ayrı-ayrı  şəxslər,  firmalar,  müxtəlif 
təşkilatlar,  hətta bütöv qitələr ola bilər, — qane edən qarşılıqlı fay­
daya əsaslanan ticarətin xeyiri ilə  də bağlıdır.  Dördüncüsü, ümum- 
dünya səviyyəsində  istehsalın  səmərələşdirilm əsi və qabaqcıl tex­
nologiyanın yayılması, həmçinin dünya miqyasında innovasiyalann 
fasiləsiz  tətbiqinin  xeyrinə  rəqabət  təzyiqinin  artması  nəticəsində 
qloballaşma  əm ək  məhsuldarlığının  yüksəlməsinə  gətirib  çıxara 
bilər.
Ümumən,  inqilabçılar,  hesab  edirlər  ki,  qloballaşmanın  üstün­
lükləri bütün tərəfdaşların vəziyyətini yaxşılaşdırmağa imkan verir, 
onlar  istehsalı,  əm ək  haqqının  səviyyəsini  artırmaq,  yaşayış  stan­
dartlarını yüksəltmək imkanı  əld ə  edirlər.  Qloballaşmanın  son nə­
ticəsi  dünyada  fıravanlığın ümumən yüksəldilməsi olmalıdır.
Təhlil  olunan yanaşmanın  tərəfdarları  hesab  edirlər ki,  qlobal­
laşma  meyillərinin  güclənməsi  millətlərarası  münaqişə  ehtimalını 
azaldır.  Halbuki  Amerika  tədqiqatçısı  M.Doyl  hesab  edir ki,  labüd 
qarşılıqlı asılılıq, onunla birlikdə isə müharibələri istisna edən libe­
ral  demokratiyanın  mütləq  hökmranlığı  ancaq  2 0 5 0 -2 100-cü  illər 
arasında başlanacaqdır75.
Təkamül  yolu  ile  dəyişikliklərin  tərəfdarları  problemə  daha 
rasional  şəkildə  yanaşaraq  hesab  edirlər  ki,  indiki  mərhələdə  qlo­
ballaşma  bəşəriyyətin  inkişafının  danılmaz  amili  olduğuna  görə, 
yeni  şəraiti  dərk etmək və qarşılıqlı asılılığı daha çox olan dünyaya 
keçmək üçün  dövlətlərə  uyğunlaşma  dövrü  lazımdır.  Eyni  zaman­
da, onlar hesab edirlər ki, dünyanın müasir quruluşu mükəmməl de­
yil  və  buna  görə  de  yeni  dünya  nizamını  təşkil  edəcək  və  müasir 
cəmiyyətlərin  inkişafının  mahiyyətini  müəyyənləşdirəcək  sosial 
v ə siyasi dəyişikliklər labüddür.  Qloballaşma cəmiyyətlərin  və iq­
tisadiyyatların təkamülü,  idarəetmə formalan və bütün dünya arxi- 
tektonikası üçün məsul  olan qüdrətli dəyişdirici  qüvvədir76.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
140
ı
______
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
Təkamül  məktəbinin  aparıcı  nəzəriyyəçilərindən  biri  olan 
C.Rozenau  ənənəvi  cəm iyyətdə  makroseviyyədə  dövlətin,  yerli 
səviyyədə  isə  lokal  icmaların uyğunlaşmalı olduğu yeni  siyasi,  iq­
tisadi və sosial məkan  yaradılması  lüzumundan danışır77.
Qloballaşmanın  məddahlarına  qayıdaraq  qeyd  edək  ki,  fikirlə- 
rindəki  fərqli  çalarlara  baxmayaraq,  onların  hamısı  başlıca  m əsə­
lədə  yekdil  olub  əmindirlər  ki,  hazırda  dünya  inkişafının  əsasını 
qloballaşma  təşkil  edir  və  bəşəriyyətin  gələcək  inkişafı  bu  və  ya 
digər şəkildə qloballaşma prosesləri  ilə bağlı  olacaqdır.
Yuxanda deyildiyi kimi, hər iki istiqamətin nümayəndələri qlo­
ballaşmanı getdikcə daha açıq,  inteqrasiya olunmuş, sərhədlər tanı­
mayan  dünya  iqtisadiyyatı  şəraitində  dünya  ticarəti  miqyasının  və 
digər beynəlxalq mübadilə proseslərinin misli görünməmiş şəkildə 
genişlənməsi  kimi  başa  düşürlər.  Beləliklə,  söhbət  təkcə  ənənəvi 
xarici  ticarətdən,  malların  və  xidmətlərin  mübadiləsindən  deyil, 
həm  də  valyuta  axınından,  kapitalın  hərəkətindən,  texnologiyalar, 
informasiya  və  ideyalar  mübadiləsindən,  insanların  yerdəyişm ə­
sindən gedir. Beynəlxalq maliyyə sövdələşmələrinin həcmi qlobal­
laşmanın  miqyasının  göstəricisi  ola  bilər -  bu,  təkcə  Nyu-Yorkun 
valyuta bazarında gündə  1,3  trilyon dollar, beynəlxalq qiymətli  ka­
ğızlar bazarında isə bundan  da çoxdur.
Qeyd  edilməlidir  ki,  son  illər  ərzində  qloballaşmanın  bir  sıra 
yeni  mənbələri meydana  gəlmişdir:
-   nəqliyyat  və  kommunikasiya  xərclərini  kəskin  surətdə  azal­
dan,  informasiyanın  işlənilm əsi,  saxlanması  və  ondan  istifadə 
məsrəflərini  xeyli  aşağı  salan  texnoloji  tərəqqi.  İnformasiya  xid­
məti  bilavasitə  elektronika  sahəsindəki  uğurlarla -  elektron poçtu­
nun,  internetin yaradılması  ile bağlıdır;
-   ticarətin  sərbəstləşdirilməsi  və  iqtisadi  sərbəstləşdirmənin 
digər formaları.
Bunlar  himayəçilik  siyasətini  məhdudlaşdırmış  və  dünya  tica­
rətini  daha  sərbəst  etmişdir.  N əticədə,  tariflər  əhəm iyyətli  dərə­
cədə  aşağı  salınmış,  malların  v ə  xidmətlərin  alğı-satqısındakı  bir 
çox  maneələr aradan qaldırılmışdır;
141


-  həm texnoloji tərəqqi, həm də yeni kommunikasiya vasitələri 
əsasında
idarəetmənin  daha  geniş  imkanlarının  yaranması  nəticəsində 
təşkilatların fəaliyyət dairəsinin genişlənməsi.  Ə vvəllər ancaq yer­
li  bazara  üz  tutan bir çox  şirkətlər istehsal  və  satış  imkanlarını ge­
nişləndirmiş,  milli  səviyyədən,  beynəlxalq,  hətta qlobal  səviyyəyə 
qalxmışlar.  Transmilli  firmalar kimi qitə,  yaxud dünya səviyyəsinə 
çıxmış qeyri-hökumət təşkilatlan qarşısında da geniş imkanlar açıl­
mışdır.  Hətta BMT, BVF, Dünya Bankı,  BTT kimi beynəlxalq təş­
kilatlar yeni qlobal rol oynamağa başlamışlar;
-  bazar iqtisadiyyatının və azad ticarət sisteminin qiymətləndi­
rilməsində
qlobal yekdil  fikrin yaranması.  Bunun  əsası  1978-ci  ildə Çində 
elan edilmiş  islahatla qoyulmuşdur.  Onun ardınca Mərkəzi və Şər­
qi  Avropa  ölkələrində  siyasi  və  iqtisadi  dəyişikliklər  baş  verdi, 
SSRİ  dağıldı.  Bu  proses  ideoloji  konvergensiyaya  gətirib  çıxardı 
-  Qərbin bazar iqtisadiyyatı və Şərqin  sosialist iqtisadiyyatı arasın­
da  ziddiyyətlər  barədə  yaxın  keçmişdəki  fikirlər,  praktik  olaraq, 
bazar təsərrüfatı  sisteminin  imkanlarına dair baxışların tam yekdil­
liyi  ilə əvəzləndi. Bu konvergensiyanın əsas nəticəsi keçmiş sosia­
list  ölkələrinin  bazar  iqtisadiyyatına  keçməyi  qərara  alması  oldu. 
Lakin belə keçid cəhdləri, -  xüsusilə keçmiş SSRİ-də, -  yalnız qis­
mən  baş  tutdu.  Yeni  müstəqil  dövlətlərin hökumətləri  öz  səylərini 
üç  əsas  iqtisadi  vəzifə  üzərində cəmləşdirdilər:
• 
makroiqtisadiyyatm  sabitləşdirilməsi,
•  
qiymətlərin  sərbəstləşdirilməsi,
•  
dövlət müəssisələrinin  özəlləşdirilməsi.
Lakin  bu  zaman  bazar  təsisatlarının  formalaşdırılmasının  əhə­
miyyəti,  rəqabət  üçün  şərait  yaradılmasının  zəruriliyi  lazımınca 
qiymətləndirilmir, müasir qarışıq iqtisadiyyatda dövlətin xüsusi ro­
luna məhəl qoyulmurdu;
-  mədəni  inkişafın xüsusiyyətləri.  Bu halda söhbet qloballaşdı- 
rılmış  “yekcins”  kütləvi  informasiya  vasitələri,  incəsənət,  kütləvi
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
142
mədəniyyət formalaşdırmaq  meylindən,  ingilis  dilindən  hər  yerdə 
ümumünsiyyət vasitəsi kimi  istifadə edilməsindən gedir.
Bunların hamısı birlikdə yeni minillikdə bəşəriyyətin formalaş­
maqda olan keyfiyyətcə yeni ideologiyasının əsasını təşkil etmişdir. 
Lakin  qloballaşma  proseslərinin  dünyanın  inkişafına  müsbət  təsi­
rinə dair tədqiqatların ön sıraya çıxması  ilə yanaşı, elmi ədəbiyyat­
da bədbin əhval-ruhiyyəli  müəlliflərin  də  əsərləri  nəzərəçarpacaq 
yer  tutur.  Skeptiklər  sırasında  C.Şults,  H.Kissincer,  C.Saks  və  bir 
çox  digər  nüfuzlu  m ütəxəssislərin  adları  vardır.  Təkcə  bu  faktın 
özü tədqiqatçıların həmin qrupunun irəli sürdüyü nəzəri müddəala­
rın sanbalı və aktuallığından xəbər verir.
Yuxanda  sitat  gətirdiyimiz  v ə   əvvəllər  Rusiyada  “şok  terapi­
yasının”  ideoloqu  olan,  indi  isə  bir  çox  həmkarları  ilə  birlikdə 
BVF-nin  və  Dünya  Bankının  repressiya  siyasətini  tənqid  edən, 
Cefffi  Saksm  fikrincə,  “bir  çox  ölkələr qloballaşmadan  açıq-aşkar 
xeyir  görmür,  tədricən  daha  da  geri  gedir,  ekstremal  yoxsulluq 
şəraitində qalır... M aliyyə yardımı, borcların silinməsi, xəstəliklər­
lə  mübarizə  vədlərinə  baxmayaraq,  zəngin  ölkələrin  nəzarətində 
olan BVF  də,  Dünya Bankı  da çox az iş  görmüşlər”78.
Kolumbiyada kofe istehsalçıları milli federasiyanın iqtisadi təd­
qiqatlar  üzrə  direktoru  Diyeqo  Pizano  da  eyni  fikirdədir:  “Verilən 
imkanlarından  səmərəli  istifadə  etm əyə  hazır  olan  ölkələr  qlobal­
laşmadan  böyük  fayda  götürə  bilər...  Qloballaşma  prosesinin  risk­
ləri,  əsasən,  iqtisadiyyatın  qeyri-sabitliyinin  güclənm əsi  və  qeyri- 
bərabər inkişafın dərinləşməsi  ile  bağlıdır”79.
Qloballaşmaya  tənqidi  yanaşan  tədqiqatçıların  mövqeyini  bir 
neçə  istiqamətdə qruplaşdırmaq  olar80.
Birinci istiqamət 
nümayəndələrinin baxışlarına görə, qloballaş­
ma proseslərinə baxmayaraq, güclü müasir dövlətlər onun həm lələ­
rinə  məruz qalan  milli  suverenliklərini  qoruyub  saxlaya biləcəklər. 
Onların  fikrincə,  dövlət iqtisadi,  siyasi proseslərə və təsisatlara nə­
zarət edən,  bunları tənzimləyən ali  qüvvədir,  ona görə de,  milli  su­
verenliyin  tam  itirilməsindən  danışmaq  əsassızdır.  Qloballaşmanın
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
143


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə