Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


fenomenlərin  formalaşması  v ə   institusionallaşmasının  amilinə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə30/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   26   27   28   29   30   31   32   33   ...   115

fenomenlərin  formalaşması  v ə   institusionallaşmasının  amilinə 
çevrilir.
“Mən  -   sivilizasiya”  anlayışının  inikası  kimi  azərbaycançılıq 
hər kəsin hüquq və  azadlıqlarının təmin olunduğu siyasi  v ə dövlət 
quruluşunun  milli  mahiyyətinə,  inkişaf  strategiyasına,  formasına 
etno-siyasi  baxış kimi  çıxış  edir.  Azərbaycançılıq cəm iyyətin nor­
mativ  dəyərlərinin  vəhdətinə  -   dövlət  hüquq  düşüncəsinin,  əm ək 
və işgüzar etika tərbiyəsinə, m ənəvi dəyərlərə qovuşmağa səm tlə- 
nir v ə beləliklə də növbəti dəfə neokonservatizmlə çulğaşır. Azər- 
baycançılıq  güclü  dövlət  hakimiyyətinin  v ə  möhkəm  milli  intiza­
mın,  milli  maraqların v ə  milli  özünüdərkin  olmasını  istəyir.  O,  ən 
m üxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, 
millətin və dövlətin real imkanlarından  irəli gələn  reformizmi təb­
liğ edir.
Azərbaycançılıq  ideyasının  dərk  olunmasının  əsasında  Azər­
baycan millətinin tarixi, m ənəvi-əxlaqi v ə m ədəni ənənələri zəmi­
nində  birlik  ideyası  durur  və  bu,  nəinki  indi,  həm  də  uzaq  gələ­
cəkdə  azərbaycanlıların  təkcə  bir  yox,  bir  çox  nəsillərinə  xidmət 
edəcəkdir v ə  müstəqillik v ə milli  eyniyyət həmin nəsillər üçün la­
yiqli  həyatının  və  şəxsi  azadlığının  ayrılmaz  atributlarına  çevrilə­
cəkdir.
Bu  gün  biz  Azərbaycanda milli  ideologiyanın  formalaşmasının 
şahidiyik. Xalqın məhz çox böyük potensial ehtiyatlarının və ölkəni 
tərəqqiyə,  fıravanlığa  doğru  aparmağa  qadir  siyasi  elitanın  olması 
onu göstərir ki,  neokonservatizmin milli forması kimi,  azerbaycan- 
çılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində mil­
li  ideologiyanın əsası  olaraq qalacaqdır.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
120
III  FƏSİL
QLOBALLAŞM A DÖVRÜNDƏ DÖVLƏT VƏ 
CƏMİYYƏT
"Qloballaşma  yalnız  bütün  müxtəlifliyi  ilə  bəşər  nəslinə 
mənsubluğumuza  əsaslanan  ümumi  gələcəyin  formalaşdırılması 
sahəsində  irimiqyaslı  və təkidli səylərimiz sayəsində tam,  hərtərəfli 
ədalətli xarakter ala  bilər
BM T-nin Minilliyin zirvə görüşünün bəyannaməsi
8  sentyabr 2000-ci  il
Dünyada  gedən  proseslər  birmənalı  şəkildə  göstərir  ki,  XXI 
əsrdə bəşəriyyətin inkişaf strategiyasını  xeyli  dərəcədə məhz qlo­
ballaşma müəyyənləşdirəcəkdir.  Bu da qanunauyğundur,  çünki biz 
tarixdə  ilk  dəfə  olaraq  Şekspirin  ritorik  “olum,  ya  ölüm”  sualının 
bəşəriyyət  qarşısında  duran  problem  kimi  yeni  səpkidə  səsləndiyi 
və yeni məna kəsb  etdiyi bir dövrə qədəm qoymuşuq.
Bu  fəsildə  biz  m ehz qloballaşma prosesləri  kontekstində  ölkə­
mizin inkişafı ile bağlı problemləri nəzərdən keçirmişik.  Sözsüz ki, 
Azerbaycanın  yeni  minillikdə  inkişafı,  bir  tərəfdən,  ölkənin  bir 
epoxadan  digərinə  keçidi  ile  şərtlənmişdir.  Lakin  bununla  yanaşı 
Sovet İttifaqının tərkibində olmuş keçmiş sosialist respublikası kimi 
Azerbaycan  müstəqillik qazandıqdan sonra industrial  eradan, post­
sovet  məkanından  m ərhələ-m ərhələ  postindustrial  epoxaya  keç­
məyə başlamış, qloballaşan dünyanın bir çox mühüm  əlamətləri ile 
üzləşmişdir.
Qloballaşma prosesi yeni hadisə deyildir.  Bəşəriyyət tarix boyu 
həmişə  inteqrasiyaya,  vahid  siyasi,  iqtisadi,  yaxud  sosiomədəni 
məkanın bir hissəsi olmağa can atmışdır.  Tarix belə nümunələr ya­
radaraq,  bu v ə  ya  digər imperiyaya öz  hərbi-siyasi  v ə   iqtisadi  nü­
121


fuz  dairəsini  iki,  bəzən  də  üç  qitəyə  genişləndirmək  imkanı 
vermişdir.  Ü ç  dünya  dininin  meydana  gəlm əsi  dünya  məkanının 
qlobal  inteqrasiyasının yeni nümunəsini yaratmışdır.  İudaizm, xris­
tianlıq,  sonra  isə  islam  gerçəkliyin  sosiom ədəni,  siyasi  və  iqtisadi 
qavrayışına  təsirin  hüdudlarını  genişləndirərək,  başlıca  olaraq,  bu 
v ə  ya  digər  dinin  nümayəndələrinin  məskunlaşdığı  məkanlar  ya­
ratdılar.
Lakin  dünya  tarixində  bəşəriyyət  h ələ  heç  vaxt  bütün  dünya 
məkanının  sabit və  təhlükəsiz  inkişafını  təmin  etməli  olan ümumi 
siyasi  və  iqtisadi  məkan  yaradılmasına  könüllü  cəhd  etmək  üçün 
ümumi  m əqsədə  çatmağa  belə  yönəlməmişdir.  XIX  əsrdə  başla­
nan,  X X   əsrdə  fasilələrlə  davam  edən  v ə  hazırda  da  baş  verən 
ümumdünya  inteqrasiya prosesinin tarixi  analoqu  olmayıb  və  y ox ­
dur, ona görə də, ümumdünya inteqrasiyasının faydalı v ə mənfi c ə ­
hətlərinə  ölçülüb-biçilmiş  v ə  əlaqələndirilmiş  şəkildə  yanaşmaq 
son dərəcə vacibdir.
Sürətlə  inkişaf edən  v ə ümumdünya xarakteri  alan  modernləş­
m ə prosesi kimi qloballaşmanın müzakirəsi54  ötən əsrin  80-ci  illə ­
rindən  siyasətçilər  v ə  alimlər  arasında  xüsusilə  aktuallaşmışdır. 
Maraqlıdır ki,  1987-ci  ilədək  Vaşinqtondakı  Konqres  kitabxanası­
nın məlumat bazasında adında “qloballaşma” sözü olan kitablar yox 
idi.  Bu termini  ilk dəfə  1983-cü  ildə Ronald Robertson işlətmiş və 
öz  baxışlarını  sonralar  xüsusi  tədqiqatda  şərh  etmişdir.  Robertson 
qloballaşmanı ilk növbədə, m ədəniyyət və insan şüuru sahəsinə aid 
edirdi55. Çox keçmədən qloballaşmaya həsr olunmuş yüzlərlə kitab 
v ə  məqalə  çap  olundu,  sonra  isə  onların  sayı-hesabı  itdi.  Hazırda 
tədqiqatçıların böyük əksəriyyəti  iqtisadi, siyasi və mədəni qlobal­
laşmanı  XXI  əsrin  əvvəlinin  en  mühüm  sosial  prosesi  hesab  edir. 
Diger tərəfdən aydındır  ki,  bir  çox  xalqların bu prosesə  qoşulması 
çox çətin olacaqdır.
Qloballaşma  anlayışının  beynəlxalq  müzakirə  mövzusuna  nis­
bətən yaxın vaxtlarda çevrilm əsinə  baxmayaraq,  dünya prosesləri­
nin  ayrı-ayrı  ölkə  və  xalqların  taleyinə  təsiri  bəşəriyyətin  qlobal 
problemlərinin  kəskinləşməsindən  narahat  olan  və  “sabit  inkişaf’
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
122
yollarını  axtaran  dünya  elm  v ə  ekspert  toplumunun  (Dünya  Bankı, 
Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Ticarət  Təşkilatı,  Roma  klubu 
və digər təsisatların  analitik mərkəzləri)  çoxdan  diqqət mərkəzin­
dədir.  Bu  yöndə  ilk  səylər  1970-ci  illərin  əvvəlindən  başlayaraq 
müasir  dünyanın  qlobal  problemlərinin  öyrənilməsi  proqramı  ile 
çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatı olan Roma klubu tə­
rəfindən  gösterilmişdir.  1970-ci  v ə  1980-ci  illərin  əvvəlində 
A.Peççeinin başçılıq  etdiyi  klubun  tərkibinə  m üxtəlif ölkələrin  ta­
nınmış  dövlət  və  ictimai  xadimləri,  elm  adamları  -   Niderlandın 
kraliçası  Beatris,  V .H avel,  P.Kapitsa,  Ç.Aytmatov,  B.Paton, 
KVaytszeker,  C.Karter,  F.Mayor,  B.Krayski  və  bir  çox  başqaları 
daxil idi.
İnkişafının  ilk  m ərhələsində  klub  qlobal  proseslərin  kompüter 
modelləşdirilməsi  problemləri  ilə  məşğul  olur,  qarşısına  ictimaiy­
yətin  diqqətini  ətraf mühit  m əsələlərinə  cəlb  etmək  vəzifəsi  qo­
yurdu.  Roma  klubunun  1970-ci  illərin  əvvəlində  və  ortalarında 
böyük əks-səda doğurmuş “İnkişafın hüdudları”  (1972) və “B ə şə ­
riyyət yol ayrıcında”  (1974) məruzələri buna dəlalət edir. Qeyd et­
mək  lazımdır  ki,  bu,  sosializm  düşərgəsi  ölkələri  alimlərinin 
qərbdən olan həmkarları ilə əməkdaşlığının baş tutduğu nadir layi­
hələrdən  biri  idi.  Lakin  klubun  məruzələri  böyük  həcmdə  m əlu­
matları  əhatə  etsə  de,  gələcəyin   proqnozlaşdırılması  baxımından 
uğurlu  deyildi.  Klub  ekspertlərinin son dərəcə bədbin proqnozları­
nın əksəriyyəti özünü doğrultmadı.  Bu nəticələrin  bir hissəsi  o ba­
rədə idi ki,  təbii  ehtiyatların  fəlakətli  şəkildə sürətlə  tükənməsi  və 
ətraf mühitin çirklənməsi üzündən Qərb ölkələrinin senayece inki­
şafı tezliklə dayanacaqdır.  Bundan sonra, iqtisadi artım sürəti  labüd 
surətdə aşağı düşəcək,  sosial təminat sistemi və bütövlükdə Qərbin 
firavanlığı dağılacaqdır. Lakin bu baş vermədi.  Eyni  zamanda, qeyd 
etmək  lazımdır ki,  Roma  klubu  sayəsində  alimlər  bəşəriyyət  tari­
xində  ilk dəfə olaraq  siyasətçilərin diqqətini  qlobal  miqyasda sabit 
inkişaf probleminə,  eləcə də, konkret layihələrə cəlb edə  bildilər.
XXI  əsrdə  cəm iyyətin  inkişaf yolunu  gösterən  yeni  qlobal  pa- 
radiqma  həm  iqtisadiyyatın  adət  edilmiş  indikatorlarını,  m əsələn,
__________________
111 fəsil.  Qloballaşma dövründə dövlət və cəmiyyət
123


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə