Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


kişafı  naminə  səmərəli  iqtisadi  inkişafa  və  irəliləyişə  nail  olm ağı



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə44/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   40   41   42   43   44   45   46   47   ...   115

kişafı  naminə  səmərəli  iqtisadi  inkişafa  və  irəliləyişə  nail  olm ağı 
qarşısına  m əqsəd  qoymuşdur.  Azərbaycanda  demokratik  dəyişik­
liklər,  siyasi  sabitlik  v ə  iqtisadi  inkişafın  mühüm  zəmini  olmadan 
bu  layihələrin  həyata  keçirilməsi  ciddi  çətinliklərlə  qarşılaşırdı. 
Azərbaycan açıq məkan yox,  avtarkiya cəm iyyəti olsaydı,  inteqra­
siya və iqtisadi  inkişaf ölkəmizdən yan ötər, yaxud da ondan ancaq 
xammal mənbəyi kimi  istifadə olunardı.  Bu və ya digər iqtisadi la­
yihə  hazırlanarkən,  sonra  isə  həyata keçirilərkən ona yalnız o hal­
da önəm verilir ki,  o,  bütövlükdə  Azərbaycanın milli m ənafelərinə 
uyğun  olsun,  bölgələrin  iqtisadi  inkişafına,  vətəndaşların  rifahının 
yüksəlm əsinə  kömək  göstərsin,  başlıcası  isə,  bu  layihə  uzunmüd­
dətli  olsun  v ə  onun  iqtisadi  faydası  gələcək  nəsillərin  inkişafına 
xidmət etsin.
Son  on  ildə  ölkədə  aparılan  uğurlu  demokratik  islahatlar 
dönməz xarakter almışdır.  “World Today”  agentliyinin MDB ölkə­
lərində demokratiyanın  səviyyəsinə və demokratikləşmənin moni­
torinqinə,  iqtisadi  inkişafa və  sosial  sabitliyə  dair apardığı  araşdır­
maların  “The  Wall  Street  JomaT’da  dərc  olunmuş  nəticələri103 
Azərbaycanda demokratiyanın mərhələli inkişafının səm ərəliliyinə 
sübutdur. Bu araşdırmanın nəticələrinə görə Azerbaycan demokra­
tiya proseslərinin səmərəli  inkişaf etdiyi ölkələr sırasına daxil edil­
mişdir.  “World  Today” in  nəticələrindən  görünür  ki,  Şərqi  Karpat 
ölkələri  arasında  Ukrayna  və  Moldova,  Cənubi  Qafqaz  ölkələri 
arasında Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında isə Qazaxıs­
tan demokratik proseslərin inkişafında fərqlənmişlər.
“World  Today”in  araşdırmalarının  yekun  nəticəsi  1993- 
2003-cü  illərin məlumatına əsasən hazırlanmışdır.  Qeyd olunmalı­
dır ki,  insan  hüquqları  sahəsində  Azərbaycan  Moldova ilə  birlikdə 
birinci yeri bölüşdürür -  70%.  Halbuki Ermənistan və Rusiya 60 %, 
Gürcüstan  və  Ukrayna  isə,  müvafiq  olaraq,  68%  və  69%  almışlar. 
Azərbaycanda siyasi  dözümlülük 62  % qiymətləndirilir.  Bu, həmin 
müstəvidə  mərhələli  inkişafı  əks  etdirən orta  qiymətdir.  Azərbay­
canda  ən  yüksək  göstərici  dini  dözümlülük  sahəsindedir  -   98 
%.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
176
Halbuki  analoji  göstərici  Ermənistanda  80  %,  Gürcüstanda  60  %, 
Rusiyada 73,6  %-dir.  Azərbaycanda mətbuat azadlığı 75  %-dir ki, 
bu da Ermənistan (60  %),  Rusiya (68,7  %) və Qazaxıstandakmdan 
(60 
%)
  yüksəkdir.  Bu  cəhətdən  Gürcüstan  (84  %)  Azərbaycanı 
qabaqlayır.  Beynəlxalq  öhdəliklərin  yerinə  yetirilməsində  v əziy­
yət  belədir:  Azərbaycan  -   90  %,  Ermənistan  -   63  %,  Gürcüstan 
-  92  %, Ukrayna -  88  %,  Rusiya -  76  %,  Moldova -  85  %,  Qaza­
xıstan -  74 %.
Məlum  olduğu  kimi,  dünyada  gedən  inteqrasiya  prosesləri, 
qitələr və dövlətlər arasında qarşılıqlı iqtisadi əlaqələrin sürətli in­
kişafı  baxımından  energetika  layihələrinin  həyata  keçirilməsində 
ölkənin nəinki ixracçı, həm də tranzit ərazi olması son dərəcə əh ə ­
miyyət kəsb edir.  Bu baxımdan  “World Today”in  keçirdiyi  sorğu­
nun  nəticələri  Azərbaycanın  mövqelərinin  birinci  yerdə  olduğunu 
göstərir.  Beləliklə,  həmin  tədqiqatın  yekunlarına  görə,  energetika 
layihələrinin həyata  keçirilməsi  Azərbaycanda  70  %,  Gürcüstanda 
58  %,  Ukraynada  63  %,  Qazaxıstanda  68  %  təşkil  edir.  “World 
Today”  təhlilçilərinin  fikrincə,  dünya v ə  Avropa strukturlarına  in­
teqrasiya m əsələsində Azerbaycan 86 % -lə aparıcı mövqe tutur.  Bu 
göstərici  Ermenistanda  78  %,  Gürcüstanda  83  %,  Qazaxıstanda 
74 %,  Ukraynada  89  %,  Rusiyada 93  %-dir.
2001-ci ilin faciəli  11  sentyabr hadisələrindən və Azerbaycanın 
antiterror koalisiyasında  fəal  iştirakından  sonra terror aktları  təhlü­
kəsi  artmışdır.  “World Today”in  fikrincə,  bu,  Azerbaycanda  12  %, 
Ermənistanda 7 % təşkil edir.  Terrorizmin dəstəklənməsi  isə Azər­
baycanda  0  %,  Ermenistanda  5  %,  Rusiyada  10  %,  Tacikistanda 
25 %  qiymətləndirilir.  Terror  təhlükəsi  isə  Azerbaycanda  60  %, 
Ermənistanda 22 %, Gürcüstanda 65 %, Rusiyada 87 %, Ukraynada 
56  %-dir.
Qloballaşma  dövlətlərin  qarşısında  iqtisadi  göstəricilərin  tək- 
m illəşdirilm əsinə  öncül  əhəm iyyət  vermək  vəzifəsini  qoyur. 
“World  Today”  bu  cəhətdən  Azerbaycanın  Cənubi  Qafqazda  ən 
yaxşı,  M DB  ölkələri  arasında  isə  yüksək  iqtisadi  inkişafını  proq-
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
177


nozlaşdınr.  Bu  göstərici  70  %  təşkil  edir.  Halbuki həmin  göstərici 
Ermənistanda  32  %,  Gürcüstanda  isə  60  %-dir.  “World  Today” 
təhlilçilərinin fikrincə, ümumən Azərbaycan, əslində, iqtisadi inki­
şafın  bütün  göstəricilərinə  görə  Cənubi  Qafqaz  dövlətlərini  xeyli 
üstələyir v ə MDB məkanında iqtisadi inkişafın liderləri sırasına da­
xildir.  Bu  isə  Azərbaycanın  fəal  iqtisadi  aktorlar birliyinə  tam  in­
teqrasiyasına  və  ölkənin  sərmayə  imkanlarının  genişlənm əsinə 
kömək edir.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsinin m aliy­
yələşdirilm əsi  ilə  əlaqədar  sənədlərin  imzalanması  m ərasimində 
nitqində  inteqrasiya  layihələrinin  Azərbaycan  üçün  əhəm iyyətini 
dəqiq  səciyyələndirmişdir:  “Bizim hamımızın  məqsədi  ondan iba­
rətdir ki, xalqlarımız bu layihələrdən fayda götürsün.  M ən əm inəm  
ki,  belə de olacaqdır. Artıq bu, baş veribdir. Minlərlə yeni  iş yerləri 
açılıbdır.  On  minlərlə  insanımız  maddi  fayda  eldə  etmişdir  v ə  bu 
proses davam edəcəkdir” 104.
1994-cü  ildə  “Əsrin  müqaviləsi”nin  imzalanması,  2002-ci  ilin 
sentyabrında  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  v ə 
2004-cü ildə  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə baş­
lanması  Azərbaycanı  aparıcı  Qərb  dövlətlərinin  strateji  maraqlan 
zonasına  çevirmişdir.  Azərbaycanın  neft  yataqlannın  xarici  tərəf­
daşlar  tərəfindən  işlənilməsi,  Azerbaycan  neftinin  gələcəkdə  də 
dünya  enerjidaşıyıcıları  bazarlanna  çıxarılmasına  kömək  göstəril­
məsi,  qaz hasilatında birgə  iştirak,  habelə karbohidrogenlərin  dün­
ya  bazarlanna  nəqli  vaxtını  və  qiymətini  əhəmiyyətli  dərəcədə 
azaldan  çox  mühüm  neft  və  qaz  boru  kəmərlərinin  çəkilməsi  gös­
tərir ki,  Azərbaycan  qlobal  inteqrasiyasının passiv  iştirakçısı  deyil, 
əksinə,  onun fəal regional  oyunçusudur.
Əhalisinin  böyük  əksəriyyətini  müsəlmanlar  təşkil  edən  ölkə 
kimi  Azərbaycan  həmişə  Avropanın  bir  hissəsi  olmuşdur.  Azər­
baycan Ağqoyunlu dövlətinin tarixində ilk diplomatik münasibətlər 
İtaliyanın şəhər-respublikaları ile qurulmuşdur, ötən əsrin əvvəlin­
dən Qərb maqnatları, maliyyəçiləri, Avropa və Amerikanın ən zen-
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
________
178
gin  ailələrinin  nümayəndələri  ölkəmizdə  fəal  işləmişlər.  Hazırda 
Azərbaycan Avropanın bütün strukturları ilə fəal əməkdaşlıq edir.
Qloballaşma prosesləri ilə bağlı iqtisadi müstəvidə Avropa Bir­
liyi  ilə  münasibətlərin  genişləndirilməsi  və  təkmilləşdirilməsinə 
xüsusi  diqqət yetirilir.  Son  vaxtlar bu  təşkilatın  üzvlərinin artması, 
onun  məsuliyyət  zonasına  yeni  aktorların  daxil  edilməsi  təşkilatın 
sərhədlərinin genişləndiyini  v ə onun  inteqrasiya proseslərinin yeni 
fəal  iştirakçılarının  olmasını  istədiyini  göstərir.
Azərbaycan  Prezidenti  İlham  Əliyev  2004-cü  il  mayın  18-də 
Brüsseldə Avropa Komissiyasının sədri Romano Prodi ilə görüşün­
də  demişdir ki,  “Avropaya  inteqrasiya ölkəmizin  xarici  siyasətinin 
əsas istiqamətlərindən biridir...  Avropa Birliyi Cənubi Qafqazda öz 
nümayəndəsini  təyin  etmişdir.  Həmin  nümayəndə  Azerbaycanın 
“Avropa  qonşuluq  siyasəti”  proqramına  qoşulmasını  tövsiyə  edib 
və biz bunu yüksək qiymətləndiririk” 105.
Azərbaycan  bu  siyasətə  daim  sadiqdir.  Prezident  İlham  Əliyev 
Almaniyaya  rəsmi  səfəri  zamanı  onun  şərəfinə  təşkil  olunmuş  iş­
güzar şam yemeyindeki  nitqində  demişdir:  “Avropa  Birliyinin C ə­
nubi  Qafqaz  ölkələrini  de  əhatə  edən  yeni  qonşuluq  siyasəti  vacib 
olmaqla yanaşı, həm de çox mühüm bir addımdır.  Düşünürük ki, bu 
siyasətin  praktik  bəhrəsi  tezliklə  özünü  gösterəcək,  müstəqil  ölkə 
kimi  Azərbaycan  Avropa  strukturlarına  daha  çox  inteqrasiya  edə­
cəkdir.  Bu,  bizim  xarici  siyasətimizin  elementlərindən  biridir. 
Azerbaycanın Avropa strukturlarına nə dərəcədə inteqrasiya etməsi 
ölkənin  inkişafının  göstəricisidir” 106.
Azerbaycan bu nüfuzlu qurumla əməkdaşlıqda milli  iqtisadiyyatı 
səmərəli  inkişaf etdirməyi,  onun  Avropa  iqtisadi  və  maliyyə  məka­
nına  tam  inteqrasiyasını  qarşısına  məqsəd  qoymuşdur.  Ölkəmizin 
ümumavropa işlərində, o cümlədən XXI əsrdə sabit v ə səmərəli A v­
ropa  təhlükəsizliyi  arxitekturasının  qurulmasında  rolunun  və  əh ə­
miyyətinin  daim  gücləndirilməsi  diqqət  mərkəzində  durur.  Bunu 
belə bir fakt da təsdiq edir ki,  2007-ci  ildən  başlayaraq,  Avropa ba­
zarlanna hər gün  1  milyon barrel Azerbaycan nefti  göndəriləcəkdir.
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
179


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə