Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


xarakter daşıyır.  O, ictimai şüurdakı irəliləyişi təşəkkül tapmış nor­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə42/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   38   39   40   41   42   43   44   45   ...   115

xarakter daşıyır.  O, ictimai şüurdakı irəliləyişi təşəkkül tapmış nor­
ma və əsaslara maksimum həssaslıqla yanaşmaqla həyata keçirir.
Hər  hansı  digər  proses  kimi,  sənayeləşdirməyə  keçidin  də 
həddi-hüdudu var.  Praktika göstərir ki, Qərbin səviyyəsinə çatmaq 
yolu yalnız  iki  mütləq  şərt mövcud  olduqda uğur gətirmişdir.  Ə v - 
vəla,  bu yolu seçən  ölkə  çatmaq  istədiyi  ölkədə mövcud  olan  tex­
noloji (industrial, yaxud postindustrial) ukladın daha aşağı pilləsin­
də  durduğu halda əhəm iyyətli nəticələr əld ə  edə bilər.  İkincisi,  bu 
praktika  ancaq  o  halda  bəhrə  verə  bilər  ki,  insanın  ancaq  istehsal 
aləti  hesab  edildiyi  birbaşa  məcburiyyət  daxil  olmaqla,  səfərbəre- 
dici  üsulla həyata keçirilsin.  Beləliklə,  Qərbin  səviyyəsinə  çatmaq 
yolunda  inkişafın  hüdudlarının  sonsuz  olmadığını  bildirən  bir  sıra 
alimlərin fikri  ilə razılaşmaq olar.
Bir tərəfdən, çatmaq istəyən ölkə çatmaq istədiyi tərəfin isteh­
sal üsullarına malik deyilsə, nəzərdən keçirilən modeldən səm ərəli 
şəkildə istifadə edilə bilməz.  Əgər, m əsələn, ötən əsrin ortalarında 
hansısa  geridə  qalan  ölkə  polad  istehsalı  üçün  konverter  qurğusu 
əld ə edə bilsəydi belə, onu tətbiq etmək imkanı cüzi olardı. Əksinə, 
döymə  üsulu  ilə  top  istehsal  edən  ölkələr  artilleriya  silahlarının 
hazırlanmasının  Avropa  metodları  ilə  tanış  olduqda  onu  tezliklə 
m ənimsədilər və bu  onların  öz  ordularını  yeni  silahlarla  təchiz  et­
m əsinə imkan verdi.  Digər tərəfdən, əgər çatmaq istəyən ölkə çat­
maq istədiyi  ölkə qədər daş  kömür hasil etmək vəzifəsini qarşısına 
qoyarsa,  bu vəzifə hətta irimiqyaslı texnoloji  modernləşdirmə apa­
rılmadan,  məcburi  işçilərin  səfərbər  edilməsi,  yaxud  şaxtaçıların 
em ək haqqının artırılması  yolu  ile  həll  oluna bilər.
M əqsəd  yeni  informasiya-kommunikasiya  məhsulu  yaratmaq 
olduqda isə, yalnız onilliklər boyu  alınmış təhsil və işçinin yaradı­
cılıq  həvəsi  qarşıya  qoyulmuş  m əqsədə  çatmaq  üçün  lazım  olan 
vasitələri təmin etməyə qadirdir.  Birinci halda, məlum olur ki, m ə­
sələn,  aqrar  cəm iyyət  qüvvələri  son  dərəcə  gərginləşdirməklə  və 
kənardan  aldığı  texnologiyalar  sayəsində  sənaye  cəmiyyətinə  çata 
bilər;  ikinci halda, görürük ki,  sənaye cəmiyyəti artıq postindustrial 
cəm iyyətə  çata bilməz,  çünki  onun  əsaslandığı  səfərbərlik  metod-
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
168
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
lan  postindustrial  sosiumun tərəqqisinin  əsası  olan  azad  şəxsiyyə­
tin  yaradıcılığına  tətbiq  edilə  bilmir.  Yəni,  belə  inkişafın  uğurları 
müəyyən ukladın çərçivəsi  ilə  məhdudlaşır.
Qərbin  inkişaf  səviyyəsin ə  çatmaq  nəzəriyyəsinə  milli  mo­
dernləşmənin  mümkün prinsipi  kimi  yanaşsaq,  deməliyik ki,  məhz 
bu  prinsipin  tətbiqi  sayəsində  X X   əsrdə  dünyanın  mənzərəsi  bir 
neçə  dəfə  köklü  surətdə  dəyişmişdir.  Ötən  əsrin  əvvəlində  ABŞ 
dünya  iqtisadiyyatında  ön  sıraya  çıxaraq,  Böyük  Britaniyanı  bu 
mövqedən  sıxışdırdı.  M əğlub  edilm iş  v ə  alçaldılmış  Almaniya  bir 
neçə  ildən  sonra keçmiş  qüdrətini  bərpa  edərək,  1945-ci  ilə  qədər 
Avropada hegemon oldu.  İkinci  dünya müharibəsindən sonra SSRİ 
sürətlə artan iqtisadi qüdrətə malik ölkə kimi irəli çıxdı və bu m öv­
qeyi  fasilələrlə  1970-ci  illərin  ortalarına  qədər -   SSRİ  durğunluq 
dövrünə  qədəm qoyanadək saxladı.  XX əsrin  sonlarında  dünya  iq­
tisadiyyatının  liderləri  ABŞ,  Avropa  v ə  Şərqi  Asiya  oldu.  Şərqi 
Asiyanın  liderlər  üçlüyünə  daxil  olması  h ələ  yaxın  keçmişədək 
inanılmaz  görünürdü.  Dünya  sivilizasiyasının  “dalda-bucağı”  olan 
bu keçmiş ucqar hazırda sürətli  inkişaf mərkəzlərindən  birinə çev­
rilmişdir və təhlilçilərin bir çoxunun fikrincə, XXI əsrə dünya  iqti­
sadiyyatı  və  siyasətinin  mühüm  amili  roluna  əsaslı  surətdə  iddia 
edir.
Asiyanın  bir  sıra  ölkələrinin  sürətli  yüksəlişi  spesifik  xarakter 
daşıyaraq,  millətlərin  inkişafa,  öz  imkanlarını  və  milli  “M e n lə r i­
nin təntənəsini təsdiq etdirməyə olan səylərini əks etdirir.  Yaponi­
yanın  1945-ci  ildəki  hərbi  məğlubiyyətindən  cəmi  20  il  sonra 
yapon  möcüzəsinin  bütün  dünyanı  heyrətə  gətirəcəyinə  çox  az 
adam  inanırdı.  H ələ  1980—
ci  illərin  sonunda Çindən  söhbət düşən­
də  əhalinin  hədsiz  artmasından  danışılırdısa,  artıq  1990-cı  illərin 
ortalarında onun  regional,  yoxsa,  dünya dövləti  olması  barədə  qız­
ğın  müzakirələr  başlanmışdır.  B iz  indiyədək  Hindistana  geridə 
qalmış ölkə kimi baxırıq, halbuki  o, artıq dünya siyasətinin aktorla- 
rından  birinə  çevrilmişdir.  Həm   de  təkcə  özünün  nüvə  silahını 
yaratdığına  görə  yox,  Hindistan  regional  və  dünya  informasiya- 
kommunikasiya texnologiyaları  ticarətində ciddi  mövqe  tutur.
169


Modemist inkişafın əsası millətin öz həyati m ənafelərini v ə  ön ­
cül  vəzifələrini  necə  başa  düşməsi  ilə  qoyulur.  “İnkişaf yönüm lü 
dövlət”  (developmental  state)  anlayışı  ingilisdilli  ədəbiyyatda  y a ­
yılmasa da, Şərqi Asiya ölkələri ədəbiyyatında geniş işlədilir. D ö v ­
lətdən  inkişaf  m əqsədi  ilə  istifadə  olunması  həm  qloballaşm a 
prosesinin  mənfi  cəhətlərinin  təshihinə,  həm  də  qərbləşm əyə  al­
ternativ  kimi  çıxış  etm əyə  imkan  verir.  Axı,  modernləşmə  heç  də 
həm işə  Qərb  modellərini  kor-koranə  təqlidin  nəticəsi  deyildir. 
Texnoloji inqilabın doğurduğu ümumdünya yarışında hamı lider ola 
bilməz.  Ona görə də m illi-dövlət inkişafının adekvat strategiyasına 
malik olmaq  lazımdır.
Geri  qalmış  regionlann  Qərbin  inkişaf səviyyəsinə  çatmaq y o ­
lunda uğuru  “hazırda o yerdə və o zaman mümkündür ki, o,  inkişaf 
etmiş  ölkələrin  məqsədi  elan  olunsun  v ə   bu  m əqsədlə  ayrılan 
vəsait  həmin  ölkələrin  tam  iqtisadi  və  siyasi  nəzarəti  altında  isti­
fadə  edilsin”96.  Bundan  əlavə,  Cənub-Şərqi  Asiyanın  təcrübəsi 
aydın  şəkildə  göstərir  ki,  iqtisadi  yüksəliş  heç  de  milli  ənənədən 
hökmən  imtina  olunmasını  tələb  etmir,  əksinə,  onunla  çulğaşa 
bilər.  Q.Mürdalın  1960-cı  illərin  sonu -   1970-ci  illərin  əvvəlində 
irəli  sürdüyü “Tarixin  dərk edilməsi və milli  eyniyyət axtarışı,  ö z­
lüyündə,  modernləşmə  ideallarına  sədaqətə  təhlükə  doğurmur  v ə 
hətta  onlara  zidd  də  deyildir”97  ideyasını  Cənub-Şərqi  Asiyada 
modernləşmə prosesinə  də şamil  etmək mümkündür.
Cənub-Şərqi  Asiyadakı  iqtisadi  canlanmanı  təhlil  edərkən  bu 
regionun  uğurunu  təşkil  edən  iki  əsas  məqam  olması  barədə  nəti­
cəy ə  gəlirik.  Bunun  birincisi  insan  kapitalına  münasibətin  köklü 
surətdə  dəyişm əsi  ilə  bağlıdır.  Cənub-Şərqi  Asiya  ölkələri  m əc­
buri  üsullarla  səmərəli  sabit  modernləşməyə  nail  olmağın  müm­
künsüzlüyünü dərk edərək, universalizm və partikulyarizmin sinte­
zindən  istifadə  etm əyə  başladılar.  Üstəlik,  1980-ci  illərin  sonunda 
modernləşmə  nəzəriyyəsi  çərçivəsində  “modemitiden  yan  ötən 
modernləşmə”,  yəni  yabançı  nümunələri  sınmadan  sosiomədəni 
ənənələrin  qorunub  saxlanmasına  əsaslanan,  ferdiyyetçi  Qərb  de­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
________
170
yərlərini  cəmiyyətə  zorla  qəbul  etdirmədən  də  dinamik  iqtisadi 
yüksəlişin  mümkün  olduğunu  bildirən  ictimai  inkişaf konsepsiyası 
(A.Əbdül  Malik,  A.Turen,  S.Hantinqton,  Ş.Eyzenştadt  və  b.)  işlə­
nib hazırlandı.
M əsələn,  məlumdur ki,  nəzərdən keçirilən regionlar üçün əsas 
dəyərlər  bəzən  Qərb  dəyərlərinə  qətiyyən  uyğun  gəlmir.  Onları 
sadalayaq.  Bu,  hər  şeydən əvvəl,  millətin  icma qarşısında,  cəm iy­
yətin  isə  şəxsiyyət  qarşısında  üstünlüyüdür.  A ilə  cəmiyyətin  əsası 
sayılır.  Cəmiyyətin  şəxsiyyətə  qayğısı  v ə  onu  dəstəkləməsi,  eləcə 
də  düşmənçilik və  rəqabət əv əzin ə  konsensus norma  xarakteri  da­
şıyır.  Qərb kimi,  asiyalılar da insan hüquqlarını yüksək tuturlar,  la­
kin onlar hesab edirlər ki, şəxsiyyətin üstünlüyünün həddindən çox 
vurğulanması  anarxiyaya,  dağınıqlığa və  i.a.  gətirib  çıxarır98.
Beləliklə,  yeni  nəzəriyyə  çərçivəsində  qeyri-Qərb  ölkələrinin 
müasirliklə  ənənəçilik  arasında  əlaqələrin  pozulmaması,  mövcud 
ənənələrin kənardan  gətirilənlərlə  əvəzlənm əm əsi  yolu  ilə  inkişaf 
etməsinin mümkünlüyü nəzərdə tutulurdu. Əks halda, cəm iyyət la­
büd  surətdə  sosial  gərginliyə  v ə  kəskin  ictimai-siyasi  kataklizm- 
lərə  doğru  gedəcəkdir.
Cənub-Şərqi  Asiyada  modernləşmənin  uğurunun  ikinci  səbəbi 
himayədarlıq  və  bazar  siyasətlərinin  sintezi  ilə  bağlıdır.  Bu,  baza­
rın  və  sahibkarlığın  sərbəstliyini  təmin  etsə  de,  son  söz  dövlətin 
olur.  Himayədarlıq,  hər şeydən  əvvəl,  fərqləndirici  tarif dərəcələ­
rinin m üəyyənləşdirilməsində, gömrük siyasətində, ayrı-ayrı isteh­
salçı qruplara inhisar imkanları  verilməsində,  texnologiya idxalının 
və hazır məhsulun  ixracının  stimullaşdırılmasında təzahür edir.
Bu  cür  siyasət  əsasən  daxili  bazarın  qorunmasına  yönəldilmiş­
dir.  Yaponiyanın  ilkin  yüksəlişi  mehz  himayədarlıq  sayəsində 
mümkün  olmuşdur.  Sonra  isə  o,  ön  mövqeyə  çıxaraq,  regionun 
digər  dövlətlərinin  inkişafına  nezəreçarpacaq  təsir  göstərmişdir. 
Məlumdur  ki,  Asiya  “pələngləri”  mahiyyətcə  Yaponiyanın  təcrü­
bəsini,  -   lakin  m üəyyən  modifıkasiya  ile,  -   təkrar etmişlər.  Lakin 
onu da demək lazımdır ki,  Yaponiyanın  indiki  iqtisadi  çətinlikləri­
nin bir səbəbi  daxili  bazarın  qapalılığıdır.
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
171


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə