Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


və dözümlülükdür. Lakin tolerantlığın hamı tərəfindən qəbul edilən



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə46/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   42   43   44   45   46   47   48   49   ...   115

və dözümlülükdür. Lakin tolerantlığın hamı tərəfindən qəbul edilən 
davranış tərzi olması üçün daxili siyasi prosesin bütün iştirakçıları­
nın  konstruktiv  əm əkdaşlığı  zəruridir.  Qlobal  “dem okratik 
dalğa”nın  genişlənməsi  prosesində  yeni  partiya  ən ən ələrin in   for­
malaşması,  siyasi məkanın təkmilləşməsi yalnız cəm iyyət daxilin­
dəki uçurumu  aradan qaldırmaq  səylərinə əsaslanmalıdır.
Axı,  dialoq və  insanların rasional yetkinliyi nəticəsində  form a­
laşan məkan 
rasion d  'etre-dən,  yəni əqli əsasdan asılı olacaqdır və 
ona görə də belə məkan banşmazlıqdan daha həyatidir. Üm um dün- 
ya  inteqrasiyası  və  milli  “M ən”in  gözə  çarpmadan  yoxa  çıxm ası 
dövründə  cəm iyyətdə  dialoq,  şəffaflıq,  dözümlülük  kimi  dəyərlər 
keyfiyyətcə yeni, daha aktual xarakter alır.
Müxalifətin,  xüsusən  onun  dağıdıcı-radikal  hissəsinin  liderləri 
dərk etməlidirlər ki, Azərbaycan öz inkişafının elə bir m ərhələsinə 
qədəm   qoymuşdur ki,  müxalifətin  hakimiyyətlə  qarşılıqlı  m ünasi­
bətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivilizasiyalı  forma və 
üsullarla, dialoq, real şüarlar və daha cəlbedici sosial-iqtisadi proq­
ramlar  irəli  sürmək  yolu  ilə  aparıla  bilər.  D əyənəklər,  demir 
çubuqlar,  daş-kəsək  “proletariatın  silahı”  kimi  tarixin  arxivinə 
göndərilməlidir.  Dünya  birliyi  də  bu  m əsələyə  birmənalı  şəkildə 
öz  mənfi  münasibətini  bildirməlidir.  Hakimiyyətin  dinc  yolla təh­
vil  verilməsi  bəşəriyyətin  ən  gözəl  nailiyyətlərindən  biridir.  Hin­
distanın böyük oğlu Mahatma Qandi  zorakılığa əl atmaqdan  imtina 
etm əyə  çağırmışdır,  çünki  bu,  “bəşəriyyətin  elində en böyük qüv­
vədir.  O,  insanın nə vaxtsa icad etdiyi  ən dağıdıcı  silahdan da güc­
lüdür” 108.
“Demokratik dalğa”nın genişləndiyi dövrdə, şəffaflıq, dialoq və 
konstruktiv  əməkdaşlıq  erasında  “açıq  cəm iyyət”  ideyaları  və 
dövlətin  demokratik inkişaf səviyyəsi  ölkənin  qloballaşma proses­
lərində  səm ərəli  və  mükəmməl  iştirakının  əsas  inteqratorlanna 
çevrilmişdir.  Dövlətin  və  cəm iyyətin  dinamik  inkişafı  demokratik 
dəyişikliklərin,  məhkəmə hakimiyyətinin müstəqilliyinin, orta sin­
fin mövcudluğunun  və gənc  nəslin  nümayəndələrinin bu və ya di­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
184
gər sahəyə rəhbərlik prosesinə fəal surətdə cəlb edilməsinin səviy­
yəsindən  asılıdır.  Əgər  demokratik  islahatlar  və  dəyişikliklər  küt­
lələrin  arzusuna  uyğundursa,  zamanın  tələblərinə  cavab  verirsə, 
yəni  statik,  yaxud  tələm -tələsik   deyilsə,  əgər  onlar  xaotik,  yaxud 
sistemsiz şəkildə yox, ardıcıl  surətdə həyata keçirilirsə, demokratik 
dəyişikliklərin uğurla nəticələnəcəyi  labüddür.
Məhkəmə  hakimiyyətinin  daim  təkmilləşdirilməsi  və  monito­
rinqi  demokratik  ideyaların  v ə  baxışların  qloballaşması  dövründə 
dövlətin və onun vətəndaşlarının hərtərəfli  inkişafının mühüm  tər­
kib hissəsidir. Demokratik cəm iyyətdə insanın hüquq və azadlıqla­
rının  səmərəli  təminatı  dövlətin  öz  vətəndaşına,  onun  hüquq  v ə 
azadlıqlarına  münasibətinin  əsas  göstəricisidir.  J.J.Russo  vaxtilə 
demişdir:  “Hətta  ən güclü sahibkar də öz gücünü hüquqa,  itaəti  isə 
borca çevirə  bilm əsə,  daim sahibkar olmağa gücü çatmaz”.
Azerbaycan  vətəndaşının  hüquq  və  azadlıqları  toxunulmazdır 
və kimsə  tərəfindən hücum obyekti ola bilməz.  Bu hüquqlar Azər­
baycan  Respublikasının  Konstitusiyası,  bir sıra qanunvericilik  akt­
ları  v ə  həmin  hüquqlara  əm əl  edilməsinin,  qanunun  aliliyinin  və 
ölkədə  qayda-qanunun  təminatçısı  olan  dövlət  başçısı  tərəfindən 
qorunur. Lakin yaddan çıxarmaq olmaz ki, “bir nəfərin hüququ baş­
qa  bir  nəfərin  yaşamaq,  toxunulmazlıq  və  dövlət  tərəfindən  mü­
dafiə  hüququnun  başlandığı  yerdə  məhdudlaşır”.  Odur  ki,  hər  bir 
insan,  əvvəla, özünün “təbii”  v ə ikincisi, Əsas qanunla -  Konstitu­
siya  ile  təmin  olunmuş  hüquqlarını  nəzərə  almaqla,  təkcə  öz  hü­
quqları  və  azadlıqlarını  başa  düşməli  deyil,  digər  vətəndaşın  hü­
quqlarının  təmin  olunmasında  öz məsuliyyətini  də dərk  etməlidir.
2004-cü  il  bələdiyyə  seçkiləri,  2005-ci  il  isə  parlament  seç­
kiləri  ile  əlamətdar  olacaqdır.  Həm  bu,  həm  de  digər  seçkiləri 
ölkənin  güclənən  demokratik  keçidinin  daha  bir  mərhələsi  kimi 
qiymətləndirmək lazımdır. 2003-cü ilin oktyabrında keçirilmiş pre­
zident  seçkiləri  gösterdi  ki,  “gözübağlı”  tradisionalistlərin  və 
teşəxxüslü,  ekspressiv  siyasi  disputlarda  itib-batmış  qüvvələrin 
dövrü  keçmişdə qalmışdır.  Müasir epoxa Azerbaycanın siyasi  səh­
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
185


nəsində  dövləti keyfiyyətlə  inkişaf etdirməyə,  onu dünya  birliyinə 
tam  miqyasda  inteqrasiya  etm əyə,  əsası  1993-cü   ildə  H eydər  Ə li­
yev tərəfindən qoyulmuş səm ərəli dövlətçilik xəttini inamla davam 
etdirməyə  qadir olan modemist qüvvələrə yol  açmışdır.
Tamamilə  aydındır ki,  2004-cü  və  2005-ci  illərin  seçkiləri  sa­
vadlı,  mütərəqqi  vətəndaşların  dövlət  idarəçiliyinə  fəal  surətdə 
cəlb edilm əsinə, onların lokal səviyyədə və respublika səv iy y əsin ­
də  təmsil  olunmalarına  göstərilən  ciddi cəhddir.  B ələdiyyə  orqan­
larına v ə ölkə parlamentinə seçkilərdə iştirak, o cümlədən güclü və 
müstəqil  dövlət,  mükəmməl  vətəndaş  cəm iyyəti  quruculuğuna  is­
tiqamətlənmiş  gənc,  səriştəli,  intellektual,  vətənpərvər  insanların 
da iştirakı ölkənin yeni siyasi elitasının təşəkkülünə, siyasi rəqabə­
tin  demokratik  əsaslarının  möhkəmlənməsinə  və  kadrların keyfiy­
yətli  rotasiyasına kömək edəcəkdir.
Çoxları yaxşı xatırlayır ki, sovet dövründə belə kadrları kom so­
mol hazırlayırdı.  Sovet İttifaqının dağılması və bundan sonra layiq­
li  kadrların  seleksiyası  prosesində  yaranmış  boşluq  ölkənin  inkişaf 
strategiyasına mənfi təsir göstərdi. Heydər Əliyev  1993-cü ilin iyu­
nunda Bakıya qayıtdıqdan  sonra,  Milli M əclisin sədri olarkən m əhz 
yeni  gənc  və  işgüzar vətəndaşların üzə  çıxarılması üçün ilk görüş­
lərindən  birini  Azərbaycan  gənclərinin  nümayəndələri  ile  keçir­
mişdir.
Yuxarıda  qeyd  edildiyi  kimi,  demokratiya  monosentrik  siyasi 
ideyaları qəbul etmir. İnsan zəkası cəmiyyətin siyasi və iqtisadi h ə­
yatında  onun  inteqratoru  olan  bir  baxış,  yaxud  ideya  çərçivəsində 
olan  varlığı  qəbul  etmir.  Dünya  tarixi  dəfələrlə  sübut  etmişdir  ki, 
ideyaların  avtoritarizmi,  bəzən nə  qədər açıq görünsə de, bu v ə ya 
digər  sistemin  legitimliyini,  yaxud  disfimksionalhğını  itirməsi  ilə 
şərtlənən  m üəyyən çərçivələrə  və  sərhədlərə malikdir.
Antik  dövrlərdən tutmuş  SSRİ-nin  dağılmasına qədər bəşəriy­
yət həm işə hər bir fərdin böyük azadlığa və geniş  seçim hüququna 
malik olduğu  polisentrik siyasi  sistemə  can  atmışdır.  Müasir dövr­
də  “seçim  hüququ”  anlayışının  fəlsəfi  qavrayışı  dövlətin milli  su­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
186
verenliyinin  qorunması  m əsələsində  v ə  beynəlxalq  münasibətlər­
də,  bəlkə  də,  əsas  əngəldir.  Ona  görə  də  belə  bir  mülahizə  də 
əsassız  deyildir  ki,  bəşəriyyət  “demokratiyadan  yorulmaq”  kimi 
səciyyələndirilən  həddə  çata  bilər,  elə  bir  həddə  ki,  monosentrik 
qloballaşma və milli suverenliyin məhdudlaşması “xalqların nüfuz­
dan və qərar qəbul etmək hüququndan məhrum olması” kimi qəbul 
edilə bilər109.
Buna  görə  də  aydındır  ki,  ölkəni  tərəqqiyə  v ə  inkişafa  apar­
mağa  qadir olan  yeni  siyasi  elitanı  elə  bir nəsil  formalaşdıracaq ki, 
ondan ötrü milli “M ən”, m illi eyniyyət, təkcə regional planda deyil, 
həm  də  qlobal  miqyasda milli  müstəqilliyin və  dövlət  suverenliyi­
nin  qorunub  saxlanması,  ölkənin  iqtisadi  baxımdan  güclənməsi 
mühüm amildir.
Gənc nəsil lokal və respublika əhəm iyyətli  seçkilərdə  fəal  işti­
rak  edərək,  qarşıya  qoyulmuş  məqsədlərə  uğurla  nail  olmağa  kö­
mək edə bilər. Bu m əsələd ə dövlət gənc azərbaycanlı liderlərin in­
kişafına  və  təşəkkülünə  kömək  göstərilməsinə  yönəldilmiş  dəqiq 
mövqe  tutur.  Bu,  dövlətin  tələblərinə  cavab  verir  və  milli  mənafe 
və təhlükəsizlik m əsələsidir.  “Demokratik dövlətlərdə  idarə edən­
lərin  legitimliyi,  adətən,  onların  əsas  seçki  qruplarının  istəklərinə 
nə dərəcədə  cavab  vermələrindən,  yəni  onlardan  aldıqları  dəstək­
dən asılıdır.  Sistemin legitimliyi isə prosedurlardan, seçicilərin səs­
vermə  yolu  ilə  özünə başçı  seçmək bacarığından  asılıdır” 110.
Milli  eyniyyətdən  danışarkən  dinin  bezi  qloballaşma  məkanla­
rında aradan qalxan, digərlərində isə, əksinə, fəallaşaraq dövlət hə­
yatının  bütün  sahələrinə  getdikcə  daha  çox  təsir  göstərən  rolunu 
unutmaq  olmaz.  Bəzi  Qərb  tədqiqatçılarının  fikrincə,  Qərbdə  din 
siyasi  və  sosial  m əsələlərdə  artıq  həlledici  rol  oynamır.  O,  sosial 
münasibətləri nizamlamır.  Din sosial ədalət haqqında təsəvvürlərin 
inkişafında müsbət rolunu oynamışdır111.
Bütövlükdə, ötən əsri təhlil etsək görərik ki, əsrin sonları  dinin 
hər yerdə  dirçəliş dövrü  (la Revanche den Dieu) olmuşdur.  XX ə s ­
rin ortalarında baş verən hadisələr konkret məkanlarda xristianlığın
_____________
III fəsil.  Qloballaşma  dövründə dövlət və cəmiyyət
187


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə