Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


runda  amansız  çarpışmadan  duruş  gətirmək  məqsədi  daşımışdır



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə28/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   24   25   26   27   28   29   30   31   ...   115

runda  amansız  çarpışmadan  duruş  gətirmək  məqsədi  daşımışdır. 
Lakin həmin xadimlər bu mübarizədə yalnız bircə faktı təsdiqlədi­
lər ki, onlar istər dünyada gedən siyasi proseslərin, istərsə də öz öl­
kəsinin və  xalqının mənafelərinin  mahiyyətini  anlaya v ə   dərk  edə 
bilm əyərək,  tarixi prosesdən kənarda qalmışlar.
B izə  elə  gəlir  ki,  qüvvələrin  sınaq  dövrü  sona  yetmişdir.  İndi 
ölkənin  siyasi  quruluşunu təkmilləşdirməkdən,  yeni  şəraitə  uyğun 
gələn  milli  ideologiya  hazırlamaqdan,  iqtisadiyyatı  modernləşdir­
m əyin səm ərəli yollarının axtarışından, habelə şəxsiyyətin v ə  döv­
lətin  mənafelərinə  cavab  verən  siyasətin  işlənib  hazırlanması  və 
həyata keçirilməsindən söhbət gedir. Bu baxımdan milli ideologiya 
sağlam  vətənpərvərlik,  Vətənə  m əhəbbət  hissi  kimi,  öz  torpağına 
hörmət,  doğma  xalqının  özünəməxsus  keçm işə  malik  olmaq  və 
üzvi  şəkildə  inkişaf  etmək  hüquqlarım  tanımaq  kimi  təsəvvürə 
gətirilir.  Tarixi  yaddaş  konyunkturaya  müvafiq  surətdə  yenidən 
formalaşdırılması  mümkün  olan  ölü  material  deyildir,  əksinə,  öz 
kökləri  ilə  güclü,  öz  təzahürlərində  bənzərsiz  və  öz  imkanlarında 
qüdrətli olan canlı orqanizmdir.
C əm iyyət insan şəxsiyyətinin  inkişafını təmin edən,  adamlarda 
mənlik  və  ləyaqət,  haqq-ədalət,  qanuna  hörmət  hissləri  doğuran 
biliklər  sisteminin  zəruriliyinə  daim  ehtiyac  duyur.  B elə  sistemi 
yalnız  keçmiş  və  bu  gün  barədə  dərindən  fikirləşmək,  gələcək 
üçün proqnozlar vermək sayəsində qurmaq olar.  Bundan ötrü  fikir, 
hisslər, intuisiya və sair xüsusiyyətlərin sintezi gərəkdir.  M ənəviy­
yatla  birleşməyən  bilik  təhlükəli  ola  bilər.  Ötən  illərin  tarixi  təc­
rübəsi  göstərmişdir  ki,  cəm iyyətdə  canlı  v ə  anlaşıqlı  ideya  olma- 
dıqda,  dövlətin  və  millətin  siyasi,  iqtisadi  və  mənəvi  inkişafının 
əsaslan  sayılan  ideoloji  oriyentirlər  olmadıqda  hökmen  boşluq 
yaranır və  o,  m üxtəlif v ə çox vaxt bir-birinə zidd,  ənənəvi  sosial- 
mədəni normalarla vəhdət təşkil etm əyən siyasi nəzəriyyə v ə  ideo­
logiyaların qarışığı ile dolur.  Bu, dövlətçiliyin formalaşması prose­
sinə v ə  millətin  simasına mütləq təsir gösterir.
1991-1993-cü  illərin  praktikası  göstərdi  ki,  dövləti  kortəbii, 
situativ şəkildə  idarə  etm əyə,  ictimai  şüuru zorakılıqla ideologiya-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
112
sızlaşdırmağa can atmaq n əyə gətirib çıxara bilər.  Odur ki,  ideoloji 
sistemi cəmiyyəti m ənən dirçəltməyə, onun yaradıcılıq potensialını 
gücləndirməyə,  ictimai  şüuru  uğurlu dövlət quruculuğunun  başlıca 
amilinə çevirməyə qadir struktur kimi  qurmaq niyyəti Heydər Ə li­
yev  siyasətinin  əsası  olmuşdur.  Cəm iyyət-dövlət  sistemində  insa­
nın yeri  və rolu barədə biliklərin məcmusu kimi,  milli mənafelərin 
daxili  v ə xarici  siyasət meydanında həyata keçirilməsinin çox mü­
hüm  mexanizmi  kimi  milli  ideologiya  yeni  zəmanənin  prioritetinə 
çevrilmişdir.
“Azərbaycançılıq” anlayışı milli siyasi diskursda nisbətən yaxın 
vaxtlardan işlədilir.  O,  ölkədə yaşayan bütün etnik qrupları v ə mil­
lətləri  ümumdövlət  mənafeləri  v ə  dəyərləri  əsasında  real  surətdə 
birləşdirmək  ideyasının  verballaşdırılması  kimi,  1992-1993-cü  il­
lərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyə­
sinə  qarşı  mübarizə  ideyası  kimi  meydana  gəlmişdir.  Yeni  anlayış 
ictimaiyyət tərəfindən  kifayət  qədər tez  dəstəklənmiş,  tezə,  m əz­
munlu  elementlərlə  dolğunlaşmışdır.  Düşünürük ki,  indi  “azerbay- 
cançılıq”  artıq milli  ideologiyanın  ilk nümunəsi hesab  edilə  bilər.
Elmi  nəşrlərdə  ideologiya  sosial  qrupların  və  ya bütün  cəm iy­
yətin mənafelərini  ifadə edən,  sosial reallığı  bu mənafelər prizma­
sından  izah  edən və  əm əli  fəaliyyət direktivləri  olan nəzəriyyələr, 
ideyalar v ə  məlumatlar sistemi  kimi  müəyyənləşdirilir.  İdeologiya 
anlayışının şərhi dəfələrlə dəyişmişdir. İndi ideologiyaya cəm iyyə­
tin  m ənəvi  heyatının  fenomeni,  ictimai  şüurun  spesifik  səviyyəsi 
kimi  baxılır.  İdeoloji  düşüncənin  spesifikası  onun  dəyər yönümlü- 
lüyü olub sosial gerçəkliyin, ictimai  qaydaların, dövlət quruluşunun 
və  sairin qiymətləndirilməsini  əhatə edir50.
İdeologiya  mühüm  sosial  funksiyaları  yerinə  yetirir:  mövcud 
reallıqlara  haqq  qazandırır və  yaxud  inkar edir,  insanların  fərdi  və 
ya  kollektiv  davranışı  amili  kimi  çıxış  edir,  sosial  fəaliyyət  proq­
ramlarının hazırlanmasına kömək edir.
Deyilənləri  nəzərə  alaraq  təsdiq  edə  bilərik  ki,  özünün  bütün 
tərkib hissələri  ilə birlikdə azerbaycançılığı  tamamilə milli ideolo­
giyanın  konkret,  spesifik  forması  hesab  etmək olar.  Azerbaycançı-
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
113


lıq  ideyası  bir  neçə  nisbətən  müstəqil  təhlil  cəhəti  üzrə  nəzərdən 
keçirilə bilər:
-  əsasən antropologiya (etnologiya),  etnoqrafiya,  sosial psixolo­
giya,  linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət;
-   sosiologiyanın,  politologiyanın  və  digər  cəmiyyətşünaslıq 
elmlərinin köm əyi  ilə açılan sosial-siyasi cəhət;
-   beynəlxalq  siyasət  v ə  hüquq  sahəsində  v ə  digər  sahələrdə 
kompleks  elmi  fənlər vasitəsilə işlənib hazırlanan geosiyasi cəhət.
Lakin  başlıcası  odur  ki,  -   bunu  xüsusi  vurğulamaq  istərdik, 
-  araşdırılan problemin təkcə  bir cəhəti  çərçivəsində qapanıb  qal­
maq  olmaz,  çünki  bu  halda  biz  ölkədə  yaşayan  bütün  etnosların 
həmrəyliyinin,  sabit, tarixən perspektivli cəmiyyətin şərti  kimi on­
ların qarşılıqlı fəaliyyətinin əsası kimi azərbaycançılıq ideyasını sa­
dəcə olaraq köklü  surətdə əhatə edə  bilmərik.
Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideolo­
giyası  kimi  azərbaycançılıq  bu  gün  bizim  qarşımızda  dəqiq  ifadə 
edilmiş  ideya kimi  durur.  Onun  ümumi  tarixlə,  onlarca millətin  və 
etnik  qrupun  bir  ərazidə  birgə  yaşayış  təcrübəsi,  onların  psixoloji 
xüsusiyyətlərinin  yaxınlığı,  ümumi  mental  xarakteristikaları  ile 
şərtlənən öz bölgüsü var.
İdeologiya  olaraq  azərbaycançılıq  mühüm  funksional  element­
lərlə  zəngindir  və  bunların  da  mahiyyəti  ölkəni  mənəvi  v ə  fiziki 
baxımdan  zəiflətm ək  cəhdlərindən  qorumaqdır.  Bu  ideologiya  in­
zibati-ərazi quruluşuna görə  unitar,  siyasi  quruluş  və dövlət idarə­
çiliyinə  görə  hüquqi  və  demokratik  dövlət  kimi  Azerbaycanın 
m öhkəmlənməsinə  və  inkişafına  yönəldilmişdir.  Azərbaycançılıq 
müstəqil  və  bənzərsiz Azərbaycanı  sivilizasiyalı  dövlətlər sırasına 
çıxaracaq bir yoldur.
Azərbaycançılıq  xalqımızın  çox  əzab-əziyyətlər  bahasına  nail 
olduğu tarixi  sərvətdir.  Bu,  ilk  növbədə,  real  müstəqilliyə  nail  ol­
mağın,  vahid  v ə  bölünməz  Azərbaycanın  qorunub  saxlanması  və 
möhkəmləndirilməsinin  siyasi  əsasıdır.  Bu  gün  azərbaycançılıq 
milli  həyatın  ahəngdarlığının,  konfessiyaların  dinc  yanaşı  yaşama­
sının,  ölkədə  yaşayan  bütün  etnosların  qardaşcasına  qarşılıqlı  ela-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
________
114
qəsi  və  təsirinin  çoxəsrlik  ənənəsi,  onların  ümumi  taleyi  və  g ə lə ­
cək  müstəqil  Azərbaycanın  bütövlüyü,  inkişafı  v ə   firavanlığı  u ğ- 
runda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azər­
baycan  dövlətçiliyinin  yaradılmasına  dair  maraqlarının  ümumiliyi, 
demokratiyanın,  sərbəst iqtisadiyyatın,  sosial heyat şəraitinin inki­
şafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeolo­
giya  kimi  azərbaycançılıq  müstəqil  Azərbaycanın  fəlsəfi-sosial 
doktrinasının  sosiomədəni  v ə  etnik-geosiyasi  cəhətlərini  özündə 
birləşdirmişdir.  O,  qarşılıqlı  dəstək,  əməkdaşlıq  v ə  bərabərliyin 
mühüm əsasını  təşkil  edir.
Bu  deyilənlərdən  görünür ki,  ideya-nəzəri  və  siyasi  baxımdan 
azərbaycançılıq və  neokonservatizm  bir-birilə  sıx  bağlıdır.  Zənni- 
mizce, azərbaycançılıq coğrafi  məkan baxımından neokonservatiz- 
min milli variantı, onun prinsip v ə ideyalarının Azərbaycanın konk­
ret şəraitində təcəssümüdür.  Onları  təşkil  edən başlıca prinsiplərin 
təhlili  əsasında yəqin  edirik ki,  bu  iki  ideoloji  sistem  daxilən  vəh­
dətdədir.
Metodoloji  prinsip  baxımından -  ümuminin və  xüsusinin,  yəni 
birincinin  və  ikincinin  nisbəti  baxımından  azərbaycançılıq  ikinci 
kimi çıxış edir. Azərbaycançılıq və neokonservatizm bir-birini zən­
ginləşdirərək,  vahid tam  kimi  çıxış  edirlər.  Buna görə  de  azerbay- 
cançılığın  milli  ideologiya kimi  qəbul  edilməsi  ölkəmizin  siviliza­
siyalı  dövlətlər  sırasına  daxil  olması,  ümumdünya  oriyentirləri  ve 
meyilleri  kontekstində  daha  uğurlu  inkişafı  üçün  möhkəm  zəmin 
yaradır.
Neokonservatizm  v ə   azərbaycançılıq  öz  ləyaqətini  itirməmiş 
xalqın  sağlam  düşüncəsinə,  zəkasına  eyni  dərəcədə  söykənir.  Bu 
menada  vətənpərvərlik  öz  vətəninə,  ölkəsinə,  xalqına  məhəbbət 
deməkdir  v ə  onun  şovinizm  ilə,  milli  müstəsnalıq  v ə   etnoeqoizm 
ile heç bir əlaqəsi  yoxdur.
Məlumdur  ki,  neokonservatorlar  dövlətçidirlər,  ona  görə  de 
azerbaycançılığın  bərqərar  etdiyi  güclü  və  vahid  dövlət  ideyaları 
neokonservativ təfəkkür tərzinin  əsasını təşkil  edir.
____________
IIfəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
115


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə