Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə52/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   48   49   50   51   52   53   54   55   ...   115

IV  FƏSİL
MÜSTƏQİL AZƏRBAYCANIN SİYASİ VƏ  İQTİSADİ 
STRATEGİYASI
Qədim  Yunanıstan  zamanından  Yeni  dövrə  qədər  cəmiyyətin 
bütövlüyünü  təmin  edən  insan ilə  sosium  arasındakı  qarşılıqlı  mü­
nasibətlərin bütün formalarına diqqət yetirən universal yanaşma si­
yasətin şərhində üstünlük təşkil etmişdir.  Yalnız siyasətlə vətəndaş 
cəmiyyəti arasında bölgü,  insan  fəaliyyətinin bir forması  olaraq si­
yasətin  cəmiyyət həyatının  digər  sahələri  ilə  əlaqəsini  daha  dəqiq 
başa  düşməyə  imkan  verdi.  Hüquqi  dövləti  v ə  vətəndaş  cəm iyyə­
tini  bir  medalın  iki  üzü  adlandıran  Hegel  qeyd  edirdi  ki,  siyasət 
aləmi ile vətəndaş cəm iyyəti bir-birindən ayrı mövcud ola bilm əz­
lər. Öz mənafelərini dərk edən sosial qruplar, təbəqələr, toplumlar, 
onların  formal  v ə  qeyri-formal  təşkilatları  m əhz  hüquqi  dövlətdə 
siyasi fəallığın subyektləri kimi çıxış etmişlər. Zaman ötdükcə şəx­
siyyətin  və  sosial  toplumun  siyasi  hakimiyyətin  həyata  keçirilmə­
sində,  öz  mənafelərinin  qorunmasında  iştirak  formaları  təkm illəş­
miş,  cəmiyyətin  siyasi  elitası  konsepsiyası,  onun  əsas  müddəaları 
formalaşmışdır.  Bir  şey  dəyişilm əz  qalmışdır:  azadlığın  təbiiliyi 
vətəndaş  cəmiyyətinin,  qayda-qanun,  nizam  isə  dövlətin  səlahiy- 
yətindədir.
Antik dövrdən orta əsrlərə, orta əsrlərdən rasional düşüncə ale­
minə  keçid,  postindustrial  cəm iyyətin  təşəkkülü  bəşəriyyətə 
ferdlerin  qanun  qarşısında  bərabər,  qanunun  aliliyinin  isə  ictimai 
inkişafın  və dövlətin  tərəqqisinin  mühüm dominantı  olduğu  dövlət 
quruluşu modelini  yaratmaq  imkanı  verdi.
Əsrlər  boyunca  iqtisadi  sistemlərin  deyişm əsi  və  buna  uyğun 
olaraq kütləvi  təfəkkürün oriyentirlərinin de dəyişm əsi dövlət  ida­
rəçiliyi  formalarının  təkmilləşməsini  şərtləndirmişdir.  Hər  bir 
konkret tarixi dövrdə Yer kürəsinin m üxtəlif yerlərində dövlət ida-
209


rəçiliyinin özünəməxsus səciyyəvi metodları, forma v ə  xüsusiyyət­
ləri olmuşdur ki, bu da öz növbəsində təkcə planetin bu v ə ya digər 
hissəsindəki  sosiumun  sosial-iqtisadi  və  siyasi  seçim inə  deyil, 
ümumən  bütün  beynəlxalq  münasibətlər  sisteminə  təsir  göstər­
mişdir.
Sivilizasiyaların bütün  tarixi  bu  fikri  təsdiqləyir.  Tarixi baxım ­
dan çox da uzaq olmayan hadisələr buna sübutdur.  Prussiyada Otto 
fon  Bismarkm  hakimiyyətə  gəlm əsi,  müstəqil  Almaniya  dövləti 
qurmaq səyləri, Danimarka və Avstriya ilə müharibə, -  bütün bun­
lardan m əqsəd Prussiya ruhunu  dirçəltmək və  ölkəni  birləşdirmək 
idi.  Fransa  ilə  müharibə  də  Almaniya  dövlətini  ümumi  düşmənə 
qarşı  sıx birləşdirmək məqsədi daşıyırdı.
Bu hadisələr nəticə etibarilə tarixin gedişini tamamilə dəyişdir­
di v ə sonrakı 40 ildən çox bir dövrdə baş verən hadisələrə əhəm iy­
yətli  təsir  göstərdi.  O  zaman  Birinci  dünya müharibəsində məğlub 
olan Almaniya Versal konfransından sonra ölkənin düşdüyü təslim ­
çilik vəziyyəti  ilə razılaşmadı və dağıntılar arasından dirçələrək, 20 
ildən  sonra  İkinci  dünya müharibəsinə başladı.
İkinci  dünya müharibəsinin  nəticələri  isə  Birinci  dünya müha­
ribəsindən sonra yaranmış bütün beynəlxalq münasibətlər sistemini 
kökündən dəyişdirdi.  Əgər Vilsonun “On dörd bəndi” M illətlər Li­
qasının yaradılmasına gətirib çıxardısa və yeni dünya müharibəsinə 
sürüklənmənin qarşısında demokratik idealizmin acizliyini nümayiş 
etdirdisə,  BM T-nin  yaradılması  sanki  müharibələrdən  azad  yeni 
dünya nizamına ümid doğurdu. Antihitler koalisiyası üzrə müttəfiq­
lərin  özlüyündə  yeganə  olan  universal  beynəlxalq təşkilat yaratdı­
lar  və  onun  da  məqsədi  sülhü  və  dünya  birliyinin  təhlükəsizliyini 
təmin  etmək oldu.  Yalta və  Potsdam konfranslarından  sonra  dünya 
nizamı  əslində  kapitalist  Qərblə  kommunist  Şərq  arasında  əmək­
daşlıq  imkanını  müəyyənləşdirən  yeni  cizgilər  əldə  etdi.  Lakin  bu 
əməkdaşlıq tezliklə rəqabətə  çevrildi.  Bu dəyişikliyə bir sıra amil­
lər,  -   A B Ş-ın  atom  silahı  üzərində  inhisarı,  Böyük  Britaniya  və 
Fransanın hərbi-siyasi ittifaq bağlamaq cəhdi127, az sonra isə SSRİ- 
nin Almaniyanın bölüşdürülməsi m əsələsində əyani şəkildə büruzə
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
210
çıxan ekspansiya  siyasəti,  -   şərait yaratdı.  B elə  ki,  Qərbi  Almani­
yanın  öz  pul  vahidini  separat  şəkildə  dövriyyəyə  buraxmaq  qəra­
rına cavab olaraq,  Berlin  1948-ci  il  iyunun 24-dən  1949-cu  il ma­
yın  11-dək  sovet  qoşunları  tərəfindən  blokadaya  alındı.  Bununla, 
Qərbi  Berlin  enerji  ehtiyatlan  mənbələrindən  əslində  təcrid  edildi 
və  indi  onu  ancaq hava  yolu  ilə  gətirmək olardı.  Bu,  faktiki  olaraq 
hərbi  qüvvə  tətbiq  edilən  ilk  ciddi  münaqişə  oldu.  Həmin  vaxtdan 
Sovet  İttifaqı  v ə  alyansda  təmsil  olunan  ölkələrin  -   ABŞ,  Böyük 
Britaniya  və  Fransanın  mənafeləri  ciddi  şəkildə  ayrıldı.  İdeoloji 
planda bu qarşıdurma Çörçillin  məşhur Fulton  nitqində  və  Stalinin 
ona kəskin reaksiyasında öz əksini tapdı. Çörçillin “faşizm kommu­
nizmin kölgəsi, yaxud eybəcər övladı idi”  ibarəsi  antihitler koalisi­
yasının  keçmiş  müttəfiqləri  arasındakı  uçurumun  dərinliyini  əyani 
şəkildə  nümayiş  etdirir.  O  vaxtdan  SSRİ  Qərb  üçün,  demokratiya 
və  azadlıq  üçün  şər imperiyası,  daimi təhlükə mənbəyi  idi.
“Şərqdən hücum” qorxusu və təhlükəsinin qızışdırılması  şərai­
tində  Brüssel  paktı  ölkələri,  Birleşmiş  Ştatlar  və  Kanada  arasında 
Qərbi  Avropa  ilə  Şimali  Amerika arasında təhlükəsizliyin  təmina­
tına  ve  qarşılıqlı  öhdəliklərə  əsaslanan  Şimali  Atlantika  İttifaqının 
yaradılması  m əsələsinə dair danışıqlar prosesinə  başladılar.  Bu da­
nışıqlar  1948-ci  ilin iyulundan sentyabr ayınadək davam etdi.  Brüs­
sel  müqaviləsini  imzalamış dövlətlər Danimarka,  İslandiya,  İtaliya, 
Norveç ve  Portuqaliyaya da bu prosesin  iştirakçısı  olmağı  təklif et­
dilər.  “Qırmızı  hücum”un  qarşısını  almaq  məqsədi  ilə  Qərb  ölkə­
ləri blokunun yaradılması yelpikvarı  şəkildə xüsusi zəncirvarı  reak­
siya doğuraraq,  soyuq müharibə vəziyyətinin  qızışdırılmasına gəti­
rib  çıxardı.  Bunun  ən  kəskin  və  təhlükəli  təzahürü  isə  1962-ci  il 
Karib böhranı  oldu.
İndi,  üstündən  onilliklər  keçəndən  sonra  soyuq  müharibə  bir 
çoxlarına  mənafelərin  tarixi  toqquşması  epopeyasında  hansısa  bir 
epizod  kimi  görünür.  Əslində  isə,  o,  iki  fövqəldövlətin  təkbaşına 
dünya ağalığı  uğrunda  qanlı  döyüşə bir nömrəli  real  hazırlığını  əks 
etdirirdi. Geostrateji maraqlar bir-biri ilə o qədər güclü toqquşmuş­
du ki,  onlardan  hər birinin tarazlığı  m üəyyən qeder öz xeyrinə  də­
________
IV fosil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
211


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə