Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


və  islamın  rolunun  və  əhəmiyyətinin  güclənməsinə  səbəb  olm uş­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə47/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   43   44   45   46   47   48   49   50   ...   115

və  islamın  rolunun  və  əhəmiyyətinin  güclənməsinə  səbəb  olm uş­
dur:  II Vatikan M əclisi, -  onun çağırılması barədə ideya  1 9 5 9 -cu  il 
iyulun  3-də  XXIII  İohann  tərəfindən  rəsmən  elan  olunmuşdu,
-  katolik kilsəsinin yeni  xəttini  daha m üfəssəl  və hərtərəfli  işləyib 
hazırlamalı idi.  1970-1980-ci illərdə “islamın canlanması” baş ver­
di  və  müsəlmanlıq Avropa v ə Amerika ölkələrində intensiv  yayıl­
mağa  başladı.  Eyni  zamanda,  islam  və  xristian  ilahiyyatçıları  ara­
sında dialoqun konkret oriyentirləri  meydana gəldi.
Qitələrin  qarşılıqlı  asılılığının  artdığı  indiki  dövrdə  din  m illi 
dövlətdə  yeni  əlamətlər  kəsb  etm əyə  başlamışdır.  Eyni  zamanda, 
üçüncü  demokratik  dalğa  da  kommunizmlə  mübarizədə,  e lə c ə   də 
millətçiliklə şiddətli toqquşmada dindən istifadə edir. Din təm silçi­
ləri,  ayrı-ayrı  dini  qruplar  xristian  ölkələrində  avtoritar  rejimlərə 
müqavimət  göstərilməsində  əsas  rol  oynamışlar.  M əscidlərdə  bir­
ləşən üləmalar və  islamçılar da müsəlman  ölkələrində  eyni  m üxa­
lifət  rolu  oynamışlar.  Misallar  kifayət  qədər  çoxdur.  Polşada 
kommunist  rejimi  ilə  mübarizədə  Papa  başlıca  fiqur  idi,  ayətüllah 
Xomeyni  isə  İranda  şahlıq  rejimini  devirmişdir,  1986- 1987-ci 
illərdə  kardinal  Kim,  katolik  liderləri  və  baş  protestant  təşkilatı
-   Milli  Kilsə  Şurası  Cənubi  Koreyada müxalifətin prezidentin  bir­
başa seçkisi  uğranda mübarizəsini  dəstəklədilər.
Müasir  demokratik  cəmiyyətdə  dini  etiqad  azadlığı  hər bir  v ə ­
təndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib hissəsidir. Yara­
danın  qüdrətinə  inam  insanın  m ənəvi-əxlaqi,  psixoloji  ovqatını 
şərtləndirir,  dünyagörüşünü  kamilləşdirir,  təfəkkür  tərzini  və  for­
masını  tənzimləyir.  Azərbaycan  1000  ildən çoxdur ki, əsasən,  mü­
səlman  əhalili  dövlətdir.  Buna  baxmayaraq,  Azerbaycanın  tarixi 
təkcə  islam tarixi  deyildir.  Odlar yurdu  Zərdüştiliyin  vətənidir,  bi­
rinci  minilliyin  əvvəllərində  onun  ərazisində  xristian  dövlətləri 
mövcud  olmuşdur.  Müasir  Azərbaycanda  isə  üç  dünya  dininin  nü­
mayəndələri  -   müsəlmanlar,  xristianlar  və  iudaistler  dözümlülük 
şəraitində yaşayırlar.
SSRİ-nin  dağılmasının  gətirdiyi  ideoloji  plüralizm  respublika 
vətəndaşlarının  öz  dini  hisslərini  tam  gerçəkləşdirməsinə  zəmin
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
188
yaratmışdır.  Bununla yanaşı,  keçmiş  kommunist  hakimiyyəti  illəri 
Azərbaycan xalqını “elmi ateizmin”  düzgünlüyünə  inandıra bilm ə­
mişdi. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda birdən-birə 
fikir və etiqad azadlığının hiss  olunması məscidlərin, mədrəsələrin 
və  ilahiyyat  fakültələrinin  sayının  sürətlə  artmasına  gətirib  çıxar­
mışdır.  Dini  etiqadı  ilə  heç  vaxt  fərqlənməyən,  orta  məktəblərin, 
kitabxanaların,  poliklinikaların,  xəstəxanaların,  sosial  təyinatlı  di­
gər  obyektlərin  fəaliyyəti  üçün  normal  şəraiti  olmayan bölgələrdə 
“mesenatların”  köm əyi  ilə  məscidlər  yağışdan  sonra  çıxan  göbə­
ləklər kimi  artmağa başladı.
Faktlara müraciət  edək.  Sovet dövründə  Azərbaycanda rəsmən 
17  məscid  fəaliyyət  göstərirdi.  Müstəqillik  illərində  onların  sayı 
1300-ə çatmışdır.  1990-2000-ci illərdə  xarici dövlətlərin (Küveyt, 
Səudiyyə Ərəbistanı,  Türkiyə,  İran və s.)  m üxtəlif strukturları  böl­
gələrdə  150  məscid  tikmişlər.  Hazırda,  əslində,  hər  iri  kənddə  bir 
məscid  vardır.  Bir  sıra  iri  rayon  mərkəzlərində  5-6   məscid  inşa 
edilmişdir.  Bakı  şəhərində  və  ona  bitişik  Abşeron  rayonunda  qey­
diyyatdan keçmiş  50  məscid  fəaliyyət göstərir.
Əlbəttə, kollektiv  dini  ayinlərin keçirilməsi  üçün  ibadətxanalar 
lazımdır.  Biz bunu  şübhə altına almırıq.  Lakin tamamilə qanunauy­
ğun  bir  sual  doğur:  bölgələrdə  istehsal  obyektlərinin,  təhsilin,  s ə ­
hiyyənin  inkişafına  yönəldilm iş  mühüm  sosial  v ə  humanitar  layi­
hələrin  həyata keçirilməsinə  böyük  ehtiyac  olduğu halda,  bu  və  ya 
digər  dinə  sədaqət  hisslərinin  belə  ifadəsi  nə  dərəcədə  aktualdır? 
İslam  dəyərlərinin  Azərbaycan  ictimai  həyatına  qayıdışını  təcəs­
süm  etdirən  məscidlərin  v ə  diger  obyektlərin  belə  tələm -tələsik 
inşası,  sadəcə olaraq, dəbdə olan mömin sayılmaq əlaməti deyilmi? 
Yoxsa  bu,  milli  eyniyyəti  vurğulamaq,  islam  sivilizasiyasına  m ən­
subiyyəti  gözə çarpdırmaq  cəhdidir?
Bizim  fıkrimizce,  m əsələnin  mahiyyəti  başqa  müstəvidədir. 
SSRİ  dağıldıqdan  sonra  Azərbaycan  vətəndaşlarının  təhsil  sahəsi 
kimi, dini baxışlar sahəsi də iri dövlətlərin dini modellərinin təzyiqi 
altında  olmuşdur.  Demokratikləşmə  eyforiyası  bir  tərəfdən,  dini
______
III fəsil.  Qloballaşma  dövründə dövlət və cəmiyyət
189


etiqad  azadlığına  gətirib  çıxarmış,  digər tərəfdən  isə  ölkənin  m illi 
təhlükəsizliyinə qorxu yaratmışdır.  Təriqətçilik cərəyanlarının sayı 
artmağa  başlamış,  Azərbaycanda  din  yeni  Avropa  (xristian),  İran, 
Türkiyə,  ərəb dini modellərinə, ya da “liberal  islam” modelinə y ö ­
nəlmənin təcrübə obyektinə  çevrilmişdi.
Siyasi  partiya  bayrağı  altında  radikal  islam  qruplarını  birləşdir­
məyə  cəhdlər  göstərilir.  Həmin  modellərin  hər  biri  transformasiya 
dövrü yaşayan Azərbaycanın milli reallıqlarında müstəsnalıq iddiasın­
da  idilər.  Bu  sahədə  milli  inkişaf strategiyasını  düşünülmüş  şəkildə 
müəyyənləşdirmək  və  Azərbaycanda  dinin  yerini  və  rolunu  inamla 
səciyyələndirmək üçün on ilə yaxın vaxt lazım olmuşdur. Azərbayca­
nın dünyəvi idarəetmə  formasına malik demokratik dövlət olduğu bu 
gün heç kəs də şübhə doğurmur. Bu, müsəlman və eyni zamanda, n ə- 
zəreçarpacaq Avropa aksenti olan çoxkonfessiyalı ölkədir.
Lakin  buna  baxmayaraq,  yeni  təfəkkürün  formalaşması  prose­
sinə kömək edən bir sıra digər amillər Azərbaycan vətəndaşlarının 
şüurunu,  çoxsaylı  dini  sistemlərin,  daha  çox  isə  yalançı  təriqət 
ideologiyalarının sınaq meydanına çevirmişdir.  Sosioloqların tədqi­
qatları  göstərmişdir  ki,  bədnam  “Aum  Senrike”  də  daxil  olmaqla, 
heç bir dini  təriqət birliyi  Azərbaycandan yan ötməmişdir.
Postkommunist  Azərbaycanında  xristianlığın  protestant  yö - 
nümlü  m üxtəlif təriqətçi  missioner  təşkilatları  daha  fəal  işləm əyə 
başladılar.  1991-ci  ildən  sonra  qısa  müddətdə  onlar ölkənin  müx­
təlif bölgələrində  20-dən  çox  dayaq  məntəqəsi  yaradaraq,  müxtə­
lif məlumatlara görə,  üç  mindən  beş  minədək  etnik azərbaycanlını 
sekta  üzvlüyünə  cəlb  etmişlər.  Respublikanın  yerli  əhalisini  xris­
tianlaşdırmaq  məqsədi  ilə  xeyli  maliyyə vəsaiti xərclənmiş,  onlar­
ca adda xüsusi  ədəbiyyat buraxılmış,  onlarca seminarlar keçirilmiş, 
təriqətlərin  ən  perspektivli  və  sadiq  ardıcılları  daha yüksək  səviy­
yəli  hazırlıq  keçmək  üçün  Qərbin  m üxtəlif xristian  mərkəzlərinə 
göndərilmişlər.
“Qreyter  Qreyts  Uorld  Austriç”  (“Həyatveren  nemət”  Ümum- 
dünya K ilsəsi),  “Həyatın  sözü”  kilsəsi,  “Adventistlərin  7-ci  günü­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
190
nün  presviterianları”,  “Gideon  qardaşlığı”,  “İxtus”  kilsəsi  kimi 
beynəlxalq baptist təriqət təşkilatları burada xüsusilə fəallıq göstə­
rirdilər.  “İncilləşdirm ə-2000”  proqramı  təriqət  missionerlərinin 
məqsəd  və  vəzifələrinin  miqyasından  xəbər  verir.  Proqramda  iki 
mininci  ilədək  Bibliyanı  hər  beş  azərbaycanlı  ailəsindən  birində 
yaymaq, respublikanın hər beş vətəndaşından birini xristian m issio­
ner təşkilatlarının  fəal üzvlüyünə cəlb etmək nəzərdə tutulurdu.
Səciyyəvi haldır ki, göstərilən təriqət təşkilatlarının əksəriyyə­
tinin  fəaliyyəti  bu  və  ya  digər  səbəblərdən  hətta  bir  sıra  xristian 
Avropa  ölkələrində  və  postsovet  dövlətlərində  qadağan  olunmuş­
dur.  M əsələn,  Ermənistanda  1995-ci  il  aprelin  24-də  -   bədnam 
“erməni  soyqırımı”nın  ildönümü  günü  Yerevanda  qeyri-ənənəvi 
təriqətlərin  üzvləri  kütləvi  surətdə  döyülmüş,  nəticədə  şəhər  qri- 
qorian kilsəsinə mənsub olmayan “müqəddəs atalar”dan təm izlən­
mişdir.
Azərbaycanda  isə  yaranmış  boşluqdan  təriqətçilik  ideyalarının 
və  baxışlarının  kütləvi  şüura  yeridilməsi  üçün  məharətlə  istifadə 
edilmişdir. M əsələn, Bakının mərkəzində -  Azərbaycan Milli  Elm­
lər  Akademiyasının  Nizami  adına  Azərbaycan  Ədəbiyyatı  Muze­
yində  Bakı  Bibliya  İnstitutu  deyilən  qurum  yaradılmışdı  və  geniş 
fəaliyyət  göstərirdi.  Bu  təşkilatların  ideologiyası  təriqət  qanunla­
rına  ciddi  riayət  v ə  dünyəvi  həyatın  inkar  olunmasını  tələb  edirdi. 
Bunların  əksəriyyəti  təriqət  üzvlərinə  onların  ardıcılları  olmayan­
lara  qarşı  davakar-mənfi  münasibət  aşılayırdı.  Ermənistan  və 
Azərbaycanın  müharibə  vəziyyətində  olmasına  baxmayaraq,  bəzi 
təşkilatlar ermənilərə “din  qardaşları”  kimi  baxmağa  çağırır,  “Qa­
rabağ münaqişəsinə v ə dövlətçilik ideyalarına biganəliyi, qüvvə və 
vaxtlarını  özlərinin  və  yaxınlarının  nicatına  yönəltm əyi”  təbliğ 
edirdilər.
Bu qəbil  təşkilatların məqsədləri  aşağıdakılar idi:
-  respublikanın müsəlman  əhalisini  xristianlaşdırmaq;
-   müsəlman  dini-etnik  konsepsiyası  ile  polemika  aparmaq,  is­
lamı  ləkələyən tezislər yaymaq;
_____________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
191


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə