Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


məhz  bu  cür  inkişaf etmişdir.  SSRİ-nin  dağılmasından  sonra  c ə ­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə41/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   37   38   39   40   41   42   43   44   ...   115

məhz  bu  cür  inkişaf etmişdir.  SSRİ-nin  dağılmasından  sonra  c ə ­
miyyət v ə   dövlətin dəyişilmiş reallıqlara uyğunlaşması v ə  tədricən 
yeni  dövlət  quruculuğuna  keçməsi  üçün  vaxt  tələb  olunurdu.  Əl­
bəttə,  m üxtəlif  qüvvələr  uyğunlaşma  dövrünün  məzmununu  və 
onun nəticəsim   öz bildikləri kimi  yozurdular.  Lakin Azərbaycanın
1991-1993-cü illər dövrünün  tarixi təcrübəsi  modernləşmə prose­
sində  liderlik  iddiasında  olan  “hərəkat”ın  tam  acizliyini  əyani  şə­
kildə nümayiş  etdirdi.
“Hərəkat”ın  inkişafının  ikinci  mərhələsi  kimi,  radikallaşma 
“hərəkatın”  müstəqil,  xarici  şəraitdən  birbaşa  asılı  olmayan  təka­
mülünü nəzərdə tutur.  Bu m ərhələdə “hərəkat”ı doğuran dövlət və 
cəm iyyət  arasında  əlaqələr zəifləyir.  İctimai  tələbata  deyil,  yalnız 
siyasi  mübarizənin  daxili  məntiqinə  tabe  olan  radikallaşma  gedir. 
“Baş xett”in ən barışmaz və fanatik tərəfdarları liderlik edirlər. Tə­
rəddüd  edənlər  siyasi  axından  kənarlaşdırılırlar.  Postkommunist 
Azərbaycanı üçün radikallaşma da “hərəkat”ın xarici şəraitdən z ə if 
asılılığı  ilə  seçilirdi.  Proses  ancaq  öz  daxili  məntiqi  ilə  yaranırdı. 
Əslində, sağlam düşüncəyə rəğmən, bütün siyasi qüvvələr və sosial 
qruplar bu məntiqə uyğunlaşmağa məcbur idilər. “Herəkat’Tn dur­
madan radikallaşması cəm iyyətin böyük bir hissəsini nəzərdə tutu­
lan siyasi,  iqtisadi və  sosial dəyişikliklərdən kənarda qoyurdu.
Pastuxovun  fikrincə,  kristallaşma  “hərəkat”  daxilində  istər  iq­
tisadi,  istərsə  də  siyasi  mənada  kifayət  edən  “möhkəm  özək”  ya­
randıqda  təzahür  edir.  Bu,  milli  dövlətin  yeni  xarakteri  barədə  sa­
zişə  gələn,  informasiya  məkanını  zəbt  edən  yeni  iqtisadi  və  siyasi 
qruplardır. Azərbaycan şəraitinə əsaslanaraq demək olar ki, iqtisadi 
sahədə kristallaşma m ərhələsində başlıca maliyyə və xammal ehti­
yatları  üzərində nəzarət qoyulmuşdu.
Siyasi  sahədə  yeni  siyasi  m ədəniyyətin  əsası  qoyulmuş,  yeni 
idarəetmə  strukturu  yaradılmağa  başlanmışdı.  İnformasiya  sahə­
sində  yeni  siyasi  və  iqtisadi  qrupların  ictimai  şüurun  formalaşdı- 
rılmasımn  v ə  ictimai  rəyin  yönəldilməsinin  əsas  vasitəsi  kimi 
kütləvi  informasiya  vasitələrinə  təsiri  güclənmişdi.  Əlbəttə,  dəyi­
şikliklər cəm iyyətdən də yan ötməmişdi. B elə ki, insanların öz fər­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
164
di  hüquq və azadlıqlarını  başa düşməsində nəzərəçarpacaq  irəlilə­
yiş olmuşdur.
Azərbaycanda  transformasiyaya  qədərki  dövrün  mahiyyətinin 
təhlilində  yuxanda  xatırladılan  nəzəri  sxemdən  istifadə  edilməsi, 
əlbəttə,  olduqca  şərti  səciyyə  daşıyır.  Lakin  başa  düşmək vacibdir 
ki,  transformasiya  təkcə  ictimai  sistemin  dəyişdirilməsi  və  güclü 
dövlət  qurulması  barədə  xoş  niyyətlərdən  ibarət  deyildir.  Məlum 
olduğu kimi, xoş niyyətlər cəhənnəm ə  gedən  yolda  olur.  Modern­
ləşmə dəyişikliklərinin mahiyyəti “tərəqqi barədə şirin xəyallar”da 
deyil,  milli  inkişaf strategiyasının  gerçəkləşdirilməsi  üçün  görülən 
konkret  işlərdədir.
Beləliklə,  sovet  nomenklaturasınm  avtoritar  ehkamları  müasir 
qloballaşmanın iki  başlıca prinsipi -  laissez  faire,  yəni  iqtisadi  fəa­
liyyət azadlığı və m aneəsiz (azad) siyasi fəallıqla ə v ə z  olunmuşdur. 
Sovet  cəmiyyətinin  siyasi  passivliyi  siyasi  prosesdə  hamılıqla  fəal 
iştirak etmək səyləri  ilə  aradan qaldırıldı.  Bu,  əhalinin xoşagəlm əz 
siyasiləşməsinə  səbəb  olsa  da,  transformasiya  cəm iyyəti  kimi 
Azərbaycan  bu  cür sarsıdıcı  siyasi  canlanmadan  keçməli  idi,  çünki 
cəmiyyətin  yığılıb  qalmış  enerjinin  çıxmasına,  püskürməsinə  ehti­
yacı  vardı.
H ələ  formalaşmamış  yeni  dövlət  və  sosial  təsisatlar  şəraitində 
kütlələrin  kortəbii  fəallığı  dağıdıcı  xarakter almağa,  vətəndaş  şüu­
runun  və  məsuliyyətinin  yaranmasına  mane  olmağa  başlayır.  Bu, 
sosialist  təsərrüfat  münasibətlərinin  bazar  münasibətləri  ilə  əv əz 
olunmasına  mənfi  təsir  gösterir.  Azərbaycan  tarixində  olmuş  bu 
fakt  mədəni,  iqtisadi  v ə  siyasi  dəyişikliklərin  sıx  qarşılıqlı  asılılı­
ğına  dair  elmi  müddəanı  daha  aydın  şəkildə  təsdiq  edir.  Məlum 
olduğu kimi, bəzən bir-birinə zidd şəkildə yozulan bu müddəa m o­
dernləşmə nəzəriyyəsinin, onun Karl Marksdan və Maks Veberdən 
tutmuş  Deniel Bellə qədər ən m üxtəlif nəzəriyyəçiləri üçün məhək 
daşıdır.
B əzən mədəni  dəyərlər yönümündəki  dəyişikliklər cəmiyyətin 
siyasi  v ə  iqtisadi  sahələrində  yeniliklərin  əsasına  çevrilir.  Digər 
hallarda,  ictimai-siyasi  transformasiyaların  əsasını  texnoloji,  daha
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
165


geniş mənada, iqtisadi yeniliklər təşkil edir. M ədəniyyətin siyasəti, 
yoxsa  siyasətin mədəniyyəti  m üəyyən  etməsinə  dair daimi  m üba­
hisə,  az  qala  sviftsayağı  qarşıdurma  təhlükəsinə  çevrilə  bilər.  N ə  
yolla  olursa-olsun,  lakin  hökmən,  sosiomədəni,  iqtisadi  v ə   siyasi 
amillərin  qarşılıqlı  əlaqəsi  ilə  tədricən  cəmiyyətdə  v ə  dövlətdə 
modernləşməyə keçidi reallaşdıran imkanlar toplanır.
“Modernləşmə” termininə müraciət etsək, qeyd etmək lazımdır 
ki,  X X  əsrin ortalarına qədər bu terminə tamamilə aydın m əzm un- 
mündəricə verilirdi. O, urbanizasiyanı, sənayeləşməni, d ü n yəviləş- 
məni,  rasional  bürokratiyanın  v ə  müvafiq  dövlət  idarəçiliyi  m ə ­
dəniyyətinin  yaradılmasını  nəzərdə  tuturdu.  Bütün  bunlar  qarışıq 
hakimiyyət  formalarından  dəqiq  müəyyənləşdirilmiş  formalara, 
şəxsləndirilmiş  səlahiyyətlərdən  şəxssiz  fiınksiyarlara,  məcburi 
qaydalardan  universal  normalara  doğru  irəliləyiş  tələb  edir.  Lider 
ölkələrdə  modernləşmə  prosesinin  başlıca  meyillərinin  istiqamət­
ləri  artıq dəyişmişdir.
Qərbin  inkişaf  səviyyəsinə  çatmaq  üçün  aparılan  modernləş­
mənin  mahiyyətini  və  üsullarını  yuxarıda  nəzərdən  keçirdik.  Yeni 
siyasi  reallıqları  və  iqtisadi  strukturu  qavramağın  xarakterinin  d ə ­
yişm əsi,  liberal-fərdiyyətçilik  dəyərləri  əsasında  müasir  davranış 
modelinin  formalaşması  onun  başlıca  daxili  şərti  kimi  çıxış  edir. 
İndi isə qloballaşmanın modernləşməyə nə dərəcədə kömək etməsi 
və  dünya  birliyində  modernləşmə  praktikasının  əsas  modellərinin 
nədən  ibarət olması  barədə  suala cavab verməyə çalışaq.
Modernləşmə proseslərini  araşdırarkən,  hər şeydən əvvəl,  ötən 
əsrin  50-ci  illərinin  sonu -  60-cı  illərinin əvvəlində dünyada yük­
sək  sürətlə  gedən  sənayeləşm əyə  nəzər  salmaq  lazımdır.  Axı, 
praktiki  əsası  “Marşal  planı”  ilə  qoyulan  Qərbin  inkişaf səv iy y ə­
sinə  çatmağın  inkişaf konsepsiyası  məhz  bu  dövrdə  formalaşmağa 
başlamışdır.  Onun əsas məqsədi  İkinci dünya müharibəsindən son­
ra Qərbi Avropa ölkələrinin iqtisadiyyat və təsərrüfatının bərpasına 
kömək etmək idi.  Əsasən, A B Ş-m  yardımı  ilə bir çox ölkələrin sə- 
nayeləşdirilməsinin  həyata  keçirilməsi  bu  mərhələdə  dönməz  xa­
rakter almışdı.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
________
166
Raymon Aronun qeyd etdiyi  kimi,  “iqtisadi və  sosial baxımdan 
bütün  en  dairələrində,  bütün  irqlərdən  olan  ölkələrin  hamısında 
mahiyyətcə  dəyərləri  oxşar  ad  altında  eyni  məqsədi  görmək  id­
diasındadırlar...  Senayeleşdirmə  labüddür,  o,  ümumiliyə doğru can 
atır”95.
Sənayeləşdirmə pərakende  təsərrüfat  və  iqtisadiyyatların vəh­
dət halına düşməsi sahəsində yeni qlobal prosesin rüşeymi oldu. Bir 
qrup ölkələrin inkişafına yönəldilən sənayeləşdirmə Qərbdən Şər­
qə  yayılaraq,  hələ  sənayeyə  qədərki  mərhələdə  olan  ölkələri  də 
tədricən  öz  arealına  daxil  edirdi.  Yeni  müstəqil  dövlətlərin  hələ 
SSRİ-nin  tərkibində  olarkən  senayeleşdirmə  mərhələsini  keçm ə­
sinə baxmayaraq, onlar sənayecə inkişaf etmiş ölkələrdən xeyli geri 
qalırdılar.  Ona görə də, yuxarıda deyildiyi kimi,  artıq Qərb aləmin­
dən  ötrü  aktual  olmayan,  lakin  yeni  müstəqil  dövlətlər üçün tama­
milə  müasir  olan  prinsiplərə  -   sənaye  cəmiyyəti  qurulması  və 
gələcək  postindustrial  eraya daxil  olmağa  zəmin yaradılması  prin­
siplərinə  keçid  Azərbaycan  üçün  modernləşməyə  keçidin  başlan­
ğıcı  oldu.
Təbiidir  ki,  bu  cür  daxilolma  hazırkı  milli  sənayenin  tezliklə 
yüksək texnologiyalarla əvəz olunmasını nəzərdə tutmur, çünki  iq­
tisadiyyatımızın  inkişaf dərəcəsi  bu  miqyasda  sıçrayışı  təmin  edə 
bilməz,  lakin yeni postindustrial eranın sosial, siyasi və  mədəni de- 
terminantları  müasir  Azerbaycan  cəmiyyətində  artıq  formalaşır. 
Biz,  əslində  tradisionalist,  modemist  və  postmodemist  cəm iy­
yətlərin  ünsürlərinin  birgə  mövcud  olduğu  eklektik  reallıq  ile  üz­
ləşmişik.
B eləliklə, keçidin uğurlu olmasını təmin etmək üçün təkcə milli 
ənənələrdən  deyil,  daha  inkişaf etmiş  ölkələrin  mexanizmlərindən 
və  texnologiyalarından  da  istifadə  olunmalıdır.  Mehz  bu  variantda 
keçidi  Qərbin  inkişaf  səviyyəsin ə  çatmağın  üsulu  v ə  ya  metodu 
kimi səciyyələndirm ək olar.  Elə bir üsul ki, bu zaman yeni mədəni, 
siyasi  v ə  iqtisadi  örnək  v ə  strukturların  formalaşması  çatmağa  ça­
lışdığımız  inkişaf etmiş cəm iyyətlərin normaları  və əsaslarının ke­
çid  cəm iyyətinə  daxil  olmasına  gətirib  çıxarır.  Bu  diffiıziya  gizli
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
167


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə