Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


İndiki  halda  aydındır  ki,  texnoloji  cəhətdən  daha  inkişaf etm iş



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə43/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   39   40   41   42   43   44   45   46   ...   115

İndiki  halda  aydındır  ki,  texnoloji  cəhətdən  daha  inkişaf etm iş 
ölkə az inkişaf etmiş qonşularının xammal ehtiyatlarının m ən im sə­
nilməsində  maraqlıdır.  B elə  ölkə  qonşu  ölkələrin  iqtisadiyyatına 
sərmayə  qoyur və beləliklə,  onların inkişafına müsbət təsir g ö s tə ­
rərək,  artıq  idarə  edilən  yox,  aparıcı  dövlət kimi  çıxış  edir.  Q onşu 
dövlətlərin  iqtisadiyyatına  sərmayə  qoyuluşunun  m əqsədəuyğun- 
luğu bir sıra səbəblərlə bağlıdır.  Ə w ə la , bu, həmin ölkələrin ö z lə ­
rinin  iqtisadi,  siyasi  və hərbi maraqlarının  irəlilədilməsi  deməkdir. 
İkincisi, qonşuların ucuz işçi qüvvəsindən istifadə etmək imkanıdır. 
Üçüncüsü, təbii ehtiyatlarını  sənaye  səviyyəsində emal  edə b ilm ə ­
yən  ölkənin  təbii  sərvətlərinə  yol  tapmaq  imkanıdır.  Dördüncüsü, 
bütövlükdə  regionun  iqtisadi  inkişafına  təkandır  ki,  bu  da  öz  n ö v ­
bəsində  siyasi  və  iqtisadi  qeyri-sabitlik  təhlükəsini  azaldır  v ə  
ümumi rifahın yüksəlişinə kömək göstərir.
Lakin Qərbin inkişaf səviyyəsin ə  çatmaq modelinin gerçəkləş- 
dirilməsinin bu konkret nümunəsini, əlbəttə, ümumi qanunauyğun­
luq  kimi  qəbul  etmək  olmaz.  Məlumdur  ki,  1997-1998-ci  illər 
Asiya böhranı  bu modelin kövrəkliyini üzə  çıxardı:  istehsalın yük­
sək  təmərküzləşməsi,  ixracdan  hədsiz  asılılıq,  yığım  səviyyəsinin 
çox  yüksək  olması,  iqtisadiyyatın  hədsiz  sermayəleşdirilməsi  v ə  
başlıcası  isə,  elmi-texniki  tərəqqinin  arxa  planda  olması  Cənub- 
Şərqi  Asiyanın  sabit  inkişafını  çətinləşdirir".
Bütün  digər nəzəriyyələr kimi  Qərbin  inkişaf səviyyəsinə  çat­
maq nəzəriyyəsinin də  hüdudları  var.  M əsələn,  Amerika tədqiqat­
çısı  D.Sayms  bu  barədə  olduqca  sərt  fikirdədir  və  hesab  edir  ki, 
müasir intellektual  m ənzərə  fonunda  müstəqil  inkişaf ideyası  köh­
nəlikdən  başqa  bir şey  deyildir100.  Bu fikirlə  istər-istəməz razılaş­
malı  olursan.  Axı,  transmilli  korporasiyaların  v ə  “demokratik  c ə - 
miyyətlər”in  m əngənəsində  sıxılan  dünya  göz  önündə  dəyişərək, 
qlobal  dünya  məkanını qlobal qarşıdurma məkanına çevrilir.
Qərbin inkişaf səviyyəsinə  çatmaqla bağlı hər bir strategiya  bu 
və  ya  digər ölkənin  nadir,  -   obyektiv  və  subyektiv,  -   imkanlarına 
əsaslanır.  Azərbaycanın milli modernləşməsinin daha konkret m ə-
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri
172
şələlərindən,  ilk  növbədə,  iqtisadi  inkişaf praktikasından  növbəti 
fəsildə bəhs olunacaqdır. İndi  isə, qeyd edək ki, milli tarixin m üəy­
yən  mərhələlərində  belə  inkişaf strategiyası  tamamilə  işləkdir  və 
deməli,  özünü doğruldur.
Qloballaşma  dövlətlərin  irimiqyaslı  qarşılıqlı  əlaqəsinin,  onla­
rın  qarşılıqlı  asılılığının  dərinləşməsinə  aparır.  Heç  bir  dövlət,  o 
cümlədən  də  Azərbaycan  təcrid  edilmiş  halda,  digər  dövlətlərlə 
qarşılıqlı əlaqə olmadan öz vəzifələrini həyata keçirə bilməz.  T əc­
ridolunma  bir  yana,  xarici  əlaqələrin  z ə if   inkişafı  ölkənin  milli 
mənafelərinə  ciddi  ziyan  vurur.  Şübhə  yoxdur ki,  qloballaşma  c ə ­
miyyət və dövlət həyatının bütün sahələrini  əhatə  edir.
Dünya  inkişafının  məcrasında  gedən  Azərbaycan  özünün  döv­
lət  prioritetlərini  milli  mənafeləri  baxımından  müəyyənləşdirir. 
Məhz  buna  görə  də  qloballaşma  dövründə  milli  inkişafın  strateji 
vəzifələrindən biri ölkənin Avropa ailəsinə sıx inteqrasiyası, Azər­
baycanın  Avropa  dövlətləri  ilə  qarşılıqlı  əlaqəsinin  sürətləndiril­
məsidir.
Azerbaycan  Prezidenti  İlham  Əliyev  2004-cü  il  aprelin  29-da 
Strasburqda  Avropa  Şurası  Parlament  Assambleyası  sessiyasının 
iclasında çıxışında demişdir:  “Bu  gün bizim  strateji  seçimimiz A v­
ropaya,  Avropa  ailəsinə,  strukturlarına  inteqrasiyadır.  Biz  bu  siya­
sətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbay­
can  Avropaya  xas  olan  bütün  standartlara,  bütün  ölçülərə  cavab 
versin.  Budur, bizim siyasətim iz və uzun müddətdir onu həyata ke­
çiririk.  Bu  gün  Azərbaycanda  baş  verənlər  bu  siyasətin  davamının 
nəticəsidir.  Biz Avropa  Şurasındakı  fəal üzvlüyümüzü davam  etdi­
ririk”101.
Regionların  və  qitələrin  qlobal  inteqrasiyası  müasir  beynəlxalq 
münasibətlərə  əhəm iyyətli  təsir  göstərir.  XX  əsrin  sonu  ümum- 
dünya  inteqrasiyasının  aktorları  olan  əsas  beynəlxalq  təşkilatları 
dəqiq  müəyyənləşdirmişdir.  Bununla yanaşı,  postindustrial  dövrdə 
səmərəli  inkişaf üçün həyata keçirilməli  olan konkret və öncül v ə ­
zifələr  meydana  gəlmişdir;  ayrıca  götürülmüş  dövlətləri  deyil,
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
173


bütöv regionları hərtərəfli inkişaf etdirmək məqsədi ilə regional in­
teqrasiya  proseslərini  təkmilləşdirmək  zərurəti  yaranmışdır.  İqti­
sadi  baxımdan  vahid  və  bütöv  regional  məkanlar  yaranması  üçün 
ilkin zəmin də  formalaşmışdır.
Qloballaşmadan danışarkən yekun olaraq deyə bilərik ki,  biz bu 
gün  ən  ümumi  şəkildə  nəticə  etibarilə  dünya  nizamını  dəyişdirən 
sosial,  iqtisadi,  siyasi,  mədəni  kommunikasiyalann  inkişafını  başa 
düşürük.  Yuxanda  qeyd  olunan  hallar  1993-cü  ilin  ortalanndan 
başlayaraq  özünün  sosial-iqtisadi  inkişafında  ciddi  sıçrayış  etmiş 
Azərbaycan  üçün  böyük  əhəm iyyətə  malikdir.  Burada  səm ərəli 
dövlət və  cəm iyyət quruculuğundan,  XXI  əsrin reallıqlarına  cavab 
verən,  dövlətin milli və  beynəlxalq mənafelərini təmin  edən xarici 
siyasət  konsepsiyasının  formalaşmasından  söhbət  gedir.  Azərbay­
canın xarici tərəfdaşları açıq etiraf edirlər ki, Heydər Əliyev dövlə­
tin  xarici  siyasət  konsepsiyasını  -   Azərbaycanın  Şərqlə  Qərbi, 
Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən konsep­
siyam  son dərəcə tarazlaşdırılmış  şəkildə quraraq, onu dünya inki­
şafının  qlobal  meyilləri  ilə  əlaqələndirmişdir.
Azərbaycan  öz  təbii  sərvətlərindən  bəhrələnərək  və  onların 
dünya bazarlarına çıxarılması  üsullarını  müəyyənləşdirərək,  regio­
nal  mərkəzlər  arasına  kompleks  qarşılıqlı  iqtisadi  əlaqələr  yara­
daraq,  dünya  qloballaşma  proseslərinə  qoşulmuşdur.  Enerjidaşıyı­
cılarının  dünya  bazarlarına  nəqli  layihəsinin,  o  cümlədən  “Əsrin 
müqavilesi”nin həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas  ixrac 
boru  kəmərinin  2002-ci  ilin  sentyabrından  başlanmış  tikintisi, 
Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri  layihəsinin  işlənib hazırlanması 
və bir çox digər layihələr qarşılıqlı regional iqtisadi əlaqələri sürət­
ləndirməyə  və  enerjidaşıyıcılarının dünya bazarlarına nəqli  vasitə­
lərini  təkmilləşdirməyə  imkan  verir  və  Azərbaycanın  inteqrasiya 
proseslərində  v ə  qlobal  iqtisadi  layihələrdə  fəal  iştirakını  sübut 
edən başlıca amillərdəndir.
Bu  proseslərdə  səriştəlilik  dövlətin  və  cəmiyyətin  modernləş­
məsinin  səviyyəsini  və  mümkünlüyünü  irəlicədən  müeyyənləşdi-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
174
rir. Başqa sözlə, İlham Ə liyevin dediyi kimi, “Azərbaycan üçün indi 
də, bir çox illər öncədən də iqtisadi və siyasi vəziyyət təbii ehtiyat­
ların işlənilməsi strategiyasından asılı olacaqdır... bu,  iqtisadi azad­
lıq və  iqtisadi  inkişaf imkanı  əld ə etmək yoludur” 102.
Regional  inteqrasiya proseslərində  fəal  iştirak  etmək Azərbay­
canın  hərtərəfli  inkişafının  əsas  amilidir.  Hazırkı  dövrdə  ölkəmiz 
bir neçə qlobal  layihənin təşkilatçısı və iştirakçısıdır ki, bunların da 
mahiyyəti  Azərbaycanın  beynəlxalq  aləm də  kommunikasiya  əh ə ­
miyyətini  artırmaqdan  ibarətdir.  Eyni  zamanda bu,  ölkə və  bütöv­
lükdə region üçün mühüm iqtisadi faydadır.  Azərbaycan xarici sər- 
mayəçilər və  maliyyə qurumları  ilə birlikdə  iqtisadi  layihələri  irəli 
sürərək  və  ya yaradaraq,  əslində,  bütün  Cənubi  Qafqaz məkanının 
inkişafını  qarşısına  m əqsəd  qoyur.  Çünki  regionun  iqtisadi  cəhət­
dən  modernləşməsi  burada  uzun  illərdən  bəri  mövcud  olan  etnik 
münaqişələrin həlli  üçün  əsas  ola bilər.
Azərbaycanın  Şərqlə Qərbi,  habelə Şimalla Cənubu birləşdirən 
əsas  nəqliyyat  dəhlizlərinin  yolu  üstündə  yerləşm əsi  qloballaşma 
prosesləri  baxımından  onun  təkcə  regional  deyil,  həm  də  beynəl­
xalq layihələrdə əhəm iyyətini xeyli artırır.  Heydər Əliyevin təşəb­
büsü ilə GUÖAM təşkilatının yaradılması  bir sıra dövlətlərin siyasi 
və  iqtisadi  mənafelərinin  birləşdirilməsi  yolunda  ilk  addım  ol­
muşdur.
Avropa  Birliyinin  dəstəyi  ilə  həyata  keçirilən  TRASEKA 
-  “Böyük  İpək  yolu”  proqramı  Azerbaycanın  bölgələrinin  iqtisadi 
dirçəlişinə zəmin yaratmışdır.  Bu layihə gerçəkleşdirilərkən yeni  iş 
yerlərinin,  istehsal komplekslərinin yaradılması, xidmət sahələrinin 
təkmilləşdirilməsi,  tikinti  işlərinin  və  şəhərsalmanın  sürətləndiril­
məsi  və  modernləşdirilməsi  inteqrasiya  layihələrinin  iqtisadi  sə ­
mərəliliyinin ən yaxşı göstəricisidir.  Bu layihə Azerbaycanı, bir tə­
rəfdən Qərblə,  digər tərəfdən  Şərqlə bağlamışdır.
Tarixi ənənələri dirçeltmekle və keçmişdə unudulmuş kommu­
nikasiya  layihələrinə  qayıtmaqla  ölkə  rəhbərliyi  güclü  dövlət  və 
demokratik  cəmiyyət,  sabitlik  v ə  gələcək  nəsillərin  perspektiv  in­
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
175


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə