Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


yişmək  üçün  göstərdiyi  hər  bir  cəhd  dərhal  qarşı  tərəfdə  cavab



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə53/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   49   50   51   52   53   54   55   56   ...   115

yişmək  üçün  göstərdiyi  hər  bir  cəhd  dərhal  qarşı  tərəfdə  cavab 
reaksiyası  doğururdu.  B əzən  bu,  bəşəriyyəti  əvvəlki  ikisindən 
fərqli olaraq,  daha qısamüddətli v ə dağıdıcı ola biləcək yeni  dünya 
müharibəsi təhlükəsi qarşısında qoyurdu.  SSRİ-nin nüvə cəbbəxa­
nasının  ABŞ-ınkmdan  xeyli  az  olmasına  baxmayaraq,  bu,  iki  föv­
qəldövlətin  nüfiız  dairələrinin  bölüşdürülməsi  uğranda  irimiqyaslı 
qarşıdurmasının mümkünlüyünü əsla azaltmırdı.
Nüvə  müharibəsinin  mümkün  nəticələrini  öyrənməyə  çalışan 
BMT  ekspertlərinin  1980-ci  ildə  hazırladıqları  məruzə  bu  baxım­
dan maraqlıdır.  Onlar hər iki  tərəfdən  1500  artilleriya nüvə başlığı 
v ə  200  bombanın  istifadə  edildiyi  münaqişə  modelləşdirmişdilər. 
Ekspertlər  bu  qənaətə  gəlmişdilər  ki,  belə  toqquşma  nəticəsində 
5 -6   milyon  mülki  əhali,  400  min  nəfər  hərbi  heyət  dərhal  həlak 
olacaq, azı  1,1  milyon mülki şəxs radiasiya şüalanmasına məruz qa­
lacaqdır.
Belə  qarşıdurmanın  mümkün  nəticələrini  Çemobıl  qəzasının 
timsalında əyani  surətdə  təhlil  etmək mümkündür.  Ə ldə  olan  m e­
lumata görə,  Çemobıla bitişik bölgələrin 50 mindən  100 min n ə fə ­
rədək  əhalisi  sağlamlıqla bağlı  uzunmüddətli  problemlə  üzləşm iş­
dir.  Bryansk,  Oryol,  Tula  v ə  Lipetsk  vilayətlərində  geniş  ərazilər 
radiasiyaya  məruz  qalmışdır.  Harvard  Universitetinin  professoru 
Everett Mendelson  Çemobıl  qəzası  ilə  əlaqədar yazırdı:  “Çemobıl 
reaktorundakı  qəza  nəticəsində  baş  vermiş radiasiya nüvə mühari­
bəsi  olacağı  halda bizi  gözləyən  təhlükə  qarşısında heç  dərəcəsin­
dədir”.
Gördüyümüz  kimi,  soyuq  müharibə  dövründə  iki  fövqəldövlət 
arasında  mümkün  ola  biləcək  nüvə  müharibəsinin  təxmin  edilən 
nəticələri bütün bəşəriyyət üçün  fəlakətli  ola bilərdi.
Noam  Homski  1993-cü  ildə  nəşr  olunmuş  “Soyuq  müharibə 
necə  işləyirdi”  kitabında  soyuq  müharibənin  tarixini  və  onunla 
bağlı problemləri tədqiq edərək yazırdı: “...Əlbəttə, həm ABŞ, həm 
de  SSRİ  istərdi  ki,  onlardan biri,  sadəcə  yox  olsun.  Lakin  bu,  qar­
şılıqlı surətdə annigilyasiya (mehvolma) demək olduğundan “soyuq 
müharibə”  deyilən qlobal  idarəetmə  sistemi təşkil edildi”.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
212
Noam Homski  habelə  qeyd edirdi  ki,  “qəbul  olunmuş baxışlara 
görə, soyuq müharibə  iki  fövqəldövlət arasında sovet təcavüzü nə­
ticəsində  yaranmış  münaqişə  idi.  Bu  müharibədə  biz  (Amerika) 
Sovet  İttifaqının  qabağını  almağa,  bütün  dünyanı  ondan  qorumağa 
çalışırdıq.  Əgər  bu  fikir  ilahiyyat  doktrinası  olsaydı,  onu  müzakirə 
etm əyə dəyməzdi.  Yox, əgər onda tarixə işıq salmaq niyyəti varsa, 
onu belə bir sadə əqli prinsiplə yoxlaya bilərik:  əgər siz soyuq mü­
haribəni  başa  düşmək  istəyirsinizsə,  soyuq  müharibə  hadisələrinə 
nəzər  salmalısınız.  Əgər  siz  bunu  etsəniz,  onda  tamamilə  başqa 
mənzərəni  görəcəksiniz” .
O, 
həmin  fikri  davam  etdirərək  yazır:  “Şərqi  Avropaya  təkrar­
lanan müdaxilələr -   Şərqi  Berlinə,  Budapeştə,  Praqaya tanklar ye­
ridilməsi  sovetlər  tərəfindən  soyuq  müharibə  hadisələri  idi.  Bu 
müdaxilələr Rusiyaya  hücum  və onun nəzərdə  tutulan  məhvi  üçün 
təkcə XX əsrdə üç  dəfə  istifadə olunan marşrutlarla getmişdir. Əf­
qanıstana  müdaxilə  bu  marşrutlardan  kənarda  yeganə  müdaxilə 
nümunəsidir,  lakin o da sovet sərhədində olmuşdur.  ABŞ-ın müda­
xiləsi  ümumdünya  müdaxiləsi  idi  və  onun  tarixdə  nail  olduğu  hə­
qiqətən  ilk qlobal  qüvvə  statusunu əks  etdirirdi.
Fövqəldövlətlərdən  hər  biri  özünün  başlıca  düşmənini  -   öz 
əhalisini  nəzarətdə  saxlayaraq,  onu  digər  tərəfin  (tamamilə  real) 
cinayətləri  ilə qorxudurdu”.
Ronald Reyqan  1984-cü il yanvarın 25-de Konqresə göndərdiyi 
məktubda açıq  yazırdı  ki,  “müharibəni  udmaq  mümkün  deyil  və o, 
heç  vaxt başlanmamalıdır” .
Kommunist  partiyasının  yeni  proqram  xətti  1985-ci  ildə 
M.S.Qorbaçovun  Sov.İKP  MK-nın  Baş  katibi  vəzifəsinə  gəlməsi 
ile  əlaqədar  idi  v ə  Sovet  İttifaqının  həm  xarici  siyasətdə,  həm  de 
əvvəlki  fəsillərdə  gösterildiyi  kimi,  daxili  siyasətdə  davranışının 
mahiyyətini  dəyişdi.  SSRİ  və  ABŞ  arasında qarşılıqlı  surətdə  fay­
dalı  münasibətlər yarandıqca və iki fövqəldövlətin  başçılarının gö­
rüşlərindən  sonra  soyuq  müharibə  zəifləm əyə  başladı.  Bununla 
belə, iki ölkə arasında həll edilməmiş xeyli problem hələ də qalırdı:
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
213


SH S-1,  sonra  isə  SH S-2  sazişlərinin  ratifikasiyası,  Cekson-V enik 
düzəlişi, Berlin divan, Əfqanıstan müharibəsi, ən başlıcası isə, psi­
xoloji problem -  kapitalizm və  sosializm dünyaları  arasında təşək­
kül  tapmış  davamlı  qarşıdurma  stereotipinin  aradan  qaldırılması 
problemi.
Sürətlə  silahlanmanın  heç  də  tərəqqiyə  kömək  etm əməsi,  ək­
sinə,  mərkəzləşdirilmiş  sovet  iqtisadiyyatının tənəzzülünün, dünya 
standartlarından xeyli  geri  qalan  son dərəcə mühüm digər sahələr­
də durğunluğun əsas səbəbi olması faktının dərk edilm əsi sovet c ə ­
miyyətində  islahatlar aparılmasının  zəruriliyini  müəyyənləşdirdi.
Bir  sıra  geosiyasətçilərin,  m əsələn,  A.Duginin  fikrincə,  geosi­
yasi  baxımdan  SSRİ-nin  dağılması  aşağıdakı  üç  əsas  səbəblə  izah 
olunur.  Onları  sadalayaq:
Sovet  blokunun  NATO  ilə  qarşıdurması  tarixdə  ilk dəfə  olaraq 
Quru  ilə  Dənizin,  Begemotla  Leviafanın,  heç  bir qatışığı  olmayan, 
xalis müxalifət forması  idi.  Özü də geosiyasi tarazlıq təkcə ideoloji 
yox, həm  də  geosiyasi  konstantları  əks  etdirirdi.
Avrasiya  kimi,  hansısa heartland olan  SSRİ  sovet tipli  ideokra- 
tiyanın  təcəssümü  idi.  Coğrafi  baxımdan  bu,  nəhəng  təbii  sərvət­
lərə və  inkişaf etmiş  strateji  silahlara  malik,  kifayət  qədər inteqra­
siya  olunmuş  “böyük  məkan”  idi.  SSRİ-nin  əsas  üstünlüyü  onun 
ənginliklərində,  yaxud  ona  bitişik  ərazilərdə  yaşayan  əhalinin 
“mədəni-funksional”  xüsusiyyətləri  və  etibarlı  müdafiə,  texnoloji 
əməliyyat meydanları  yaratmağa  imkan verən  qitədaxili  geniş əra­
zilərinin  olması  idi.  Bundan  əlavə,  SSRİ-nin  iki  tərəfdə -  Şimalda 
və  Şərqdə  quru  sərhədlərin  qorunmasından  xeyli  asan  olan  dəniz 
sərhədləri  vardı.
SSRİ  mərkəzləşdirilmiş  iqtisadiyyat hesabına əmtəə-ərzaq av- 
tarkiyasına və  fövqəldövlət hərbi statusuna nail olmuşdu.  O, öz im­
kanları  daxilində digər qitələrə  də  təsirini  yaymağa çalışırdı.
Lakin  Şərq  blokunun  bir  neçə  prinsipial  geosiyasi  qüsurları 
vardı.  Onlardan  en  başlıcası  quru  sərhədlərinin  çox  uzun  olma­
saydı.  Cənub  sərhədləri  Mancuriyadan tutmuş,  Tyan-Şana,  Pamirə 
və  Qafqaza qədər Avrasiya dağ  silsilələri  ilə hüdudlanırdısa,  qərb­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
2 1 4
də  sərhəd  tarixən  atlantizmin  plasdarmı  olan  Avropanın  düzənlik 
hissəsinin  ortasından  keçirdi.  Onun  mərkəzi  bazası  isə  “Orta 
Okean’Tn  (Midland  Ocean)  qərb  sahilində  yerləşirdi.  Lakin  hətta 
cənub  istiqamətində  də  dağlar  müdafiə  rolu  oynamaqla  yanaşı, 
mümkün ekspansiyanın yolunu bağlayır və donmayan cənub dəniz­
lərinə çıxışın qabağını  kəsirdi.
Şərq bloku həm də hərbi-strateji,  iqtisadi,  intellektual,  məhsul­
dar qüvvələri və təbii ehtiyatlarını bir geosiyasi mərkəzdə cəm ləş­
dirməyə məcbur idi.
Mərkəzi ABŞ olmaqla,  Qərbin geosiyasi mövqeyi isə tamamilə 
başqa idi.  Bu xüsusilə  mühümdür,  çünki  qüvvələrin  belə  nisbətin­
də  Qərbi  Avropanın  vəziyyəti  bir  tərəfdən,  o  qədər  də  qibtəedici 
deyildi,  belə  ki,  o,  A B Ş-ın  rəqib  düşərgəsinin  sərhədlərinə  bitişik 
quru  bazası,  -   bir  növ,  “sanitar  kordonu”  rolu  oynayırdı.  Amerika 
isə  “dəniz  sərhədləri”  ilə  tamamilə  müdafiə  olunurdu.  Üstəlik,  o, 
öz qitəsini strateji cəhətdən  inteqrasiya etdirərək, Avrasiya sahillə­
rinin  (rimland)  xeyli  hissəsini  nəzarət  altına  almışdı.  Atlantaçıların 
nəzarəti  Qərbi  Avropadan  NATO-nun  üzvləri  olan  Yunanıstan  və 
Türkiyə  vasitəsilə  Uzaq  Şərqə  (Tailand,  Cənubi  Koreya,  strateji 
cəhətdən  müstəmlekeleşdirilmiş  Yaponiya)  qeder  uzanırdı  və  bu 
zona rəvan  şəkildə  Hind və  Sakit okeanları  regionlarına,  Filippinin 
San-Diyeqo adasındakı,  oradan da Quamdakı,  Karib denizi  və Hai- 
tideki  mühüm  hərbi  bazalara gedib  çıxırdı.
Beləliklə,  bütün potensial  münaqişələr əvvəlcədən əsas strateji 
məkanın  hüdudlarından  kənara  çıxarılmışdı.  Həm  de,  atlantaçılar 
“nüvə”  güclərinin  geosiyasi  bölgüsünün  fərqləndirilmiş  mürəkkəb 
sistemini  yaratmışdılar.  Blokun  hərbi-strateji  qüdrətini  bilavasitə 
ABŞ təmin  edirdi.  İntellektual, maliyyə və istehsal  strukturları,  ha­
belə yüksək texnologiyaların işlənib hazırlanması mərkəzləri Qərbi 
Avropada cəmləşmişdi.  Əslində,  o,  öz hərbi  təhlükəsizliyini  təmin 
etmək  yükündən  azad  idi,  belə  ki,  hər şey polisin  və  xalis  dekora­
tiv  xarakter  daşıyan  silahlı  qüvvələrin  saxlanılması  zərurəti  ile 
bitirdi.  Təbii  ehtiyatlar,  eləcə  de  xeyli  dərəcədə  ucuz  işçi  qüvvəsi 
iqtisadi  cəhətdən geri qalmış üçüncü dünya ölkələrindən gəlirdi.
IVfəsil.  Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası
215


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə