Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə50/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   46   47   48   49   50   51   52   53   ...   115

Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
kalılann  1  %-ni təşkil edən şəxslər arasında yalnız on beş nəfərdən 
biri öz gəlirlərini qoyulmuş kapitaldan m ənfəət kimi  götürür,  yarı­
dan çoxu isə  iri  şirkətlərdə  inzibati  vəzifələrdə,  təqribən üçdə biri 
praktik həkim və hüquqşünas işləyir, qalan hissəsi isə, professor v ə 
müəllimlər  də  daxil  olmaqla,  yaradıcı peşə  sahibləridir.  Bu  statis­
tika inandırıcı  şəkildə  göstərir ki,  hazırda biliklərə  sərmayə  qoyu­
luşu cəm iyyət v ə dövlətin uğurlu modernləşməsinin əsas  şərtidir.
Qeyd  olunmalıdır  ki,  bilik  v ə  informasiyanın  mühüm  istehsal 
ehtiyatları  olduğu  cəmiyyətin  təşəkkülü  hər  bir  şəxsin  maksimum 
inkişafını  tələb  edir,  yəni  ayrı-ayrı  fərdlər qarşısında  yeni  üfüqlər 
açır,  insanı  sənaye  maşınının  “vintciyi”ndən  azad  fərdə  çevirir v ə 
ictimai  tərəqqini  vətəndaşlarının  fərdi  nailiyyətlərindən  asılı  edir. 
Bunun nəticəsində meydana gələn sosial  sistem tarixə məlum olan 
sistemlərdən en dinamikidir və bu, postindustial epoxada dünya si­
vilizasiyanın inkişafındakı müəyyən qanunauyğunluğun mövcudlu­
ğunu bir daha təsdiqləyir.
Yeni təşəkkül tapan v ə qismən Birinci dünya müharibəsi ərəfə­
sində formalaşmış sistemi xatırladan dünya nizamı şübhəsiz ki, cid­
di  daxili  gərginliklə  və  xarici  təhdidlərlə  üzləşir.  Təhlükələr həm 
hipotetik,  həm  de  tamamilə  real  xarakter  daşıyır.  Bu  təhlükələri 
aşağıdakılar doğurur:
•  
istər özü-özlüyündə  texnoloji  yenilikləri,  istərsə  de  onlarla 
bağlı həyat tərzini qəbul etməyən fəal, radikal din tərəfdar­
ları;
•  
öz  əraziləri  üzərində  nəzarətin  itirilməsi,  dillərin  labüd  su­
rətdə  “qaynayıb-qarışması”  ilə  barışmayan  m illətçilər, 
regionçular və  “lokalçı”lar;  Avstriyadakı  “Hayder işi”  qlo­
ballaşan  dünya  üçün  ilk,  lakin  heç  de  son  güclü  siqnal  ol­
maya bilər;
•  
ənənəvi  və  yeni  azlıqlardan  -   mədəni  özünəməxsusluğa 
malik olan və daimi yaşadıqları ölkələrin üstün m ədəniyyə­
tinə tam inteqrasiya etməyən, sürətlə deyişən reallıqlara çə­
tinliklə uyğunlaşan  icmalar;
200
•   qloballaşmanın  iqtisadi  nəticələrindən  zərər çəkən  muzdlu 
işçilərin,  yaxud mülkiyyətçilərin mənafeyini qorumaq üçün 
meydana çıxan  sosial hərəkatlar;
•   ayn-ayrı  milli  hökumətlər  (m əsələn,  ABŞ  hökuməti  kimi 
ən  nüfuzluları  da  istisna  olmamaqla)  v ə  hansısa  məqamda 
qloballaşmanın nəticələrindən, -  o cümlədən yeni dünya ni­
zamını  dəstəkləm ək  üçün  çəkilm əli  xərclərdən,  -   narazı 
qalan hakimiyyət orqanları.
Real  təhlükə  mənbələrindən  danışarkən  qeyd  etmək  lazımdır 
ki,  hazırda  qatı  əhval-ruhiyyəli  fanatiklərin rəngarəng,  mobil,  çox 
fəal cəbhəsi qlobal dünya sisteminə aktiv müqavimət göstərir.  Tam 
bir  sıra səbəblərə  görə  dünyəvi  milli  dövlətlər,  -  o cümlədən  mü­
səlman ölkələrində  mövcud olanlar,  -  onlar üçün  məqbul  deyildir. 
Qlobal  siyasi-iqtisadi birlik  onlar üçün bundan  da az məqbuldur.
Şübhəsiz ki, bütün bu təhlükələr qloballaşan sistemin möhkəm­
liyini  sınağa  çekir,  lakin  bunlar yaxın  gələcəkdə  çətin  ki,  onu  da­
ğıda bilsinlər.  Sistemə ən qəti təhdid kənardan yox, daxildən, onun 
ikinci  dərəcəli  ve  marginal  elementlərindən  deyil,  sistemi  təşkil 
edən  en  mütəşəkkil  ünsürlərdən  gelə  bilər.  Bunun üçün  müəyyən 
zəm in  olsa  da,  Hantinqtonun  “sivilizasiyaların  toqquşmasf’ndan 
danışmaq  hələ  tezdir.  Məlumdur ki,  bəşəriyyətin  inkişafın  bir qüt­
bündə  dayanan  1/5  hissəsi  diger  qütbdeki  1/5-inden  1960-cı  ildə 
30 dəfə,  1993-cü  ildə 61  dəfə,  I999-cu  ildə  isə  74 dəfə çox  sərvət 
mənimsəmişdi.  XXI  əsrin  ortalarında  bu  fərq  350  dəfəyədək  arta 
bilər121.
Rəqəmlər  göstərir ki,  dünya  liderləri  növbəti  dəfə  də  dünyada 
uzunmüddətli  sabitliyi dəstəkləmək üçün çevik,  etibarlı  sistem  ya­
rada  bilməmişlər.  Postindustrial  epoxa  “zəfər  yürüşü”nü  davam 
etdirdiyinə  görə,  inkişaf  etməkdə  olan  ölkələrin  öz  siyasətlərini 
qlobal  strukturların mənafelərindən asılı olaraq deyil, həm də özlə­
rinin inkişaf ehtiyaclarına əsaslanaraq təshih  etmək imkanına malik 
olması  heyatı  zərurətdir.  Axı,  hazırda dünyada ümumi  daxili  m əh­
sulun  86  %-i  Yer kürəsi  əhalisinin  inkişaf etmiş  dövlətlərdə  yaşa­
______________
III fəsil.  Qloballaşma dövründə dövht
 va 
cəmiyyət
201


yan  20  %-nin  payına  düşür.  H ələ  ötən  əsrin  9 0 -cı  illərində  yeddi 
postindustrial dövlət dünya kompüter texnikasının 80,4 % -nə sahib 
idi,  yüksək  texnologiyalı  istehsalın  90,5  %-ni  təmin  edir,  dünyada 
qeydiyyatdan keçmiş patentlərin  97  %-nə nəzarət edirdi122.
Hərdən  adama  elə  gəlir  ki,  texnoloji  fərq  çox  böyük  olduğu 
üçün  hətta  onu  aradan  qaldırmağa  cəhd  göstərmək  də  mənasızdır. 
Lakin müharibənin viran qoyduğu, ancaq sonradan iqtisadi v ə  siyasi 
inkişafda uğur qazanmağa nail olmuş ölkələrin tarixinə həm işə mü­
raciət etmək lazımdır.  Əlbəttə,  iri  dövlətlərin (m əsələn,  Rusiyanın, 
sonra isə SSRİ-nin) modernləşmək v ə irəli çıxmaq m əqsədi ilə  sü­
rətli  inkişafı  onların  hipotetik  potensialına  deyil,  real  potensialına 
əsaslanırdı.  Rusiya (SSRİ)  iqtisadi  və  texnoloji  baxımdan  heç  vaxt 
mütləq  yeganə  lider  olmasa  da,  o,  epoxal  fərqi  aradan  qaldırmağa 
qadirdir.
B elə  bir  qanunauyğun  sual  da  meydana çıxır:  coğrafi  cəhətdən 
məhdud,  işğal  olunmuş  ərazilərindən  təzyiq  vasitəsi  kimi  istifadə 
edilən,  lakin  modernləşmə  üçün  hər cür şəraitə  -   inkişaf edən  s ə ­
nayeyə,  təşəkkül  tapmaqda  olan  siyasi  təsisatlara,  müasirliyin  və 
ənənənin  qaynayıb-qarışdığı  m ədəniyyətə  malik  Azərbaycanda 
belə  bir  ssenarini  gerçəkləşdirmək  mümkündürmü?  Bütün  bunlar 
belə  bir  nəticəyə  gəlm əyə  əsas  verir:  müasir  ictim ai-dövlət  quru­
culuğunun  magistral  yolu  kimi  modernləşmənin  mahiyyətini  və 
əsasını  təkcə  elmi  bazanın  və  sənaye kompleksinin  deyil,  yuxanda 
dəfələrlə deyildiyi kimi,  həm də milli  ideologiyanın təkmilləşdiril­
məsi təşkil edir.  Axı, dövlət təkcə iqtisadçılann praqmatik təhlilləri 
və siyasətçilərin konyunktur bəyanatları əsasında fəaliyyət göster­
mir.  Dövlətin  xarakterini  və  mahiyyətini,  həm  de  tarixi  inkişafın 
hər  bir  dövründə  dövlət  siyasətinə  yol  gösterən  milli  ideologiyanı 
formalaşdıran  filosoflar,  tarixçilər,  sosioloqlar,  politoloqlar  müəy­
yənləşdirirlər.  Milli  ideologiya  iqtisadi  və siyasi  strategiyanın  ger- 
çəkləşdirilməsinə  imkan  yaradır,  çünki  məhz  o,  təkcə  indiki  yox, 
həm  də  gələcək  nəsillərin  irəliləməli  olduğu  məqsədin  yolunu 
işıqlandınr.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
202
Milli  ideologiyanın  yeni  qatını  bütün  ideya  irsinin  tərkibindən 
ayırmaqla biz milli tarixin bütövləşmə  sosiomedəni məzmunundan 
imtina etməməliyik.  B elə  şəraitdə formalaşan ideologiya təkcə c ə ­
miyyətin modernləşmə məqsədlərini  deyil, həm  də xeyli dərəcədə 
qərbləşmiş,  sanki  “vahid”,  “ümumbəşəri”,  əslində  isə,  Qərb  də­
yərlərini və ənənəvi-exlaqi prinsiplərini əks etdirən yeni ənənələri 
qavramaq  vəzifələrini  də  özündə  təcəssüm   etdirir.  Modernləşmə 
ideologiyası təkcə kənar təsirləri üzüyola qəbul etməklə deyil, həm 
də sivilizasiyalararası qarşıdurmanın gücləndiyi bir şəraitdə öz de­
yərlərini  qoruyub saxlamaqla formalaşır.
İndi  Azərbaycanın  müstəqillik  qazanmasından  və  kommunizm 
irsindən imtina etməsindən  13  ildən də çox keçəndən sonra postso­
vet,  postkommunizm  dövrünün  ilk  illərini  təhlil  edərkən  1991-
1993-cü  illərdə ölkəyə rəhbərlik edənlərin kobud və sərt hərəkət­
ləri ile əlaqədar tam anlaşılmazlıq meydana çıxır.  Aydındır ki, total 
surətdə  ideologiyalaşdırılan,  70  il  ərzində  “Sov.İKP  MK-nın  fər­
man  və  qərarlarının”  boğucu  mühitində  yaşayan  cəm iyyət  o  vaxt 
azadlığın təmiz havası ilə ürekdolusu nəfəs aldı.  Biz bu gün heç de 
kommunizmin  təbliğatçısı  mövqeyində  durmaq  istəmirik.  Ancaq 
biz  indi  müxalifətdə  olan  bezi  siyasətçilərin,  adətən,  ictimai  quru­
luşun  kəskin  surətdə  deyişdiyi  vaxt  meydana  çıxan,  yetişməkdə 
olan  sosial  böhranı, vəziyyətin fəlakətli  surətdə pisləşməsinin  əla­
mətlərini  ayırd etməyi  bacarmamasmdan  və  istəməməsindən  dərin 
narahatlığımızı bildiririk.  Təbiət boşluğu sevmir -  biz bu barədə ar­
tıq  danışmışıq.  T əəssüf ki,  boşluq  heç  də  həm işə  müsbət  olanlarla 
doldurulmur və tarixin kəskin dönəmlərində yaranan  vəziyyət təh­
lükəli  olur.  N ə  o  zaman  Bakının  mərkəzi  meydanında  çıxış  edən­
lər,  nə  yeni  müstəqil  dövlətə  yarım  ildən  də  az  müddətdə  başçılıq 
edən  A.Mütəllibov,  nə  də  hətta  ondan  sonra hakimiyyətə  gələnlər 
ideologiyasızlaşdırılmış  dövləti  və  cəmiyyəti  idarə  etməyin  nə  ol­
duğunu təsəvvür etmirdilər.
Qloballaşma  dövründə  ideologiya  yaşarıdırmı?  Bu  sualın  ak­
tuallığı  bütövlükdə  dünyanın  inkişafının  gedişindən  doğur.  Lakin 
onun  birmənalı  cavabı  yoxdur.  Bizcə,  dəqiq  ifadə  olunmuş  inkişaf
_________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
203


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə