Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Siyasi  baxımdan  Azərbaycan  iki  böyük  Avropa  qurumunun



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə45/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   41   42   43   44   45   46   47   48   ...   115

Siyasi  baxımdan  Azərbaycan  iki  böyük  Avropa  qurumunun 
-   Avropa  Şurasının  və  Avropada  Təhlükəsizlik  və  Ə m əkd aşlıq 
Təşkilatının üzvüdür.  Hərbi-siyasi müstəvidə Avratlantik təh lü k ə­
sizliyinin mühüm elementi olan NATO ilə əməkdaşlığa böyük d iq ­
qət yetirilir.
Qloballaşan dünya məkanına yeni təhlükə və təhdidlər b ey n əl­
xalq terrorizm v ə separatizmə,  etnik zorakılıq və setsessiya (d ö v lə ­
tin tərkibindən çıxmaq) cəhdləri ilə  mübarizədə birgə tədbirlər g ö ­
rülməsini  zəruri  edir.  Bu  m əsələd ə  “ikili  standartlar”  olmam alıdır 
və  ola da bilməz.  Beynəlxalq hüquq ərazi bütövlüyünün qorunma­
sını  təmin  etməklə  yanaşı,  həm  də  insan hüquqlan  və  azadlıqları­
nın təmin  olunmasını  öhdəsinə  götürür.  Hüquqlan  tapdalanmış  bir 
milyondan çox azərbaycanlı beynəlxalq hüququn əsas normalannın 
reqlamentasiyasından  kənarda  qalmamalıdır.  Beynəlxalq  qurumlar 
erməni təcavüzkarlarını cilovlamalı və Dağlıq Qarabağ probleminin 
sülh yolu ilə həllinə kömək etməlidirlər.
Bununla  belə,  qloballaşma  dövründə milli  strategiyanın  əsasını 
təkcə  iqtisadi v ə hərbi-siyasi amillər təşkil etmir.  Azerbaycan XX I 
əsrdə  qloballaşan  məkanlardakı  sivilizasiyaların  dialoq  v ə   təmas 
nöqtəsidir.  Qloballaşan dünyanın əsas cəhətlərindən biri keyfiyyət­
cə yüksək intellektual  səviyyəli kadrlara ehtiyacın artmasıdır.
Müasir dünyada “kraxmallı köynəklilər”  adlandırılanlar qlobal­
laşma  proseslərinin  uğurlu  “müdaxiləsinin”  əsas  hissəsini  təşkil 
edirlər.  M əsələn,  hər  bir  insanın  həyatında  informasiya texnologi­
yalarının  çox  böyük  rolu  nəzərə  alınmaqla,  Azərbaycanda  təhsilin 
səviyyəsinin  artırılmasının  və  ən  yeni  texnologiyaların  cəlb  edil­
məsinin nə qədər rentabelli  olduğunu dərk etmək  lazımdır.
Qloballaşmanın hazırkı  mərhələsi sənaye müəssisələrinin inki­
şaf etməkdə  olan  ölkələrə  köçürülməsi  fenomenini  doğurmuşdur. 
1970-ci  illərin  ortalarından  ABŞ,  Yaponiya  və  Avropa  şirkətləri 
yeni v ə daha ucuz işçi qüvvəsi əldə etmək və sənaye istehsalı üçün 
zəruri olan xammalın gətirilməsi xərclərinə qənaət etmək məqsədi 
ilə öz sənaye müəssisələrini fəal surətdə digər ölkələrə köçürməyə
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
180
başlamışlar.  Bu,  bir  çox  malların  qiymətlərini  xeyli  aşağı  salmağa 
və  Yer  kürəsi  əhalisinin  böyük  bir  hissəsinin  həmin  malları  əld ə 
edə  bilməsinə imkan vermişdir.  Digər tərəfdən, bu,  həmin  layihə­
lərin  həyata  keçirildiyi  yeni  məkanlarda  təhsilin  səviyyəsinin  art­
masını  şərtləndirmişdir.  Bu,  transformasiya  dövrünü  yaşayan  bir 
sıra cəmiyyətlərdə  işsizlik problemini  də  qismən həll etmişdir.
Azərbaycan  Prezidenti  İlham  Əliyev  Cenevrədə  İnformasiya 
cəm iyyəti  üzrə  ümumdünya  sammitindəki  nitqində  Azərbaycanda 
qabaqcıl  informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı­
nın  v ə   tətbiqinin  aktuallığını  aydın  şəkildə  xarakterizə  edərək  de­
mişdir:  “Ölkəmizin  əlverişli  coğrafi-siyasi  mövqeyi  Azərbaycanı 
Şərq-Qərb,  Şimal-Cənub  nəqliyyat  dəhlizlərinin  vacib  hissəsi 
etmişdir.  Bu  nəqliyyat dəhlizləri  vasitəsilə  Azərbaycana  yeni  biz­
neslər və yeni  informasiya növləri  axıb gəlir.  Hazırda həmin infor­
masiyanı  rabitə texnologiyalarına çevirmək ehtiyacı  duyulur” 107.
İnformasiya-kommunikasiya texnologiyalarının  fəal surətdə iş­
lənib  hazırlanmasında  iştirak,  istehsal  edilən  məhsulun  dünya  ba­
zarlarına  çıxarılması  hər  bir  dövlətin  və  cəmiyyətin  səmərəli  və 
hərtərəfli  inkişafının mühüm elementi kimi  yüksək səviyyəli təhsi­
lin olmasını tələb edir.  Keyfiyyətli təhsil vətəndaşın və deməli, bü­
tövlükdə  dövlətin  uğurlu və perspektivli  inkişafının  rəhnidir.  Uzun 
tarixi  seleksiya prosesi  keçmiş təhsil sistemi  Sovet İttifaqının süqu­
tundan  sonra  tənəzzül  etm əyə  başladı.  Siyasi,  iqtisadi  ve  sosio- 
mədəni  məkanlarda  meydana  çıxan  problemlər  bir  çox  postsovet 
respublikalarında, o cümlədən Azərbaycanda təhsil sisteminin key­
fiyyətlə  fəaliyyət  göstərməsinə  nezərəçarpacaq  dərəcədə  mənfi 
təsir göstərdi.
1980-ci  illərin sonu -   1990-cı  illərin əvvəlində tələbələrin, bə­
zən  də  şagirdlərin  keçmiş V.Lenin  adına meydanda  (indiki  Azadlıq 
meydanı) keçirilən mitinqlərdə iştirak etməsi hələ də yadımızdadır.
1988-1993-cü  illərdə ölkədəki  anarxist meyillərin mövcudluğu və 
respublika  rəhbərliyinin  inkişaf perspektivlərini  aydın  təsəvvür et­
məməsi  gənclərin  təhsilə  həvəsini  söndürmüşdü.  Bu  dövrdə  milli
__________________
III fəsil.  Qloballaşma dövründə dövht və cəmiyyət
181


təhsil  sistemi  xeyli  tənəzzülə  uğramışdı.  Təhsil  sistemində  yaran­
mış boşluq tələm -tələsik digər dövlətlərin təhsil strukturları v ə  sis­
temləri  ilə  doldurulmuşdu.
Siyasi  v ə  struktur  baxımından  hələ  formalaşmamış  A zərbay­
canda Amerika, Türkiyə v ə keçmiş sovet təhsil sistemləri bir-birinə 
qarışmışdı.  Müstəqillik qazanıldıqdan dərhal sonra “Azərbaycan is­
tehlakçısı”  Amerika universitetində,  Türkiyə  liseylərində,  Oksford 
məktəbində v ə   “ən yaxşı”  sovet ənənələrini hələ də  qoruyub  sax­
layan  dövlət ali məktəblərində təhsil  almaq imkanı  əld ə  etdi.  Eyni 
zamanda,  tələbələrin  xarici  ali  təhsil  ocaqlanna kütləvi  axını  baş­
ladı.  Bu fakt özlüyündə sevindirici olsa da, bir çox hallarda tə lə b ə ­
lərin  bütöv  qrupları  xarici  dövlətin  bu  və  ya  diger ali  m əktəbində 
məcburi olan yeni ideoloji  görüşlərin “girovuna”  çevrilirdilər.
Keçid dövrünün mövcud problemlərinə və onların doğurduğu ç ə ­
tinliklərə  baxmayaraq,  1993-cü  ildə  hakimiyyətə  qayıtdıqdan  sonra 
Prezident Heydər Əliyevin səyləri sayəsində ölkənin təhsil sistemin­
də  qismən  institusional  yenidənqurma  həyata  keçirmək  mümkün 
oldu. Lakin müasir dünya bir-birilə qarşılıqlı surətdə bağlı v ə  bir-bi­
rindən  qarşılıqlı  surətdə  asılı  olan  dövlətlərdən,  cəmiyyətlərdən  və 
fərdlərdən  ibarət  sürətlə  inkişaf edən  məkandır.  Region  dövlətləri 
lazımi  səviyyədə  inkişaf etdiyi  təqdirdə  qloballaşma  uğurlu  layihə 
olmaq imkanı qazanır, əks halda isə qloballaşmanın siyasi, iqtisadi və 
sosiomədəni məkana hibridləşdirici  təsiri  labüddür.
Bu baxımdan məhz keyfiyyətli  milli təhsil səmərəli  inkişafa və 
qloballaşma proseslərinə mükəmməl  inteqrasiyaya imkan verir.  Bu 
isə,  öz  növbəsində,  industrial  epoxadan postindustrial  epoxaya  sü­
rətli  sıçrayışı  və  keçidi  təmin  edir.
Ölkəmizin  əldə  edə  biləcəyi  belə  imkanlar  nəzərə  alınmaqla, 
qloballaşma  gedən  məkan  kimi  Azerbaycanda  təhsil  sistemi  key­
fiyyətcə yeni texnologiyaların tətbiqinə əsaslanmalı, milli m ənafe­
lərə  cavab  verməli,  tədrisin  yüksək  səviyyəsini  təmin  etməli,  v ə ­
tənpərvər,  intellektual  və  səriştəli  gənclər  yetişdirməli,  dövlətin 
“beyin  axını ”nın qarşısını  almağa kömək etməlidir.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
182
i
Qloballaşmanın  milli  məkanlara təsiri  prosesində  dövlətin  da­
xili  siyasi  inkişafı  böyük  əhəm iyyət kəsb  edir.  İnteqrasiya proses­
lərinin  təsiri  yeni  qavrayış,  təfəkkür  tərzi  formalaşdırır,  sonra  isə 
yeni  dövrün  bu  komponentlərinə  həyat  verir.  Davranışın  yeni 
stereotipləri  və  formaları  meydana  gəlir.  Demokratik  dövlət  kimi 
Azərbaycan hüquqi v ə demokratik əsasları möhkəmləndirmək isti­
qamətində irəliləyir.
Müstəqillik əldə edildiyi gündən  13  il keçəndən sonra əminlik­
lə  demək  olar ki,  əslində,  totalitar  dövrün  kütləvi  şüur  formasının 
açıq,  şəffaf və  demokratik  cəm iyyət  elementləri  ile   zənginləşm iş 
şüur forması  ilə əvəz olunmasını nəzərdə tutan ictimai  transforma­
siya baş vermişdir.  Bu,  bütövlükdə cəmiyyətdə  yeni  siyasi  oriyen­
tirlərin  formalaşmasına  əhəm iyyətli  təsir  göstərir,  funksional 
baxımdan  yeni  siyasi  təşkilatlann  yaradılmasına  gətirib  çıxarır. 
Formalaşan  siyasi  məkan xeyli  dərəcədə  əhalinin  bütün  təb əq ələ­
rinin mənafelərini  ifadə edir.  Demokratik cəm iyyətdə monosentrik 
siyasi  sistemlərdən  danışmağın  əsassız  olması  tamamilə  təbiidir. 
Lakin  siyasi  məkan  hətta  ikiqütblü,  yaxud  polisentrik  olsa  belə, 
kütlənin tələblərinə  cavab  verməli, əhalinin mənafelərini  ifadə et­
m əli,  inkişafa və tərəqqiyə kömək gösterməli,  başlıcası  isə,  dövlət 
müstəqilliyinin əsası kimi milli suverenliyi, -  o cümlədən daxili si­
yasi  m əsələlərdə, -  qoruyub  saxlamalıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna nail  olmaq si­
yasi  hakimiyyətin  bütün  dairələri  üçün  öncül  istiqamət  sayılan 
məqsəddir. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət gös­
tərməsi,  üçüncü sektorun -  qeyri-hökumət təşkilatlarının,  birlik və 
assosiasiyaların  maneəsiz  işləm əsi,  söz,  iradə,  fikir,  dini  etiqad 
azadlığı  müasir Azərbaycanın  ictimai-siyasi  inkişafının  öncül  isti­
qamətləridir.
Lakin  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün 
a priori 
qəbul  edilən,  hər şeyi  əhatə edən aksiomlar kompleksi  mövcuddur 
v ə  onlarsız keçid  dövrü  cəmiyyətlərinin  inkişafı  mümkün  deyildir. 
Vətəndaş  cəm iyyətində  dialoqun  mühüm  tərkib  hissəsi  tolerantlıq
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
183


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə