Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə10/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   6   7   8   9   10   11   12   13   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
əsaslarının  formalaşmasına  baxmayaraq,  bu  proseslər  istehlakın 
artması, yaşayışın keyfiyyətinin yüksəlm əsi ilə müşayiət edilmirdi, 
əksinə, bunların ziddinə baş verirdi.  İntellektual fəaliyyət ixtisassız 
işçilərin  əm əyinə  münasibətdə  son  dərəcə  qiymətdən  salınmışdı, 
istehlak üstünlükləri isə istehsalın strukturuna v ə hakim elitanın ix­
tiyarında  olan  ehtiyatların bölüşdürülməsinə,  əslində,  təsir göstərə 
bilmirdi.  Halbuki  qəbul edilmiş  ideologiyaya  görə,  Sovet İttifaqın­
da hamı  bərabər  idi,  amma  siyasi  v ə   elmi-texniki  elitanı  mükafat­
landırmaq  üçün  m üəyyən  formalar  axtarılırdı.  Buna  baxmayaraq, 
Sovet  İttifaqında  meritokratiyanın  formalaşması  ən  mürəkkəb 
problemlərdən biri  olaraq  qaldı.
M.Qorbaçovun  hakimiyyətə  gəlm əsi  ilə  başlanan  yenidənqur­
ma  köhnə  strukturların  dağıdılmasına  kömək  etdi  və  yenilərinin 
formalaşmasına ancaq təkan verdi.  Lakin yenidənqurma təzə prob­
lemlər də yaratdı,  gəlirlər v ə  yaşayış  səviyyəsi üzrə sosial  təbəqə­
ləşm əni  gücləndirdi,  işçilərin  ixtisası,  onların  istehsal  etdikləri 
malların və ya xidmətlərin ictimai əhəm iyyəti heç cür nəzərə alın­
mırdı.  Sosial nərdivan daha çoxpilləli  oldu.  Yenidənqurma islahat­
larının  əsas  problemi  bundan  ibarət  idi  ki,  Qorbaçov  və  onun  ko­
mandası  islahatlara  “yenidənqurma-aşkarlıq-süretləndirme”  kimi 
çeynənmiş  şüarlardan savayı  heç bir konsepsiyası olmadan başladı. 
Yenidənqurmanın  heç  bir “iş  icraçısı”  zahirən  çox  təmtəraqlı  səs­
lənən  bu çağırışların mahiyyət və  məzmununa dair nəinki  ağlaba­
tan  bir-iki  kəlm ə  söyləyə,  hətta  elə  həmin  sürətləndirməyə  necə 
nail  olmaq barədə  adicə  suala cavab  verə  bilmirdi.  Əslində,  ilk  iki 
il  “yenidenqurmaçılar”ın  düşündüyü  m əqsəd  və  vəzifələri  forma­
laşdırmağa,  “insan  şimalı  sosializm”  haqqında  təsəvvürlər  istiqa­
mətində  transformasiyarlarm  konturlarını  m üəyyənləşdirm əyə 
getdi.  Lakin bunlar artıq heç neyə yaramayan bir yol  idi.
Yenidənqurmanın  paradokslan  sovet  cəmiyyətinin  inkişafına 
xas  olan  (həm aşkar,  həm de gizli -   latent)  qüsurları  daha da  artır­
maqla yanaşı,  əvvəlki  ictimai-dövlət sisteminin böhranının mahiy­
yətini,  Qorbaçov komandasının heyata keçirdiyi  xettin heyat qabi­
liyyəti olmadığını üzə çıxardı.  Çöp ayaqlı nəhəngin və onun səm e-
40
rəsiz  iqtisadi,  siyasi-ideoloji  ehkamlarının  süqutu  “insanların  yeni 
tarixi birliyi”  olan sovet xalqına xas normativ-deyər müddəalarına 
və  oriyentirlərinə  toxunmaya  bilməzdi.  Lakin  bu  deyilənlər  sovet 
təcrübəsinin  ancaq mənfi  mövqedən  qiymətləndirilməsi  kimi  başa 
düşülməməlidir.  Bu,  ilk  növbədə,  yaşlı  nəslin  adamları  -  özlərini 
həyat  tərəfindən  aldanmış,  yeni  reallıqda  itirilmiş  hiss  edən,  çox 
vaxt da  keçmişin həsrətini  çəkən  adamlar barəsində,  sadəcə,  əda­
lətsizlik və insafsızlıq olardı.
Sov.İKP-nin və sovet dövlətinin siyasətində heç də hər şey uc­
dantutma pis deyildi.  M əsələn,  1970-ci  illər Azərbaycanda  iqtisa­
diyyat sahəsində v ə sosial həyatda tərəqqi, böyük nailiyyətlər döv­
rü  idi.  Sənayenin  inkişafı,  mənzil  tikintisinin  intensivləşdirilməsi, 
əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi,  təhsilin  və  səhiyyə­
nin  keyfiyyətinin  yaxşılaşdırılması  müsbət  nəticələr  verirdi.  Res­
publika  rəhbərliyi  kadrların  rotasiyası  və  ölkənin  hüdudlarından 
kənarda  ixtisasının  artırılması  üçün  genişmiqyaslı  prosesinə  rəvac 
verirdi.  Lakin  bütün  bu  özəlliklər  cəmiyyəti  qarşıdakı  sarsıntılar­
dan,  ixtilaf və nifaqlardan  qorumağa qadir deyildi.
Mövcud  siyasi  sistem onilliklər ərzində  nə  əks-əlaqənin təmin 
olunmasına,  nə  ictimai  heyatın  qanun  çərçivəsində  təşkil  edilm ə­
sinə  deyil,  əsasən,  “yuxarıdan-aşağıya”  amiranə  verilən  sərəncam 
v ə  göstərişlərin  translyasiyasına  yönəldilmişdi19.  Bemard  Şounun 
belə bir kəlamı  yada düşür:  “Demokratiya bizim  layiq olduğumuz­
dan yaxşı idarə edilm əm əyim izə təminat verən mexanizmdir”. N o - 
menklatura aparatının  heyata keçirdiyi və özlüyündə  ictimai-siyasi 
fınksiya  olan  sovetsayağı  demokratiya  gösterdi  ki,  klassiklər  de 
səhv  edə  bilərlər.  Ali  Sovetə,  diger  qanunverici  və  nümayəndəli 
hakimiyyət  orqanlarına  dövlətin  ciddi  nəzarət  altında  keçirilən 
“seçkilərə”  və  ya  Qorbaçov  dövrünün  SSRİ-nin  bir  sıra  regionla­
rında  qanlı  hərbi  əməliyyatlarla müşayiət edilən  “demokratik  isla­
hatlar” ina xalq əsla layiq deyildi. Demokratik ənənələrin olmaması 
ona  gətirib  çıxarmışdı  ki,  qondarma  islahatların  aparılması  dövlət 
idarəçiliyinin totalitar  prinsiplərinə  söykənən  sovet  dövlətinin  on­
suz da laxlayan əsaslarını  sarsıdırdı.
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
41


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
Aşkarlıq m ənəvi  ölçü  şəkli almışdı  və  sosializmin  sağlam tən­
qidinə Qorbaçovun ayırdığı sahə ilə  əsla məhdudlaşmırdı. Aşkarlıq 
həyat  şəraitini  yaxşılaşdıra  bilməzdi,  onun  qüsurları  “nailiyyət- 
lər”ini üstələyirdi,  “boşboğazlar”a  “öyrəşm ək”  v ə  onlardan  qıcıq­
lanma  effekti  əm ələ  gəlmişdi.  İqtisadi  islahatlar,  idarəçiliyin yeni­
dən  təşkili  v ə   şəxsi  təşəbbüskarlığın  inkişafı  fəlakətli  nəticələrə 
gətirib  çıxardı.  Siyasi  islahatlar  Siyasi  Büroda  “təm izləm ə”dən, 
partiyanın M ərkəzi Komitəsinin tərkibini 85  faiz (hətta Stalinin tə­
m izləm ələri  dövründə  bu  rəqəm  77  faiz  idi)  yeniləşdirməkdən, 
“inzibati-amirlik  üslubu”nun  pislənilm əsindən,  saysız-hesabsız 
“qeyri-formal”  birliklər yaradılmasından və çoxpartiyalılığa keçil­
məsindən ibarət oldu.  Bununla belə, ölkənin modemləşdirilməsinə 
dair  1985-ci ildə  qaldırılan ümdə problemlərdən heç biri həll edil­
mədi.
Əlbəttə, nəzərə almaq lazımdır ki, sovet totalitarizminin dayaq­
ları demokratiyaya doğru qlobal, dünyamiqyaslı hərəkətin təsiri al­
tında da dağılırdı.  Keçmiş SSRİ respublikalarında demokratikləşmə 
proseslərindən  əvvəl  Yunanıstanda,  İspaniyada,  Portuqaliyada  av­
toritar  rejimlər  devrildi,  Cənubi  Afrikada  aparteid  süquta  uğradı. 
Latın  Amerikası  ölkələrində -  Braziliyada, Argentinada;  A siya öl­
kələrində -  Filippində, Cənubi Koreyada demokratiya bərpa edildi. 
SSRİ-nin qapalı, avtarkiya xarakteri, partiya-sovet nomenklaturası- 
mn müqaviməti əhalinin kütləvi təbəqələrinin açıq cəm iyyətdə y a­
şamaq  səylərinin  qarşısını  daha  ala  bilmirdi.  İqtisadiyyatın  gerilə­
məsi,  m üxtəlif sosial  qrupların  milli-etnik,  konfessional  v ə  digər 
xüsusiyyətlərini, -  biz hələ spesifikasını demirik, -  nəzərə almadan 
partiya  rəhbərlərinin  onlara  zorla qəbul  etdirdikləri  siyasi  müddəa 
və  normaların  köhnəlməsi  kommunist  sistemini  çürüdür,  üçqat 
transformasiyanı -  partiya-siyasi sistemin, iqtisadi sistemin v ə  döv­
lət quruluşunun transformasiyasını zərurətə çevirirdi.
Sovet  İttifaqının  taleyini  şərtləndirmiş proseslər barədə  bu  de­
yilənləri yekunlaşdıraraq, zennimizcə, baş vermiş süqutun əsas  s ə ­
bəblərini  göstərmək olar.  Onların üzərində ətraflı  dayanmaq  istər­
dik.
42
İqtisadi  inkişafın  aşağı  səviyyədə  olması.  1990-cı  ildə  ölkədə 
hər cəhətdən  qıtlıq hökm  sürürdü,  inflyasiyanın  sürəti  artır,  iqtisa­
diyyatın  struktur  baxımından  yenidən  qurulması  isə  ancaq  sözdə 
idi. M aliyyə sahəsində qeyri-tarazlıq artırdı. Bu, tədavüldə olan pul 
kütləsinin  kəskin  surətdə  çoxalması  və  bunun  müqabilində  əm təə 
kütləsinin artmaması nəticəsində baş verirdi. Xammal sektoru inki­
şafın  təbii  “son  hədd”inə  çatmışdı.  Elə  həmin  dövrdə  xaricdən 
ardı-arası  kəsilmədən borc  alınmağa başlandı  və  SSRİ-nin borcu­
nun  m əbləği  1985-ci  ildəki  18,3  milyard  dollarla  müqayisədə
1989-cu  ildə 43,8  milyard dollar təşkil edirdi.
Sivasi  qevri-tarazlıq və  sovet  rəhbərliyinin  cəm iyyətlə  dialoqa 
qadir  olmaması.  M.Qorbaçovun  cəmiyyət  v ə  dövlətdə  demokratik 
dəyişikliklərə  başlandığını  elan  etməsinə  baxmayaraq,  iş-güc  an­
caq nəzəriyyəbazlıq etməkdən v ə Baş katibin özünün saatlarla m ə­
nasız-məntiqsiz mühakimələr yürütməsindən  ibarət idi.  Sovet İtti­
faqı  yaşanan  məqamın  həqiqətən  imperativi  olan  yeniləşm əyə 
ehtiyac duyurdu. Dünya inkişafının qloballaşması planetin altıda bir 
hissəsini tutan erazidən yan keçə bilməzdi.  Demokratik islahatların 
ilişib  qaldığı  şəraitdə  cəm iyyət  irəliyə  hərəkətin  perspektivi  v ə 
dövlət  idarəçiliyinin  əvvəlki  mexanizmlərini  bərpa  edərək  geriyə 
dönmək  həvəsi  arasında  çapalayırdı.  Lakin  başlanmış  olan  prosesi 
daha  dayandırmaq  mümkün  deyildi.  Ölkədə  kəskin  sosial  fərqlər 
meydana gəlmişdi və cəm iyyət varlılara və yoxsullara bölünmüşdü, 
orta sinifdən  əsər-əlam ət yox  idi.  Aşkarlıq  elan  edilsə  de,  reallığa 
çevrilmədi.  Əvəzində,  respublikaların  SSRİ  tərkibindən  çıxmaq 
səyləri  güclənmişdi  və  ümid  edirdilər ki,  milli  müstəqillik  iqtisadi 
iflasın qarşısını  alacaq v ə  İttifaqın qalan hissəsindən  kənarda olan­
lara tərəqqini  təmin edəcəkdir.
Baltikvanı  respublikaların  SSRİ-nin  tərkibindən  çıxması  və 
sonra  bütün  çoxmillətli  dövlətin  dağılması  ilə  nəticələnən  daxili 
münaqişələrin  olması.  Orta  Asiya  respublikalanndakı  münaqişələr 
ümumi qarşıdurmaya çevrilm əsə də, sovet dövlətinin monolit görü­
nən  əsaslarının  dağılmasına  öz  töhfəsini  verdi.  Dağlıq  Qarabağda 
başlanmış münaqişə Sovet İttifaqı erazisində ən mürəkkəb və qanlı 
münaqişəyə  çevrildi,  iki  keçmiş  sovet respublikası  arasında müna­
_________
I  fəsil.  SSRİ-nin  dağılması: yeni reallıqlar və yeni imkanlar
43


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə