Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


-   İrana,  Türkiyəyə  və  Orta  Asiyaya  soxulmaq  üçün  Azərbay­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə48/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   44   45   46   47   48   49   50   51   ...   115

-   İrana,  Türkiyəyə  və  Orta  Asiyaya  soxulmaq  üçün  Azərbay­
canda əməliyyat meydanı hazırlamaq və i.a.
“Əlverişli” şəraitdən istifadə edən missioner təriqətləri əhalinin 
m üəyyən  qrupları  arasında  çox  geniş  təbliğat  aparır,  ilahiyyat  ba­
xışları  və  qneseoloji  cəhətdən m üxtəlif yalançı  dini  ideologiyaları, 
sözün  həqiqi  mənasında  zorla  sırıyırdılar.  Bütün  bu  baxışları  və 
ideologiyaları bir şey birləşdirirdi:  Azərbaycan istehlakçısına təklif 
olunan  bütün  ideoloji  surroqat  Azərbaycanı  parçalamaq  və  dağıt­
maq  niyyəti  güdən  erməni  siyasətinin  proqram  məqsədlərinin  ye­
rinə yetirildiyini  əyani  surətdə göstərirdi.
Erməni  separatçılarına  sərfəlidir  ki,  işğal  edilmiş  ərazilərdən 
olan  məcburi  köçkünlər nəinki  əzəli  torpaqlarına  qayıtmaq  uğrun- 
da  mübarizə  üçün  təşkilatlanmasınlar,  əksinə,  təriqət  ehkamlarını 
qəbul  edərək,  yeganə nicat yolunu hər şeyi unutmaqda,  onların ai­
lələrini  doğma  ocaqlarından  didərgin  salanları  və  yurdlarını  viran 
qoyanları  bağışlamaqda görsünlər.
Biz dini etiqad azadlığı prinsipini şübhə altına almırıq. Bu möv­
qe Azərbaycan Respublikasının Konstitusiyasında dəqiq əksini tap­
mışdır.  Dini  plüralizm  bütün  dini  cərəyanların  nümayəndələrinə 
münasibətdə  tolerantlığın  öncül  olduğu  Azərbaycan  cəmiyyətinin 
əsaslarından  biridir.  Lakin Azərbaycanın heç bir vətəndaşı din pər­
dəsi altında antimilli təbliğat aparan, habelə dövlətçiliyin dağılma­
sına  kömək  göstərən,  gələcək  vətəndaş  münaqişələrinin  təməlini 
qoyan,  ölkə  vətəndaşlarını  dini  dözümsüzlüyə,  dövlət və  dünyəvi­
liklə bağlı hər şeyə biganəliyə çağıran, müsəlmanların, təriqətçi ol­
mayan  xristianların  və  iudaistlərin  baxışlarına  qeyri-müqabil  və 
dözümsüz  münasibət  göstərən  təşkilatların  qanun  qarşısında  labüd 
surətdə  m əsuliyyət daşıdığını  da şübhə altına almamalıdır.
Başçıları bu və ya digər təriqətçi  missioner təşkilatın üzvü olan 
bəzi  qeyri-hökumət birlikləri  Qərb  donorlarından  iri  qrant  alıcıları 
statusuna malik olmuşlar,  halbuki  onlarca digər qeyri-hökumət cə­
miyyətləri  bu  donorların  diqqətindən kənarda qalmışdır.  Beləliklə, 
üçüncü sektorun təsiri vasitəsilə həmin donor təşkilatların əsas ide-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
192
yalan  kütləvi  şüura yeridilir.  Lakin Azərbaycan  cəmiyyətinin  sağ­
lam mənəvi-əxlaqi simasının formalaşmasında problemlər yaradan 
təkcə ölkəni incilləşdirmək məqsədi güdən təriqətçi missioner təş­
kilatları deyildi.
1997-ci ildə “Dini etiqad haqqında Qanun”da xaricilərin Azər­
baycan ərazisində missionerlik fəaliyyəti ilə m əşğul olmasını qada­
ğan  edən  dəyişikliklər  olunması  ölkənin  incilləşdirilməsi  təhlü­
kəsinin  qarşısını  qismən  alsa  da,  bu  dini  qurumların  qeyri-qanuni 
fəaliyyəti  və  cəmiyyətin  dini  identikliyi  problemi  hələ  də  aktual 
olaraq qalır.
Yuxarıda  qeyd  etmişdik  ki,  müstəqillik  əld ə  edəndən  sonra 
Azerbaycan  islamın Türkiyə,  İran,  Səudiyyə Ərəbistanı  modelləri­
nin  ölkənin  ictimai  həyatında  sınaqdan  keçirilməsi  üçün  meydana 
çevrilmişdi.  Müstəqillik  qazanıldıqdan  az  sonra  ölkədə  İran  tərə­
findən  maliyyələşdirilən  çoxlu  sayda  m ədrəsələr  meydana  gəldi. 
Ali  məktəblərdə  ilahiyyat  fakültələri  açıldı,  burada  Türkiyədən 
gəlm iş  müəllimlər  çalışırdılar.  Səudiyyə  Ərəbistanı  və  Küveyt 
xeyriyyə cəmiyyətləri  Azerbaycanda çox  böyük  İslam  Universite­
tinin  tikintisini  maliyyələşdirməyə başladılar.
Nəticədə,  əhali  Azərbaycan  cəmiyyətinin  eynileşdirilmesinə 
imkan verən milli  dini  modeli axtarmaq dilemması qarşısında qaldı. 
Tamamilə  aydındır  ki,  əhalinin  əksəriyyəti  müsəlman  olan  ölkə 
üçün  qlobal  qərbleşme  müstəmləkəçiliyi  epoxasında  cəm iyyətdə 
islamın rolu və yeri  haqqında dəqiq m üəyyən edilmiş  xettin  olma­
ması  ciddi  nəticələrə gətirib  çıxara bilər.  Ən  görkəmli  islam  alim­
lərindən  olan  Yusuf əl-Kerdavi  yazır:  “M üstəmləkəçiliyin  növlə­
rindən en təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, 
zehinleri  zəbt  edir,  zəka  isə  toplardan  deyil,  qələmdən  istifadə 
edir...”" 2.  Sosiomədeni  məkanın  bu  cür  müstemləkeləşdirilmesi 
“yeni  demokratiyaların”  transformasiyası  nəticəsində baş  verir.
Lakin cəmiyyətdə demokratik meyillerin  genişlənməsi  ilə  mü­
şayiət edilən  liberallaşma  dini  kosmopolitizmə  gətirib çıxarmama­
lıdır. Çünki m üəyyən m ənəvi-əxlaqi meyarlar v ə qaydalar olmadan
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
193


cəm iyyət öz  üzvlərinin kamil  və  hərtərəfli  inkişafına təminat verə 
bilməz.  SSRİ-də kommunist ideologiyası  uzun  illər boyu  insanları 
dindən ayırmağa, onları sosial gerçəkliyi ateistcəsinə qavramaq ru­
hunda tərbiyə etməyə cəhd göstərmişdir.  Lakin bu ideya-siyasi  la­
yihə  iflasa  uğradı.  Bütün  bu  illər  ərzində  dini  ənənələr  qorunub 
saxlanaraq,  nəsildən-nəslə  ötürülmüşdür.  Ona  görə  də  dini  siyasi 
konyunktura  silahına  çevirmək  deyil,  cəm iyyətə  xidmətə  yönəlt­
mək çox əhəmiyyətlidir.
Azərbaycanda  cəmiyyətin  indiki  dini  qavrayışı  bir neçə  amilin 
təsiri altında formalaşır.  Əvvəla, bu,  keçmiş sovet dövründən miras 
qalan  m ənəvi-əxlaqi  boşluğun  doldurulmasıdır.  SSRİ-nin  süqutu 
dini  ibadət  müəssisələrinin  mükəmməl  şəkildə  fəaliyyətə  başla­
masını,  dini  ənənələrin  cəm iyyətə  qayıtmasını,  cəm iyyətin  m ə­
nəvi-əxlaqi  dayaqlarının  təşəkkülündə  dinin  üstün  rolunu  şərtlən­
dirdi.  İkincisi,  X X   əsrin  sonu  XXI  əsrin  əvvəllərində  dünyada 
gedən  qlobal  proseslər,  -   yəni  (1)  keçid  cəmiyyətlərində  “islam 
dirçəlişi”,  (2)  Qərb  və  Şərq  dünyalarının  geosiyasi  toqquşması, 
-  əhalinin  dini  şüuruna  əhəm iyyətli  təsir göstərir.  Əgər ötən  əsrin 
ortalarında  bəşəriyyət  SSRİ  ilə  ABŞ  arasında  müharibə  təhlükəsi 
qarşısında  durmuşdusa,  hazırda  bu  təhlükə  sivilizasiyalı  dünya  ilə, 
təəssüf ki,  m üəyyən  siyasət  nəticəsində  müsəlman  siması  almağa 
başlayan  terrorizm arasında müharibə qorxusudur.
Bir  sıra  tədqiqatçıların  fikrincə,  belə  geosiyasi  toqquşma 
dünyada  islamın  rolunun  artması  ilə  bağlıdır.  S.Hantinqton  yazır: 
“Xristianlıq,  ilk  növbədə,  başqa dinlərin  tərəfdarlarını  döndərmək 
yolu ilə,  islam  isə həm döndərmək hesabına, həm de əhalinin yük­
sək artımı vasitəsilə genişlənir.  Ötən  əsrin  80-ci  illərində  dünyada 
sayı  ən  yüksək  həddə -  30  % -ə  çatan xristianların  faiz nisbəti  bə­
rabərləşmişdir, hazırda isə aşağı düşür və yəqin ki, 2025-ci ildə on­
ların  sayı  dünya  əhalisinin  25  %-ni  təşkil  edəcəkdir.  Əhalinin  son 
dərəcə yüksək templə  artması  nəticəsində dünyada müsəlmanların 
sayı  böyük  sürətlə  artmaqda  davam  edərək,  üçüncü  minilliyin  əv ­
vəlində dünya əhalisinin 20 % -nə çatacaq və sonrakı bir neçə il ər­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
194
zində  xristianların  sayını  ötərək,  ehtimal  ki,  2025-ci  ildə  30  % -ə 
çatacaqdır”.
Üçüncüsü,  transformasiya  dövlətlərinin  “siyasi  m odem ləş- 
m ə”si  cəmiyyətdə dinin rolunun güclənm əsinə şərait yaradır, çün­
ki yeni  siyasi  elita təşəkkül  tapır.  Tarixə müraciət etsək görərik ki, 
istər Qərbi Avropada,  istərsə də Şərqdə din yönümlü siyasi qüvvə­
lər  dövlətin  siyasi  modernləşməsi  dövründə  və  yeni  sosiomədəni 
meyillərin təsiri ilə meydana gəlmişlər.  Hərçənd,  Amerikanın “in­
kişafın  sosiologiyası”  nümayəndələri  tərəfindən  işlənib  hazırlan­
mış  “siyasi  modernləşmə”  nəzəriyyəsi  Qərb  sentrizmi  yönümlü 
olduğundan  islamın  Afrika-Asiya  dövlətlərinin  ictimai-siyasi  he­
yatına  sabit  təsir  göstərməsi  amilini  nəzərə  almırdı.  Bu  ictimai- 
siyasi  həyat  islamın din  kimi  spesifikliyi,  başlıcası  isə,  həmin döv­
lətlərin  ictimai  inkişafının  baş  verdiyi  tarixi,  iqtisadi  və  siyasi 
şəraitlə bağlı  idi113.
Belə səhv araşdırma nəticəsində islamın rolu onun yayıldığı öl­
kələrin  siyasi  inkişafına,  əslində,  təsir gösterməyən  amil  səviyyə­
sinə endirilirdi, halbuki  bunun tam əksi  açıq-aşkar idi. Ona görə də 
“siyasi  modernləşmə”  mərhələsində  transformasiya  məkanlarının 
dünyevileşmesinden  son  dərəcə ehtiyatla danışmaq  lazımdır.  Qlo­
bal  dini  dirçəlişin  diger  təzahürləri  kimi,  İslam  dirçəlişi  de  eyni 
vaxtda həm modernləşmənin nəticəsi, həm de onunla əlbəyaxa dö­
yüşə girmək  cəhdidir” 114.
Modernləşmə  prosesində  ön  səhnəyə,  adətən,  dini  siyasi  qüv­
vələr çıxır.  Tədqiqatlar gösterir ki,  onlar,  praktiki  surətdə  bu  qəbil 
transformasiya  cəm iyyətlərinə  xas  olan  vahid  xarakteristikalara 
malik  olurlar.  Ötən  əsrin  70-ci  illərinə  nəzər  salsaq,  islam  deyər­
lərinin yayılmasının və cəmiyyətin “islamlaşdırılması”nın baş  ver­
diyi  oxşar meyilləri  müşahidə  edə  bilərik.  Bu,  “islam  dünyası”nda 
urbanizasiyanın  görünməmiş  sürəti,  “kommunikasiya  inqilabı”, 
əhalinin  ənənəvi  təbəqələrinin  modernləşmə  proseslərinə  cəlb 
olunması  ilə bağlı  idi.  Bu  isə  “kütlələrin görünməmiş miqyasda si­
yasətə  cəlb edilm əsinə”  kömək göstərirdi115.
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
195


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə