Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


sayır  v ə  onlara  nifrət  edirdilər)  əməkdaşlıq  edərək,  idarəçiliyin



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə18/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   14   15   16   17   18   19   20   21   ...   115

sayır  v ə  onlara  nifrət  edirdilər)  əməkdaşlıq  edərək,  idarəçiliyin 
dövlət mexanizmini təkmilləşdirərək,  “insan amili”nin əhəm iyyə­
tini  nəzərə  alaraq,  nəinki  iqtisadi  m öcüzə  yaratmış,  həm  də  sosial 
sahədə  böyük  uğurlar  qazanmışlar.  N əticədə,  ölkələrin  bu  qrupu 
dünya tərəfindən tanınmalarına nail oldular,  dünyanın  şərti  xəritə­
sində  isə  güclü  regional  qurum  -   “Asiya  pələngləri”  meydana 
gəldi. Lakin bu faktı vurğulamaq azdır, həmin fenomenin m ahiyyə­
tini açıqlamaq üçün son dərəcə dəqiq sahələrarası tədqiqatlar apar­
maq  gərəkdir.  M üəyyən  ümumi  cəhətləri  olsa  da,  bu  ölkələrdən 
hər biri  inkişafda öz yollarını v ə öz prioritetlərini tapa bilmişdir.
Konkret  misal  olaraq  Malayziyanı  göstərək.  Son  illər o,  infor­
masiya texnologiyalarının inkişafında mühüm uğurlar qazanmışdır. 
İndi Malayziya hökumətinin həyata keçirdiyi ən möhtəşəm layihə­
lərdən  biri  “multimedia  fovqəldəhlizi”  yaratmaqdan  ibarətdir  ki, 
onun da uzunluğu  50,  eni  isə  15  kilometr olacaqdır.  Bu layihə Ma­
layziyanı  2020-ci  ilədək  yüksək  inkişaf etmiş  dövlətə  çevirməyə 
yönəldilən  “Vision  2020”  proqramı  çərçivəsində  gerçəkləşdirilir. 
Həmin  dəhlizin  ərazisi  yüksək  dəqiq  texnologiyalar  işlənib  hazır­
lanması məqsədi ilə fövqəlnadir zona yaradılması üçün nəzərdə tu­
tulmuşdur.
Hindistanı da üçüncü eşelonun uğurlu ölkələrinə aid etmək olar. 
O,  informasiya-kommunikasiya  texnologiyaları  sektoru  hesabına 
hər  il  milli  büdcəyə  təxminən,  5 -6   milyard  dollar  gəlir  gətirir  və 
bununla da dünya bazarının rəqabət qabiliyyətli aktoru, beynəlxalq 
siyasətin  nüfuzlu  subyekti  kimi  öz  mövqelərinin  möhkəmlənmə­
sinə kömək  edir.  Lakin  nəzərə  almaq  lazımdır ki,  Hindistan əhali­
nin cəm iyyətdə, əsasən, yüksək silklərinə mənsub olan yeddidə bir 
hissəsinin səyləri ilə modernləşir.  Hindistan modernləşməsinin g ə ­
ləcəyi  silk  sistemində  islahat  aparılmasından və  kütlələrin fəal  ic­
timai heyata cəlb edilməsindən  asılıdır26.
Hər necə  olsa da,  indi  aydındır ki,  Yer kürəsinin heç bir regio­
nunun  modernləşmə  üzərində  hansısa  bir inhisar yaratmaq hüququ 
yoxdur. Üçüncü eşelon ölkələri en yeni elmi-texniki, istehsal və ya 
siyasi formaların ancaq imitasiyasına, yaxud simulyasiyasına aprio-
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
72
ri  olaraq məhkum  deyildir,  hərçənd onlara  məhz bu proseslər təz­
yiq göstərir.  Bununla yanaşı,  elə  hallar da var ki,  bu zaman  onlann 
informasiyanın, biliklərin, texnologiyaların da ənənəvi mədəniyyət 
dəyərləri kimi, ictimai inkişafın prioritetini təşkil etdiyi postindust­
rial epoxaya inamla daxil olması  reallığa çevrilir.
İstər obyektiv,  istərsə də subyektiv xarakterli bir sıra məlum ta­
rixi  şərait  sayəsində  modernləşməyə  başlayan  ölkələrin  aid  edilə 
biləcəyi  dördüncü  eşelon  barədə  də  danışmamaq  olmaz.  Söhbət 
postsovet  məkanındakı  yeni  müstəqil  dövlətlərdən  gedir.  Onların 
bir çoxu müstəqilliyə qovuşduqdan sonra, qeyri-ixtiyari olaraq, bü­
tün dünya ölkələrinin bir-birindən getdikcə artan iqtisadi və texno­
loji  asılılığı  prosesinə  cəlb  edilmişdir.  Lakin  formalaşmaqda  olan 
dövlət  strukturlarının  ilkin  zəifliyi,  Qərb  və  milli  sosial-m ədəni 
dəyərlərin  uyğun  gəlm əm əsi,  bir  sıra  lazımi  resursların,  o  cüm lə­
dən də  iqtisadi  resursların  məhdudluğu  üzündən  keçmiş  sovet  res­
publikaları mürəkkəb vəziyyətə düşdülər.  Sosialist ictimai  sistemi­
nin  iflasının  mərkəzində  qalan  və  bunun  nəticəsində  başlanmış 
xaosun qurbanı  olan bu respublikalar demokratiyaya v ə  bazar  iqti­
sadiyyatına  keçid  üçün  öz  strategiyalarının  olmasının  zəruriliyini 
dərhal  dərk  etmədi,  dövlətin  inkişafının  və  ictimai  inkişafın  əsas 
prioritetlərinin müeyyenleşdirilmesində prinsipial çətinliklərlə üz­
ləşdilər.
SSRİ-də modernləşmə sahəsində gösterilmiş cəhdləri başa çat­
dırılmış v ə ya bitkin  cəhdlər adlandırmaq  çətindir.  Sovet dövründə 
həyata  keçirilən  dəyişikliklər  planlı  və  konseptual  xarakter  daşı­
mırdı,  bu  və  ya  digər  regionun  iqtisadi  ehtiyatlarının  həcmi,  coğ­
rafi-strateji  mövqeyi  ile  dəqiq  korrelyasiya  edilirdi,  eləcə  də  çox 
vaxt bu v ə ya digər transsərhed ərazilərdə yaranan vəziyyətlər nə­
ticəsində beynəlxalq şəraitin mürəkkəbləşməsi  ilə bağlı olurdu.  Bu 
gün xarici  sərmayələr,  yeni  mallar,  xidmətlər,  texnologiyalar,  iqti­
sadi  liberallaşma  keçmiş  sovet  respublikalarının  indiki  modernləş­
m ə, bezən də, qloballaşma proseslərinə cəlb edilməsinin indikator­
larına çevrilmişdir.
____________
IIfəsil. Azərbaycanın  modernləşdirilməsi:  inkişaf yollan
73


Azərbaycanda modernləşmənin müasir m ərhələsi  1994-cü ildə 
aparıcı  beynəlxalq neft  şirkətləri  ilə  “Əsrin  m üqavilesi”nin  im za­
lanmasından  başlanır.  Bu  müqavilə  milli  iqtisadiyyatın  inkişafına 
nəinki,  sadəcə güclü təkan verdi, həm  də, əslində,  onun keyfiyyət­
cə  yeni  vəziyyətini  m üəyyən  etdi.  Neftin  yüksək  qiym ətləri  ilə 
şərtlənən  əlverişli  xarici  iqtisadi  konyunktura  Azərbaycanın  m ər­
hələli ardıcıl inkişaf proqramının həyata keçirilməsinə köm ək edir. 
Lazımi  hüquqi  bazanın  formalaşdırılması  və region üçün əsas  olan 
Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  tikintisinə  başlanması  digər 
Cənubi Qafqaz v ə  ya Orta Asiya respublikaları  ilə m üqayisədə üs­
tünlük əldə edən Azərbaycanın iqtisadi g ələcəyi barədə çox nikbin 
proqnozlar söyləm əyə imkan verir.
Ümumiyyətlə,  Azərbaycanda  neft  sektorunun  inkişafı  ölkənin 
iqtisadi  inkişafına  mühüm  v ə  müsbət  təsir  göstərir.  Lakin  neftin 
qiymətlərinin bahalaşması  sonsuz deyildir. Odur ki, milli iqtisadiy­
yatın inkişafı üçün yeni mənbələr axtarılmalıdır. İnkişaf etmiş döv­
lətlərin  Xəzəryanı  ölkələrlə  əlaqələrini  genişləndirməkdə,  burada 
aşkara  çıxarılan  yanacaq  ehtiyatlarının  işlənilm esinde,  onun  nəqli 
üçün  yeni  marşrutların tikintisində  maraqlı  olduğunu nəzərə  alsaq, 
bu, xüsusilə vacibdir27.
Ona görə  də milli  siyasi  elitanın  ölkə  iqtisadiyyatını  daha  çox­
sahəli  əsasda  qurmaq,  onu  yeni  inkişaf mənbələri  v ə  imkanları  ilə 
təmin  etmək  niyyəti  tamamilə  əsaslı  v ə  aktualdır.  Ötən  yüzilliyin 
axırlarında Asiya  və  Latın  Amerikasının  bir sıra ölkələrində  m ey­
dana  çıxan  problemlər göstərir  ki,  indi  təhsil,  elm  və  texnoloji  in- 
novasiyalar  tərəfindən  güclü  yardım  olmadan,  ancaq  xammal  ba­
zası  hesabına  sənayenin  yüksəlişi  imkanları  tükənmişdir.  Odur  ki, 
Azərbaycan  gənclərinin  intellektual  potensialını  genişləndirmək 
məqsədi  ile dövlət təhsil proqramlarının sayını artırmaq və keyfiy­
yətini  daim  təkmilləşdirmək  son  dərəcə  vacibdir.  Ölkəni  real  su­
rətdə  v ə  qısa  müddətdə  m odernləşməyə,  onun  sənaye  dövlətləri 
birliyinə  daxil olmasını təmin etm əyə m ehz bu imkan verəcəkdir.
Modernləşmənin üçüncü eşelonunun  yuxanda gösterilən  ölkə­
lərinin  (öz  başlanğıc  vəziyyətlərinə  görə  tipoloji  cəhətdən  Azər­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
74
baycana daha yaxm olan) təcrübəsinə qayıdaraq,  onu da xatırlamaq 
lazımdır ki,  onların m üvəffəqiyyətini  xeyli  dərəcədə  iqtisadi  bazar 
sisteminin  dövlət tərəfindən tənzimlənməsi təmin etmişdir.  Dünya 
bazarlarındakı  sabitsizliklə  əlaqədar  Asiya,  Braziliya,  Rusiya  və 
Argentina  böhranlanndan  sonra  bir  çoxları  neoliberalizmin  süqu­
tundan  danışmağa  başladı.  Bunun  fonunda  qlobal  keynsçilik erası­
nın  başlanması,  yəni  büdcə  v ə  pul-kredit  vasitələrinin  köməyi  ilə 
məcmu bazar tələbinin dəstəklənm əsi və genişlənm əsinə yönəldil­
miş  dövlət  siyasəti  barədə  bəyanatlar  səslənirdi.  Başlıca  yönümü 
dövlət  satınalamaları  və  özəl  sektora dövlət sifarişləri  sistemindən 
ibarət  olan  keynsçiliyi  bəzi  nəzəriyyəçilər  industrial  cəmiyyətdən 
sonrakı  industrial  cəm iyyətə  v ə  gələcəkdə  postmodernə  keçid 
dövründə  ölkənin  inkişafının  ən  mümkün  variantı  kimi  təsəvvür 
edirlər.
Lakin  dünya  təcrübəsi  göstərir  ki,  keynsçilik  siyasəti  də  böh­
rana gətirib çıxara bilər.  Yeni  dünya nizamı  şəraitində  milli  iqtisa­
diyyatın  fəaliyyətinin  xüsusiyyətləri  böyük  durğunluq  dövrünün 
tələblərindən əhəm iyyətli dərəcədə fərqlənir.  İstər özəl strukturla­
rın,  istərsə  de  dövlət  strukturlarının  idarə  olunmasının  genetik  ko­
dunu dəyişdirə,  idarəetməni  maksimum  dərəcədə  qeyri-bürokratik 
sistemə  çevirməyə,  yeni burada yaradıcılıq,  innovasiya təməllərini 
gücləndirməyə m üvəffəq olan ölkələr qloballaşma şəraitində uğur­
la  inkişaf edirlər.  Təsadüfi  deyil  ki,  menecment  problemləri  üzrə 
görkəmli ABŞ mütəxəssisi Piter Druker Cənubi Koreyada böhranın 
səbəblərini araşdırarkən onları  işverənlə işçi  arasında münasibətlə­
rin xarakterində görmüşdür.  O  yazırdı  ki,  “işverenler öz  işçiləri  ile 
təhkimliler kimi, hətta bundan da betər rəftar edirdilər.  Onlar peşə­
karların, hətta yaxşı savadı olanların da heç birinə hər hansı mühüm 
qərar qəbul  etməsinə  imkan  vermirdilər”28.
Müasir  menecmentin  prinsiplərinə  uyğun  olaraq,  idarəetmənin 
səm ərəliliyi  nisbətən  mərkəzsizleşdirilmiş,  çevik  idarəetmə  böl­
mələri  ile  yaxşı,  şəxsi  qərarlar  qəbul  etmək  hüququ  verilmiş  aşağı 
eşelonlarının  idarəetmədə  maksimum  iştirakını  stimullaşdıran 
həcm cə  kiçik  iyerarxiyaların  olmasından  asılıdır.  Müasir  menec­
_____________
II fəsil.  Azərbaycanın modernləşdirilməsi:  inkişaf yolları
75


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə