Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


ləşdirirsə,  digərlərində  diffiıziya  baş  verir,  sonra isə  tarixən  sabit­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə38/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   34   35   36   37   38   39   40   41   ...   115

ləşdirirsə,  digərlərində  diffiıziya  baş  verir,  sonra isə  tarixən  sabit­
ləşm iş  normalar,  adət-ənənələr  gözə  görünmədən yox  olub  gedir. 
Bu m əsələd ə problem əks-təsirin dərəcəsi v ə səviyyəsində, habelə 
yeni eranın determinantlan ilə qarşıdurmanın nə qədər əsaslı olm a­
sındadır.
Qərbləşmə  qeyri-qərb  məkanlan  tədricən  “udaraq”,  m ü əy yən  
məkanlarda  siyasi  düzümün  xarakterini  dəyişdirir.  Görünür,  qərb- 
ləşm ənin  alqoritmi  bütövlükdə  cəmiyyətlərin,  yaxud  məkanların 
keçidinin  təmin  edilməsindən  ibarət  deyildir.  Onun  m əq sədi  yeni 
qlobal iqtisadi baxışların və siyasi ideyaların  “desantı üçün m eydan 
hazırlamaqdır” .  Qloballaşma genişləndikcə,  inteqrasiya prosesləri­
nin  aparıcı  agentlərinin siyasi,  iqtisadi və sosial həyatının  ə sa s  tər­
kib hissələri yeni məkanlarda assimilyasiya olunur.
Tanınmış  tarixçi  Am old  Toynbi  özünün  məşhur  “Sivilizasiya 
tarixin  m əhkəməsi  qarşısında”  kitabında  xəbərdarlıq  edirdi  ki, 
Qərb m ədəniyyəti ünsürlərinin qəbul olunması, əslində,  e lə  bir tə­
sirdir ki,  bir müddətdən  sonra o,  ənənəvi  cəmiyyətə nüfuz edəcək 
v ə   onu  amansızcasına  ikiyə  parçalayacaqdır89.  Çünki  bu,  nəticədə 
ənənəvi  cəmiyyətin  simasını  tamamilə  dəyişən  mədəni  inqilaba 
start verir.
Qərbləşmənin əsil mahiyyəti nədir?  N ə üçün bəziləri  onda yı­
ğılıb  qalmış  problemlərin  həllini,  başqaları  isə  təhlükə  görür? 
Q ərbləşm əyə bir neçə müstəvidə baxmaq olar, lakin onun əsasında 
qlobal  fikir  yekdilliyinin  formalaşdırılması  durur.  Artıq  deyildiyi 
kimi, bu  anlayışa,  hər şeydən əvvəl,  Qərb cəmiyyətləri  strukturla­
rının, texnologiyalarının, həyat tərzinin qeyri-Qerb cəm iyyətlərinə 
köçürülməsi ideyası daxildir.  Bundan əlavə, qərbləşmə qeyri-Qərb 
ölkələrinin  xalqlarında  Şimali  Amerika,  Qərbi  Avropa  ictimai  sis­
temlərinin  şəksiz üstünlüyünə  inam formalaşdırmaq cəhdidir90.
Beləliklə,  qərbləşmə  konsepsiyasının  mühüm  özəyini  Avropa 
yönümlülük,  daha  dəqiq  desək,  Amerika  yönümlülük  təşkil  edir. 
Bu,  m əsələn,  modernləşmə  qərbləşmə  ile  eynileşdirilerkən  ona 
verilmiş  təriflərdə  özünü  gösterir:  “Modernləşmə,  tarixən  XVII- 
XIX  əsrlərdə  Qərbi  Avropada  v ə  Şimali  Amerikada  inkişaf etmiş,
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
152
sonralar  digər  Avropa  ölkələrində,  X IX -X X   əsrlərdə  isə  Cənubi 
Amerika, Asiya və Afrika qitələrində yayılmış sosial, iqtisadi və si­
yasi sistemlər yönündə  dəyişikliklər prosesidir”91.
Bizim fıkrimizcə, qərbləşmənin mahiyyəti homogen ümumpla- 
netar təfəkkürün  formalaşmasındadır.  Bu,  milli  mədəniyyətdə  ak- 
sentlərin  dəyişməsi,  tarixi  yaddaşın  itirilməsi  və  dünya  birliyinin 
vahid  prinsip  və  qaydalar  əsasında  yaşamasıdır.  Bəlkə  də,  söhbət 
bəşəriyyətin  “qızıl  əsrə”  qayıtmasından,  milli  dillərin,  xarakter və 
adətlərin bənzərsizliyinə  dair hər hansı  qarşıdurma  imkanının ara­
dan  qalxdığı  indiki  zamanda  ümumdünya  sivilizasiyanın  təməlinə 
müstəsna töhfədən gedir?  Bu,  həqiqətənmi belədir?
Qərbləşmə könüllü  surətdə  qəbul  edilən  faydalı  cəhətlər hesa­
bına  hər  bir  xalqın  milli  m ədəniyyətini  yalnız  zənginləşdirsəydi, 
onu  birmənalı  şəkildə  müsbət  hal  kimi  qiymətləndirmək  olardı. 
Lakin  qərbləşmə  milli  m ədəniyyətin  mahiyyətini,  onun  simasını 
kökündən  dəyişir.  Qərbləşmənin  məddahları  iddia  edirlər ki,  artıq 
bu  proses  dönməzdir  v ə  təhsilin  dünyəviləşdirilməsi  və  savadlılı­
ğın, dini dözümlülüyün yayılması,  kütləvi informasiya vasitələrinin 
və  kommunikasiyanın  inkişafı,  əhalinin  geniş  təbəqələrinin  dünya 
mədəniyyəti  xəzinəsi  ilə  tanış  olmaq  imkanı  nəzərə  alınarsa,  bu, 
müəyyən  dərəcədə,  doğrudur.  Lakin  bu  nailiyyətlərin  bir  çoxu 
Qərbin  inhisarında  deyil,  digər tərəfdən,  onlar Qərb  inkişaf mode­
linin  bərqərar  olması  ilə  avtomatik  surətdə  gerçəkləşmir.  Yalnız 
tək-tək təhlilçilər deyirlər ki, qərbləşmə texnoloji tərəqqi çərçivəsi 
ile  məhdudlaşmır,  modernləşən  ölkələrin  hamısının  əsas  vəzifəsi 
isə  insan  kapitalının  formalaşması  prosesini  sürətləndirməkdir. 
Təcrübənin göstərdiyi kimi,  modemistlər üçün məhz siyasi  və m ə­
dəni  cəhətlər  daha  çətin  olmuşdur.  Modernləşmə  layihələri  məhz 
bu  sahələrdə  daha  çox  düzəlişlər  aparılmasını  tələb  etmişdir,  həm 
də  bu  düzəlişlər  o  qədər  ciddi  olmuşdur  ki,  çox  vaxt  onların  ilkin 
məntiqi  ilə  tez-tez ziddiyyət təşkil  etmişdir.
Nəzəriyyəçilər  öz  uğursuzluqlarına  ənənəvi  cəmiyyətlərin 
qərbləşməyə  ciddi  müqavimət  göstərməsi  ilə  bəraət  qazandırırdı­
lar.  Bir çox  əsərlərdə  vurğulanırdı  ki,  modernləşmə  və  qərbləşmə
_______________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
153


cəmiyyətlərin  buna  üzvi  surətdə  meyilli  olduğu  yerlərdə  uğur 
qazanır.  M aneələrə v ə məhdudiyyətlərə isə yeniləşm əyə  düşm ən- 
cəsinə yanaşılan, modernləşmə v ə  qərbləşmə yolu ilə  getm ək istə­
m əyən cəmiyyətlərdə rast gəlinir.
Sürətli  modernləşmənin bir çox tərəfdarları  industrial 
inkişafın 
radikal  yolunu  göstərilən  əngəllərin  aradan  qaldırılmasında  v ə   ilk 
növbədə,  ənənəvi  cəm iyyətin  dağıdılmasında  görürdülər.  Bizim 
fıkrimizcə,  hər hansı  dağıtma  nəticə  etibarilə  sosial  partlayışa  sə ­
bəb olan sosial gərginliyə və münaqişələrə gətirib çıxarır. D əyişik­
liklər  vaxt  tələb  edir  v ə   bu  barədə  mübahisə  etmək  mənasızdır. 
“T ələsən  təndirə  düşər”  müdrik  kəlamı  modernləşmə  prosesini 
daha səm ərəli  və keyfiyyətli edir.
Sivilizasiyaların  qarşıdakı  toqquşmasından  xəbər  verən  A m e­
rika politoloqu S.Hantinqton “Qərbləşməsiz modernləşmə”  düstu­
runu  tək lif  etmişdir.  Bu  düsturda  “üçüncü  dünya”  ölkələrinin 
sosial-iqtisadi və texnoloji inkişaf problemlərinə yeni yanaşma təs­
vir  olunur.  Bu yanaşmanın  mahiyyəti  ondan  ibarətdir ki,  özlərinin 
sosial,  siyasi və təsərrüfat strukturlarının deyişməsinin v ə   inkişafı­
nın obyektiv zərurət olduğunu başa düşən həmin ölkələr Qərbin ar­
dınca  kor-koranə  getməkdən  imtina  edirlər.  Əksinə,  onlar  Qərb 
texnologiyalarından, -  onun sırf liberal  ideoloji yozumlarından təc­
rid olunmuş şəkildə, -  özlərinin ənənəvi (dini, sosial-siyasi və i.a.) 
milli  dəyərlər  sistemində  istifadə  etm əyə  çalışırlar.  Şərq  elitasının 
Qərbdə ali təhsil alan bir çox nümayəndələri ən yeni müasir nəzəri 
biliklərə  və  texnoloji  vərdişlərə  yiyələnərək  doğma  vətənlərinə 
qayıdırlar,  lakin  öz  bilik  və  bacarıqlarını  milli  ictimai-dövlət  sis­
temlərinin qüdrətinin möhkəmlənm əsinə sərf edirlər.
Beləliklə,  ultraliberal nikbinlərin gözlədiyi  sivilizasiyaların ya­
xınlaşması  baş  versə  de,  bu  proses  çox  ləng  və  vəziyyətə  daha 
adekvat formada gedir.
Hantinqtonun düsturundan irəli gələn riskləri de qeyd etməmək 
olmaz:  Qərbin  en  yeni  texnologiyalarından  “arxaik”,  “mürtəce”, 
yaxud  “tradisionalist”  rejimlərin  v ə  təşkilatların  silahlandınlması 
üçün  istifadə  olunur ki,  bu  da  sivilizasiyalar arasında qarşıdurmanı
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
154
daha  da  kəskinləşdirir.  Qarşılıqlı  təsirin  bütün  komponentləri  n ə­
zərə  alınmazsa,  sivilizasiyaların  arzuolunan  yaxınlaşması  əvəzinə, 
dünya onların toqquşması  ilə üz-ü zə qala bilər.
Deyilənlərə onu əlavə etmək olar ki,  Qərbin görkəmli intellek­
tuallarının  əksəriyyəti  -   elm  v ə   m ədəniyyət  xadimləri,  yaradıcı 
peşə sahibləri -  ənənəvi  surətdə burjua cəm iyyəti strukturlarına və 
dəyərlərinə  mənfi  münasibət  bəsləyən,  sistem  əleyhinə  çıxan, 
nonkonformist şəxsiyyətlər olmuşlar. Ona görə də təsadüfi deyildir 
ki,  Qərb  mədəniyyətini  öyrənən  Şərq  nümayəndələrinin  tənqidi 
əhval-ruhiyyəsi  ancaq  möhkəmlənmişdir.
M əsələn,  İran inqilabının  əsas  nəzəriyyəçisi  filosof Əli  Şəriəti 
məhz  bu  yolla  getmişdir.  O,  Parisdə  oxumuş,  Martin  Haydeggerin 
və  Rene  Genonun  əsərlərini  öyrənmişdir.  Yeri  gəlmişkən,  məşhur 
“Biz özümüzdə intellektual nə varsa, buna görə yalnız,  Şərqə borc­
luyuq”  kəlamı  sonuncuya  məxsusdur.  Ə.Şəriəti  neomarksistlərin 
də əsərlərini də diqqətdən kənarda qoymamışdır. N əticədə, o, mis­
tik  şiə  islamı  ilə  sosializmin  v ə  ekzistensializm  mühafizəkar-inqi­
labı sintezinin zəruriliyi fikrinə  gəlib çıxmışdır. Şəriəti İranın intel­
lektual elitasını və tələbələri inqilaba cəlb edə bilmişdir. Əks halda, 
onlar  mollaların  tutqun  tradisionalizminde  çətin  ki,  öz  ideallarını 
dərk edə bilərdilər.
“Modernləşmə”  və  “qerbleşm e”nin  fərqləndirilməsi  özlüyün­
də böyük  əhəmiyyət kəsb  edir.  Hazırda  Qərb  bu  iki  anlayışın  küt­
ləvi  şüurda vəhdət halında birləşməsi  və sinonimə çevrilməsi  üçün 
elindən  gələn  hər  şeyi  edir.  Onda  belə  çıxır  ki,  hər  hansı  dəyişik­
liklər v ə islahatlar yalnız Qərbin  təcrübələrinə əsaslandıqda müm­
kündür və  ancaq  Qərb  örnəklərini  təkrarlamağa  qadirdir.  Qerbləş- 
menin  alternativi  “durğunluq”,  “arxaiklik”,  “ifrat mühafizəkarlıq”, 
səmərəsizlik,  dinamikliyin  olmaması  və  i.a.  kimi  qələm ə  verilir. 
Beləliklə,  müəyyən  m əqsəd -   Qərbin  çox  gözəl  mənimsədiyi  h e­
yat  fəaliyyəti  çərçivələrini,  qanunları,  prinsip  və  meyarları  bütün 
dünyaya qəbul etdirmək m əqsədinə nail  olunur.
Qatı  liberalizmi  “gözəl  alternativ”  kimi  sınmaq  istədikləri 
adamlara liberalların qərəzli və xudbin münasibətini h ələ XIX esr-
__________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
155


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə