Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


mentin  atributu  kimi  innovasiyalıq  komandaların  əvəzlənm əsinə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə19/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   15   16   17   18   19   20   21   22   ...   115

mentin  atributu  kimi  innovasiyalıq  komandaların  əvəzlənm əsinə 
hazır  olmağı,  sosial  əlaqələrin yenidən  qurulmasını,  fərdi  qaydada 
qəbul edilmiş qərarlara görə m əsuliyyət daşınmasını, “sakitliyi tər­
pətmək”  bacarığı  tələb edir.  Fərdi  azadlığın v ə  sosial bərabərliyin, 
liberal  demokratiyanın,  hüquqi  dövlətin  və  vətəndaş  cəm iyyətinin 
bəyan  edilməsi  ilə  yanaşı,  sosial  subyektlərin  iqtisadi  inkişafın  və 
rifahın  əsası  kimi  fəaliyyətin  innovasiya  formalarına  yönəldilm əsi 
posttotalitar respublikalara xeyli təsir göstərir.  Söz yox ki, bu ölkə­
lər  kənardan  gətirilmiş  ideyalan  öz  xalqının  əqidəsinə  çevirməli, 
onları milli ənənə və dəyərlərə “calaq etməlidirlər” . B eləliklə, po- 
litologiya  ədəbiyyatında  geniş  istifadə  olunan  üçüncü  demokratik 
dalğa  anlayışı  modemləşdirici  inkişafın  çoxsəpkili  təzahürlərini 
əhatə  edir.  Bu  demokratik  dalğanın  diapazonu  çox  genişdir,  onun 
təsir dairəsindən  kənarda  yalnız  müsəlman  dünyası,  habelə  Şimali 
Koreya v ə  Kuba qalmışlar.
M əlum  olduğu  kimi,  rəsmi  sovet  ideologiyasının  süqutundan 
sonra “böyük” ideologiyanın yerini tutmaq üçün çoxsaylı qrup m ik- 
roideologiyaları -  z ə if tənzimlənmiş, daxili ziddiyyətlər olan,  lazı­
mınca  əsaslandırılmayan,  lakin  məsləkdaşlar  qrupunu  birləşdirən 
duyğular baxımından  kifayət  qədər  inandırıcı  olan  mikroideologi- 
yalar meydana gəlmişdi.  Fərdlerin  v ə  qrupların  sosial-iqtisadi  v ə ­
ziyyətləri, həyat təcrübəsi, üstün tutduqları  ideya-siyasi  amillər və 
mədəni  oriyentirləri uyğun gəlm ədiyinə görə, təbii ki, onların mo­
dernləşməyə  münasibəti  də  birmənalı  ola bilməz.  M üxtəlif müna­
sibətlər,  hərəkətlər,  bir  sıra  hallarda  isə  müqavimət  gösterilməsi 
həm müsbət,  həm  də mənfi  nəticələri  olan  sosial  əhəm iyyətli  də­
yişikliklərə  insanların  normal  reaksiyasıdır.  Bu  səbəbdən  də,  öz 
ideoloji dayaqlarını yenidən quran tranzitar cəmiyyətlərdə modern­
ləşmə  ilə  yanaşı  baş  verən  mənfi  konnotasiyalann  üstünlük  təşkil 
etməsi kimi real təhlükə  yarana bilər.
Kommunist ideologiyasının  süqutu,  eləcə de onun nəzəri  əsas­
landırmalarının  intellektual  iflası  posttotalitar  cəmiyyətlərə  təkcə 
azadlıq  deyil,  həm  də  çoxsaylı  çətinliklər  gətirdi.  Köhnə  ictimai 
quruluşdan yenisinə keçərkən özünü itirən adamlar heyatın koordi­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
76
natlar sisteminin yenidən qurulmasına, yeni özünüeyniləşdirmələrə 
(sosial  qrup  eyniləşdirmelərinə,  milli,  konfessional  və  s.  eyniləş- 
dirmələrə) həm işə kəskin ehtiyac duyurlar. Bu zaman aralıq v əziy­
yət yaranır ki,  o  da  cəm iyyətdə  gərginlik v ə münaqişələr doğurur. 
Azərbaycanda  vətəndaş  cəm iyyətində  formalaşdığı,  demokratiya­
nın  inkişafın  əsas  oriyentirinə  çevrildiyi  bir zamanda  bir-birini  ta­
mamlayan  iki  layihə  meydana  gəlmişdir:  keyfiyyətcə  yeni  ideolo­
giyanın,  yəni  yeniləşm ə  ideologiyasının  qurulması  və  cəmiyyət 
haqqında  həqiqi  elmi  inkişaf  etdirməyin  stimullaşdırılması.  Ona 
görə də milli modernləşdirmənin tarixini və xarakterini, onun inki­
şaf imkanlarını  və  dövlətlə  cəm iyyətin  bir-birini  endogen  surətdə 
gücləndirməsi  sisteminə  çevrilməsi  imkanlarını  elmi  baxımdan 
təhlil  etmək çox  vacibdir.
Azərbaycanda  modernləşmə  proseslərini  araşdırarkən  qeyd et­
mək  lazımdır  ki,  modernləşmə  milli  tarixin  istər  sovet,  istərsə  də 
postsovet  dövrləri  çərçivəsində  bir  neçə  mərhələdə  getmişdir. 
Əgər  X X   əsrin  təkcə  son  qərinəsi  ilə  kifayətlənsək,  onda  həmin 
dövrdə baş vermiş modernləşdirmə dəyişikliklərinin dörd aspektini 
fərqləndirmək olar.  Birincisi,  klassik  ənənəvi  cəmiyyətin  tədricən 
və gizli  şəkildə dağılması,  o cümlədən  onun  əsas  ideologemləri  və 
normalarının  tənqidi  təhlilidir;  ikincisi, artıq sovet dövründə təşək­
kül  tapmış  ideoloji  dayaqların  dağılmasıdır;  üçüncüsü,  heyat  fəa­
liyyətinin  əvvəlki  modellərinin  böhranıdır;  dördüncüsü,  sosial- 
iqtisadi  fəaliyyətin  bazar  münasibətləri  cəmiyyətinin  normalarına 
uyğun  olan  yeni  modellərinin  təşəkkülü,  əhalinin daha geniş  təbə­
qələrinin  tədricən  bu  prosesə  cəlb  edilməsi,  yeni  sosial  qrupların 
formalaşdırılmasıdır.
Modernləşmənin X X  əsrin 70-ci  illərini -  80-ci illərinin əv v ə l­
lərini əhatə etmiş birinci m ərhələsi milli özünüdərkin oyanışı, əha­
linin  rifahının  artması  və  onun  təhsil  səviyyəsinin  yüksəlməsi  ile 
bağlı idi.  Bu amillərin hamısı birlikdə insanların davramşmdakı d ə­
yişikliklərə  təsir göstərirdi.  Eyni  zamanda qeyd etmək  lazımdır ki, 
dəyişikliklər bərabər şəkildə yayılmırdı, modernləşmə tədricən ge­
dirdi:  ənənəvi  cəmiyyətin gizli  şəkildə dağılması en əvvəl ölkənin
_____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
77


sənaye mərkəzlərinin sakinlərini  əhatə  edir,  sonra  isə  zəifləy ərək , 
mərkəzdən əyalətlərə doğru yayılırdı. M illi tarixin bu dövrünü m il­
li  eyniyyətin təşəkkülü,  rasional  islahatlara v ə  dəyişikliklərə  qadir 
cəmiyyətin  əsaslarının  möhkəmləndiyi  epoxa  kimi  səciyyələndir­
mək  olar.  Cəmiyyətimizin həmin  dövrdəki  inkişaf xüsusiyyətləri­
nin təhlili  göstərir ki,  Azərbaycan  millətinin  g ələcək  m üstəqil  in­
kişafının bünövrəsi məhz o vaxt qoyulmuşdur.
Müstəqil Azərbaycanın gələcək hərbi potensialının real əsaslan 
elə həmin zaman çərçivəsində yaradılırdı:  Naxçıvanski adma hərbi 
məktəb  açılmış,  hərbi  məktəblər  modernləşdirilmiş,  Azərbaycan 
gənclərinin hərbi  sahəyə  axını  güclənmişdi.  Bununla yanaşı,  kən­
din ümumi siması əsaslı surətdə dəyişm iş, kənd təsərrüfatının inki­
şafı  intensivləşdirilir,  İttifaq  respublikaları  ilə  sıx  inteqrasiya  ya­
radılır,  xarici  ölkələrlə  iqtisadi  əlaqələr  genişlənir  (neft  v ə  kimya 
sənayesinin modernləşdirilməsi, Bakı kondisionerlər zavodunun ti­
kilməsi  xətti  ilə  v ə  s.),  elmi  potensial  möhkəmlənir,  gənc  ixtisaslı 
kadrların, o cümlədən də istedadlı idarəetmə mütəxəssislərinin ha­
zırlanması sistemi təkmilləşdirilirdi. Cəm iyyətdə sosial ədalət nor­
maları  bərqərar edilm əyə başlanmışdı.  N əzərə çarpdırmaq  istərdik 
ki,  həmin  m ərhələdə  modernləşmə  özlüyündə  hansısa  xaotik 
“Broun  hərəkəti”  deyildi,  əksinə,  bir  sıra  hallarda  sinergetik  baş­
lanğıcın  bütün  atributlarına  malik  olan  qanunauyğun  ardıcıl  proses 
xarakteri  daşıyırdı.
Bu  dəyişiklikləri  obyektiv  qiymətləndirmək  üçün  onların  baş­
lanğıc  şəraitini  dəqiq  müəyyənləşdirmək  və  xatırlatmaq  lazımdır 
ki,  əvvəllər  -   1960- 1970-ci  illərdə  Azərbaycan  SSR milli  gəlirin 
artım sürətinə görə müttəfiq  respublikalar arasında axırıncı  yerlər­
dən birini  tuturdu.  Əgər həmin onillikdə bu artım ölkə üzrə  99 fai­
zə çatmışdısa, Azerbaycanda cəm i 66  faiz idi.  İslahatlar aparılması 
nəticəsində  Azerbaycan  artıq  sonrakı  illərdə  orta  ittifaq  göstərici­
sini  20  faiz  bəndi  üstələyirdi.  1971-1980-ci  illərdə  ölkənin  milli 
gəlirində  respublikamızın payı 46  faiz artmışdı.  Azerbaycan onun­
cu beşilliyin (1970-1975-ci illər) sənaye v ə kənd təsərrüfatı  m eh-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
78
sullan  istehsalına  dair  planını  müttəfiq  respublikalar  arasında  bi­
rinci  olaraq dörd il iki  ay yarıma yerinə yetirmişdir.
Ola bilsin,  yeni tarixi  vəziyyətdə  bu cür misallar kiməsə  yersiz 
görünəcək və sovet keçmişinin, bir növ, həsrətini çəkmək kimi qə­
bul  edəcəklər.  “Müsəlman  respublikasının”  iqtisadi  potensialının 
güclənməsini  istəməyən  İttifaq  rəhbərləri  tərəfindən Azerbaycana 
olan  münasibətin  həm işə  qərəzliliyi  ilə  fərqlənməsinə  baxmaya­
raq, onun on il dalbadal Sov.İKP MK-nın,  SSRİ Nazirlər Sovetinin, 
ÜHİM Ş-in,  ÜİLKGİ  M K-nm  Qırmızı  bayrağını  qazanması  faktı 
respublika  rəhbərliyinin  iqtisadiyyatı  modernləşdirməyə  və  əhali­
nin rifahını  yüksəltməyə çalışdığını  göstərdi.
Həmin  dövrdə  sənaye  məhsulu  buraxılışı  daim  artırdı:  1970-ci 
ildə ümumi  məhsulun 22  faizi,  1975-ci  ildə 24,7  faizi  onun  payına 
düşürdü,  1980-ci  il  üçün  isə  bu  rəqəm  33,2  faiz  təşkil  edirdi. 
1945-ci  ildən  1970-ci  ilədək olan bütün dövrlə müqayisədə  1971- 
1980-ci illərdə sənaye məhsulu  1,3  dəfə çox buraxılmışdı.  1980-ci 
ilin  martında  sənaye  istehsalının  artımı  planda  nəzərdə  tutulan  39 
faiz  əvəzinə,  47  faiz  olmuşdu.  Bu,  müttəfiq  respublikalar  arasında 
artım  sürətinin  en yüksək göstəricisi  idi.  Bu  rəqəmlər Azərbayca­
nın modernləşməsinin,  tam  əsasla,  “birinci  dalğası”  adlandırıla  bi­
lən  dövründə  ölkənin  nailiyyətlərinə  və  tərəqqisinə  kifayət  qeder 
adekvat sübutdur.
Transformasiyanın  ikinci  m ərhələsi  1980-ci  illərin  ikinci  yarı­
sına,  “yenidənqurma  və  aşkarlıq”  dövründə  kəskin  tənqid  nəticə­
sində  sovet cəmiyyətinin  ideoloji  dayaqlarının kökündən  kəsildiyi, 
“yasaq olmayan hər şeyin” tədricən ictimai heyatın üzünə çıxmağa, 
“idarəetmədə  demokratik  təm əllərin  dərinləşm əyə”  başladığı 
illərə aiddir.
İnsanın  heyat fəaliyyəti  sferasını  bilavasitə  əhatə  edən  müxtə­
lif sahələrdə  SSRİ-nin  qazandığı  nailiyyətləri  danmaq  ədalətsizlik 
və tarixilikdən uzaq  olardı.  Sovet keçmişinin  ancaq mənfi cəhətlə­
rindən uzun-uzadı və bəlağətlə danışmaq bu gün olduqca dəbdədir. 
Gənc  nəsil,  habelə bir  andaca  “demokratlara”  çevrilən  müxalifətçi 
siyasətçilər sovet totalitarizminin  mahiyyətini  ifşa etməkdən usan­
_____________
IIfəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
79


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə