Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


strategiyasına malik dövlət qurmaq üçün təkcə indiki  nəsillər deyil



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə51/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   47   48   49   50   51   52   53   54   ...   115

strategiyasına malik dövlət qurmaq üçün təkcə indiki  nəsillər deyil, 
həm də gələcək  nəsillər qarşıdakı konkret milli m əqsədləri görməli 
v ə onlara doğru  elə bu gündən  irəliləm əyə başlamalıdırlar.
Ə vvəlcə,  qlobal  transformasiyalar  dövründə  milli  ideyanın  nə 
demək olduğu  sualına cavab  verməyə  çalışaq.  Bu,  m illətin,  yaxud 
etnosun ümumi ali mənafelərini əks etdirən fenomendir, onu alimin 
və ya yazıçının kabinetində yaratmaq, quraşdırmaq olmaz.  İnsanla­
rın  zəkasına  və  ürəyinə  səmərəli  təsiri  baxımından  heç  bir  sosial 
ideya xalq  ruhunun  dərinliklərində  yaşayan  milli  ideya  ilə  rəqabət 
apara bilməz və bu ideyanın daşıyıcısı yalnız xalqdır.
İdeologiya  intellektualların  yaratdıqları  konsepsiyalarla  m əh­
dudlaşır və “elmi biliklərdən tutmuş,  dinə qədər v ə həqiqiliyindən, 
yaxud saxtalığından asılı olmayaraq,  gündəlik məqbul davranış tə - 
səvvürlərinədək”123  ictimai  və  fərdi  şüurun  bütün  sahələrini əhatə 
edir.  Bir  sözlə,  ideologiya  ictimai  və  siyasi  həyatı  dolğunlaşdıran 
baxışlar  və  ideyalar  sistemidir.  Milli  ideya  yeni,  əvvəllər  mövcud 
olmayan  reallıqlar  yaradan  insanın  praktik  fəaliyyəti  prosesində 
gerçəkliyin  dərk  edilməsinin  fəal  əlaqə  vasitəçisidir.
İdeyalar  kütlələrə  nüfuz  etdikdə  maddi  qüvvəyə  çevrilir;  bu, 
ideyaların təşkiledici,  səfərbəredici ve dəyişdirici  fəaliyyəti  olma­
dan  ictimai  həyatın maddi  bazisinin  inkişafının vaxtı çatmış m əsə­
lələrini  həll  etməyin  mümkünsüzlüyünü  iddia  edən  marksizmin 
müddəasıdır.  Eyni  zamanda,  adi  şüurun  “nəzeriyyəsizliyini”  eh- 
kamlaşdırmaq  və  onu  yalnız  ictimai  psixologiya  ilə  bağlamaq  da 
düzgün  deyildi.  İdeologiyanın  sinfin  “mütəfəkkirləri”  tərəfindən 
yaradıldığını  hesab  edən  Marks,  bununla  belə,  inkar  etmirdi  ki, 
“bütün  sinif öz  maddi  şəraiti  və  müvafiq  ictimai  münasibətlər z ə ­
minində”  təkcə  “xüsusi  duyğular  və  xəyallarını”  deyil,  həm  də 
“düşüncə ve dünyagörüşü tərzlərini”  yaradır124.
Müasir sosial  fenomenologiya hesab edir ki,  davranışın tənzim­
lənməsi  dəyərləri  və  mənafeləri  konseptuallaşdıran  “gündəlik  nə­
z ə riy y ə lə r in   köməyi  ilə  heyata  keçirilir.  Bu  zaman  nəzəriyyənin 
gündəlik həyatda mənimsənilməsi “artıq davranışın mədəni forma­
nın  zahiri tələblərinə  uyğunlaşması  praktikasında başlayır ve dav­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
2 0 4
ranışın  rəmzi  cəhətlərinin  mənasının  tədricən  izah  edilməsi,  başa 
düşülməsi və dəqiqləşdirilməsi  səciyyəsi  daşıyır” 125.
“Gündəlik”  ideologiya  ilə  “ixtisaslaşdırılmış”  ideologiyanın 
oxşarlığı ondadır ki, hər ikisi  legitimleşmə mexanizmindən istifadə 
edirlər.  Maks Veber legitimliyi təkcə hakimiyyətin qanuniliyi kimi 
deyil, həm də hakimiyyətin  onun deyəri haqqında təsəvvürlə  şərt­
lənən qanuniliyinə inam kimi başa düşürdü. Legitimlik dedikdə isə, 
institusional nizamın izahı v e əsaslandırılması, ona normativ-dəyər 
xarakteri  verilməsi  başa  düşülür.  Özü  də,  legitimləşmə  təkcə  də­
yərlərlə deyil,  “biliklə”  də bağlıdır126.
Hazırda yeni  minilliyin  milli  ideologiyası  həm  Qərbin,  həm  de 
qeyri-Qərbin,  həm  “yeni  sağlar”ın,  həm  də  “yeni  sollar”ın,  bəlkə 
de “yeni mərkəzçilər”in  de,  en yeni  nəzəri  və  ideya-siyasi  doktri­
nalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, trans­
formasiya  dövrü  şəraitində  bezən  bu  proses  ictimai  şüurda  gözə 
çarpmadan gedir.
Sivilizasiyaların,  dövlətlərin,  siyasi  rejimlərin  tarixi  sübut  edir 
ki,  aydın  şəkildə  ifadə edilmiş  məqsədli  yollar göstərilmədən,  oy- 
kumende  öz  yerini  müəyyənləşdirmədən,  özünün  “M ən-siviliza- 
siya”sını  qoruyub  saxlamağın  təminatı  sayılan  deyərlər  ve  əxlaq 
sistemi  olmadan  sabit  v ə  inkişaf edən  birliklər  olmur.  Bunlar  dini 
baxışlarda, ictimai  şüurda, dövlət aktlarında, tərbiyə ve təhsilə dair 
məqsədli  göstərişlərdə,  nəhayət,  milli  ideologiyada  əks  olunmuş­
dur.  Onların sayəsində insan öz dünyasını adekvat şəkildə qavrayır, 
öz  sivilizasiyasının  xüsusiyyətlərini  mənimsəyir,  siyasi  ve  sosial 
məkanda şüurlu  şəkildə  hərəkət edir.
Azerbaycan Prezidenti Heydər Əliyevin Azerbaycan dilinin tət­
biqi  işinin  təkmilləşdirilməsi,  Azerbaycan  əlifbası  ve  Azerbaycan 
dili  gününün  təsis  edilm əsi  haqqında  2001 -ci  ildə  imzaladığı  fər­
manlar,  milli  m ənəvi  deyərlərin  qorunub  saxlanması  m əsələləri 
barədə  Azerbaycan  xalqına  müraciəti  təkcə  keçmişə  ehtiram  əla­
məti,  yaxud qoruyucu  mühafizəkar əhval-ruhiyyənin  təzahürü  de­
yildir.  Bu, zamanın tələblərinə, modernləşməyə keçid dövrünü ya­
şayan  ölkələrdə  milli  sosiomedeni  prioritetləri  siyasi  prosesindən
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
205


kənarlaşdırmağa  qadir  olan  qloballaşmanın  tələblərinə  cavab  idi. 
Milli  yönümlü  belə  siyasətin  əsasında  öz  xalqının  tarix  və  m əd ə­
niyyətini, onun milli mentalitetinin mahiyyətini, mənlik şüurunu v ə 
milli  “M ən”ini qoruyub  saxlamaq  səyləri durur.
Qeyd edək ki, bütün bunların əsasını milli ideologiya təşkil edir. 
Bu,  son  dərəcə  mühüm  fenomendir,  çünki  SSRİ-nin  süqutundan 
sonra Azərbaycanın keçirdiyi  sosiomədəni böhranın başlıca səbəbi 
ənənəvi  dəyərlərin və  normaların  tənzimləyici  rolunun  aşağı  düş­
m əsi idi.  Bütün bunlar ənənəvi dəyərləri əvəzləyən,  lakin hələ kök 
salmağa  macal  tapmayan  universal  dəyərlərin  sürətlə  ucuzlaşması 
fonunda baş verirdi.  Böhranın aradan qaldırılması,  cəmiyyətin yeni 
dəyər və m ənəvi-etik  seçim kimi  milli birlik  əsasında makrososial 
inteqrasiya  üsullarının  axtarışı  ciddi  problem  olaraq  meydana  çıx ­
mışdı.  N əticədə, sosial inteqrasiyanın və makrososial tənzim ləm ə­
nin  əldə  olunmuş  səviyyəsi  saxlanılmaqla,  universal  göstərişlərin 
rolu güclənm əyə başladı.
Bəşəriyyət  tarixində  belə  vəziyyətlər dəfələrlə  olmuşdur.  A n­
caq  əsil  milli  mənafeləri  yalnız  yeni,  modernləşməyə  yönəlmiş, 
universal  v ə  milli  başlanğıcların  bərabərliyini  qəbul  edən  ideolo­
giya  müdafiə  edə  bilər.  XVI  əsrdə  İngiltərədə  puritanlığın  yayıl­
masına  cavab  olaraq,  XVIII-XIX  əsərlərdə  kontinental  Avropada 
Fransa  inqilabının  gətirdiyi  dəyişikliklərə  cavab  olaraq,  XX  əsrdə 
sovet təhlükəsi  ABŞ-da mühafizəkarları  liberal  dəyərlərin və təsi­
satların  müdafiəçisinə,  liberalları  isə  öz  milli  prioritetlərinin  mü­
dafiəsi  üçün  klassik  liberalizmin  ifadəçilərinə  çevirəndə  meydana 
çıxan  konservatizm belə  idi.
Dünya  azərbaycanlılarının  2001-ci  il  noyabrın  9-10-da Bakıda 
keçirilən  birinci  qurultayını  da  bu  mövqedən  şərh  etmək  lazımdır. 
M əsələ bundadır ki, millətin gücünü təkcə onun birliyi və monolit­
liyi deyil, həm də milli özünüdərki və mentaliteti qoruyub saxlamaq 
səyləri m üəyyən edir.
Azərbaycan  Prezidenti  Heydər  Əliyev  öz  fəaliyyəti  ilə  bizə 
məhz bu həqiqəti çatdırmışdır. Ona görə də Azərbaycanın yeni nə­
sildən  olan  siyasətçilərinin  tarixi  legitimliyinin  dərəcəsi  bu  nəslin
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
2 0 6
rasional  siyasi  xəttinə  varisliyi,  onun  mədəniyyət  səviyyəsinə,  tə­
fəkkür tərzinə uyğunluğu  ilə ölçüləcəkdir.
Yekunda belə  bir sual  yerinə  düşür:  qloballaşma və  qərbləşmə 
kontekstində  Azərbaycanın  modernləşməsi  necə  olmalıdır?  Qərb- 
ləşm əni rədd edərək və  milli “M ən”i  qoruyub  saxlayaraq modern­
lə şə   bilərikmi?  Cavab  həm   sadə,  həm  də  mürəkkəbdir.  Bu  tarixi 
yolu bütün Cənub-Şərqi Asiyanın əslində bütün ölkələri keçmişdir. 
Yaponiya intellektuallarının modernləşmə  konsepsiyası “Qərb tex­
nologiyaları,  yapon ruhu”  aforizmi  idi.
Azərbaycanda  1993-cü  ildən  başlayan  modernləşmə  ideologi­
yası  çoxcəhətliliyi  sayəsində  səmərəli  olmuşdur.  O,  inkişafının  ilk 
səviyyəsində  ideologiyaya  az  bənzəyirdi,  daha  çox  qloballaşma 
şəraitində  ölkənin  strateji  inkişaf konsepsiyası  funksiyasını  yerinə 
yetirirdi.
Modernləşmə ideologiyasının  1996-cı ildə formalaşan ikinci və 
əsas  səviyyəsi ölkə  əhalisinin ən  fəal hissəsini  özünə cəlb etdi.  Bu 
səviyyədə yeni  mühafizəkarlıq,  liberalizm,  sosializm və  vətənpər­
vərlik  prinsipləri  vəhdət  halında  birləşdi.  Digər ölkələrlə  müqayi­
sədə  dünya kontekstində  onlara  çatmaq  və  regional  kontekstdə  isə 
qabaqlayıcı  inkişaf  ideyası  modernləşmənin  milli  ideologiyasının 
əsası  oldu.  Bu  ikili  m əqsəd  ölkəmizdə  son  iki  yüz  ildə tətbiq  edil­
miş  “müstəmləkə  şüuru”  komplekslərinin  aradan  qaldırılmasına 
köm ək göstərir.
Milli  ideologiyanın  inkişafının  üçüncü  səviyyəsi  cəmiyyətdə 
antimodemizm  ovqatını  “söndürə”,  ənənəçilik  təzahürlərinin  qa­
lıqlarını  neytrallaşdıra  bilən  kənar  amortizator  rolu  oynamalı  idi. 
Beləliklə,  milli  ideologiya  əhalinin  obyektiv  olaraq  ölkənin  mo­
dernləşmə yolu ilə irəliləm əsinə müqavimət göstərən təbəqələrinə 
yönəlmişdi.  Bu  zaman  başlıca  vəzifə  Azərbaycanda  sosial  və  tex­
noloji  dəyişiklikləri  həyata  keçirmək,  habelə  milli  mədəniyyətin 
özünəməxsusluğunun  qorunub  saxlanmasına  təminat  vermək,  eti­
barlı  sosial müdafiəni  və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək, 
beləliklə də iqtisadi  səm ərəliliyi sosial ədaləti  ilə  birləşdirmək  idi.
IIIfəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
207


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə