Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Təbiidir ki,  müasir dövrdə  islamın  ictimai  şüura təsirindən  da­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə49/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   45   46   47   48   49   50   51   52   ...   115

Təbiidir ki,  müasir dövrdə  islamın  ictimai  şüura təsirindən  da­
nışmamaq  v ə   iyirminci  əsrin  sonunda  “islam  dirçəlişi”nin  Şərq 
yarımkürəsinə  təsirinə  m əhəl  qoymamaq,  əslində,  on  altıncı  əsrin 
sonunda protestant Reformasiyasmın Avropa siyasətinə təsirini  in­
kar etmək kimidir116.
İslam  hazırda  Azərbaycanda  kütləvi  şüurun 
formalaşm asına 
m üəyyən təsir  göstərməkdə davam edir.  Sosial  v ə  siyasi  layihələr 
həyata keçirilərkən bunu nəzərə almaq lazımdır.  Cəm iyyətdə dinin 
yeri  həm tarixi,  həm də  sosial-siyasi  amillərlə m üəyyən olunm uş­
dur.  Dünyada  gedən proseslər,  birüzlü  qloballaşma müsəlmanların 
həyatında  islam  amilinin  rolunu  daha  da  gücləndirir,  islam  m əd ə­
niyyətində  həmrəyliyin  möhkəmlənməsinə  v ə  onun  genişlənm ə­
sinə  imkan yaradır.
Azərbaycan  (açığını  deyəcəyik)  “islam  dirçelişi”nin  reallıqla­
rını  öz üzərində  hiss  edir və təsadüfi  deyildir ki,  cəm iyyətdə  islam 
problemlərinə  maraq  getdikcə  artır.  Şübhəsiz,  “islam   dirçə- 
lişi”ndən  bəhs  edərkən  biz  heç  də  dövlətin  dünyəvilik  xarakterini 
itirməsinin  mümkünlüyündən  danışmırıq.  Əksinə,  biz  qloballaşma 
epoxasında  islamın modernləşməsindən, maarifçi  islamdan  danışı­
rıq.  Hesab  edirik  ki,  müasir  şəraitdə  Türkiyənin  laisizm  (türkcə 
laiqlik-dünyevilik) modeli Azərbaycanda maarifçi  islam modelinin 
mümkün variantlarından biridir.  Bu da təbiidir,  çünki  “islam dirçə­
lişi”  bütövlükdə  fundamental  islahatı  nəzərdə  tutur  və  bu  halda, 
“oyanış ümumidir və heç de təkcə fərdi möminliye aid deyildir” 117.
Dünyəvi  dövlətdə  din  əzəldən  cəmiyyətin  ancaq  m ən əv i-əx ­
laqi  yolgösterəni  olmalıdır,  onun  sosial-siyasi  mövqeyi  siyasi 
oyunlar və kombinasiyalar vasitəsinə çevrilə bilməz. Vətəndaşların 
kütləvi  şüuru dini  normaları  ictimai-siyasi  həyatda ülvileşdirmeyə 
can atan m üəyyən qruplaşmaların radikal-temelçi əhval-ruhiyyəsi­
nin və  baxışlarının yalançı  nümayiş  meydanına çevrilməməlidir.
Cəm iyyətdə din amili  lazımdır.  Lakin təfəkkürün və informasi­
yanın  sirkulyasiyası,  qlobal  tebeddülatlar və proqnozlaşdırılan  “si­
vilizasiyaların  toqquşması”  erasında  yalnız  konfessiyalararası  dia­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
196
loq,  tolerantlıq milli  eyniyyəti  qoruyub  saxlamağa və  onun postin­
dustrial epoxaya keçməsinə imkan  yarada bilər.
Çox vaxt dövlətlərin transformasiyası ilə yanaşı, milli eyniyyə­
tin  itirilməsi  cəmiyyətin  mükəmməl  inkişafını  ləngidən  böhrana 
gətirib  çıxarır.  Buna  görə  də  filosoflar,  politoloqlar və  sosioloqlar 
tez-tez deyirlər ki,  bəşəriyyət “böhranın normallaşması”  dövründə 
yaşayır, yəni  mövcud dünya nizamı daimi,  xroniki ümumi  böhran­
dan  ibarətdir  və  bu  böhran  vaxtaşırı  normallaşaraq  dövlətlərin  və 
cəmiyyətlərin  qismən  inkişafına  kömək  göstərir.  “Tarixi  təcrübə 
getdikcə  qəhrəmanlıq eposundan acı  bağırsaq  kimi uzanan  operaya 
çevrilir.  Böhran  və  onun  normallaşması  haqqında  deyilənlərin  en 
heyretləndirici  əlamətlərindən biri  sosial dəyişikliklər v ə tarixi  tə­
kamül haqqında nikbin  söhbətlərin  iflasa uğramasıdır” 118.
Modernləşmə  prosesində  kütləvi  şüurda dinin  rolunun  güclən­
m əsi tez-tez baş verir.  Lakin keçid cəmiyyətləri üçün relevant olan 
mədəni və mənəvi dini deyərlər təm əlçiliye çevrilməməlidir.  Hər­
çənd,  tarixi  təcrübə  göstərir ki,  “təmelçilik...  daha  çox  əhalinin  öz 
islam  irsini  bilən və  bununla fəxr edən  savadlı  təbəqələrinin  ideo­
logiyasıdır.  Bu,  savadsız xalq kütlələrinin səfərbər edilməsində sə­
mərəli  vasitə  ola  bilsə de,  onların dini  deyildir” 119.
S.Hantinqton  bu  fikirdədir.  O,  davakar  Misir  islam  qruplaşma­
larının  liderlərini  təhlil  edərək  yazır:  “Onların  çoxu  iyirmi-otuz 
yaşlı  gənclər  idi.  Səksən  faizi  tələbə,  yaxud  universitet  məzunları 
idilər.  Yarıdan çoxu elit kolleclərdən, yaxud tibb, mühəndislik kimi 
ən elmtutumlu texniki ixtisas sahələrindən idi. 70 %-dən çoxu “adi, 
lakin kasıb olmayan təbəqələrdən çıxmışdılar və ailələrinin ali təh­
sil almış ilk nəsli  idilər” 120.
Aydındır ki, qloballaşma dövründə yeni siyasi elitalar formalaş­
dıran  siyasi  modernləşmə,  çox  vaxt  ön  səhnəyə  siyasi  fəaliyyətdə 
m ənəvi deyərləri başlıca prioritet hesab edən v ə siyasi məkanı daha 
da təkmilləşdirməyə qadir olan texnokrat siyasətçiləri çıxarır.  Tür­
kiyənin təcrübəsi buna əyani misaldır. Lakin başlıcası budur ki, din, 
-  istər islam,  istərsə de xristianlıq, -  dünyəvi dövlətdə siyasi haki­
__________________
IIIfəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
197


m iyyətə  çatmaq vasitəsi kimi istifadə edilməsin,  dinin  cəm iyyətd ə 
ancaq  m ənəvi-əxlaqi  oriyentir  rolunu  yerinə  yetirməsini  nəzərd ə 
tutan  səmərəli  dövlətçilik xəttinə mane olmasın.
Əlbəttə ki, modernləşmə islamı sıxışdırıb aradan çıxarmaq c ə h ­
di kimi qəbul edilməməlidir. Qərbin hazırda regionumuza tətbiq et­
diyi ideya -  cəm iyyət və dövlət həyatının modernləşməsi, vətəndaş 
cəmiyyətinin,  hüquqi  dövlətin qurulmasına  kömək və  i.a.  -  zama­
nın  tələbidir.  Lakin  o,  praktikada  gerçəkləşdirilməyə  başlayan 
kimi,  əhalinin  savadlı  təbəqələrinin  bir qismində  Qərbin  n iy yətlə­
rinin  səmimiliyinə  şübhə  yaranır,  belə  ki,  bu  niyyətlər  ekspansiya 
cəhdi  kimi təsəvvür edilir.  Çox vaxt da bu şübhələr əsassız  olmur.
M əsələ bundadır ki,  qloballaşmanın təbiətinin məhdud mənada 
başa düşülməsi bəzi hökumətlərin qarşılıqlı  asılılıqdan  sui-istifadə 
etməsinin,  birtərəfli  siyasətin  köməyi  ile  ondan  ancaq  öz  m ənafe­
ləri üçün yararlanmağa çalışmalarının səbəblərindən biridir.  Bu za­
man  da  tilsimli  dairə  yaranır:  dəyişikliklərə  getməmək,  vaxtı  ötüb 
keçmiş  köhnədən  yapışmaq  olmaz;  hər  şey  olduğu  kimi  qalsa,  tə ­
səvvür edildiyindən daha pis  olacaqdır.
Modernləşmə  yolu  bəzən  əhalinin  geri  qalmış  hissəsinin,  dini 
radikalizm  tərəfdarlarının  müqaviməti  ilə  rastlaşır.  Bunu  biz bu və 
ya digər formada Azərbaycanın müasir həyatında da müşahidə edi­
rik.  Lakin çətinliklər ictimai həyatın v ə dövlət həyatının yeniləşdi- 
rilməsinə  mane  olmamalıdır.  Dünya  birliyinin  bir  hissəsi  kimi, 
Azərbaycan  bəşəriyyətin  magistral  inkişaf yolundan  kənarda  qala 
bilməz.
Əlbəttə,  dünyada  hər  şey  keçicidir.  İqtisadi  göstəricilər  dəyiş­
kəndir,  təbii  sərvətlər isə  hüdudsuz deyildir.  Dünya iqtisadiyyatın­
da və  siyasətində  dövlətin rolu dəyişir.  Sonralar Avropa dövlətləri 
tərəfindən dünya tarixi səhifələrindən sıxışdırılıb çıxarılan Venesi­
yanın  keçmiş  əzəm ətini,  yaxud  Yeni  Dünyanın  müstəmləkələşdi- 
rilməsi hesabına ağlasığmaz dərəcədə varlanan, sonra isə tənəzzülə 
uğrayaraq  Avropanın  ucqarları  səviyyəsinə  enən  İspaniya  və  Por­
tuqaliyanın  nümunəsini  xatırlayaq.  B elə  misalların  sayı  çoxdur.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
198
Özü  də  bunlar  təkcə  uzaq  tarix  üçün  deyil,  müasir  inkişaf mərhə­
ləsi  üçün  de  səciyyəvidir.  XX  əsrdə  dünya  liderliyinin  bir  neçə 
dəfə bir dövlətdən digər dövlətin əlinə keçməsindən, geosiyasi, iq­
tisadi, hərbi xarakterli bu və ya digər səbəblərə görə ciddi üstünlük 
qazanmış  oyunçuların dünya səhnəsinə  çıxmasından yuxanda bəhs 
olunmuşdur.
Dünyada təkcə millətin intellektual yükü v ə onun vətəndaşları­
nın  azadlığı  deyişm əz  qalır  və  onlara  tələbat  var.  İngiltərə  və 
Fransa  XIX  əsrdə  eksperimental  elmlər  sahəsindəki  nailiyyətlər 
əsasında  birinciliyi  əllərində  saxlayırdılar.  Almaniya  kimya  və 
elektrotexnika  sahələrində  kəşfləri  sayəsində  ötən  əsrin  əv v əllə­
rində  liderlik edirdi.  ABŞ yüksək dəqiqliyə malik texnologiyaların 
yaradılması  sayəsində iqtisadi  inkişafın zirvəsinə çatmışdır.  Müasir 
Yaponiya öz avtomobillərinin və elektron texnikasının markaları ilə 
şöhrət  qazanmışdır,  hay-teka  sahəsində  A B Ş-la  uğurla  rəqabət 
aparır.
Asiya regionu ölkələri yeni texnologiyaların hazırlanmasına qo- 
şulmağı  bacardılar.  1997-ci  ildə  Kuala-Lumpurda  qəbul  olunmuş 
ACEAN  V ision-2020  layihəsi  bunu  sübut  edir.  G ələcək  mikroe- 
lektronikanın,  kompüter texnologiyalarının,  telekommunikasiyanın, 
biotexnologiyaların və diger elmtutumlu sahələrindir. Buna isə yal­
nız  biliklə  nail  olmaq  mümkündür.  Ona  görə  de,  təsadüfi  deyildir 
ki,  XXI əsri  “bilik  əsri”  adlandırırlar.
Əgər  1940-cı  ildə  ABŞ-da  18-21  yaşlı  məktəb  məzunlarının 
15  %-dən  azı  kolleclərə  daxil  olurdusa,  1993-cü  ildə  bu  göstərici 
62  % -e  çatmışdır.  Təkcə  1 9 78-1987-ci  illərdə  orta  təhsilli  işçilə­
rin gəliri 4 % aşağı düşmüş, kollec məzunlarının gəliri isə 48 % art­
mışdır.  1 9 8 7-1993-cü  illər  ərzində  bakalavr  dərəcəsi  olanlar  öz 
gəlirlərini  37  %,  elmlər  doktorları  isə  təqribən  iki  dəfə  yüksəlt­
mişlər.
Əgər ötən  əsrin  əvvəlində  ABŞ-da  sənaye  şirkətləri  başçıları­
nın  ancaq  10  %-i  ali  təhsilli  idisə,  hazırda  idarəetmə  heyətinin 
60 %-dən çoxunun elmlər doktoru dərəcəsi vardır.  Ən varlı  ameri-
IIIfəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
199


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə