Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


türənlərlə muzdlu əm ək adamları arasında dayanan təbəqəni L ede-



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə17/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   13   14   15   16   17   18   19   20   ...   115

türənlərlə muzdlu əm ək adamları arasında dayanan təbəqəni L ede- 
rer yeni orta sinif adlandırırdı.  E.Lederer hələ  1912-ci ildə yazm ış­
dır:  “İki  sinif arasındakı  bu  orta  mövqe  dəqiq  texniki  funksiyadan 
çox,  “əks  mövqe”  anlayışıdır v ə məvacib  alan qulluqçuların  sosial 
xarakterini həm onların öz  şüurunda,  həm   də  cəmiyyətin nəzərin­
də m üəyyən edir”.  İnformasiya cəmiyyətinin yaranması bir sıra ö l­
kələrdə orta sinfin strukturuna öz düzəlişlərini  etmişdir.
Orta sin if vətəndaş cəmiyyətinin əsas dayağı kimi müstəsna bir 
rol  oynayır  -   o,  həm  sosial  münaqişələri  “söndürən”  və  qütbləş- 
məni  yumşaldan  qüvvədir,  həm  siyasi  sabitliyin  əsas  dayağıdır, 
həm  də  cəm iyyətin  ən təhsilli, ümumi biliklərin və  ixtisas b ilik lə­
rinin,  eləcə  də  ənənəvi  normaların  v ə   dəyərlərin  daşıyıcısı  olan 
hissəsidir.
Müasir  dünya  inkişafının  əsas  vektoru  olan  modernləşdirmə 
dövlət,  cəm iyyət  və  şəxsiyyət  arasındakı  qarşılıqlı  münasibətləri 
keyfiyyətcə  yeni  səviyyəyə  qaldırır.  Təbii  ki,  keçmişin  totalitar 
təcrübəsi  fərdlə  dövlət arasında münasibətlərin hətta  obyektiv  su ­
rətdə dəyişdiyi şəraitdə də fərdin şüurunu hələ de bir çox cəhətdən 
müəyyənləşdirir.  Lakin təcrübə göstərir ki, nə qədər ağrılı v ə   m ü­
rəkkəb  olsa da,  keçid tamamilə mümkündür və başlıcası  isə,  m üa­
sir dövrün  qloballaşma tələblərinin  aktuallığı  baxımından  dövlətin 
və cəmiyyətin yaşaması üçün  zəruridir.
Məlum  olduğu kimi,  siyasətdə  modernləşdirmə demokratik  si­
yasi  təsisatların -  parlament,  çoxpartiyalı  sistem,  ümumi  alternativ 
seçkilər, hakimiyyət bölgüsü v ə s. yaradılması və möhkəmləndiril­
m əsi  deməkdir.  Sonrakı,  yəni  postindustrial  inkişaf  kontekstində 
cəmiyyətin  mədəni  və  siyasi  rəngarəngliyi,  insan  hüquqları,  siya­
sətdə  şəxsiyyətin  rolu,  aşağı  demokratik  strukturların,  birbaşa 
özünüidarə  şəbəkələrinin  inkişaf etdirilməsi  nəzərə  alınmaq  əsa­
sında siyasətin və  dövlət idarəçiliyinin  yenidən qurulmağa başlan­
dığı müşahidə olunur.
Sosial-m ədəni şərtlərlə sıx qarşılıqlı əlaqədən kənarda siyasət­
də modernləşmə mümkün deyildir.  Ona görə  de siyasi modernləş­
m əyə başlayarkən, eyni zamanda, mədəni modernləşmə problemini
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
68
həll  etmək  lazımdır.  Burada  söhbət,  ilk  növbədə,  ideya-dəyər ori­
yentirlərinin  və  davranış  alqoritmlərinin  dəyişdirilməsindən  gedir. 
Modernləşdirmə istiqamətində hətta ən ilk irəliləyişlər, -  əgər on­
lar iqtisadi və sosial dinamikanın təzahürləri ilə müşayiət olunursa, 
-  artıq modemləşdirici mədəni dəyərlərin diffiıziyasına təkan verir. 
N ə  qədər  cüzi  olsa  da,  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi 
rəylərdə  və  münasibətlərdə  təkamülə  səbəb  olur.  Əmək  haqqının 
qaldırılmasına  olan  tələbat  daha  rahat  həyat  şəraiti  yaradılması, 
onun keyfiyyətinin yaxşılaşdırılması  ilə  bağlı  tələbata çevrilir.  Bü­
tün  bunlar  demokratik  layihələrin  gerçəkləşdirilməsinə  -   hüquqi 
dövlət v ə  demokratik cəm iyyət təsisatları yaradılması prosesinə tə ­
sir  göstərən  ictimai  inkişaf  amilləri  kimi  baxışların,  mövqelərin, 
əqidələrin oriyentirlərinin tədricən dəyişməsini  şərtləndirir.
Modernləşmə yolunu artıq keçmiş və ya hələ həmin yolla gedən 
ölkələrin təcrübəsinin dərk edilməsindən danışsaq, onda xatırlatmaq 
lazımdır ki,  bu  təcrübə  modernləşmənin  üç  tarixi  dövrünü  fərqlən­
dirən  məlum  “üç  eşelon”  konsepsiyasında  ümumiləşdirilmişdir.  Bu 
konsepsiya Qərbi  Avropa ölkələrini (Böyük Britaniya,  Fransa,  Hol­
landiya,  Almaniya  və  s.)  və  Şimali  Amerika  ölkələrini  (Amerika 
Birləşmiş  Ştatları  və  Kanada)  modernləşmənin  “birinci  eşelon”una 
aid  edir.  Bu  ölkələrdə  modernləşmə  endogen  xarakter  daşımışdır, 
yəni  cəmiyyətin  gündəlik  həyatının  gedişində  öz-özünə  irəli  g əl­
miş, öz mədəni  enenelerine və  nümunələrinə əsaslanmışdır24.
M əsələnin tarixinə  müraciət edərək, xatırlatmaq  istərdik ki,  ilk 
modernləşmə İntibah dövrünün təsiri  altında -  feodal münasibətlə­
rinin dağıdıldığı və şəxsən azad fərdin meydana gəldiyi  vaxt başla­
mışdır.  Özü  de  fərdin  azadlığının  əsası  şəxsi  mülkiyyət  hesab  edi­
lirdi.  Tədricən  ictimai  şüurda “təbii”  (yəni  Tanrının  bəxş etdiyi  və 
ya Təbiətin verdiyi)  insan  hüquqları, hamının qanun  qarşısında b ə­
rabərliyi,  sosial  ədalət  kimi  anlayışlar  da  derin  kök  salırdı.  “M o- 
dem iti”  m ədəniyyəti  -   maddi  istehsal,  ətraf dünyada  fasiləsiz  də­
yişikliklər,  istehsal  vasitələrini  təkmilləşdirmək  v ə  s.  yolu  ilə 
rasionalizmə  və  fərdiyyətçiliyə,  elmi  biliklərə  və  rifaha  meyillilik 
də  həmin  dövrdə  formalaşmışdı25.
___________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yollan
69


Modernləşmənin  ikinci  eşelonuna  Şərqi  v ə  Cənub-Şərqi  A v ­
ropa  ölkələri,  Yaponiya,  Türkiyə,  Rusiya və  bir  çox  digər  ölkələr 
aid  idi.  İkinci  eşelon ölkələri  üçün birinci  eşelon  ölkələrinin  on  il­
lərlə  v ə  yüz  illərlə  qət etdikləri  yolun  sürətlə  keçilm əsi  səciyyəv i 
idi, çünki bu ölkələrdə çox işlər artıq dünya birliyinin topladığı tə c ­
rübəyə  uyğun olaraq görülürdü.
Birinci tip  ölkələrlə müqayisə  apanlsa, modernləşmədə  onlara 
çatmaq istəyən cəmiyyətlərdə siyasi amil daha mühüm rol oynayır, 
çünki həmin cəmiyyətlərdə ənənəvi  iqtisadi,  sosial,  sosial-m ədəni 
və  siyasi  strukturların  öz-özünə  transformasiyası  üçün kifayət  q ə ­
dər  ilkin zəmin yoxdur.  M əhz buna  görə modernləşmə  dəyişiklik­
lərinin  subyekti  kimi  dövlət  bəzən  islahatların  təşəbbüsçüsü  kimi 
çıxış  etm əyə  məcburdur.  Bu  halda  innovasiyalara təkanlar  kütləvi 
sosial təbəqələrə hakim elitadan gəlirdi.  Ona görə  də ikinci  eşelon 
ölkələrində  modernləşmə,  birinci  eşelon  ölkələrində  olduğu  kimi, 
çox vaxt “aşağıdan yuxarı” deyil, “yuxarıdan aşağı” gələn modern­
ləşm ə kimi səciyyələnir.
M əsələn,  əgər  Yaponiyanın  modernləşmə  tarixini  araşdırmağa 
başlasaq,  onda aydın olar ki,  onun başlanğıcı  (Meydzi  inqilabı  deyi­
lən  inqilab)  XIX  əsrin  ortalarına  -   ölkənin  amerikalılar tərəfindən 
“k ə ş f ’indən sonra gələn dövrə təsadüf edir.  Mehz onda Yaponiya­
nın  hakim  elitası  Qərb  ölkələrinin  hərbi-texniki  və  iqtisadi  üstün­
lüyə  malik  olduğunu  dərk  edərək,  ilk  növbədə,  prosesin  tərkib 
hissələrini  təşkil  edən  siyasi  amillərə  doğru  istiqamət  götürməklə 
islahatlara başladı.  Bu,  islahatlar ən əvvəl,  konstitusiya qaydası  ya­
radılması,  sənayeləşdirme,  müasir  təhsil  sisteminin  inkişafı,  feodal 
imtiyazlarının  ləğv  edilməsi  (1868-1912-ci  illər) kimi problemlərə 
toxundu.  İkinci modernləşməni onun endogen-ekzogen əsasda, yəni 
həm kənar təsir altında, həm de özünün mədəni əsasında heyata ke­
çirilməsi fərqləndirir. M əsələn, Yaponiyada modernləşmə kənardan 
götürülənləri  qavramaq  və  tez  absorbsiya  etmək,  onları  ənənələrlə 
ahəngdar  və  fəsadsız  şəkildə  birləşdirmək,  yad  mədəniyyətlərdən 
olan tərəfdaşlarla əməkdaşlıq yaratmaq, səylə öyrənmək və yeni bi­
liklərə yiyələnm ək bacarığı kimi  milli keyfiyyətlərə əsaslana bildi.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
70
Türkiyədə  Atatürk  dövrünün  (1922—
 1935-ci  illər)  modernləş­
mə təcrübəsi Yaponiya təcrübəsindən heç də az uğurlu olmamışdır. 
Atatürk  respublikaçılıq,  millətçilik,  etatizm,  antiklerikalizm,  isla­
hatlar siyasəti kimi modernləşmə prinsiplərini elan etmişdi.  Sonun­
cu milli özünüdərkin inkişafı, savadsızlıqla mübarizə və təhsilin in­
kişaf etdirilməsi,  türk  əlifbasının  islahatı,  qadınların  sosial  azadlığı 
və bir sıra digər müddəaları əhatə edirdi.
Modernləşmənin üçüncü eşelonunu bəzən öz istəklərindən asılı 
olmayaraq,  dünya  ticarəti  sisteminə  cəlb  edilmiş  Asiya,  Afrika  və 
Latın  Amerikası  ölkələri  təşkil  edirdi.  Qeyri-iradi  olaraq,  inkişaf 
etmiş sənaye dövlətləri arasına düşən,  bazarın və ümumen,  qlobal­
laşmanın  təzyiqinə  məruz  qalan  bu  ölkələr  ucuz  xammal  və  işçi 
qüvvəsi  təchizatçısı  rolunu  oynamağa  məcbur  idilər.  Onlarda  m o­
dernləşmə, əsasən,  sırf ekzogen  əsasda baş verir v ə nəticədə,  imi- 
tasiya  və  ya  simulyasiya  variantlarına  çevrilirdi.  Hərçənd,  onların 
arasında  həmin  sxemlərə  uyğun  gəlm əyən  ölkələri  də  göstermək 
olar.
Qeyd  etmək  lazımdır  ki,  modernləşmənin  elmi  ədəbiyyatda 
mövcud  olan  tipologiyalarını  v ə  məzmun  xarakteristikalarını  daha 
da dəqiqləşdirməyə v ə tamamlamağa ehtiyac vardır.  M əsələn,  im i- 
tasiya  mexanizmlərindən  istifadə,  kənar  təcrübənin  və  ənənələrin 
qarşılıqlı əlaqəsi probleminin daha geniş araşdırılması  tələb olunur. 
Kənar  təcrübədən  istifadə  modernləşmənin  birinci  eşelonuna  aid 
ölkələrdə  de  olmuşdur,  ikinci  eşelon  ölkələrində  isə  imitasiya  və 
simulyasiya  heç  de  həm işə  əsas  rol  oynamamışdır.  Əgər  bütün 
standartlar üzrə üçüncü eşelon ölkələrinə mənsub olan Cənub-Şər­
qi Asiya dövlətlərinin modernləşmə təcrübəsinə nəzər salsaq, deyə 
bilərik  ki,  “inkubasiya  inkişafı”  mərhələsində  modernləşmə  təz­
yiqi,  ilk  növbədə,  hakim  dairələrin varlanması  və  dövlətin  iqtisadi 
rifahı  barədə təsəvvürün təmin olunması vasitəsi idi.  Lakin qlobal­
laşma  prosesləri  dairələrinin  genişlənm əsi  bu  ölkələrdən  bir  ço­
xuna  müsbət  təsir  göstərmişdir.  Cənubi  Koreya,  Tayvan,  Malay­
ziya,  Tailand  və  Sinqapur  kimi  ölkələr  transmilli  korporasiyalarla 
(halbuki  “üçüncü  dünya”  ölkələrinin  əksəriyyəti  onları  istismarçı
____________
IIfəsil. Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
71


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə