Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Jurnal Böyük Fransa inqilabı zamanı baş vermiş zorakılığı,  qəddar­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə22/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   18   19   20   21   22   23   24   25   ...   115

Jurnal Böyük Fransa inqilabı zamanı baş vermiş zorakılığı,  qəddar­
lığı,  terroru  xüsusi  tənqid  atəşinə  tuturdu.  Tənqid  cəm iyyət  tərə­
findən  qəbul  olundu.  İnqilabın  onlara  verdiyi  hüquq  və  azadlıqları 
ə w ə lk itə k  qiymətləndirən fransızlar radikal inqilabçılıqdan,  yako- 
binçilikdən, Allah təəssübkeşliyindən,  ümumən,  əl çəkdilər.
Konservatizmin inkişafında iki  meyli  izləm ək olar:  birinci me- 
yil  fransız  mütəfəkkirləri J.de  Mestrə  və  L.de  Bonalda,  ikinci me- 
yil isə  ingilis  mütəfəkkiri  E.Berkə  gedib  çıxır33.
Ümumiyyətlə,  ictimai-siyasi  fikrin  və  ideya-siyasi  cərəyanın 
bir tipi olaraq, konservatizm ictimai-tarixi və sosial-iqtisadi inkişa­
fın  obyektiv  meyillərinin  vəziyyətlərinə  təhlükə  törətdiyi,  sinif­
lərin,  fraksiya  v ə  sosial  qrupların,  getdikcə  artan  çətinliklərə  və 
təkcə  demokratik  qüvvələrin  deyil,  həm  də  əhalinin  varlı  təbəqə­
lərinin ən dinamik fraksiyaların,  təzyiqə məruz qalan imtiyazlı tə­
bəqələrin  ideyalarını,  ideya  göstərişlərini,  meyillərini,  dəyərlərini 
əks etdirir. Lakin çox vaxt konservatizm gələcək qarşısında vahimə 
keçirən orta və  kiçik  sahibkarların,  bir növ,  müdafiə  reaksiyası  ol­
muşdur.
Əgər  öz  inkişafının  erkən  mərhələsində  konservatizm  aristok- 
ratik  dairələrin  mənafelərini  əks  etdirirdisə,  artıq  XIX  əsrdə  klas­
sik  liberalizmin bir  sıra müddəalarını  nəzərə  alaraq,  burjuaziyanın 
ideoloji  silahına çevrilməyə  başlamışdır.  Konservatizmin sosial in­
teqrasiyanı  möhkəmlətmesi  liberal  siyasi  və  iqtisadi  fəlsəfənin 
inkişafına ən mühüm töhfə olmuşdur.  Sinfi mübarizənin təzahürlə­
rinə  cavab  olaraq,  konservatizm  bu  mübarizənin  bütün  iştirakçıla­
rına ümumi keçmişi, ümumi taleyi, ümumi mədəniyyəti xatırlamağı 
təklif  edir.  Əgər  dövlətdə  sosial  təbəqələşm ə  güclənirsə,  onda 
konservatorlar xatırladırlar ki,  dövlətin bütün vətəndaşları  eyni  bir 
cəm iyyətə aiddirlər, çox vaxt isə, eyni konfessiyaya mənsubdurlar.
Konservatizmde iki ideya istiqaməti nəzərə çarpır. Birincisi, ic­
timai strukturun öz dəyişm əz formasında sabitliyinin dəstəklənmə­
sinə, ikincisi isə, mübarizə aparan qüvvələrin aradan qaldırılmasına 
və  əvvəlki  strukturların,  münasibətlərin  bəıpa  edilməsinə  və  dir­
çəldilm əsinə  yönəldilmişdir.  Bu  kontekstdə  konservatizm  həm
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
88
mövcud  qayda-qanunlara  haqq  qazandırmağın  siyasi  ideologiyası 
kimi,  həm də itirilmişlərə etiraz kimi  çıxış edir.
Konservatizmin  m üxtəlif  istiqamətlər  və  formalarında  ümumi 
səciyyəvi xüsusiyyətlər vardır.  Bunlara aşağıdakılar aiddir:  ümumi 
mənəvi-dini  qaydaların  mövcudluğunu  və  insan  təbiətinin  qeyri- 
kamilliyini qəbul  etmək;  insanların əzəldən qeyri-bərabərliyinə  və 
insan  zəkasının  imkanlarının  məhdudluğuna  inam;  sərt  sosial  və 
sinfi  iyerarxiyanın  zəruriliyinin  təsdiqi  və  təşəkkül  tapmış  ictimai 
struktur və təsisatlara üstünlük verilməsi.
Konservatizmin siyasi ideologiyası m üəyyən mənada təkrar xa­
rakter daşıyır, çünki o, konkret cəm iyyətdə öz funksiyalarını m üəy­
yən mərhələdə başa çatdırmış və buna görə də vahid  substansional 
əsasa  malik  olmayan  digər  ideoloji  formalardan  törəmədir.  Bunu 
əsas  tutaraq,  konservatizmin  aşağıdakı  əsas  prinsip  v ə  dəyərlərini 
göstərmək olar:  tarix,  heyat,  qanun,  qayda,  ictimai  sabitlik,  ənənə, 
ailə,  millət, dövlət v ə cəm iyyət, hakimiyyət,  iyerarxiya,  din.
Azadlığın konservativ şəkildə  qavranılması  liberal  qavramadan 
fərqlənir. Konservatizm azadlığı bir dəyər kimi inkar etmir, əksinə, 
ona  özünün  başlıca  deyərlərindən  birinə  -   cəm iyyətin  sabitliyinə 
və dövlətin təhlükəsizliyinə qorxu törətməyən məna verir. Konser­
vatorlar  dövlətə  iradəsi  “qanun,  hərəkətləri  isə  hökumət  adlanan 
canlı  varlıq”34  kimi  baxırlar.  Lakin  dünya  dinamik  dəyişikliklərə 
meyilli  olduğundan,  konservatorlar da zamanın tələb  etdiyi islahat­
ları rədd edə bilmirlər.  XIX əsrin ikinci yarısından etibarən konser­
vatorlar yeni sosial-iqtisadi  v ə ictimai-siyasi  şəraitə uyğunlaşmağa 
başlamış  və  bir  sıra  problemlər  barədə  öz  baxışlarını  təzədən 
nəzərdən keçirmişlər.  M əsələn,  konservatorlar azad bazar münasi­
bətlərinə,  konstitusionalizme,  hakimiyyət  orqanlarının  nümayen- 
deliliyi  v ə  seçkiliyi  sisteminə,  parlamentarizmə,  siyasi  və  ideoloji 
plüralizmə münasibətini  dəyişdirmişlər.
Konservatorların  fikrincə,  fərdin  yaşayış  rahatlığı  naminə  təh­
sil,  səhiyyə,  mənzil  tikintisi,  aztəminatlı  ailələrə yardım  sahəsində 
dövlət proqramlarının təsis edildiyi və həddindən çox şişmiş “rifah 
dövləti”  sistemi  insanda  əlebaxımlıq  əhval-ruhiyyəsi  doğurur  və
____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
89


öz qüvvələrinə  güvənmək imkanını  xeyli məhdudlaşdırır.  Konser- 
vatorlann fikrincə, “rifah dövləti”  insanın çox artırılmış tələbatının 
ödənilməsi m ənbəyi ola bilməz.
Konservatorlar  praqmatiklərdir,  ideya  v ə  nəzəriyyələr  onlar 
üçün  vacib  deyildir.  Onlar  hər  bir  ideyanı  mütləqləşdirməyin  və 
“təm iz”  şəkildə  həyata  keçirməyin  əleyhinədirlər.  Onlar  üçün 
praqmatik proqramlar və göstərişlər üstün əhəm iyyət daşıyır. Lakin 
konservator  hətta  mövcud  vəziyyətin  saxlanılmasına  tərəfdar  olsa 
da, yaxşı nə varsa, hamısını qoruyub saxlamaq, mənfi hallan aradan 
qaldırmaq və cəm iyyətə yeni və müsbət məzmun vermək məqsədi 
daşıyan  tədrici  dəyişikliklərin  zəruriliyini  inkar  etməyəcəkdir. 
B.Qudvinin  qeyd  etdiyi  kimi,  “konservatizm,  bir  növ,  ideoloji 
buqələmundur,  çünki  onun  siması  öz  düşməninin  təbiətindən  ası­
lıdır”35.
B əs,  müasir konservatizm  özlüyündə  nədir?  O,  ötən  200  il  ər­
zində  xeyli  uzağa  getmiş  və  artıq  çoxdan  yalnız  burjua  inqilabına 
qarşı  aristokrat müqaviməti göstərilməsinə haqq qazandırmağa yö­
nəldilmiş  cərəyan  deyildir,  indi  onu  neokonservatizm,  liberal  kon­
servatizm,  “sol  konservatizm”  və  s.  adlandırırlar.  Onun  ideyaları 
hücuma  məruz  qalan  hər  bir  təsisat  v ə  dəyərin  müdafiəsi  üçün 
uğurla  tətbiq  edilir.  Konservatizmin  düşməni  kimdir?  Liberallar, 
sosial-demokratlar? Yox. Düşmən o kəsdir ki, o, bəyan edilmiş də­
yərlərə  əhəm iyyət verməyərək vurnuxur,  qarşısına çıxan nə varsa, 
hamısını dağıdır,  sındırır və axırda da eli ətəyindən uzun qalır. Baş­
lıca düşmən ifrat radikalizm,  ideya naminə insanların rahatlığını, fi- 
ravanlığını  qurban  vermək  xisləti,  puç  əfsanələr,  liberal,  kommu­
nist, yaxud hər hansı  digər yönümlü olsa da, utopiyalardır.
Lakin  konservatizmdə  ən  başlıcası  bu  gün  malik  olduğumuz 
nailiyyətləri  qaba  təhlükələrdən  qorumaq,  əsassız  sosial  eksperi­
mentlərə yol verməmək niyyətidir.  Nahaq demirlər ki, konservator 
nəvələri  olan  inqilabçıdır.  X X   əsrin  ingilis  siyasətçisi  və  yazıçısı 
Bencamin Dizraeli yazmışdır:  16 yaşında olarkən liberal olmayanın 
ürəyi  yoxdur;  yaş  60-ı  haqlayanda  konservator  olmayanın  başı 
yoxdur.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
90
X X   əsr konservatizmin  əsasını  təşkil  edən  bir  çox  ehkamların 
şərhinə köklü dəyişikliklər gətirmişdir.  Tebəddülatlara, ictimai h e­
yatın  yeniləşdirilməsinə  çalışmaq,  siyasət  və  iqtisadiyyat  barədə 
baxışların  dəyişdirilməsi  müasir  konservatorlann  ideya  nöqteyi- 
nəzərlərinin əsasını təşkil etmişdir.  XX əsr konservatorlar üçün ta­
rixi  varislik  əsasında  elm i-texniki  tərəqqiyə,  mədəni  inkişafa  səy 
göstərmək əsri olmuşdur.
Konservatorlar  insanın  günahlı  mahiyyəti  barədə  ehkamın bir­
tərəfli  yozumunu  təshih  edərək,  diqqəti  onun  Tanrının oxşan  kimi 
xəlq  olunduğuna yönəltmişlər.  Hərçənd konservator hesab  edir ki, 
insan v ə cəm iyyət həm işə qeyri-kamildir,  ona görə də normal hə­
yat  üçün  onlan  intizamlı  etm əyə  və  məhdudlaşdırmağa  qadir olan 
kənar  qüvvə lazımdır.  Bu qüvvə isə kilsə,  dövlət v ə  ənənələrdir.
Bundan əlavə, konservatorlar cəm iyyətdə mənfi  hallann yayıl­
masını məhdudlaşdıran amil kimi sosial-m ədəni və dini tradisiona- 
lizmə daha tez-tez diqqət yetirməyə başlamışlar.  Onlar yeni  dünya 
nizamının  bir  çox  m ənfi  təzahürlərində  müasir  cəmiyyətlərin  və 
dövlətlərin  tarixi,  sosiom edeni  v ə  dini  substratdan  uzaqlaşmasının 
təsdiqini görürlər. Zəmindən ayrılma, ənənəvi deyər v ə normaların 
tənəzzülü  insanlann  özünə  inamını  itirməsi  ile,  qanuna,  nizam- 
intizama hörmətsizliklə nəticələnm iş, həmrəylik, təmkinlik, vətən­
pərvərlik  və  bir  çox  diger  keyfiyyətlər  unudulmuş  anlayışlara 
çevrilmişdir.
Konservatorlann  1979-cu  ildə  Böyük  Britaniyada  (M.Tetçer), 
1980-ci  ildə  ABŞ-da  (R.Reyqan)  qələbəsi,  H.Kol  başda  olmaqla 
Qərbi Almaniya konservatorlarınm mövqelərinin güclənməsi işsiz­
lik  probleminin  həlli,  iqtisadiyyatın  bürokratsızlaşdınlması,  sosial 
münaqişələrin tənzim lənm əsi, m üxtəlif sosial qruplann mənafeləri 
və  deyərlərinə  ziyan  vurmadan  milli  birliyin  möhkəmləndirilməsi 
kimi  kütləvi  tələblərin  təmin olunmasına imkan verdi.
Yuxanda qeyd  edilənlərə  yekun vuraraq inamla  demək olar ki, 
X X   əsrdə konservatizm mürtəce  ideologiya deyil,  ənənələr və  no- 
vasiyalar  nəzərə  alınmaqla,  cəmiyyətin  yeniləşm əsinə  yönəldilən 
inqilabi  ideologiyadır.  Konservatizm  rasional  dəyişikliklərin  ön
____________
II fəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
91


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə