Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Siyasi  elitanın  fəal  səyləri  İkinci  dünya  müharibəsindən  sonra



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə54/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   50   51   52   53   54   55   56   57   ...   115

Siyasi  elitanın  fəal  səyləri  İkinci  dünya  müharibəsindən  sonra 
yaranmış  status-kvonun  qorunub  saxlanmasına  yönəldilmişdi.  A t- 
lantaçı  geosiyasətçilərin  proqnozlarına  görə,  bu  vəziyyət  labüd 
surətdə tam avtarkiyaya məhkum olan və eyni zamanda, bütün stra­
teji istiqamətlərini təkbaşına inkişaf etdirmək məcburiyyətində qa­
lan  Şərq blokunun gücdən düşməsinə gətirib çıxarmalı  idi.
Bu  şəraitdə heartland’ın  iki  çıxış yolu  vardı.  Onlardan birincisi 
Atlantik okeanına qədər Avropanı  tutmaq məqsədi  ilə  Qərbə hərbi 
ekspansiyanı  həyata  keçirmək  idi.  Bunun  nəticəsində  SSRİ  özünə 
etibarlı  dəniz  sərhədləri,  sənaye-intellektual  və  texnoloji potensial 
təmin  etmiş  olardı.  Bununla  yanaşı,  nəhayət,  donmayan  dənizlərə 
çıxmaq v ə  Sea Power “anakonda dairəsi”ni  yarmaq üçün  cənub  is­
tiqamətində  də eyni səyləri göstərməli idi.  Sərt yol  deyilən bu yol, 
uğurlu  olduğu  halda,  qitədə  sabit  sülhə,  ən  yaxın perspektivdə  isə 
rimland’dan məhrum olan A B Ş-ın iflasına gətirib çıxara bilərdi.
İkinci  yol  isə,  əksinə,  NATO  qüvvələrinin  Avropadan  çıxarıl­
ması müqabilində SSRİ-nin və onun silahlı qüvvələrinin Şərqi A v ­
ropadan getməsi  və  ola bilsin,  məhdud “dissuaziv”  nüvə potensia­
lına malik vahid, tam bitərəf Avropa blokunun yaradılması yolu idi. 
Bu  variant  general  Ş.de  Qollun  dövründə  ciddi  surətdə  müzakirə 
olunmuşdu.
Eyni  addımları Asiyada da atmaq, yəni bəzi Orta Asiya respub­
likaları  üzərində  birbaşa  siyasi  nəzarətdən  imtina etməyin əvəzin­
də  Əfqanıstan,  İran  və  Hindistanla,  ola  bilsin,  Çinlə  də  birgə  qüd­
rətli  və qitədaxili  antiamerika yönümlü  blok yaratmaq olardı.
Nəhayət,  iki variantı hansısa bir şəkildə birləşdirmək, m əsələn, 
Qərbə  sülh,  Şərqə  isə  güc  yolu  ilə  (yaxud,  əksinə)  getmək  olardı. 
Ancaq bu iki geosiyasi hərəkəti yalnız sinxron başlamaq son dərəcə 
vacib  idi.  Yalnız  bu  halda  planetdə  qüvvələrin ümumi  tarazlığının 
dəyişm əsinə  və  quruda  açıq-aşkar  uduzulmuş  mövqeyi  uduşa  çe­
virməyə ümid bəsləm ək olardı. Beləliklə, çıxış yolu neyin bahasına 
olursa-olsun,  “çəkindirməni”,  -   soyuq  müharibə  dövründə  “ana- 
konda”nın geosiyasi  taktikası  bu terminlə  ifadə olunurdu, -  qırmaq 
lazım idi.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
2 1 6
Lakin  SSRİ  bu  radikal  geosiyasi  addımı  atmağa  cürət  etmədi­
yindən,  Atlantika dövlətlərinə  özlərinin yaxşı  düşünülmüş  və  geo­
siyasi  baxımdan təshih  olunmuş uzunmüddətli  mövqe  strategiyası­
nın  bəhrələrini  görmək qaldı128.
Sovet  avtarkiya  dövləti  bu  hərtərəfli  gərginliyə  tab  gətirmədi 
v ə   nəhayət  çökdü.  Paralel  surətdə  Qərbi  Avropada  strateji  (dinc, 
yaxud hərbi)  addım atılmadan Əfqanıstana müdaxilə vəziyyəti  dü­
zəltmək, yaxud xilas etmək əvəzinə,  onu tamamilə ağırlaşdırdı.
Qorbaçovun islahatları və demokratik meyilləri son dərəcə sət­
hi  olduğundan,  hətta  prinsip  etibarilə  hadisələrin  inkişafının  bu 
variantına  istiqamətləndirilə,  eləcə  də  dövlətin  uğurlu  fəaliyyəti 
üçün etibarlı  zəmin yarada bilmədi.
Qeyd  olunmalıdır  ki,  kəskin  sıçrayışlarla  müşayiət  olunan  hər 
bir islahat və təfəkkür tərzinin dəyişməsi  çətin və əslində səm ərə­
sizdir.  Xüsusilə  də  totalitar  cəmiyyətdən  fərdin  iqtisadi  azadlığını, 
onun  hakimiyyət  strukturlarından  müstəqilliyini  təmin  edən  bazar 
iqtisadiyyatı  cəm iyyətinə  keçid prosesində  baş  verdikdə.  Bu  halda 
kəskin sıçrayışlar keçid prosesini ləngidir, çünki  həyat fəaliyyətinin 
yeni  forma  və  strukturları  mövcud  forma  və  strukturlarla  münaqi­
şə y ə   girir  və  cəm iyyət  “yeni  heyata  başlamaq  imkanı”na  adekvat 
münasibət göstərmir.
Kütlələrin  qeyri-adekvat  münasibəti  “İnsan  naminə  sosializm” 
ideoloqlarının  ssenari  planlarından  uzaq  olan  dönməz  proseslərə 
gətirib  çıxardı.  Yenidənqurma,  aşkarlıq,  sürətləndirmə  yalnız  söz 
oyunu idi və yeni xəttin acizliyi kommunizm sisteminin iflasına sə­
bəb oldu.
SSRİ-nin  süqutundan  sonrakı  münasibətlərin  vəziyyətini  sə­
ciyyələndirərkən  P.Senarklenin  belə  bir  fikri  ile  razılaşmamaq 
mümkün  deyildir  ki,  “Şərq  və  Qərb  arasında  barışığın  perspektivi 
utopiyanı gerçəkliyə çevirmədi.  Beynəlxalq  səhnə  hələ de  belə bir 
metoddan ibarətdir ki, burada siyasi həyatın mahiyyətini təşkil edən 
bütün  böhranlar,  münaqişələr,  hökmranlıq  və zorakılıq  münasibət­
ləri  ən kəskin  şəkildə  təzahür edir”129.
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
217


1991-ci  il  dekabnn 2 3-d ə  SSRİ  BM T-də  öz yerini  Rusiya Fe­
derasiyasına verdi.  Tarixin yeni mərhələsi başlandı.
İndi,  Azərbaycan  müstəqillik  əldə  edəndən  13  ildən  çox  vaxt 
ötəndən  sonra  keçmişimizi  təhlil  edərkən  sovet  rəhbərliyinin  h ə ­
min dövrdəki səhvlərini bütün dərinliyi  ilə dərk etmək çətin deyil­
dir. Keçm işə nəzər salaraq, inamla demək olar ki, islahatlar aparar­
kən  onların  tədricən  həyata  keçirilməsi  üçün  zəmin  hazırlamaq 
lazım  idi.  M əsələn,  “susmağa  öyrəşmiş”  cəm iyyətə  dərhal  söz 
azadlığı  aşılamaq,  yaxud  liberalizm və  bazar iqtisadiyyatı d əyərlə­
rinin hələ əm əlli-başlı dərk olunub qavranılmadığı  şəraitdə iqtisadi 
fəaliyyət  azadlığı  verməyə  çalışmaq  lazım  deyildi.  Yuxandan 
verilmiş  belə  “qəfil  azadlığı”  nə  dövlət  strukturlan,  nə partiya  or­
qanları,  nə  də  bu  azadlıqdan  istifadə  etmək  istəyənlər  dərk  et­
məmişdilər.  Gözləmək  olardı  ki,  -   yeri  gəlmişkən,  bir  sıra  ciddi 
opponentler bunu deyirdilər, -  SSRİ-nin təkamül yolu ilə transfor­
masiyasına  məhəl  qoyulmaması  ölkəni  ağır  sınaqlar  qarşısında 
qoya bilər.  Belə də oldu.
Bundan  əlavə,  Dağlıq  Qarabağ  üstündə  gedən  Ermənistan- 
Azərbaycan  münaqişəsini,  habelə  abxaz-gürcü və  Dnestryanı  b öl­
gə  münaqişələrinin  doğurduğu,  Sovetlər  İttifaqının  getdikcə  daha 
çox  barıt  çəlləyini  xatırlatdığı  vəziyyəti  aradan  qaldırmağın  ağıllı 
yolunu tapmaq  zəruri  idi.  Müəyyən  siyasi  qüvvələrin  dövlətin tər­
kibindən çıxıb “müstəqil dövlət” yaratmaq cəhdlərində özünü gös­
tərən  və  “mərkəz”  tərəfindən  gizli  şəkildə  dəstəklənən  separatçı 
əhval-ruhiyyə  əhalidə  hakim  partiyaya  və  rəhbər  elitaya  qarşı 
nəinki  mənfi  münasibət  doğurmuş,  həm  de  əksəriyyət təşkil  edən 
m illətlə  separatçılıq  yayan  bu  və  ya  digər etnik  qrupun  nümayən­
dələri  arasında amansız toqquşmalara səbəb olmuşdur.
M üxtəlif respublikalarda,  o  cümlədən  Azərbaycanda  keçirilən 
çoxsaylı mitinqlər mərkəzlə ucqarlar arasında etnik zəmində qarşı­
durma  ocağının  alovlanmaqda  olduğunun  əyani  təsdiqinə  çevrildi. 
N əticədə,  bu,  SSRİ-nin  tam  zəifləm əsinə  və  iqtisadi  durğunluğa 
gətirib  çıxardı.  Belə  şəraitdə  cəm iyyət  qarşısında  duran  ümdə 
problemlərin siyasi vasitələrlə həll edilməsi mümkün olmadı. D öv­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  təhbləri
_______
2 18
lət rəhbərliyinin ölkədə qayda-qanun yaratmaqda acizliyi isə Döv­
lət Fövqəladə V əziyyət Komitəsinin hakimiyyəti  zəbt etmək cəhdi 
və beləliklə də  Sovet İttifaqı  Kommunist Partiyasının tam  iflası və 
bunun ardınca SSRİ-nin  süqutu  ilə nəticələndi.
Müstəqillik  əldə  edilməsi  əvvəllər  SSRİ-nin  tərkibinə  daxil 
olan  respublikalar  üçün  yeni  tarixi  imkanlar  açdı.  Onların  hər  biri 
yeni  siyasi,  iqtisadi  və  sosial  struktura  malik  müstəqil  dövlətlərini 
qurmaq,  öz  daxili  siyasi  xəttini  və  xarici  siyasətini  sərbəst  müəy­
yənləşdirmək imkanı qazandı.
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
§ Müstəqil Azərbaycanın xarici siyasi oriyentirləri
Məlumdur ki, xarici siyasət dedikdə dövlətlər və xalqlar arasın­
da  münasibətlərin  tənzimlənməsi  çərçivəsində  göstərən  fəaliyyət 
nəzərdə  tutulur.  Xarici  siyasətin  məqsədləri,  ilk  növbədə,  milli 
mənafeləri  əks  etdirir.  Dövlətlər onları  gerçəkləşdirərək,  öz arala­
rında,  eləcə  də  m üxtəlif beynəlxalq  təşkilatlarla  qarşılıqlı  münasi­
bətlər sistemini  həyata keçirirlər.
Dövlətin  xarici  siyasəti bir sıra həm xarici,  həm də daxili  amil­
lərin  təsiri  ilə  təşəkkül  tapır və  onların  mürəkkəb  qarşılıqlı  əlaqə­
lərinin  məhsuludur.  M əsələn,  yeni  minilliyin  əvvəlində  müstəqil 
Azərbaycanın  xarici  siyasətinin təşəkkülü  və  inkişafı  daxili  ictimai 
heyatın ən kəskin  problemləri  və ziddiyyətlərinin, -  xüsusilə ölkə­
nin sosial-iqtisadi  inkişaf yolunun seçilməsi və islahatlar aparılması 
m əsələsində,  -   təsirini  öz  üzərində  hiss  edir.  Eyni  zamanda,  onun 
formalaşmasına  bütün  müasir  beynəlxalq  münasibətlər  sistemi  də 
təsir göstərir.
Hazırda  Azərbaycanın  xarici  siyasət  konsepsiyası  konseptual 
təşəkkül mərhələsindədir.  1991-ci ildə müstəqillik eldə edildikdən 
sonra milli xarici siyasətin yönü bir neçə dəfə və bəzən əsassız ola­
raq dəyişmişdir. Onun konturları dəfələrlə m üxtəlif coğrafi azimut- 
lar  istiqamətində  dəyişmişdir.  Xarici  siyasi  xett  bəzən  xarici  müt­
təfiqin  seçilməsində  konkretləşdirilmiş,  bəzən  isə  məqbul  geosi-
219


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə