Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


ümumi m illi məhsulun, həm də müasir dövlətin qüdrəti  anlayışının



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə31/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   27   28   29   30   31   32   33   34   ...   115

ümumi m illi məhsulun, həm də müasir dövlətin qüdrəti  anlayışının 
özünü anaxronizmə  çevirdi.
Ötən  əsrin  son  illərində,  o  cümlədən  SSRİ-nin  dağılmasından 
sonra qloballaşma ideyası yeni populyarlıq impulsu qazanaraq, tək­
cə  Qərbdə deyil,  həm  də postsovet məkanında elmi  araşdırmaların 
başlıca mövzusuna çevrilmişdir.  Bunun bir neçə səbəbi var idi. Əv- 
vəla,  Qərb  aləmi  1970-80-ci  illərin  ağır  sınaqlarından  çıxaraq, 
dünya iqtisadiyyatında liderlik rolunu təsdiqlədi.  İkincisi,  informa­
siya-kommunikasiya  inqilabı  planetimizin  bütün  guşələrini  bir­
ləşdirm əyə  imkan  verdi.  Üçüncüsü,  kommunizmin  süqutu  liberal 
dəyərlərin dünya miqyasında önə çıxmasına şərait yaratdı.  Dördün­
cüsü,  dünyanın ucqar ölkələri  ilə  “birinci  dünya”  arasında artmaq­
da olan m ədəni mübadilə ciddi  əhəm iyyət qazandı.
N əhəng  siyasi,  iqtisadi  və  sosiom ədəni  inteqrasiyada  özünü 
göstərən müasir qloballaşmanı tam mənada ictimai həyatın müxtə­
lif  tərəflərinin beynəlm iləlləşm əsinin yeni mərhələsi kimi qiymət­
ləndirmək olar.  1960-70-ci  illərdə  təşəkkül  tapan  bu  yeni  mərhə­
lədə beynəlm iləlləşm ə prosesləri  dünya miqyası  almışdı.  Bu halda 
söhbət  sadəcə  olaraq  m üxtəlif ölkələrin  qarşılıqlı  əlaqələrinin  və 
qarşılıqlı  asılılığının məkanca genişlənməsindən deyil,  həm  də  ic­
timai  münasibətlərin  beynəlm iləlləşm əsinin  daha  yüksək  inkişaf 
pilləsinə  qalxmasından  gedir.  Qloballaşmanın  əsasını  m aliyyə  ba­
zarlarının təmərküzləşməsi təşkil etsə də, o, milli təsərrüfatlara, si­
yasətə,  m ədəniyyətə,  hüquq  sistemlərinə  və  s.  təsir  göstərməyə 
başlayır.  O,  qlobal  iqtisadi  dəyişiklərlə  yanaşı,  bəşəriyyət  üçün 
bütöv bir problemlər kompleksi yaratmışdır ki, bunlar da vahid qlo­
bal  məkana,  vahid  “qlobal  kəndə”  keçidin  çətinliklərində  özünü 
göstərir.
BM T-nin  beynəlxalq  hüquq  komissiyasının  üzvü,  professor 
İ.İ.Lukaşuk yazır:  “Bəşəriyyət qarşısında duran problemlərin xüsu­
siyyəti  bundadır  ki,  onlar  qlobal  xarakter  daşıyır  və  yalnız  bütün 
dövlətlərin  birgə  səyləri  ile  həll  edilə  bilər.  Beynəlxalq  birlik  bə­
şəriyyəti  xilasetmə  birliyi  olmalıdır.  Bundan  ötrü  həm  milli,  həm
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
124
də  qlobal  səviyyədə  sosial proseslərin  idarə  edilməsi  daha yüksək 
səviyyədə  olmalıdır.  İdarəetmənin  əhəmiyyətli  dərəcədə  təkmil­
ləşdirmək problemi digər qlobal problemlər arasında ön sıraya çıx­
mışdır.  Nəticədə,  idarəetmənin  dövlət,  beynəlxalq  təşkilatlar,  hü­
quq kimi vasitələrinin rolu artır”56.
Professor E.Q.Koçetov  hərtərəfli  qloballaşmanı  müasir dünya­
nın inkişafının başlıca meyli  hesab  edir:  “Beynəlm iləlləşm ə  yekun 
mərhələsinə  qədəm  qoymuşdur,  dünya  təkcə  fəlsəfi  baxımdan 
deyil,  həm də reallıqda vahidləşir”57.
Ötən əsr bəşəriyyətin yaddaşında iki dünya müharibəsi ile qal­
mışdır.  Bu  müharibələr  on  milyonlarla  insanın  həyatına  son 
qoymuş, qlobal siyasi və iqtisadi proseslərlə insanların şüurunu d ə­
yişdirmişdir.  Yüz  il  ərzində  dünyanın  nizamı  bir neçə  dəfə  dəyiş­
mişdir.  O,  çoxqütblü  sistemdən  ikiqütblü  sistemə,  ikiqütblü  sistem 
isə  sonradan  təkqütblü  sistemə  çevrilmişdir.  Hazırda  isə  dünya  ni­
zamı  beynəlxalq münasibətlər sisteminin hibridindən  ibarətdir.  Elə 
bir sistem ki,  burada müasir dünya nizamının digər aparıcı aktorla- 
rının dəstəyi olmadan təkcə bir böyük dövlətin qərarları em əli gücə 
malik deyil  və səmərəsizdir.
XX  əsrin  iri  transformasiyaları  və  dərin  sarsıntıları  dünya  tari­
xində  qlobal  siyasi  v ə  iqtisadi  inteqrasiyanın,  heyrətamiz  elm i- 
texniki  tərəqqinin  vüsətinin,  həm  bütövlükdə  dünyanı,  həm  de 
ayrı-ayrı  dövlətləri,  cəm iyyətləri  və  ferdləri  kökündən  dəyişdir­
miş,  demokratik  ideyaların v ə  liberal  baxışların  geniş  yayılmasının 
başlanğıc dövrü  kimi  qalacaqdır.
Ötən  əsr,  eyni  zamanda,  dünya  səhnəsinə  beynəlxalq  münasi­
bətlərin prinsipial  şəkildə yeni  iştirakçılarını  gətirmişdir.  Dövlətlər 
və  beynəlxalq  təşkilatlarla  yanaşı,  transmilli  korporasiyalar  dünya 
prosesləri  və  hadisələrinin  inkişafına  əhəm iyyətli  təsir  gösterən 
amillərə  çevrilmişlər.  Müasir  dünyada  transmilli  korporasiyalar 
iqtisadi  dəyişikliklərin  v ə  m aliyyə  əməliyyatlarının  əsas  inteqra- 
torlandır.  Bununla  bərabər,  dünya məkanının  bir hissəsinin  tərəq­
qisi  inkişaf  etmiş  v ə  geri  qalmış  dövlətlərin  və  cəmiyyətlərin 
olması barədə tezisi  istisna etmir.
_____________
III fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
125


Dünyada  gedən  proseslərin  aydın  nəzərəçarpan  xarakterinə 
baxmayaraq,  habelə,  ardıcıl  inkişafın  müasir  dünya  nizamının  s ə ­
ciyyəvi  xüsusiyyəti olmadığını  başa düşərək,  biz K nlovun  məşhur 
təmsilinin  qlobal  kontekstdə  real  təcəssümünün  şahidi  oluruq.  Bu 
baxımdan  Qərbin v ə  Şərqin  inkişaf fərqini  təhlil  edərkən  Redyard 
Kiplinqin  məlum  sitatı  da  yada  düşür:  “Qərb-Qərbdir,  Şərq  isə 
Şərqdir və  onlar qiyamət günündə  G öylə  Yer  qovuşmayınca,  yer­
lərindən tərpənm əyəcəklər...”
İndiki  qloballaşma proseslərinin  kökləri,  1944-cü  ildə  yaradıl­
mış  Bretton-Vud  beynəlxalq  maliyyə  sistemindədir.  Onun  qarşı­
sında  duran  vəzifə  İkinci  Dünya müharibəsindən  sonra beynəlxalq 
iqtisadiyyatın  möhkəm  maliyyə  bünövrəsini  yaratmaq  idi.  Dünya 
inteqrasiya  proseslərini  sürətləndirməyin  bu  cəhdi  ticarət  və  sər­
mayə sahəsindəki əngəlləri aradan qaldırmaq, yeni beynəlxalq nor­
ma və təsisatların yaradılması ile qeyd olunmuşdur. C.Sorosun yaz­
dığı  kimi,  müasir  qloballaşma  hər  şeydən  əvvəl,  “qlobal  maliyyə 
bazarlarının v ə  transmilli korporasiyaların milli iqtisadiyyatlara art­
maqda olan üstün təsiri deməkdir”58.  Sayı durmadan artan transmil­
li  korporasiyalar (1960-cı  illərdə  onların sayı təqribən 7 min idisə, 
indi  40  mindən  çoxdur)  iqtisadi  v ə  siyasi  qloballaşmanın  əsas 
agentlərinə çevrilmişdir.
Bir  sıra  tədqiqatçıların  fikrincə,  qloballaşmanın  coşqun  inkişa­
fının  əsas  səbəbi  dünya  təsərrüfatının  əvvəlki  inkişaf  modelinin 
böhranıdır və  bu,  ən əvvəl  Qərb  ölkələrinə  aiddir.  “Firavanlıq c ə ­
m iyyəti”  modeli  xeyli  dərəcədə  köhnəlmişdir.  Zaman  ötdükcə, 
ekoloji  və  demoqrafik  problemlər  üst-üstə  qalanır,  lider  ölkələr 
birliyində  rəqabət  güclənirdi.  Yeni  dünya  iqtisadi  nizamı  v ə  onun 
gerçəkləşdirilməsi mexanizmləri haqqında m əsələ yetişmişdi.  M ə­
sələnin həlli ticarətin və qiymətlərin liberallaşdırılması, sahibkarlıq 
fəaliyyətinin  sərbəstləşdirilməsi,  sərt  fıskal  siyasət yeridilməsi  tə­
ləblərini  ehtiva edən neoliberalizmin  ideya paradiqmasında tapıldı. 
Özü  de,  büdcə  daxilolmalarının  əsas  mənbəyi  sayılan  dövlət  mül­
kiyyətinin  özəlleşdirilm əsinə,  maliyyə  sisteminin  sabitləşdirilmə-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
126
III fəsil.  Qloballaşma dövründə dövlət
 va 
cəmiyyət
sinə,  büdcənin  tarazlaşdırılmasma  və  “Vaşinqton  konsensusuna” 
daxil  olan  digər tələblərə xüsusi rol ayrılırdı59.
M əhz  bu  yanaşmalar  çərçivəsində  qısa  müddət  ərzində  bey­
nəlxalq  mal  dövriyyəsi  artdı,  ölkələr  arasında  kapitalın  hərəkəti 
intensivləşdi. Beynəlxalq bazarların genişlənməsi elmi-texniki nai­
liyyətlərin tətbiqi, əm ək məhsuldarlığının artması, istehsalın səm ə­
rəliliyi  üçün  yeni  imkanlar  açdı.  İqtisadi  inkişafın  müəyyənedici 
amilləri  kimi,  elmi-texniki  tərəqqinin,  informatika  v ə  maliyyənin 
rolu kəskin  surətdə  artdı,  transmilli korporasiyaların v ə dünya ma­
liyyə mərkəzlərinin fəaliyyət miqyası v ə təsərrüfat qüdrəti güclən­
di.  Apancı  beynəlxalq  iqtisadi  təşkilatlar  (İqtisadi  Əməkdaşlıq  və 
İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşki­
latı  və  s.)  tədricən  neoliberal  iqtisadi  nizamın  institusional-hüquqi 
karkasının  formalaşdırılması  mərkəzi  olmuşlar.  Qloballaşma  kor­
təbii prosesdən getdikcə daha çox  institusional baxımdan mütəşək­
kil,  şüurlu  surətdə  istiqamətləndirilən  prosesə  çevrilmişdir.  Əgər 
əvvəllər  qloballaşma  əsasən  dünya  liderləri  və  onların  transmilli 
korporasiyaları  tərəfindən  hərəkətə  gətirilirdisə,  indi  bu  prosesin 
öz məntiqi  və  inkişaf dinamikası  var.  Milli  dövlətlər və  dünya  tə­
sərrüfatı  qərarları  qəbul  edən  yeni  mərkəzlərin  qüvvələr  nisbəti 
arasında mühüm dəyişiklik baş  vermişdir60.
Qloballaşma  artıq  bəşəriyyətə  həqiqətən  nezerəçarpacaq  töh­
fələr vermiş,  yeni  inkişaf perspektivləri  açmış və  bütövlükdə  dün­
ya  tarixinin  gedişini  sürətləndirmişdir.  Bununla  belə,  hər  bir 
nəhəng  prosesdə  olduğu  kimi,  qloballaşmanın  da  müasir  dünyada 
müxtəlif, bezən nihilist formalarda təzahür edən mənfi cəhətləri də 
vardır. Bu, ilk növbədə, özünü “zəngin” və “yoxsul” ölkələrin əha­
lisinin  heyat  səviyyəsindəki  uyğunsuzluğun  get-gedə  artmasında 
göstərir.  Dünya Bankının 2 0 0 0 -2 0 0 1-ci illərdə dünyanın inkişafına 
dair hazırladığı  meruzedəki  melumata  görə,  Yer  kürəsinin  6  mil­
yard nəfərlik  əhalisinin  2,8  milyardı,  yeni,  az  qala,  yarısı  gündə  2 
dollara,  1,2 milyardı  isə  1,2 dollardan da az vəsaitlə dolanır,  özü də 
bu adamlann  44  faizi  Cənubi  Asiyada  yaşayır.  Ən  varlı  20  ölkədə
127


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə