Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə27/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   23   24   25   26   27   28   29   30   ...   115

Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
D eyilənlərə  yekun  vuraraq  qeyd  etmək  lazımdır ki,  bu  gün  nə 
“xalis”  liberalizm  var,  nə  də  “xalis”  konservatizm.  Bütün  müasir 
siyasi  nəzəriyyə  və  ideologiyalar  özünə  görə  konservativdir  və 
özünə görə liberaldır.  Ona görə də Prezident Heydər Əliyevin müs­
təqil Azərbaycana rəhbərliyi dövründə yeritdiyi  siyasətin başqa bir 
üstün tərkib hissəsinin liberal ideologiya olması əsla təsadüfi deyil­
dir.  Bu  ideologiya  sadəcə,  mücərrəd  azadlığın  bərqərar  edilməsi 
olmayıb,  həm   də  ona  nail  olmağın  bir  sıra  xüsusi  şərtlər,  yəni,  ən 
əvvəl,  vətəndaşın  öz  azadlığına  təkcə  ona m əxsus  olan  “təbii”  si­
yasi  hüquqların  və  əmlak  hüquqlarının  həyata  keçirilməsi  nəti­
cəsində,  özünün  rasional  surətdə  başa  düşülən  eqoist  mənafeləri 
uğrunda  mübarizə  nəticəsində  deyil,  həm  də  öz  iddialarını  digər 
fərdlərin bu cür  analoji mənafeləri v ə  hüquqları  ilə  məhdudlaşdır- 
ması nəticəsində qovuşmasının əsaslandırılmasıdır.  Fransız polito- 
loqu L.Rutyenin təbirincə desək, “liberal dövlət elə bir dövlətdir ki, 
burada avtomobilçilər istədikləri  yerə  getməkdə  azaddır,  amma bu 
şərtlə ki,  yol  hərəkəti  qaydalarına  əm əl etməlidir”46.
Bizim  anlamımızda  konservatizm  kimi,  liberalizm  de  modern­
ləşdirmə  fəlsəfəsi  və  ideologiyasıdır.  Siyasi  fikir  tarixində  bu  iki 
cərəyan bir-birilə qırılmaz surətdə bağlıdır.
B əs Azərbaycanın milli  həyatında konservatizmle liberalizmin, 
demokratizmlə sosializmin qarşılıqlı münasibətləri necədir? Bu, ta­
mamilə  aydın  v ə  xüsusi  sübutlar  tələb  etməyən bir  faktdır  ki,  hə­
min  dörd  ideoloji  cərəyanın  hamısı  müstəqil  Azerbaycanın  təşək­
külündə  eyni  dərəcədə  mühüm  rol  oynayır.  Bu  dörd  cərəyanın 
prioritetlərini  maksimum  qısa  şəkildə  gösterməyə  çalışsaq,  onda 
aydın  olar ki,  liberalizm  mülkiyyət  hüququna,  sosializm  istehsalın 
nəticələrinin bölgüsünə,  demokratizm özünüidarəyə,  konservatizm 
normativ qaydaya üstünlük verir.
Liberalizm  və  sosializm  özlərini,  ilk növbədə,  iqtisadiyyat  sa­
həsində  büruze  verir.  Demokratizm  daha  çox  siyasətə  və  hüquqa, 
konservatizm mənəviyyata və hüquqa müraciət edir.
Adı  çəkilən  ideoloji  cərəyanların  şüarları  bunlardır:  sosializm 
-  ümumi bərabərlik; demokratizm -  tamhüquqlu siyasi iştirak; libe­
108
ralizm -  fərdi azadlıq;  konservatizm -  ənənə əsasında millətin bir­
liyi.  Doğrudur, bu  şüarlar doktrinaların məzmununu xeyli bəsitləş­
dirir,  ona görə də  bunlardan çox  ehtiyatla istifadə etmək lazımdır.
Liberalizmdə  azadlıq  özünün  ifrat  ifadəsini  fərdi  müstəqillik, 
yeni yalnız eynilə özü kimi fərdlərin azadlığı ilə məhdudlaşdırılmış 
müstəqillik kimi tapır. Demokratizm fərdin azadlığını müəyyən c ə ­
miyyətin müvafiq hüquqlar verdiyi üzvü kimi bəyan edir. Bu zaman 
öz cəmiyyətinə meydana gələn bağlılıqda,  şübhəsiz,  məcburetmə- 
nin  labüd  elementləri  də  olur.  Prinsipcə  konservatizm  korporativ 
quruluşla təmin  olunan  məcburetməyə  daha meyillidir.  Bu  barədə 
yuxanda danışılmışdır.  Burada  azadlıq korporasiyanın  ənənəvi  da­
yaqlan  ilə  məhdudlaşmışdır.  Sosializm  isə  mecburetməni  ictimai 
əlaqənin  təmin  olunmasının  əsas  prinsiplərindən  biri  hesab  edir. 
Burada  azadlıq tabeolmanın  “dərk edilmiş  zərurətindən”  başqa  bir 
şey deyildir.
Konservatizm  güclü  dövlətçiliyin  tərəfdarıdır.  Ümumiyyətlə, 
mühafizəkarlar  ən  ardıcıl  dövlətçilərdir.  Onlar  həm  de  “sağlam” 
hüquqi  düşüncə, yəni,  istər yazılmamış adətlərə,  istərsə  də ümumi 
hüquqi qanunlara hörmət və əm əl edilm əsinə tərəfdardırlar.
Demokratizm  öz  inkişafının  mütləq  şərti  kimi  hüquqi  dövlət 
formalaşdırılmasını nəzərdə tutur.  O, elə dövlətin özünün vasitələ­
rindən  istifadə  edərək,  onu ə lə  keçirmək uğrunda mübarizə aparır.
Liberalizm dövlətə kifayət qeder kiçik bir rol -  bəhsləşən ferd- 
lerin  hüquqlarının  keşiyində  duran  və  azad  rəqabət  şərtlərini  poz­
maq istəyənləri qorxudan “keşikçi”, habelə kənar fəsadları yüngül­
ləşdirən  və  zərərçəkənə  ilk  yardım  gösterən  “həkim ”  rolu  ayırır. 
Hərçənd liberalizmdə “dövlət”  liberalizminin elementləri də var ki, 
o da liberal  dəyərləri möhkəm hakimiyyətə hörmətlə əvəz etməyə 
çalışır47.
Sosializm  isə,  öz  növbəsində,  ümumiyyətlə,  dövletsizliyi  bir 
məqsəd  hesab  edir,  baxmayaraq ki,  m üəyyən  keçid  dövründə  mü­
hüm  tabeedici  və  seferberedici  vasitə rolunun  dövlətə  mənsub  ol­
duğunu etiraf edir.
__________  
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
109


Bərabərliyə  münasibətdə  liberalizm  v ə  demokratizm  mülkiy­
yətçi və vətəndaş olaraq  fərdə  siyasi-hüquqi  sahədə m üəyyən hü­
quqlar  verilməsini  nəzərdə  tutur.  Konservatizm  fərdlərə  hüquqlar 
versə  də,  bərabərliyi  nəzərdə  tutmur  və  iyerarxiya prinsipini  bər­
qərar edir.  Sosializm isə heç  kimə real hüquqlar verməyərək,  özü­
nəm əxsus bərabərlik yaradır.
Bununla  yanaşı,  konservatizm  milli  şəraiti,  bu  və  ya  digər  cə­
m iyyətdə qəbul edilmiş norma v ə adətlərin xüsusiyyətlərini nəzərə 
alır  v ə  mövcud  olan  vəziyyəti  əsas  götürməyə  çağırır.  Konserva­
tizm  milli  mənafeləri  daim  müdafiə  edir.  Liberalizm  isə  universa- 
lizmi və kosmopolitizmi Açıq cəmiyyətin, -  bu cəm iyyətdə tarixin 
sonu aşkar surətdə görünməyə başlayır, -  formalaşmasınadək gəti­
rib  çatdırır48.  Liberalizm  iqtisadiyyatları  onların  ancaq  Qərb  idea­
lına yaxınlaşması dərəcəsinə  görə  fərqləndirir.  Arzu edilən inkişaf 
prinsipləri  hamı  -Ukrayna  və  ya  Azərbaycan,  birləşmiş  Almaniya 
və  ya birləşməmiş  Koreya üçün  eynidir.  Milli  xüsusiyyətə  isə,  əs­
lində, təəssü f ediləcək məhdudiyyət kimi baxılır.
B izə elə gəlir ki, yeni minillikdə Azərbaycan dövlətçiliyinin in­
kişaf  fəlsəfəsini  üç  determinantın  -   milli  ideyanın  formalaşması, 
şəxsiyyətin  rolunun  tanınması  v ə   millətin  məqsədyönlülüyünün 
dəstəklənm əsi  determinantlarmın  təsir dairəsində  nəzərdən  keçir­
mək  lazımdır.  XXI  əsrdə  Azərbaycanın  simasını  bu  amillər  bəri 
başdan  m üəyyən edir.
Əsas ideoloji paradiqmaların təşəkkülü tarixinə ötəri nəzər sala­
raq  və  milli  ideya məkanında ehkam  və  dəyərlərin  konvergensiya­
sının  mümkünlüyünü  nəzərdən  keçirərək,  onlardan  hər  birinin  son 
illərdə  Heydər  Əliyev  siyasətinin  nailiyyətlərindən  biri  olduğunu 
təsdiqləyərək,  indiki  reallıqların  təhlilinə  keçək  və  milli  Azərbay­
can  siyasətinin mənzərəsini yenidən canlandırmağa çalışaq.
Bu gün  zəmanəmiz  suallar zəmanəsi  kimi  təsəvvür olunur;  elə 
suallar ki,  onlara cavabı,  çox güman,  siyasətçilərin yeni  nəsli -  iq­
tisadiyyatın liberallaşdırılmasına yönəldilmiş siyasi xetti davam  et­
dirməyə, onun cəm iyyət üçün məqbulluğunu təmin etməyə,  enənə 
v ə təməlləri  qorumağa,  cəmiyyətin  qerbleşdirilmesini (vestem iza-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
110
siya)  uyğunlaşma  imkanlarımızın  səviyyəsinə  çatdırmağa  qadir 
modemistler nəsli cavab verəcəkdir.
Alman sosioloqu Maks Veber peşə seçimi olaraq siyasətçilər və 
siyasət  barədə  düşüncələrində  təkcə  iradəni,  ağılı,  ehtirası,  borc 
hissini,  xarakteri  deyil,  həm de  fəhmi -  “reallıqların təsirinə  daxili 
mütəşəkkilliklə  v ə  təmkinlə  uyğunlaşmaq  bacarığını...”49  siyasət­
çinin  həlledici  psixoloji  keyfiyyəti  sayırdı.  Axı,  m əhz  real  vəziy­
yətə xüsusi həvəslə  nüfiız etmək bacarığı  dövlət  idarəetmə  strate­
giyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul 
olunmasına kömək edir. B elə siyasətçilər həm işə öz diqqətini siya­
sətçinin  əsas  və  real  silahdaşı  olan  cəm iyyətə  yönəldir  və  forma­
laşmış  olan  siyasi  xəttin  varisliyinə  müsbət  təsir göstərirlər.  N əti­
cədə,  yeni  siyasi  paradiqma,  məkan,  təfəkkür,  mədəniyyət  yarana 
bilər.  2003-cü  ilin  prezident  seçkiləri  nəticəsində  mehz  belə  ol­
muşdur.
Ehtimal etməyə  bütün əsaslar var ki,  bu seçkilər milli  siyasətin 
məkanını  genişləndirir.  2003-cü  ilin  prezident  seçkiləri  əvvəlki 
seçkilərdən təkcə siyasi vəziyyətlə deyil, həm  də ölkənin siyasi in­
kişaf m ərhələsi ile fərqlənir.  Başqa sözlə desək, prezident seçkiləri 
gənc  Azerbaycan  demokratiyası  üçün  növbəti  kamillik  imtahanı 
oldu  v ə   yeni  minillikdə  Azerbaycanın  necə  bir  dövlət  olacağının 
bünövrəsini qoydu.
Yeni  dövr  başlanır,  amma  necə  bir  dövr?  Bu  suala  Prezident 
Heydər Əliyevin son illər ərzində ölkədə yaratdığı siyasi və iqtisadi 
vəziyyət  cavab  verir.  Öz  mahiyyəti  etibarilə  yeni  dövr cəmiyyətin 
inkişafının  maraqlarına  və  tələblərinə  uyğun  olmayan,  milli  siyasi 
məkanı  məhdudlaşdıran yolu  inkar edir.  Eyni  zamanda bu dövr öl­
kənin gələcək  inkişaf istiqamətlərini  de  müəyyənləşdirir.
Ölkənin siyasi  inkişafının 2003-cü ildəki  mərhələsi gösterir ki, 
siyasi hakimiyyət, resurslar və  statuslar uğrunda mübarizə həm işə­
kindən daha kəskin xarakter almışdır.  Seçkiqabağı kampaniyada iş­
tirak  müxalifətin  bir  çox  xadimləri  üçün  özlərinin  cəmiyyətdəki 
mövqelərini  qoruyub  saxlamaq  və  ya  yaxşılaşdırmaq  məqsədi 
deyil, partiyada tam hakimiyyət uğrunda  və  öz  siyasi  gələcəyi  uğ-
____________
IIfəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
111


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə