Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


verirdi.  Onların hamısı milli siyasətin istiqamətlərinin formalaşma­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə13/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   9   10   11   12   13   14   15   16   ...   115

verirdi.  Onların hamısı milli siyasətin istiqamətlərinin formalaşma­
sına  təsir  göstərirdi.  Lakin bu  siyasətə  Dağlıq  Qarabağ münaqişə­
sinin  təsiri  daha  güclü  olmuşdur.  Sosial  ədalət,  xalqların  bərabər­
liyi,  beynəlm iləlçiliyi  v ə  qardaşlığı  barədə  vərdiş  olunmuş  bütün 
təsəvvürlər  Dağlıq  Qarabağın  azərbaycanlı  əhalisinə  ermənilərin 
qanlı  divan tutması,  yüz minlərlə  soydaşımızın  Ermənistandakı  ta­
rixi  torpaqlarından  vəhşicəsinə  qovulması  nəticəsində  büsbütün 
yox oldu.  Totalitarizmdən uzaqlaşmaq prosesi ümummilli xarakter­
li  insan faciələri ilə müşayiət olunurdu.
Lakin hökmranlıq buxovlanndan azad olan Azərbaycan cəmiy­
yəti  sosialist,  inzibati  amirlik  sistemindən  “heçliyə”  doğru  getdi. 
Müstəqillik  əldə  edildikdən  sonra  hadisələrin  inkişafının  getdiyi 
yolu  başqa  cür  adlandırmaq,  yaxud  müəyyənləşdirmək  olduqca 
çətindir.  Ermənilərin  Dağlıq  Qarabağ  barəsində  ərazi  iddialarına 
qarşı etiraz dalğalan qoynunda yaranan və bir müddətdən sonra ar­
taraq,  müstəqillik  haqqında  dərk  edilmiş  şüarlara  çevrilən  mitinq 
ehtirasları cəm iyyətin haraya getdiyini göstərən ciddi proqram şək­
lini  almadı,  anlamadı  ki,  nihilist  fəaliyyət  bütün  mövcud  sosial- 
iqtisadi və siyasi təsisatları  məhv edir.  Müstəqillik əldə  edildikdən 
sonra  cəm iyyətdə  heç  nə  ilə  əsaslandınlmayan  sərbəstlik  ruhu 
hökm  sürdü, real inkişaf və tərəqqiyə can atan dövlət və cəm iyyə­
tin  getməli  olduğu yol  salınmadı.
O  dövrdə,  ilk növbədə,  dərk  etmək  lazım  idi  ki,  köhnə  təsəv­
vürlərin  yeniləri  ilə  əvəzlənm əsi,  görünür,  nəinki  sonuncuların 
dəyişmiş  olan  gerçəkliyə  uyğun  gəlm əsindən,  həm  də  köhnə  tə­
səvvürlərin  xüsusiyyətlərindən -  onların vəhdətindən, dəyişkənli­
yindən,  modifikasiya  edilə  bilməsindən  asılıdır.  Bu,  milli  mentali­
tetin  mədəni  və  sosial  arxetiplerinde  posttotalitar  cəmiyyətdəki 
sosial idrak proseslərinin mühüm amillərindən birini görməyə sövq 
edərdi.  Əlbəttə  ki,  Mərkəzi  və  Şərqi  Avropanın  bir  sıra  tranzitar 
cəmiyyətlərindeki vəziyyətlə müqayisədə bu arxetipler liberal  ide­
yaların  qavranılmasma  ümumen  az  meyilli  idi.  Lakin  bunların  ha­
mısının  obyektiv  mədəni-tarixi  və  sosial-siyasi  bazası  vardı  və 
yeni paradiqmanı da mehz bu bazaya arxalanaraq qurmaq lazım idi.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
52
Vaxtilə Aleksis de Tokvil iddia edirdi ki,  Avropada siyasi azad­
lığa  nail  olmağı  m əhz  dövlət  idarəçiliyinin  əsaslı  surətdə  dağıdıl­
ması  ilə bağlasalar da,  dövlətin hökmranlığını  azaltmaq üçün haki­
m iyyət  sisteminin  özünü  dağıtmaq  vacib  deyildir.  Bu  hakimiyyəti 
səpələyərək,  m üxtəlif vəzifəli  şəxslər arasında bölüşdürmək kifa­
yətdir.  Bu halda hakimiyyət qalacaq v ə  eyni  zamanda,  vətəndaşla­
rın azadlığı üçün az təhlükəli olacaqdır21. Təbii ki,  Tokvil amerika­
lıların hakimiyyəti  səpələm ək, tərəf-müqabillər v ə tarazlıq sistemi 
yaratmaq  təcrübəsini  nəzərdə  tuturdu.  Ə gər  bu  fikri  bizim  milli 
mühitimizə şamil etm əyə cəhd göstərilsə,  onda aydın olar ki,  sovet 
irsindən  səmərəli,  düzgün  istifadə  edilməsi  güclü  müstəqil  dövlə­
tin təşəkkülünə təkan verə bilərdi. Belə istifadə əsla keçmişə qayı­
dış  olmamalı  və  ya  sovet  sistemi  məziyyətlərinin  təriflənmesinə 
çevrilməməli  idi.  B elə  ki, bu  sistemin totalitar  xarakterinə baxma­
yaraq,  onun  müəyyən  məziyyətləri  düzgün  transformasiya  təqdi­
rində  cəm iyyətə  hələ  de  xidmət  edə  bilərdi.  Axı,  sosial  müdafiə, 
sabahkı günə inam fenomenini, sovet dövründə insanların malik ol­
duqları  konkret iqtisadi  faydaları  vətəndaşlarımızın əksəriyyəti  in­
diyədək çox həsrətlə,  nostalgiya  ile xatırlayır.
Azərbaycanın  demokratik  transformasiya  yolunda  üzləşdiyi  en 
mürəkkəb problemlərdən biri  Ə.Vezirov v ə A.Mütəllibov rejimlə­
rinin  tarixi  məqamın  tələblərinə  adekvatsızlığı,  habelə  baş  verən 
dəyişikliklərə  cəmiyyətin  birmənalı  reaksiya  verməməsi  idi.  Z en- 
nimizce,  milli  mentalitetin  xüsusiyyətlərinin  və  demokratik  prin­
siplərin mehz ziddiyyətli  qarşılıqlı  əlaqələri  real dəyişikliklər yolu 
ile çətinliklə  irəliləməni  şərtləndirən  mürəkkebləşdirici amil  oldu. 
Bu da onunla nəticələndi  ki,  Azərbaycanda XX əsrin  70-ci  illərin­
dən  heyata  keçirilən  modernləşdirmənin  qarşısı  80-ci  illərin  axır­
ları -  90 -cı  illərin əvvəllərində  nəinki  kobudcasına  alındı,  həm de 
yenidən  davam  etdirilmək  imkanından  məhrum  olundu.  Cəm iyyə­
tin fərdi  seçim ə v ə şəxsi m əsuliyyətə əsaslanan davranış  modellə­
rinin v ə  sosial tənzim ləm ə mexanizmlərinin işlədiyi,  insanın,  onun 
hüquq v ə azadlıqlarının isə ali deyər olduğu modernləşdirmə zirvə­
sinə yüksəlməsi  qabiliyyəti  şübhə altına alındı.
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
53


Azərbaycan siyasətçilərinin yeni nəsli v ə  onların ardıcılları əv­
vəllər  milli  ideologiyanın  bütövlüyünü  təm in  edən,  lakin  yeni 
şəraitdə artıq əhəm iyyətsizliyini büruzə verən prinsiplərdən imtina 
etmək zəruriliyini ənənəvi Azərbaycan cəm iyyəti baxışlarının ma­
hiyyətini təşkil edən nə varsa, hamısından xilas olmaq imkanı kimi, 
köhnə  totalitarizm  dünyasından  üz  döndərmək  kimi  yozurdular. 
B eləliklə,  çirkli  su  ilə  birlikdə  uşağı  da  atdılar.  Onların  heç  biri 
düşünmürdü  ki,  totalitarizmdən  ucdantutma  xilas  olmağın,  geniş­
miqyaslı ideologiyasızlaşdırmanm ardınca hökmən yenidən ideolo- 
giyalaşdırma  başlanmalıdır:  təbiət  kimi,  ictimai  şüur  da  boşluğa 
dözmür. Ölkənin tarixi inkişafının istiqaməti əm ə lə  gəlm iş boşluğu 
kimlərin doldurmasından v ə nə ilə doldurulmasından asılıdır. Əgər 
bunlar  antisistem,  ekstremist,  antidemokratik  qüvvələr  və  ideyalar 
olsa,  onda dövlətin taleyi bəri başdan məlumdur.
Sovet  kommunist  ideologiyasından  imtina  edilməsi  v ə  Azər­
baycan  milli  ideologiyasının  formalaşdırılmasına  səthi  yanaşılması 
yeni  siyasi qüvvələr üçün dövlət quruculuğu v ə  idarəçiliyi meyda­
nında özünüifadənin v ə özünügöstərmenin prioritet formasına çev­
rildi.  T əəssüf ki,  bu gün milli  ideologiya  anlayışının  özünü  çoxlan 
öz-özünə  əm ələ  gəlmiş  problem kimi qələm ə verir və  düşünür ki, 
onu  dərhal  konseptuallaşdırmaq  və  millətin  tərəqqisi  naminə  tez­
liklə  həyata  keçirmək  lazımdır.  B elə  layihənin hökmən  uzunmüd­
dətli  xarakter  daşıyacağını  az  adam  dərk  edir.  Ona  görə  də  biz  bu 
kitabımızda  milli  ideologiyanın  elə  bir  anlamına  əsaslanacağıq  ki, 
o,  millətin v ə  dövlətin inkişafının  strateji  m əsələləri  üzərində  fun­
damental  iş aparılmasını  nəzərdə tutur.
Bizim yeni peyda olmuş  siyasətçilərdən çox azı onların cəm iy­
yətdə apardığı ideoloji təmizləmənin nə dərəcədə ağlabatan və z ə ­
ruri  olduğu  barədə  düşünürdü.  N əzərə  çarpdırmaq  istərdik  ki, 
indiki  halda  biz  əsla,  kommunist  nəzəriyyəsinin  müstəsnalığı  və 
qüsursuzluğundan  dem  vuranların  tərəfini  saxlamırıq.  Əksinə,  biz 
SSRİ-də  təşəkkül  tapmış  marksizm-leninizm  modelinin  elmi  iqti- 
darsızlığını üzə çıxarır v ə onun antihumanist mahiyyətini rədd edi­
rik.  Lakin  biz  bu  ideya-nəzəri  təbəqəni  ictimai  şüurdan  təm izlə-
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün tələbləri
______
54
yerkən əm ələ gəlm iş boşluğu yeni ideya kontenti ilə, -  heç olmasa, 
Baltikyanı  dövlətlərin  timsalındakı  kimi,  -   doldurmağı  zəruri  və 
mümkün sayırıq. Əlbəttə, bu bənzətmə bəri başdan qeyri-dəqiq ola 
bilər  -   həmin  ölkələrdə  xalq  hərəkatına  yüksək  intellektuallı  və 
m əsuliyyətli  adamlar başçılıq  edirdilər,  bizdə  isə  qısa bir müddət­
dən  sonra  elmi  və  yaradıcı  elita  Xalq  Cəbhəsindən  təcrid  olundu. 
C əbhəyə rəhbərliyə elə adamlar gəldilər ki,  hələ bir neçə ay əvvəl 
respublika  əhalisinin  əsas  hissəsi  onlan  heç  tanımırdı.  Nəticədə, 
belə  taleyüklü günlərdə millətin  intellektual  resursuna sadəcə  ola­
raq ehtiyac duyulmadı.
Azərbaycanın  ən  yeni  tarixindən  cəm iyyəti  ideologiyasızlaş- 
mağa aparan ifrat canfəşanlıqdan sonra yaranan vəziyyəti çox əyani 
şəkildə  səciyyələndirən  təkcə  bir  misal  çəkək.  Məlum  olduğu 
kimi,  respublika  vətəndaşlarının  öz  dini  hisslərini  vicdan  v ə  dini 
etiqad  azadlığının  ümumdemokratik  prinsipi  əsasında  lazımınca 
ifadə  etm əsinə şərait yaradılması  əhalinin  geniş  təbəqələrinin  dini 
heyata qovuşması üzərindəki bütün qadağaların aradan götürülmə­
sində təzahür etmişdir. Hər yerdə dini ədəbiyyat yayılmağa başlan­
dı,  ixtisaslaşdırılmış  təlim  mərkəzləri  açıldı,  köhnə  ibadetgahlar 
bərpa olundu və yeniləri tikildi, müqəddəs ocaqlara kütləvi ziyarət 
təşkil  edildi  və  s.  Bütün  bunlar  dinin  birləşdirici  rolunun  təzahü­
rünə,  formalaşmaqda  olan  milli  ideologiyanın  dinə  xas  ənənələrlə 
v ə  m ənəvi-etik dəyərlərlə zənginləşm əsinə kömək edirdi.
Bununla  yanaşı,  gənc  dövlətçiliyin  təşəkkülü  prosesini  mü­
şayiət  edən  istər  obyektiv,  istərsə  de  subyektiv  səbəblərə  görə,
1992-ci  ildə  din  haqqında  Qanun  qəbul  edildi  və  bu  qanun  Azer­
baycan  vətəndaşlarının  ideoloji  baxışlar dairəsini en m üxtəlif kon- 
fessional sistemlərin, o cümlədən teriqetçi qondarma dinlərin sınaq 
meydanına  çevirdi.  Aydındır  ki,  bütün  böyük  dinlərə  əzəldən  xas 
olan  ümumbəşəri  dəyərlərin,  sülh,  humanizm,  mərhəmət  və  dö­
zümlülük  ideyalarının  yayılması  Azərbaycanın  həm  ictimaiyyəti, 
həm de  dövlət xadimləri tərəfindən ancaq alqışlana bilərdi.  Amma 
çox təəssüflə qeyd etmək lazım gəlir ki, o vaxt respublikada fəaliy­
yət göstərən və yevangelleşdirme üzrə ixtisaslaşan təriqətlərin əsas
_________
I  fəsil.  SSRİ-nitı dağılması: yeni reallıqlar və yeni imkanlar
55


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə