Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə37/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   33   34   35   36   37   38   39   40   ...   115

Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
zonalarına  axını  kimi  başa  düşürlər.  Onların  fikrincə,  bu,  m ilyon­
larla  amerikalım  işdən  məhrum  edir,  ölkə  iqtisadiyyatını  sarsıdır, 
son nəticədə, A B Ş-ın beynəlxalq mövqelərini zəiflədir.
Y eddinci  istiqam ət.  Açıq-aşkar  ifrat  sağ  təmayüllü  siyasi 
əhval-ruhiyyəli əvvəlki istiqamətdən  fərqli olaraq,  bu cərəyan an - 
tiqlobalçılann heç də az qatı olmayan “solçu”lannı birləşdirir.  O n­
lar  qloballaşma proseslərində  dünya kapitalizminin korporativ  gü­
cünün  təzahürünü  görürlər.  Qloballaşma  əleyhdarlarının  fikrincə, 
transmilli korporasiyalar  sadəcə,  dövlətlərin  suverenliyini  tapdala­
yır v ə  transmilli qurumların istək v ə göstərişlərindən asılı  olmaya­
raq onların öz müstəqil iqtisadi və siyasi xəttini yeritmək bacarığını 
heçə  endirirlər.
Tanınmış Portuqaliya yazıçısı,  1998-ci ilin Nobel mükafatı lau­
reatı Joze Saramoqa isə ümumiyyətlə əmindir ki, qloballaşma tota­
litarizmin yeni formasıdır.  O yazır:  “İndi demokratiyadan danışmaq 
dəbdir.  Bir  çox  əm əllərə,  o  cümlədən  güc  tətbiq  edilm əsinə  de­
mokratiyanı  qorumaq,  yaxud  demokratik  idealların  təntənəsini  tə­
min  etmək  zərurəti  ilə  bəraət  qazandırırlar,  lakin  demokratiyanın 
özü  yoxdur.  Axı,  real  hakimiyyət  vətəndaşlar  tərəfindən  seçilmiş 
hökumətin deyil, heç kəs tərəfindən seçilməyən transmilli  inhisar­
ların  əlində  olduğu  bir  şəraitdə  demokratiyadan  ciddi  surətdə  da­
nışmaq  mümkün  deyildir.  Bununla  bərabər,  vətəndaşlar  hələ  də 
sadelövhcəsinə düşünürlər ki,  səsvermədə  iştirak etməklə nəyi  isə 
deyişə bilərlər”86. Qloballaşmanın əleyhdarları ümumiyyətlə hesab 
edirlər  ki,  qloballaşan  bəşəriyyət  yeni  “hamının  hamıya  qarşı  mü- 
haribesi”nin astanasmdadır. Bu müharibədə bazar hərc-mərcliyi və 
təbii  ehtiyatların  tükənməsi  böyük  geosiyasi  münaqişələrə  səbəb 
olacaqdır.
Yuxarıda  şərh  edilənləri  yekunlaşdıraraq,  demək  olar  ki,  qlo­
ballaşma  problemi  ən  m üxtəlif dairələrdə  hələ  uzun  illər  ictimai, 
siyasi və  elmi müzakirələrin əsas mövzusu olacaqdır.
Lakin  bir  m əsələ  aydındır:  bu  gün  qloballaşmanın  əleyhinə 
çıxanlar aşağıdakı suallara cavab  tapmaq istəyirlər:
148
1. Qloballaşma hər yerdə həyata keçirilməsi mümkün olan layi- 
hədirmi?
2. O, “birinci dünya” ilə “hüquqsuz ucqar” arasında amansız rə­
qabət yox, planetdə hamıya iqtisadi  uğur vəd edirmi?
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
§ Modernlik və postmodernlik
Qloballaşmanın  əsas  təzahürlərindən  biri  XX  əsrin  50-60-cı 
illərində Qərb cəmiyyətlərinin v ə  dövlətlərinin modernləşdirilməsi 
oldu.  O,  eyni  zamanda,  geri  qalmış ölkələrin də sənayeləşdirməyə, 
müasir ictimai-dövlət quruluşuna  keçməsi  prosesi  demək idi.  Qərb 
həmin vaxta qədər öz iqtisadiyyatını bərpa edə və yeni siyasi və iq­
tisadi  məkanlar  ələ   keçirmək  prosesinə  başlaya  bilmişdi.  Bir  sıra 
alimlərin  fikrincə,  mahiyyət etibarilə qloballaşma  indi  də Qərb  in­
kişaf modelinin  difftıziyası  -   Qərb  kapitalı  və  dəyərlərinin  yayıl­
masıdır.
1970-80-ci  illərdə  Cənub-Şərqi  Asiyada,  Mərkəzi  və  Şərqi 
Avropa  ölkələrində,  habelə  keçmiş  SSRİ  respublikalarında  mo­
dernləşdirmə proseslərinin  qaynaqlarını  üç  məqam m üəyyənləşdi­
rirdi:
-   iqtisadi  təfəkkürün,  təsərrüfatçılıq  formalarının  tədricən  d ə­
yişməsi  (yeni  iqtisadi  mexanizm,  fərdi  əmək  fəaliyyəti  və s.);
-   ideya-siyasi  dəyişikliklər  (“yeni  siyasi  təfəkkür”,  aşkarlıq, 
“insanpərvər sosializm”  və  s.);
-  mədəni yeniliklər (“bittlomaniya”,  CNN,  elektron poçtu,  çat- 
lı  internet və  s.).
Qloballaşmanın  ilk  m ərhələsi  kimi,  məhz modernləşmə  kapital 
bazarının  yaranmasına,  transmilli  korporasiyaların  fəaliyyətinə z ə ­
min yaratmışdır.  Hazırda onların  təsiri  ilə  iqtisadi  siyasətin,  vətən­
daşların siyasi iştirakının  forma v ə  metodlarının deyişm əsi, təhsilin 
beynəlmiləlləşməsi  v ə  vahid  qlobal  sosiomədəni  mühitin  yaradıl­
ması  vasitəsilə sosiomədəni  məkanın dəyişməsi  baş  verir.
149


Bu mənada Çexiyanın sabiq prezidenti Vatslav H avelin m ülahi­
zələri  çox  maraqlıdır:  “Bizim,  adətən,  sivilizasiya  kim i  başa  düş­
düyümüzün  tarixi  v ə  coğrafi kökləri  vardır və  yüksək  muxtariyyət 
dərəcəsi  ilə  səciyyələnir.  Sözün  ənənəvi  mənasında,  adətən ,  siv i­
lizasiyaların  bir-birilə  əlaqələri  çox  məhdud  olmuş  v ə   b ir-birilə­
rinə təsir göstərmişlərsə də, bu proses çox ləng və dolayısı  ilə  get­
mişdir. Bir çox sivilizasiyalar başqalarının mövcudluğundan xəb ər­
siz  olmuşlar.  İndi  vəziyyət  kökündən  dəyişmişdir.  Ə slində,  bütün 
müasir  dünya  minlərlə  siyasi,  iqtisadi,  informasiya  şəb ək ələri  və 
əlaqələri  ilə  əhatə olunmuşdur.  Biz hamımız bir-birimizi  tanıyırıq, 
minlərlə  ümumi  vərdişlərlə,  texnologiyalarla,  davranış  m odelləri, 
sivilizasiya  forma  v ə  m əqsədləri  ilə  bir-birimizə  bağlıyıq.  Ona 
görə də m əncə, bugünkü dünyanı qlobal sivilizasiya kimi başa düş­
m ək  daha doğru olardı  v ə mən,  bizi  gələcəkdə təhdid  ed əcək  mü­
naqişələri  fərdi  mədəniyyətlərin,  yaxud  sivilizasiya  sahələrinin 
münaqişələrindən başqa bir şey  adlandırmazdım”87.  Bu  deyilənlər, 
əslində, qloballaşmanın tərkib hissəsi kimi, modernləşmənin yozu­
mudur.
Bu  v ə  buna  bənzər  mülahizələr  yalnız  bu  yaxınlarda  m üstə­
qillik  qazanmış  və  dünya  birliyinin  diger üzvləri  ile  birgəyaşayışa 
h ələ  yenicə  uyğunlaşmağa  başlayan  ölkələr  üçün  mühüm  rol  oy­
nayır.
Qloballaşmanın  gətirdiyi  bütün  müsbət  elementlərlə  bərabər, 
qeyd  etmək  lazımdır  ki,  qloballaşmaya  ehtiyatla  yanaşmağa  vadar 
edən mənfi  amillər də az deyildir.
Onilliklər  ərzində  totalitarizm  şəraitində  yaşamış  ölkələrdə,  o 
cümlədən  Azərbaycanda  müstəqillik  fərdi  azadlıq,  bərabərlik,  ba­
zar  iqtisadiyyatı  ilə  yanaşı,  milli  eyniyyətin  tam,  yaxud  qismən 
itirilməsi,  dövlət  suverenliyindən  məhrum  olmaq,  inkişaf  etmiş 
dünyanın  hüquqsuz  ucqarları  sırasına  düşmək  qorxusu  kimi  qlobal 
təhlükələr  de  gətirdi.  Siyasi  baxımdan  möhkəmlənməmiş  v ə  iqti­
sadi  cəhətdən  z ə if rejimlər,  ictimai  şüurun  süstlüyü,  əslində,  yeni 
müstəqil  dövlətləri  siyasət  v ə  iqtisadiyyatın  modernləşdirilməsi 
prosesinə tam  miqyasda başlamaq  imkanından məhrum  edirdi.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
150
Görünür, problemin mahiyyəti ondadır ki, siyasi sistem tipini və 
siyasi  rejimi yenicə dəyişm iş sosiumların modernləşmə yoluna qə­
dəm qoyması uyğunlaşma dövrü tələb edir. Azerbaycanda yeni dal­
ğanın gətirdiyi xadimlərin bir çoxu bu dövrü səhvən bilavasitə mo­
dernləşmə kimi başa düşmüşlər. Modernləşmə tranziti anlamına isə 
təkcə  hamar  yolla  bir  cəm iyyətdən  başqasına  keçid  yox  (bizimlə 
bağlı  konkret halda belə olmamışdır),  həm də yeni  şəraitdə sosium 
üçün  əlverişli  şəraitin yaradılması  daxildir.
Postkommunizim  eyforiyası  radikal  dəyişikliklər  xülyası  ya­
ratdı.  Cəmiyyət  sanki  bu  eyforiyadan  m əst  olaraq,  “işıqlı  g ələcə­
yin” tezliklə gələcəyini  gözləyirdi.
Qloballaşma  yeni  qlobal  siyasi-iqtisadi  ümumiliyin  əsasını 
qoymaqla, milli sərhədləri nəzərə çarpmadan dağıdır, dövlətin mil­
li suverenliyinin dayaqlarını sarsıdır. Milli sərhədlər hansısa yanm - 
şəffaf  arakəsmələrə  çevrilir.  Hazırda  bəzi  təhlilçilər  qloballaşan 
dünyada  milli  dövlətin  süquta  məhkum  olduğunu  yazırlar.  Dünya 
bazarı  “milli  hökumətlərin  fəaliyyət  dairəsini  daraldaraq,  onlann 
manevr  etməsinə  getdikcə daha  az yer saxlayır...  milli  parlamentin 
qanunları  deyil,  azad  bazar  qanunları  fəaliyyət  gösterm əyə  başla­
yır”88.  Qloballaşma  suveren  dövlətlər  arasında  sədləri  dağıdaraq, 
daxili  sosial  münasibətləri  dəyişdirir,  milli  özgürlüyü  amansızca­
sına  unifikasiyalaşdıraraq  dünya  standartlarına  uyğunlaşdırır.  İnki­
şaf etməkdə olan və tranzit cəm iyyətlərə diger məkanlardan  trans­
formasiyaya  uğramış  siyasi-iqtisadi  və  sosiom edəni  xüsusiyyətlər 
gətirməklə, qloballaşma cəm iyyəti tarixi keçmişindən v ə m ədəniy­
yətindən  ayırır,  coğrafi  mövqeyindən,  iqtisadi  durumundan  və 
siyasi  quruluşundan  və  s.  asılı  olmayaraq onu qərbleşdirir.  Qlobal­
laşma  iqtisadiyyatın  və  idarəetmənin  səm ərəsizliyinə  görə  aman­
sızcasına  cəzalandırır,  “beynəlxalq  səm ərəlilik  çempionlarını”, 
yeni  inkişaf etmiş ölkələri  təşviq edir.
Qerbleşme  bütövlükdə  modernləşmə  əlaməti  altında  gedir. 
Onun  açıq  və  qapalı  cəm iyyətlərə  təsiri  əhəm iyyətli  dərəcədə 
fərqlənir.  Əgər o,  bezi  ölkələrdə  cəmiyyətin  siyasi  və  sosial-iqti­
sadi  heyatına  əlavə  ünsürlər  gətirməklə  onun  dayaqlarım  təkmil­
__________________
III fə s il  Qloballaşma dövründə dövlət və cəmiyyət
151


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə