Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


də  alman  iqtisadçısı  Fridrix  List  (1789-1846)  təsvir  etmişdir.  0



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə39/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   35   36   37   38   39   40   41   42   ...   115

də  alman  iqtisadçısı  Fridrix  List  (1789-1846)  təsvir  etmişdir.  0 , 
əsərlərində  göstərmişdir  ki,  çoxdan  bazar  iqtisadiyyatı  və  libera­
lizm yolu ilə gedən ölkələr ona görə həm işə qazanırlar ki, eyni mo­
del başqa təsərrüfat modellərindən istifadə edən ölkələrə qəbul et­
dirilir.  Görünür,  “azad  ticarətin  bərabər”  şərtləri,  əslində,  inkişaf 
etmiş bazar ölkələrinin daha da zənginləşm əsinə, bazar yoluna ye­
nicə  qədəm  qoymuş  ölkələrin  isə  yoxsullaşmasma  səbəb  olur.  Bu 
halda,  zənginlər daha da zənginləşir,  yoxsullar isə daha da yoxsul- 
laşır.  List  göstərir ki,  beləliklə,  ənənəvi  liberal  ölkələrin  (ilk növ­
bədə,  anql-sakslann)  öz  modelini  qalan  ölkələrə  qəbul  etdirməsi 
son  dərəcə  xeyirlidir,  çünki  bu  halda  onların  böyük  iqtisadi  və 
siyasi  fayda götürməsi  təmin olunur.
Bəs, bu halda, obyektiv şərait üzündən səmərəli inkişaf edən və 
təcavüzkar  liberal rəqibləri  ilə  toqquşan  qeyri-liberal  ölkələr necə 
olsun?  Bu  problem  XIX  əsrdə  Almaniyanın  da  qarşısında  kəskin 
şəkildə  dururdu  və  onu  məhz  Fridrix  List  həll  etməli  oldu.  Prob­
lem ə “qərbləşməsiz m odem ləşm ə”nin analoqu olan  “böyük ərazi­
lərin avtarkiyaları”  nəzəriyyəsi  ilə  cavab  verildi.
“Böyük  ərazilərin  avtarkiyaları”  konsepsiyası nəzərdə  tutur ki, 
bazar dövlətləri ilə sərt rəqabət şəraitinə salınmış qeyri-bazar döv­
lətləri  qismən  liberal  sistemlərin  nailiyyətlərini  təkrar  edən,  lakin 
“gömrük  ittifaqının”  ciddi  məhdudiyyətləri  çərçivəsində  muxtar 
inkişaf modeli  yaratmalıdır.  Bu  halda  azad  ticarət  iqtisadi  inkişaf 
dinamikasını  təcili  surətdə  yüksəltmək  üçün  özünün  sosial-siyasi 
və  təsərrüfat-inzibati  səylərini  birləşdirən  dövlətlərin  strateji  blo­
kunun çərçivəsi  ilə məhdudlaşır.  Daha inkişaf etmiş liberal  dövlət­
lərə  münasibətdə  isə  sərt  himayədarlıq  prinsiplərinə  əsaslanan 
möhkəm  gömrük  maneələri  qoyulur.  Beləliklə,  bir  tərəfdən,  ən 
yeni  iqtisadi  texnologiyaların  tətbiq  sahəsi  maksimum  genişlənir, 
digər  tərəfdən  isə,  siyasi  və  təsərrüfat  suverenliyi  ardıcıl  surətdə 
dəstəklənir.
Qeyd  edək  ki,  “qərbləşməsiz  modernləşmə”  düsturu  müəyyən 
mənada  qloballaşma  nəzəriyyəçilərinə  müqavimətin  konseptual
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
156
________________
III fəsil.  Qloballaşma dövründə dövlət va cəmiyyət
əsasını təşkil edir. Bu nəzəriyyəçilərin bir qismi hesab edir ki, dün­
ya ictimai fikrinə dual sxem aşılanması vacibdir: bir tərəfdə islahat­
çılar, dəyişiklik tərəfdarları, digər tərəfdə isə mühafizəkarlar, köh­
nəliyə  inadkarcasına  sədaqətli  olanlar.  Sxem  işlədikcə,  islahatçı 
qərbçilər sanballı  ictimai  dəstək alacaqlar.
Lakin  sxemə  üçüncü  ünsür  daxil  ediləndə  mənzərə  xeyli  ma­
raqlı  olur.  Qarşıdurmaları  gec  v ə  ya  tez  həmişə,  guya  gələcəyi 
təcəssüm  etdirən  “islahatçılar” ın  qələbəsi  ilə  nəticələnəcək  “m o- 
dem ist-qərbçilər”  v ə   “antim odem ist-antiqərbçilər”lə  yanaşı, 
“antiqərbçi  modemistlər” ,  yaxud  “mühafizəkar  inqilabçılar”  da 
meydana çıxırlar.
Öz  iqtisadi  platforması,  ideoloji  təminatı,  mədəni  bazisi  olan 
müstəqil  qüvvə  kimi  “üçüncü  ünsür”ün  meydana  çıxması  bayağı, 
mənasız  siyasi  qarşıdurmanın  nisbətini  pozur.  “M odemist-qərbçi- 
lər”  dərin  islahatlar,  təsərrüfat  modelində  əhəmiyyətli  dəyişiklik­
lər,  elitanın  dövlət  idarəetməsinin  mühüm  sahələrinə  real  şəkildə 
rotasiyası,  həyatın bütün sahələrinin irimiqyaslı modernləşməsi  tə­
rəfdarıdırlar.  Lakin  bu  zaman  onlar  dövlət  suverenliyinin,  iqtisadi 
ve  mədəni  müstəqilliyin  tam  qorunub  saxlanmasını,  milli  köklərə 
sədaqəti, milli eyniyyətin dəstəklənməsini mütləq ve sarsılmaz şərt 
hesab  edirlər.  Modernləşmə  də,  suverenlik  de  heç  bir  halda  imtina 
edilməsi  mümkün olmayan  şəksiz  imperativlərdir.
Şübhəsiz  ki,  mədəni  inqilab  transformasiya  dövrünü  yaşayan 
cəmiyyətin  inkişafının  zəruri  tarixi  atributudur.  Şərq  ölkələrinin 
əksəriyyəti  milli  “M en”in  təşəkkülü  ve  möhkəmlənməsinin  bu 
mərhələsini  keçmişdir.  Yaponiyada  Meydzi  inqilabı,  Türkiyədə 
Mustafa Kamal Atatürkün mədəni  inqilabı bu Şərq cəmiyyətlərinin 
modernləşməsinə ve  tərəqqisinə  kömək  etmişdir.
Lakin  qərbleşme  ve  onu  müşayiət  edən  mədəni  inqilab  yeni 
dəyərlərin sahibləri  üçün heç də həm işə uğurlu olmamışdır.  Bu za­
man milli suverenliyin məhdudlaşması və sərhədlərin aradan qaldı­
rılması  baş  verir  ki,  bu  da  qerbləşme  meyillərinin  təsirinə  məruz 
qalan  tradisionalist  v e  modemist  qrupların  mənafelərinin  toqquş­
masına gətirib çıxarır.  Bu halda müqavimət son dərəcə  sərt olur və
157


yeni  səm ərəli  mədəni  inqilabın  mümkünlüyü  heçə  enir.  İranda 
1979-cu  il  inqilabı  tradisionalistlərin  və  modemistlərin  m əh z  bu 
cür  toqquşması nəticəsində  baş  vermişdir.  Dövlətin  v ə   cəm iyyətin 
g ələcəyi ənənə ilə qərbləşmə arasındakı qarşıdurmadan sonra d ö v ­
lətin hansı yolu seçəcəyindən asılıdır.
Tarixə  nəzər  salsaq  görərik  ki,  inteqrasiya  etmək  v ə   dem əli, 
Yer  məkanının  bu  və  ya  digər  hissələrini  assimilyasiya  etm ək 
cəhdləri  ilə   bağlı proseslər heç  vaxt  səngiməmişdir.  Ola  bilsin,  bu 
proseslər daha sürətlə, yaxud da ləng getmişdir. Lakin prosesin özü, 
əslində, həm işə mövcud olmuşdur. Hətta müharibələrə, m ünaqişə­
lərə və dini ziddiyyətlərə baxmayaraq, bəşəriyyət həm işə daha çox 
qarşılıqlı asılılığa,  daha çox  inteqrasiyalı  olmağa çalışmışdır.
M əsələn, makedoniyalı İskəndərin Şərq yürüşləri yunan v ə  q ə ­
dim  Şərq  tarixinin  ellinizm  mərhələsinin  başlanğıcını  qoymuşdur. 
Ellinizmi  o  dövrdə  eramızdan  əvvəl  mövcud  olan  məlum  coğrafi 
anlayışlar  çərçivəsində,  bir  növ,  dünya  inteqrasiyası  hesab  etmək 
olar.  Makedoniyalı  İskəndərin yürüşləri  çox  vaxt dağıdıcı  xarakter 
daşısa da,  bütövlükdə, yeni  sosial münasibətlərin yeni  formalarının 
yaranmasına,  yeni  şəhərlərin  salınmasına,  o  vaxtkı  dünyanın  coğ­
rafi hüdudlarının genişlənm əsinə,  iqtisadiyyatın və ticarət əlaq ələ­
rinin  inkişafına kömək etmişdir.
Ellinizm oykumeninin ərazi  çərçivələrinin genişlənməsi öz ifa­
dəsini  ticarətin  və  əm təə-pul  münasibətlərinin  sürətli  inkişafında 
tapırdı.  Köhnə  ticarət  yolları  bərpa  edilmiş,  Nil  çayından,  Qırmızı 
dənizdən, Babülməndəb boğazından və Ərəbistan dənizindən keç­
m əklə İskənderiyyeden Hindistana gedən yol kimi yeni yollar açıl­
mışdı.  Şəhərsalma  intensivləşirdi.  Yunan  tipli  170-den  çox  iri  və 
kiçik  şəhər  salınmışdı.  Ə nənəvi  suveren  yunan  polisi  tipini  əvəz 
edən  yeni  dövlət quruluşu  forması  meydana gəlmişdi.  M ədəniyyət 
tərəqqi etm əyə başlamış, əhalinin yerdəyişməsi və qaynayıb-qanş- 
ması  güclənmiş,  dünyagörüşü  zənginləşmiş,  insanların  yaradıcılıq 
həvəsi yüksəlmişdi.
Lakin  eyni  zamanda,  ellinizm  heç  də  hər  yerdə  müsbət  amil 
kimi  qəbul  edilmirdi,  heç  də  bütün  ölkələr  bu  cür  inteqrasiya  ilə
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
158
razı  deyildi.  Odur  ki,  müqavimət  baş  verir,  qarşıdurma  yaranır  və 
bunlar itaət və müdaxilə  əleyhinə  silahlı  çıxışlara çevrilirdi.
Ellinizmlə  qarşıdurma  dövründə  yəhudi  tarixi  iki  siyasi  qrup­
laşma yaratmışdı.  Makkaveylər dövründə  (e.ə.  I əsrin  ikinci yarısı) 
yaranmışdı  və Roma hökmranlığının  bütün  qəti  əleyhdarlarını  bir­
ləşdirən  birinci  qruplaşma  zelotlar  adlanırdı.  İrodçular  adlanan 
ikinci  qruplaşma  çar  Böyük  İrodu  dəstəkləyən  qüvvələri  təmsil 
edirdi.  Mübarizə  yolları  və  metodları  bir-birinə  son  dərəcə  zidd 
olsa  da,  onlan  bir  şey  -   ellinizm ə  qarşı  mübarizə  səyləri  birləş­
dirirdi.
Fələstində  əvv əlcə  yunanların,  sonra  isə  romalıların  ağalığına 
qarşı azadlıq müharibəsinin  iştirakçıları  olan  zelotlar ellinizmə sərt 
müqavimət göstərməyə üstünlük verirdilər.  Ellinizmin təzyiqi güc­
ləndikcə,  zelotlar  daha  sıx  birləşir  v ə  özlərinə  qapanırdı.  Onlar  öz 
mübarizələrində dinlərinin paklığını qoruyub saxlamaq, bununla da 
ilahinin mərhəmətini qazanmaq ümidində idilər.  Daha inkişaf etmiş 
və  irəli  getmiş  sivilizasiya  qarşısında  tab  gətirə  bilməyəceklərini 
anlayan  zelotlar başlarını  quma  soxmuş  dəvequşuna,  yaxud  qınına 
çəkilmiş  tısbağaya bənzəyirdilər.  Zelotlar topların  və  odlu  silahla­
rın  qarşısına  nizə  v ə  xəncərlə  çıxan  döyüşçüləri  xatırladırdılar. 
Onlar  öz  vəziyyətinin  ümidsizliyini  başa  düşsələr  də,  heç  neyə 
baxmayaraq, ənənələrə,  öz tarixinə sadiq olaraq qalır və o dünyada 
layiqli  haqlarını  alacaqlarına ümid bəsləyirlər.
Eyni  vəziyyət  XIX  əsrin  sonlarında  modernləşən  Yaponiyanın 
da tarixində  müşahidə olunur.  Samuraylar və  yapon əyanlarının bir 
hissəsi  modernləşmədə  v ə  qərbləşm edə  öz  milli  “M en”ləri  üçün 
təhlükə görür və yapon modemistlerinin ölkəni və həyat tərzini də­
yişdirmək  strategiyasına  m üqavim ət  göstərirdilər.  İmperator, 
samuray  qılıncı  və  Busido  ruhu  onlar üçün  öncül  dəyərlər idi.  On­
ların  fikrincə,  modernləşmə  bu  deyərləri  alt-üst edə bilərdi.
Yuxanda qeyd etdiyimiz kimi, çar Böyük İroda sadiq olan qrup­
laşma  irodçular  adlanırdı.  İrodçuların  ellinizmlə  müharibə  proble­
minə  münasibəti  belə  idi  ki,  onlar  ə w ə la ,  düşmənin  üstünlüyünü 
və məğlubedilməzliyini  etiraf edir,  ikincisi,  gələcək  inkişaf prose­
_______________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
159


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə