Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


sində  yəhudilər  üçün  faydalı  ola  biləcək  hər  şeyi  düşm əndən  öy­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə40/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   36   37   38   39   40   41   42   43   ...   115

sində  yəhudilər  üçün  faydalı  ola  biləcək  hər  şeyi  düşm əndən  öy­
rənməyi zəruri  sayırdılar.
Zelotlar irodçulann metodlarını qəbul etmir, bu metodları xəya­
nətkar və milli mənafelərə cavab verməyən üsullar sayırdılar. Hər­
çənd,  digər  tərəfdən,  tamamilə  aydındır  ki,  irodçulann  problemə 
yanaşma tərzi daha səmərəli olub, manevr etm əyə v ə təbii ki, inki­
şafa meydan açırdı.
Ellinizm  dövrünün  nailiyyətləri  yəhudilərin  malik  olduqların­
dan  əhəm iyyətli dərəcədə  xeyli  üstün idi.  Ona görə də,  inkişaf et­
miş və qüdrətli sivilizasiya ilə mübarizədə irodçuluq daha səmərəli 
vasitə  idi.  Bu,  yunanların,  sonra  isə  romalıların  idarə  etdikləri  za­
manla  ayaqlaşmağın  ən  optimal  üsulu  idi.  İrodçular  yunanların 
hərbi-siyasi  və  iqtisadi  sahələrdə  inkişafına kömək  etmiş  hər şeyi 
onlardan  öyrənirdilər.  Zelotlardan  fərqli  olaraq,  onlar yeni  reallıq­
lara uyğunlaşmaq praktikasının tərəfdarı idilər.
Əlbəttə,  hər  bir  müqayisənin  öz  nöqsanları  var.  Tarixə  bu 
qeyri-ixtiyan  müraciət  əyani  surətdə  gösterir  ki,  qloballaşmanın 
gətirdiyi  qərbləşmə  bir  çox  dövlətləri  buna  bənzər vəziyyətə  sal­
mışdır.  Müasir  dünya  nizamı  inkişaf etməkdə və  dəyişm əkdə  olan 
cəm iyyətləri,  bir  növ,  “zelotlar”a  və  “irodçular”a  ayırmışdır.  Özü 
də,  bəzi  dövlətlər qərbləşmə  proseslərinə  fəal  müqavimət  göstər­
m ək  yolu  seçmişlər.  Onlar  “qətiyyətli  müqavimət  göstərmək  əz­
mindədirlər” ,  çox  z ə if  potensialları  ile  avtarkiya  yolu  tutmuşlar. 
Digərləri  isə,  indiki  vəziyyətdə  irodçulann yoluna üstünlük vermiş 
və  dərk  etmişlər ki,  qloballaşmaya  və modernləşməyə müqavimət 
inkişafa  gətirib  çıxarmayacaqdır.  Qloballaşmanın  mənfi  n əticələ­
rindən xilas olmaq isə yalnız milli  inkişaf strategiyasına şüurlu mü­
nasibət bəslənildiyi, qloballaşmanın əksinə deyil, onun aydın şəkil­
də təsəvvür edildiyi v ə başa düşüldüyü təqdirdə mümkündür.
Əhalinin  geniş  təbəqələrinin  siyasi  şüurunun  və  siyasi  m ədə­
niyyətinin  aşağı  səviyyədə  olması,  millətçiliyin üstünlük təşkil  et­
m əsi qloballaşma problemlərinin həlli  yolunda başlıca əngəllərdən 
biri  olaraq  qalır.  BM T-nin baş  katibi  Kofı  Annan bu m əsələyə  to­
xunaraq yazır:  “Bütün dünyada milyonlarla insan qloballaşmanı  tə­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
160
rəqqi  vasitəsi kimi  deyil,  həyatı,  əm əli  və  ənənələri  məhv etməyə 
qadir  olan  qasırğaya  bənzər  viranedici  qüvvə  sayır.  İnsanların  bir 
çoxu üçün bu prosesə  mane  olmaq və millətçilik,  təməlçilik,  digər 
“çiliklər”  timsalında  xəyali  təskinliyə  üz  tutmaq  kimi  qızğın  istək 
səciyyəvidir”92.
Yeni,  eyni  zamanda,  keçid  dövrünü yaşayan  dövlət  olan  Azər­
baycan ümumdünya inteqrasiyasının taleyüklü perspektivlərini başa 
düşərək,  dünya  birliyinə  inteqrasiyanın  strateji  yolunu  seçmişdir. 
Tamamilə  aydındır  ki,  qloballaşma  münaqişəsiz  və  hamar  proses 
deyildir.  Buna baxmayaraq, müasir dünya nizamının gerçəkliklərini 
nəzərə  almamaq və  bu prosesdən maksimum  fayda götürməyə ça­
lışmamaq  uzunmüddətli  perspektivdə  Azərbaycanın  milli  inkişaf 
strategiyasının m əqsədlərinə  cavab verməzdi.
Prezident  İlham  Ə liyev  2 0 04-cü   il  martın  19-da  Slovakiyanın 
paytaxtı  Bratislavada  keçirilən  “Daha  geniş  Avropaya  doğru:  yeni 
gündəlik”  mövzusunda  beynəlxalq  konfransda  Azərbaycanın  in­
teqrasiya  perspektivlərini  xarakterizə  edərək  demişdir:  “Milyard­
larla  dollar  dəyəri  olan  enerji  layihələri  bizim  müstəqil  ölkələrin 
həm  bir-birilərinə,  həm   də  Avratlantik  məkanına  inteqrasiyasına 
şərait yaradacaqdır.  Bu, bizim həqiqi istəyim iz və strateji məqsədi­
mizdir.  Azerbaycan öz gələcəyin i Avratlantik məkanına daha geniş 
inteqrasiyada  görür.  Biz  bu  istiqamətdə  böyük  addımlar  atırıq  və 
əminəm ki, Avropa strukturları v ə beynəlxalq strukturlarla əlaqələr 
gələcəkdə daha da m öhkəm lənəcəkdir”93.
Prezidentin bu  sözləri  Azərbaycanın tutduğu  strateji  xettin ma­
hiyyətini  açıb  gösterir.  Qloballaşan  dünyanın  bir  hissəsi  olaraq 
Azərbaycan  Qərbin  nailiyyətlərindən  istifadə  etm əyə  çalışmaqla 
yanaşı,  öz  mentalitetinin  bütün  xüsusiyyətlərini,  adət-ənənələrini, 
milli  tarixini  son  dərəcə  qayğı  ilə  qoruyub  saxlayır.  Bu,  dərkedil­
miş,  dövlətin  və  cəm iyyətin  inkişafına  istiqamətlənmiş  strateji 
xətdir.  1993-cü  ildən  etibarən  m ehz  bu  xett  heyata  keçirilir  və  o, 
ölkəni  tərəqqiyə və  firavanlığa gətirib çıxarmağa qadirdir.  Ənənə­
lərin  və mədəniyyətin əleyhinə deyil, onlara  uyğun  şəkildə  inkişaf 
bu siyasətin  mahiyyətini  təşkil  edir.
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
161


Müasir  Azərbaycan  bir  çox  beynəlxalq  təşkilatlarda  təmsil 
olunmuşdur, bir çox qlobal nəqliyyat-kommunikasiya layihələrinin 
iştirakçısıdır,  dünya  bazarlarına  eneıji  daşıyıcıları  göndərir.  A zər­
baycan Avropa v ə Asiya ilə uzunmüddətli  strateji tərəfdaşlıq üçün 
geosiyasi  v ə   geoiqtisadi  meydandır.  Çox  mühüm nəqliyyat  dəhlizi 
və qloballaşma proseslərinin tərkib hissəsi olaraq Azərbaycanın in­
kişaf sürətini  azaltmaması,  yeni  layihələrin yaradılması  v ə  gerçək- 
ləşdirilməsində düşünülmüş v ə   fəal  iştirakı  son  dərəcə vacibdir.
Növbəti mülahizə o barədədir ki, modemist dəyişikliklər siyasi 
fəallıq  səviyyəsinin  artması,  modernləşmənin  sonrakı  irəliləyişin­
də  müsbət  rol  oynayan  yeni  siyasi  mədəniyyətin  təşəkkülü  kimi 
ciddi  nəticələr  doğurur.  Nəhayət,  tranzit  geniş  m ədəni  xarakterli 
dəyişikliklərlə bağlıdır.
Yeni  mədəni  dəyərlər  yeni  davranış  modellərinə  -   əhalinin 
əmanətlərə  və  sərmayələrə meylinin  artmasına  əlverişli  şərait ya­
ratmaqla sənayeşləşm əyə yol açır.  Yetkin sənaye cəm iyyətində ic­
timai  inkişafın  industrial  m ərhələyə  qədərki  dövr  üçün  səciyyəvi 
olan kəskin  gender  fərqləri  əslində  aradan qalxır.  Müasir transfor­
masiya  prosesləri  nəticə  etibarilə  vahid  strateji  m əqsədə  -   yeni 
müstəqil  dövlətlərin  demokratik  inkişaf perspektivləri  baxımından 
cəm iyyətin  qlobal  konsensus  əsasında  modernləşməsinə  yönəl­
mişdir.
Beləliklə,  Sovet İttifaqının dağılması modernləşmə v ə qerbləş- 
m ə  ilə birlikdə postkommunizm  epoxası  Azərbaycan cəmiyyətinin 
şüurunda yeni deyər oriyentirlərinin və təfəkkür tərzinin formalaş­
masına  imkan  yaratmışdır.  Ötən  əsrin  sonlarından  dünyada  baş 
verən qloballaşma meyillərinə v ə   onların Azərbaycana təsirinə ta­
nınmış  rus  politoloqu  V.Pastuxovun  mükəmməl  “rus  üçbucağı” 
konsepsiyası  baxımından  nəzərdən  keçirmək  mümkündür.  Həmin 
konsepsiyanın mahiyyəti ondadır ki, Rusiyada siyasi həyat adi “ha­
kim iyyət-cəm iyyət”  müstəvisində  deyil,  üç  oxun -  “hakimiyyət”, 
“cəm iyyət”,  “hərəkat”  -  yaratdığı  çoxşaxeli məkanda inkişaf edir. 
“Hakimiyyət”  ümumi tənzim ləyici və qayda-qanun rəmzidir. “Cə­
m iyyət”  bütün  quruluşun  sosial  sabitliyini  təmin  edən ballast kimi
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
162
hakimiyyətə meyillənmiş passiv ünsürdür. “Hərəkat”, bir tərəfdən, 
surroqat,  cəm iyyətebənzər  xarakterli  “virtual  cəm iyyət”,  “ic­
timaiyyətdir”.
Digər tərəfdən,  “hərəkat”  böhranlı  dövrlərdə  cəm iyyət üzvlə­
rinin  davranışına  rəsmi  dövlətin  təsirindən  daha güclü  təsir göstə­
rən  rəqib  hakimiyyətdir.  “Hakimiyyət”  və  “cəm iyyət”  sistemin 
statik üzvləridir. “Hərəkat” isə dinamik olub, sistemi dəyişikliyə və 
inkişafa  sövq  edir.  “Hərəkat”  tarixi  vəzifəsini  yerinə  yetirərək  ya 
hakimiyyətə qovuşur,  ya da cəm iyyətlə  qaynayıb-qarışaraq aradan 
qalxır94.
Yuxanda deyilənləri nəzərə alaraq ehtimal etmək olar ki, Azər­
baycandakı postkommunist cəm iyyət də bu üç oxun hamısının qar­
şılıqlı təsiri əsasında formalaşmışdır.  Azərbaycanda tədricən dövlət 
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və möhkəm  iqtisadi 
sistemin  yaradılması  prosesi  ilə  “hərəkat”  ünsürlərinin  bir-birinə 
qaynayıb-qarışması  baş vermişdir.  Cəm iyyətdə,  ya da hakimiyyət­
də gedən bu proses nəticəsində möhkəm institusional “hakimiyyət- 
cəm iyyət”  sxemi  yaranmışdır.
Bizim  fikrimizcə,  “hərəkat”  məfhumunun  elmi  relevantlıq  d ə­
rəcəsi  çox  yüksəkdir.  Öz  missiyasını  yerinə  yetirən,  modernləşmə 
prosesləri  üçün  şərait yaradan  “hərəkat”  tədricən  aradan  qalxaraq, 
“hakim iyyət-cəm iyyət”  sxemində  əriyir.  Azerbaycanın  konkret 
milli  şəraitində  “üçbucaq”  sxemi  ilə  inkişafın  fərqli  cəhətləri  var. 
Belə ki, ölkədə transformasiya prosesləri, əslində, “hərəkat” qarşı­
lıqlı  surətdə  asılı  olan  üç  mərhələdən  -   konsentrasiya,  radikallaş- 
ma,  kristallaşma  mərhelelerinden  keçəndən  sonra,  yalnız  1996-cı 
ilin  sonu  -   1997-ci  ilin  əvvəlində  modemist  keçid  xarakteri  kəsb 
etmişdir.
Pastuxov  hesab  edir  ki,  “hərəkat”  konsentrasiya  dövründə  də­
yişikliklərin təkanverici  qüvvəsi  kimi  çıxış edərək,  ictimai  enerjini 
özündə toplayır və bir sıra təşəbbüslər irəli sürür.  Bütün fəal və ya­
radıcı adamlar onun  təsir dairəsinə düşüb,  tərkib hissəsinə çevrilir­
lər.  Konsentrasiya  real  dəyişikliklərə  zəmin  yaradır,  onlar  üçün 
“sıfır  tsikli”  hazırlayır.  Postkommunist  Azerbaycanında  vəziyyət
__________________ /// 
fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
163


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə