Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


iqtisadi məzmununu məhz güclü dövlətlərin milli siyasəti m üəyyən



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə36/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   32   33   34   35   36   37   38   39   ...   115

iqtisadi məzmununu məhz güclü dövlətlərin milli siyasəti m üəyyən 
edir.  Hazırda  əsas  dünya  inteqratorlan  olan  AB  (Avropa  Birliyi), 
HAFTA  (Şimali Amerika  Azad  Ticarət Zonası),  OPEK  (Neft  İxrac 
Edən  Ölkələr  Təşkilatı),  ASTİŞ  (Amerika-Sovet  Ticarət  İqtisadi 
Şurası) kimi transmilli qurumları məhz milli dövlətlər yaratmışlar.
Eyni zamanda, qloballaşmanın tənqidçiləri transmilli korporasi­
yaların (TMK) beynəlmiləl, yaxud kosmopolit xarakterindən danış­
mağı  əsassız  sayırlar.  TM K-lann  vergi  ödədiyi  dövlətlərin  adlan, 
qərargahlarının  harada  yerləşməsi,  rəhbərlərinin  v ə  səhmlərinin 
sahiblərinin  hansı  Ölkələrin  vətəndaşı  olması  və  onlann  m üəyyən 
dövlətlərə  loyal münasibətləri yaxşı məlumdur.
İkinci  istiqam ətə  mənsub  olan  alimlər  iddia  edirlər  ki,  m illi 
eyniyyətin  sürətlə  və  düşünülmədən  zəiflədilm əsi,  yaxud  hətta 
m əhv  edilm əsi  böyük  münaqişələrə  və  ümumen  sabitliyin  pozul­
masına  səbəb  ola bilər.  M əsələn,  TMK-lar hamı  üçün  vahid  qay­
dalar  qoymaq  tələbləri  ilə  artıq  İndoneziyanı  sosial  böhranlara  və 
terror aktlarına gətirib çıxarmışlar. B ezən BVF səhvlərini rəsmi ş ə ­
kildə etiraf etməli olur.  M əsələn,  BVF-nin başçısı Horst Keler ya­
xın  keçmişdə  Argentinada  baş  vermiş  hadisələrlə  əlaqədar  bəyan 
etmişdi  ki,  “Argentinadakı  iqtisadi  böhran  BVF-nin  öz  siyasətin­
dəki  kobud  səhvlərin nəticəsidir”81.
Ölkələrin və qitələrin qarşılıqlı asılılığı ayn-ayrı dövlətlərin iq­
tisadi  rifahını  təhlükə altına alır,  çünki  inkişaf etmiş dövlətlərin bi­
rindəki  maliyyə  hərc-mərcliyi  “domino  effektinə”,  yəni  qonşu 
dövlətlər üçün,  ən pis  halda  isə,  bütün  dünya birliyi  üçün  maliyyə 
böhranına çevrilə bilər.
Ücüncfi istiqam ətə qloballaşmanı beynəlxalq iqtisadi  inkişafın 
münaqişəli  reallığını  ört-basdır  etmək üçün uydurulmuş  m if sayan 
müəlliflərin  mövqeyi  aiddir82.  M əsələn,  Qloballaşma  Problemləri 
institutunun  (Rusiya)  direktoru  Mixail  Delyaginin  fikrincə,  “qlo- 
ballıq dünya iqtisadiyyatındakı  vəziyyəti köklü  şəkildə və davamlı 
olaraq pisləşm əyə doğru aparan böhrandır.  Bu böhran bəşəriyyətin 
iqtisadi  inkişafının  təzə  modelini  yaradır və  onu keyfiyyətcə  yeni,
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
_______
144
daha  çətin  yola  yönəldir.  Bu  baxımdan  1997-1999-cu  illərdə 
Cənub-Şərqi  Asiyanı  bürümüş  maliyyə  böhranı  (ilkin  mərhələdə 
Asiya böhranı adlandırılırdı)  əhatə  dairəsinə  görə ümumdünya s ə ­
ciyyəli  olsa  da,  nəticələrinə  görə  əsla  belə  qəbul  edilə  bilməz”83. 
Bəşəriyyətin  inkişafı  üçün  daha  ciddi  təhlükələr arasında aşağıda­
kılar daha çox xatırladılır:
-  həm  maliyyə  sahəsində,  həm   də  siyasi  sahədə  qeyri-sabitli­
yin getdikcə  artması;
-  Yer kürəsinin təkcə ayrı-ayrı ölkələrində deyil, bütöv region­
larda davamlı hal almış kütləvi yoxsulluq;
-  inkişaf etmiş  ölkələrlə  digər  ölkələr  arasında daha  da dərin­
ləşən  ve  “iki  bəşəriyyət”in  yaranmasına  doğru  aparan  dəfedilməz 
texnoloji  uçurumun  əm ələ gəlm əsi.
Üçüncü istiqamətin  tərəfdarları  diqqəti  həm də ona yönəldirlər 
ki,  hazırda  ABŞ  iqtisadiyyatı  dünya  iqtisadiyyatının  əsasını  təşkil 
edir və  dünya üzrə  ümumi  daxili  məhsulun  30  faizindən  çoxu  bu­
rada  istehsal  olunur.  Bəşəriyyətin  maliyyə  sistemi  ümumi  ehtiyat 
valyutasına  çevrilmiş  dollar  üzərində  qurulmuşdur.  Dünyada  döv­
riyyəyə buraxılmış bütün səhmlərin 55 faizi ABŞ vətəndaşlarına və 
korporasiyalarına  məxsusdur.  Buna  görə  “fəlakətlər  nəzəriy­
y ə s in in   hətta  ən  qatı  tərəfdarları  da  inkar etmirlər ki,  dünya  iqti­
sadiyyatının  vəziyyəti  ümumən  ABŞ-dakı  vəziyyətlə  müəyyən 
olunur.
Belə  şəraitdə  bəşəriyyətin  artıq  bu  gün  rastlaşdığı  təhlükələrin 
əsas əlamətləri üzə çıxır.  Ə vvela,  indi dünya iqtisadiyyatı  və  siya­
səti ABŞ rəhbərliyinin v ə bu ölkənin ərazisində yerləşən transmilli 
korporasiyaların  fəaliyyəti  ile  m üəyyən  edilir.  Özü  de,  bəşəriyyə­
tin həyatına əhəm iyyətli təsir gösterən qərarlar ümumi  deyil, Ame­
rika  mənafeləri  və  qlobal  yox,  “daxili”  Amerika  məsuliyyəti 
prezumpsiyası  baxımından qəbul  edilir.
İkincisi,  inkişaf  etmiş  ölkələrlə  inkişaf  etməkdə  olan  ölkələr 
arasındakı rəqabət mübarizəsi getdikcə kəskinləşərək, uduzan döv­
lətlərin  hesabına  dünya  tələbatının  əsaslı  şəkildə  məhdudlaşma­
sına,  sonra  isə  bu tələbatın  dayanmasına səbəb ola  bilər.
__________________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
145


Üçüncüsü,  internetin  bir hissəsini  məhv  edə  və  kompüter  m ü­
haribəsinin  başlanmasının  əsasını  qoya  bilən  virusun  yaradılması 
texnoloji tərəqqini dondurar və tənəzzülə gətirib çıxarar.
Dördüncüsü,  iqtisadi  uçurum  qlobal  miqyasda gerçəkləşdirilən 
layihəyə  bir  tərəfin  narazılığından  doğan  “qlobal  tarazsızlıq”  təh ­
lükəsi  yaradır  ki,  bu  da  yeni  kataklizmlər  v ə  “humanitar  fəlakət­
lə r d ə  nəticələnir. Bu halda, z ə if tərəf “hegemon”a və onun iqtisadi 
siyasətinə  qarşı çıxır.
B elə  ssenari  Əfqanıstanda  reallaşdırılmışdır.  Taliban  hərəkatı 
ölkədə  hakimiyyəti  ə lə   keçirib  daxili  və  xarici  siyasəti  dəyişdirə­
rək,  yaxın v ə uzaq dövlətlərin təhlükəsizliyinə qeyri-ənənəvi  qor­
xular  yaradan  məkanı  genişləndirməyə  başladı.  Ölkə  ərazisində 
terrorçuluq,  qaçaqmalçılıq, narkoticarət yayılmağa, əhali  miqrasiya 
etm əyə  başladı.  N əticədə,  həm  regionda,  həm  de dünyada  “qlobal 
tarazsızlıq”  yarandı.
Beşincisi,  heç də  az təhlükəli  olmayan təhdidlərdən biri  öz ey ­
niyyətini  itirməkdir.  Bunun  da  Samuel  Hantinqtonun  xəbərdarlıq 
etdiyi uzaq gələcəkdə  sivilizasiyaların toqquşmasında rolu olacaq­
dır.  Yuxarıda qeyd  edilən və bir çox digər  amillər dünyanı  insanın 
özü tərəfindən yaradılan yeni qlobal təhlükə ilə üz-üzə qoya bilər.
Dördüncü  istiqamət 
qloballaşmaya  şübhə  ilə  yanaşan  bədbin 
tədqiqatçıları  birləşdirir.  Onların  araşdırmaları  qloballaşmanın  öz 
liderləri üçün problemlər yaratması mövqeyinə əsaslanır. M ehz h ə ­
min  liderlər  oxşar malları  daha  az  xərclə  istehsal  edə  bilən  rəqib­
lərin  üzünə  sərhədləri  açmaqla  birbaşa  özlərinə  zərər  vururlar. 
Bundan əlavə,  inkişaf etmiş ölkələrin ekoloqları ətraf mühitin mü­
hafizəsinin əsas olmadığı və  sadəcə olaraq sağ qalmağa çalışan zo­
nalara hamının  gözü  qarşısında  köçürülən toxuculuq istehsalatının, 
“tüstülü”  sənaye sahələrinin taleyi barədə artıq çoxdan düşünürlər.
Tanınmış  Amerika politoloqu  v ə  iqtisadçısı  Patrisiya  Mişe  bu­
nunla  əlaqədar yazmışdır ki,  “dövlət müstəqilliyinin mövcud kon­
sepsiya  və  sistemləri  qlobal  ekoloji  təhlükəsizlik  yaradılmasının 
ilkin şərtlərinə uyğun deyildir. Yer bizim başa düşdüyümüz mənada
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
146
suverenliyi  qəbul  etmir”84.  Kioto protokolunun imzalanmasına dair 
müxtəlif səviyyələrdə fəal surətdə aparılan diskussiyalar sənaye is­
tehsalının  daha  da  yüksəlm əsində  maraqlı  olan  ölkələrlə  mənafe­
ləri,  hər  şeydən  əv v əl,  zərərli  atmosfer  tullantılarının  azaldılması 
ilə bağlı  ölkələr arasında münaqişənin kəskinliyini əks  etdirir.
Tamamilə  aydındır ki,  qloballaşma  prosesi  onun  bütün  iştirak­
çıları  üçün  faydalı  deyil  və  qloballaşma meyillərinin  hər yerdə ya­
yılmasının  doğurduğu  əsas  müqavimət,  Amerika  tədqiqatçısı 
K.Uoltsun  fikrincə,  onunla  bağlıdır ki,  “bütün  hökumətlərin  aldığı 
siqnal aydındır:  əzab çəkin,  yaxud tabe olun”85.  Dövlətlərin  səm ə­
rəli  işləyən  öz  vətəndaşlanna  kömək  etmək  imkanları  getdikcə 
azalır  və  bu,  iqtisadi  resessiyanın  və  sosial  gərginliyin  artmasını 
şərtləndirir.  BVF-nin  “səm ərəli”  iqtisadi  sistem  quruculuğunun 
memarı rolunda çıxış etdiyi Argentinanın timsalı gösterdi ki, bu cür 
eksperimentlər nəinki  milli  m aliyyə  sisteminin  iflası,  həm  də əha­
linin  sosial-iqtisadi  vəziyyətinin  kəskin  surətdə  pisləşməsinin  do­
ğurduğu qızğın  etiraz aksiyaları  ile  nəticələnir.
Beşinci istiqamət. 
İdeya və rəylərin bu  istiqamətinin  dəfələrlə 
istinad etdiyimiz H.Kissincer,  C.Saks, C.Şults kimi  nümayəndələri, 
İrs  Fondunun  (The  Heritage  Fondation)  mütəxəssisləri  kifayət q ə­
dər əsaslandırılmış  təkliflərlə  çıxış  edirlər.  Bu  qrup  hesab  edir  ki, 
kapital üçün  yox, mallar üçün azad bazar sistemi  yaradılmasına ça­
lışmaq  lazımdır.  Bu  ideyanın  ən  qatı  tərəfdarları,  ümumiyyətlə, 
BVF-nin  ləğvini  tələb  edirlər.  B elə  mövqelərin  müdafiə  olunması 
keynsçiliyin  dirçəldilməsinə  v ə  himayədarlıq  siyasətinin  güclən­
məsinə  şərait yaradır.
Altıncı  istiqamət. 
Skeptik  əhval-ruhiyyənin  bu  qrupu  qlobal­
laşma proseslərinin  əleyhinə  çıxan  və  milli  suverenliyin  hər vasitə 
ilə möhkəmləndirilməsini tələb edən tecridçilerlə təmsil  olunmuş­
dur.  Təcridçilər  (ilk  növbədə,  amerikalılar)  qloballaşmanı  isteh­
salın, az qala,  quldarlıq  sistemi  səviyyəsində təşkil  olunduğu ölkə­
lərdən  “zəngin  və  ədalətli”  Amerika bazarına dempinq  mallarının 
buraxılması  sistemi,  sərbəst  Amerika  kapitalının  ucuz  işçi  qüvvəsi
__________________ /// 
fəsil.  Qloballaşma dövründə dövlət
 va 
cəmiyyət
147


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə