Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


çevrilir.  Ölkə  necə  olmalıdır,  gələcəkdə  demokratik,  hüquqi  v ə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə16/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   12   13   14   15   16   17   18   19   ...   115

çevrilir.  Ölkə  necə  olmalıdır,  gələcəkdə  demokratik,  hüquqi  v ə  
dünyəvi  dövlətin  inkişafının perspektivləri  və  yönümləri  necədir? 
Cəm iyyətim iz  hansı  üfüqlərə  doğru  irəliləyir,  ümumiyyətlə,  biz 
haraya gedirik?  Tərəqqi  ideyası  sosial  elm   nümayəndələrinin  h ələ 
bu  yaxınlaradək təsəvvür  etdikləri  kimi  doğrudanmı  sarsılmazdır? 
Bu  və  bir  çox  digər  suallar  təkcə  siyasətçilərdə,  iqtisadçılarda, 
sosioloqlarda deyil,  bütün sosiumda da maraq doğurur.  Modernləş­
dirmə sosium üçün ictimai şüurun və həyatın tərəqqisinin əsas ami­
lidir.  Yəqin ki, kim sə bunu neokonservativ, yaxud modemləşdirici, 
ola  bilsin,  mədəni  inqilab  adlandıracaqdır.  Problemin  mahiyyəti 
sosial  kontraktı  təkmilləşdirməkdə,  m illi  iqtisadiyyatda  islahat 
aparmaqda  v ə  yeni  təfəkkürün v ə   biliklərə  əsaslanan təzə  cəm iy­
yətin yaradılması prosesini başa çatdırmaqdadır.
Modernləşdirmə  nəzəriyyəsinin  mühüm  komponentlərindən 
biri  qəbul  edən m ədəniyyətə  xas olan ənənəvi norma v ə  deyərlə­
rin  yeni  təsisatlarla  labüd  surətdə  toqquşması  problemini  araşdır­
maqdan ibarətdir. Məşhur yazıçı v ə  sovet totalitarizminin tənqidçisi 
Aleksandr  Soljenitsın  vaxtilə  qeyri-ənənəvi  meyillərin  ictimai 
struktura v ə  şüura nəzakətlə  aşılanmasının  zəruriliyindən  danışar­
kən yazmışdır: “...İndi sizdə belə bir özünətəlqin var ki, bizə heç bir 
xüsusi  yol  axtarmaq  lazım  deyil,  heç  nə  barədə  fikirləşmək  lazım 
deyil,  “Qərbdə  necə  edilirsə”,  onu  tezliklə  eləcə də  götürmək g ə ­
rəkdir...  Lakin Qərbdə...  hər bir ölkənin öz ənənəsi  var”23.
Soljenitsınm  bu  sözləri  bizim  tariximizin  yaxın  keçmişinə,  yeni 
dövlət sistemi qurmağa cəhd göstərilməsi ilə əlaqədar üzdəniraq de­
mokratik yeniliklər v ə  mitinq  ehtirasları kontekstində  ölkənin daxili 
v ə  xarici  siyasətinin  tənzimlənməmiş  xarakter  aldığı,  bu  siyasətə 
cavab reaksiyasının olmadığı dövrə aid deyilmi? Bu siyasət modern­
ləşmənin nə  demək olduğu,  onun  mahiyyəti v ə vəzifələrinin nədən 
ibarət  olduğu  barədə  çox  da  düşünməyərək,  yeni  nə  isə  yaratmağa 
çalışırdı.  Əvəzində,  öz keçmişimiz  səylə  inkar olunur; milli  siyasət, 
ictimai inkişaf və dövlətin inkişafının prioritetləri hakimiyyətə gələn 
siyasi naşıların və uzağı görməyən adamların müəyyən qrupunun si­
yasi bəsirətsizliyinin müstəsna hüququ hesab edilirdi.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
_______
64
1991-1993-cü  illər  dövrü  təfəkkür  standartının  formalaşması­
nın  adi  standartlardan  fərqli  olan  anklav  dövrü  kimi,  Azerbaycan 
tarixində  “hərc-mərclik  zamanı”  kimi  milli  tarixlə  v ə  kütlələrin 
psixologiyası  ilə  bağlı  problemləri  araşdıranların  diqqətini  hələ 
uzun  müddət cəlb  edəcəkdir.  Bununla yanaşı,  onu  qarmaqarışıqlıq 
və  anarxiya  dövrü  kimi  də  qiymətləndirəcəklər.  Ona  görə  də  hə­
yata keçirilən tranzitin milli mədəniyyətin,  ənənələrin  və  təcrübə­
nin  möhkəm  təm əlinə  əsaslanması  indi  son  dərəcə  vacibdir.  Bu, 
həm  siyasətə,  həm  də  iqtisadiyyata  aiddir.  “Yağışdan  çıxıb  yağ­
mura düşən” sosiumun cəm iyyətdə Avropa sivilizasiyasının dəyər­
lərinə  birdən-birə  və  sürətlə  keçməsindən  danışmaq  çətindir. 
Həyat reallıqları  elə  idi  ki,  totalitarizm  anarxiya,  tənəzzüllə  ə v ə z ­
lənmişdi və vətəndaş müharibəsinin qarşısı yalnız titanik səylər ba­
hasına  alındı.  Həqiqi  modernləşmə  prosesi  müstəqillik  əldə  olun­
duqdan  5  il  sonra həyata keçirilməyə başlandı.
Odur  ki,  keçmişimizin necə  olduğunu,  ölkədə  v ə   regionda  ha­
disələrin  indiki  inkişafı  şəraitində  gələcəyim izin  necə  olacağını 
dərk  etmək,  empirik  nəzəriyyə  baxımından  isə,  baş  verən  hadisə­
lərin  Azərbaycanın  inkişafına  təsirini  araşdırmaq  zəruri  və  ak­
tualdır.
Yuxarıda  deyildiyi  kimi,  sovet  dövründə  modernləşmə  en  çox 
ekzogen  amillərdən  irəli  gəlmişdi.  Modernləşmə  dünya  iqtisadiy­
yatı  və  siyasətində  SSRİ-nin  layiqli  mövqelərini  təmin  etmək, 
Qərb tipli  sənayeleşdirmə səviyyəsinə çatmaq  səyləri  ile şərtlənir­
di.  N əticədə,  sovet  cəmiyyətinin  modemleşdirilməsinin  totalitar 
sistem  tərəfindən  yaradılmış  zahiri  cazibədarlığı  kütlələrin  üstün­
lük verdikləri sosial-m ədəni, siyasi və iqtisadi amillərin gizli şəkil­
də dəyişm əsində öz ifadəsini  tapırdı.
Vahid  sovet  siyasi,  iqtisadi  və  sosial-mədəni  sisteminin  ayrıl­
maz  tərkib  hissəsi  olaraq,  Azerbaycan  modernləşdirmə  proseslə­
rindən  kənarda  qalmırdı.  Lakin  diger  müttəfiq  respublikalar  kimi, 
onun  da  öz  iqtisadiyyatını  müstəqil  surətdə  və  tam  miqyasda  m o­
dernləşdirmək,  eləcə  də  müstəqil  siyasət  aparmaq  imkanları  yox 
idi.  Uzun  müddət  vahid  dövlət  mexanizmi  çərçivəsində  aparılan
______
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
65


modernləşdirmə prinsipcə bütün vətəndaşların m ənafelərinə  cavab  
verə bilmirdi.  O, əsasən, meqapolislərə yönəldilirdi -  m eq a p o lislə - 
rin və  əyalətlərin  inkişafındakı  təzadlar isə heç  də  tək cə  resp ubli­
kalar  səviyyəsində  deyildi.  Differensiasiya  “m ərkəz”in  m üttəfiq 
respublikalara  münasibətlərində  de  reallıq  idi  ki,  bu  da  S S R İ-n in  
sosial-iqtisadi  inkişafında  qeyri-bərabərliyə  gətirib  çıxarırdı.  B u 
qeyri-bərabərliyin, m üxtəlif cür əyintilərin nəticələri  keçm iş  m üt­
təfiq respublikaların  iqtisadiyyatına indiyədək m ənfi  təsir göstərir, 
yeni müstəqil dövlətlərin inkişafını ləngidir.
N əticədə, sovet dövründə homogen,  vahid şəkildə  inkişafın o l­
maması  postsovet  respublikalarında  müstəqil  dövlətçiliyin  form a­
laşmasına  indiyədək  mənfi  təsir  göstərir.  Bu,  bir  çox   am illərlə 
şərtlənmişdir.  Onlardan  bəzilərini  qeyd  edək.  Ə w ə la ,  n əhəng, 
multimədəniyyətli ölkədə iqtisadi,  sosial-m ədəni v ə ideoloji sa h ə­
lərdə  olduğu  kimi  ictimai  həyatda  da  məcburi  yeknəsəqlik  hökm  
sürürdü.  İkincisi,  mədəniyyətdə  ölkədə  baş verən proseslərin  dərk 
edilməsi  mexanizmi  v ə ya bu prosesləri  qiymətləndirmə  meyarla­
rına  refleksiyalar  yox  idi.  Üçüncüsü,  cəm iyyətdəki  dəyişikliklər 
sosiallaşdırılmamışdı,  yəni  ölkənin  sosial-m ədəni  həyatında  v ə ­
təndaşların  real  inkişafının  təmin  edilm əsi  və  ya  hər  hansı  digər 
formalar  vasitəsilə  bu  dəyişikliklərə  məqbul  mədəni  forma  veril­
mirdi.
Buna görə də, Azerbaycanda modernləşmənin müasir v ə z iy y ə ­
tinə  qiymət  verməyə  çalışarkən  onun  mahiyyətini,  konseptual  gö­
rüntüsünü,  amillərini,  təsir  metodlarını,  cəm iyyət  və  fərd  üçün 
meqbulluğunu dəqiq müəyyənləşdirmək lazımdır.
Tranzitar cəm iyyət  və  dövlətin modernləşdirilməsi,  öz  mahiy­
yəti  etibarilə,  keçid  mərhələsində  durğunluğun  qarşısım  alan  bir 
neçə mühüm funksiyanın olmasını və bu funksiyaların gerçəkləşdi- 
rilməsini şərtləndirir. Ümumiləşdirilmiş anlamda, yeni transforma­
siya  proseslərinin  m ahiyyətinə  dərindən  varmadan,  tranzitar 
cəmiyyətlərdə  modernləşdirmənin  funksionallığını  üç  səpkidə  sə ­
ciyyələndirmək olar.  Birincisi, siyasi mədəniyyətin və inzibati ida­
rəçilik  şüurunun  deyişm əsi  və  təkmilləşdirilməsi  kimi,  ikincisi,
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
66
kütləvi şüurun korreksiyası, yeni cəmiyyətin liderlər qrupunun mo­
dernləşdirmə  potensialının  reallaşdınlmasına  mane  olan  ideya  və 
davranış  stereotiplərini  tədricən  sıxışdırıb  aradan  çıxarmaq  m əq­
sədi  ilə   liberal-demokratik  dəyərlərin  kütləvi  şüura  yeridilməsi, 
üçüncüsü,  müəyyən  ideoloji  konstruksiyalara  və  ya  milli  ideyaya 
uyğun olaraq, modernləşdirmə siyasətinin həyata keçirilməsi. Bun­
ların  sonuncusu  Qərbin  klassik  ideoloji  konstruksiyalarının  heç  də 
həm işə  həyata keçirilməsini  nəzərdə  tutmur.  Bizim üçün iki  və  ya 
bir neçə baxışın simbiozu,  qarşılıqlı  sintezi  tamamilə məqbuldur.
Beləliklə,  aydındır  ki,  milli  modernləşdirmə  qarşılıqlı  surətdə 
asılı  olan  bir neçə  aspektdə  nəzərdən  keçirilə  bilər v ə  modernləş­
dirmə layihəsinin m üvəffəqiyyətinə yalnız yuxarıda gösterilən v ə ­
zifələrin  həllinin sinxronlaşdırılması  təminat verə bilər.
Modernləşdirmə  dedikdə,  sadəcə,  hansısa  kosmetik  təkm illəş- 
dirməni  deyil,  məhz  keyfiyyətcə  təkmilləşdirməni,  iqtisadiyyatı­
mızın  xarakterinin  m ahiyyətcə  dəyişdirilm əsini  başa  düşmək 
lazımdır.  Bu,  ilk növbədə,  iqtisadiyyatımızı bazar prinsiplərinə ke­
çirməkdən,  sərt  bürokratik  nəzarətdən  xilas  etməkdən,  sərmayə 
mühitini  yaxşılaşdırmaqdan,  büdcə  siyasətini  sağlamlaşdırmaqdan 
ibarətdir.  Cəmiyyətin  varlı  v ə  yoxsul  təbəqələri  arasında  aralıq 
mövqe  tutan  orta  sinfin  yaradılması  üçün  dövlətin  məqsədyönlü 
səyləri  olmadan modernləşdirmə mümkün  deyildir.  Müasir cəm iy­
yətdə  bu  sin if təkcə  öz  klassik  qrupları -  orta və  kiçik  sahibkarlar, 
ticarətçilər,  sənətkarlar v ə başqaları  ilə deyil, həm de iri  m üəssisə­
lərin menecerləri, elmi-texniki və humanitar ziyalılarla təmsil edil­
mişdir.
Orta sinfin mahiyyetindeki keyfiyyət dəyişikliyinə diqqət yetir­
miş ilk tədqiqatçılardan biri sosioloq E.Lederer olmuşdur.  Əgər tor­
paq  sahibləri  ile  proletariat arasında  aralıq  mövqe  tutan  burjuaziya 
tarixən orta sinif hesab edilirdisə,  sonralar iri burjuaziya hakim sin­
fə  çevrilmişdir,  lakin  onunla  fəhlə  sinfi  arasında  K.Marksın  xırda 
burjuaziya  adlandırdığı  v ə  yeni  tarixi  şəraitdə,  əslində,  orta  sinif 
olan  təbəqə  yerləşmişdir.  Zaman  ötdükcə,  iqtisadiyyat  inkişaf et­
dikcə cəm iyyət görmüşdür ki, hər hansı strukturun daxilində işegö-
_________
IIfəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
67


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə