Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


lan”nm hərəkətinə tabe olan dünya iqtisadiyyatının inkişafı ilə  mü­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə7/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   10   ...   115

lan”nm hərəkətinə tabe olan dünya iqtisadiyyatının inkişafı ilə  mü­
qayisə edib, onun geri qalmasının səbəblərini daha məzmunlu üsul­
la üzə çıxarmaq  olar.
N.Kondratyev özünün k ə şf etdiyi  iqtisadi  inkişafın  50 illik dal­
ğalarını  iqtisadi konyunktura silsilələri  adlandırırdı.  Bu k ə ş f alimin 
yalnız ölümündən sonra daha geniş şərh olundu. Hazırda “Kondrat- 
yevin uzun dalğalan” təkcə dünya bazar təsərrüfatının dinamikası­
nın  deyil,  həm də  beynəlxalq  siyasətin,  müasir cəmiyyətin həyatı­
nın  bütün  tərəflərinin  təhlili  üçün  əsas  hesab  edilir.  Çıxış  nöqtəsi 
kimi,  birinci  sənaye  inqilabını  götürsək,  deyə  bilərik ki,  müasir  sə­
naye ölkələri artıq dörd dalğadan keçmişlər,  lider ölkələr isə beşinci 
dalğaya  daxil  olmuşlar.  Hər yeni  dalğadan  əvvəl  mühüm  elm i-tex­
niki  ixtiralar və  innovasiyalar olur (toxuculuq  sənayesinin v ə  çuqun 
istehsalının  inkişafı  dəmir  yollarının  tikintisi,  elektrik  eneıjisinin, 
radio və telefonun tətbiqi v ə s.).  Hər dalğanın öz ümdə texnologiya­
ları var v ə əsas  ehtiyatlar onların inkişafına sərf edilir və nəticə  eti­
barilə, iqtisadiyyat sahələrinin strukturunu da onlar formalaşdırır.
Aşağıda verilən cədvəl göstərir ki, birinci dalğa toxuculuğun m e- 
xanikləşdirilməsi,  ikinci  dalğa  ucuz  daş  kömürlə  və  nəqliyyatda 
buxar mühərrikinin  tətbiqi,  üçüncü  dalğa  metallurgiya  və  maşınqa­
yırmanın inkişafı  ilə səciyyələnmişdir.  İndi dünya ölkələrinin ək sə­
riyyətinin yaşadığı dördüncü dalğa 
ucuz neftə
 və elektriktutumlu ma­
teriallara  əsaslanır,  neft  emalının  və  avtomobil  sənayesinin  inkişafı 
ilə səciyyələnir.  Bütün bu mərhələləri vahid cədvəldə əks etdirək.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
______
M ərhələlə
Xarakterik xüsusiyyətlər
I
Toxuculuğun mexanikleşdirilməsi
II
Ucuz daş kömür v ə nəqliyyatda buxar mühərriki
III
Metallurgiya və maşınqayırmanın inkişafı
IV
Ucuz  neft  və  elektriktutumlu  materiallar,  neft  emalı, 
avtomobil sənayesinin inkişafı
V
Mikroelektronikanın,  yeni  informasiya  texnologiyaları­
nın, müvafiq istehsalatların və infrastrukturun inkişafı
28
________
Ifəsil.  SSRİ-tıin dağılması: yeni reallıqlar və yeni imkanlar
Beşinci  dalğa üçün başlıca  cəhət mikroelektronikanın,  yeni  in­
formasiya texnologiyalarının, müvafiq istehsalatların və infrastruk­
turun  inkişafıdır.  Bu  dalğa  üçün  yüksək  ixtisaslı  işçi  qüvvəsinə 
tələbat,  müxtəliflik v ə  çeviklik naminə  universal  və  kütləvi  isteh­
saldan  imtina  edilməsi  də  səciyyəvidir.  Beşinci  dalğa  informasiya 
cəmiyyətinin yaradılması deməkdir.  ABŞ,  Yaponiya,  Almaniya və 
digər yüksək inkişaf etmiş ölkələr bu fazaya daxil olmuşlar.  Bu fa­
zaya  keçən  cəmiyyətləri  “knowledge  based  society”,  yəni  “bilik­
lərə əsaslanan cəm iyyət”  adlandırırlar.
SSRİ-nin  1970-ci  illərdəki  vəziyyətinə  qayıdaraq,  qeyd  edək 
ki, həmin  dövrdə  neft  hasilatı,  qara metallar  prokatı,  avtomobilqa- 
yırma,  kimya sənayesi,  bir sözlə,  “dördüncü dalğa” üçün səciyyəvi 
sahələr  daha  yüksək  sürətlə  inkişaf edirdi.  İnkişaf etmiş  ölkələr  o 
vaxt qlobal böhran keçirirdi ki, bu da siyasi v ə iqtisadi xəttin dəyiş­
dirilməsini  (ABŞ-da  “reyqanomika”,  Böyük  Britaniyada  “tetçe- 
rizm”  v ə  s.)  tələb  edirdi.  Bu  da  öz  növbəsində  “beşinci  dalğa”ya 
daxil olmaq demək idi. Lakin Qərbdən fərqli olaraq, artıq sovet sis­
teminin manevr üçün ehtiyatlan qalmamışdı.
Yeni üfüqlər vəd edən, lakin dəqiq konsepsiyası olmayan yeni­
dənqurma  açıq-aşkar  surətdə  gecikmişdi,  üstəlik,  SSRİ-nin  hakim 
elitasına  xas  olan  siyasi  mədəniyyətin  xüsusiyyətlərinə  görə  bu 
elita üçün  yeni  nəfəs  tələb  olunurdu.  İttifaq  inkişaf etmiş  ölkələr­
dən “yarımdalğa” v ə ya 20-25  il geri qalırdı.  Eyni zamanda, dalğa­
lar arasındakı məzmun fərqləri də nəzərə alınmalıdır:  hesab olunur 
ki,  beşinci  dalğa postindustrial  cəm iyyətə  təsadüf edir,  burada c ə ­
miyyət  heyatının  əsas  cəhətlərini  sənayedən  daha  çox  elm  və  in­
formasiya müəyyənləşdirir,  bunlar cəm iyyətə yeni  keyfiyyət verir. 
İnkişaf  etmiş  ölkələr  qrupu  neokonservativ  inqilab  yollarındakı 
böhranı  d ə f etmişdir.  Cəm iyyət,  inkişafın  industrial  mərhələsinin 
dəyişikliklərini  dirçeldilmiş  mühafizəkar normalar  sisteminə  daxil 
etmiş və bununla da, sistemdənkenar hərəkatların əleyhinə çıxdıq­
ları  təsisatlara  həyat  vermişdir.  Beləliklə,  elitanın  milli  mənafeləri 
v ə  milli cəmiyyətin inkişaf vəzifələrini dərk etməsi  sayəsində ins- 
titusional  dəyişikliklər  daha idarə edilən  olmuşdur.
29


Qeyd etmək lazımdır ki, qərəzsiz tədqiqatçı sovet sənayeləşdir- 
m əsində sonralar “haqlama inkişafı”  yolu ilə gedən digər ölkələrin 
əksəriyyətində  də  tətbiq  olunmuş  çoxsaylı  mühüm  elementlər  aş­
kara  çıxara bilər:  əhalinin  əsas  kütləsinin  həyat  səviyyəsi  son  də­
rəcə  aşağı  həddə  saxlanılırdı,  m illi  gəlirin  əksər  hissəsi  qeyri- 
mütənasib surətdə sərmayə ehtiyaclarına yönəldilirdi, fəhlə sinfinin 
sıraları  kəndlilər  hesabına  genişləndirilirdi,  təsərrüfat  siyasətində 
əsas  diqqət  ölkənin  nisbətən  müstəqil  inkişafının  mümkünlüyünü 
təmin  edən  ağır  sənayenin yüksəlişinə  yönəldilirdi.  Sovet  sənaye- 
ləşdirməsinin, onun ideoloqları üçün son dərəcə uğurlu illəri Qərb­
də  fəlakətli  iqtisadi  böhran  dövrünə  təsadüf  etmişdir  ki,  bu  da 
“inkişaf problemlərinin həllinin  sosialist üsullarının,  bir növ,  intel­
lektual  mötəbərliyini  on  illərcə  əv v əlcəd ən   təmin  etmiş,  onları 
“haqlama”  inkişafının  tələbləri  ilə  ü zləşən   ölkələrdə  ciddi  diqqət 
yetirilən v ə təqlid olunan obyektə  çevirm işdi” 12.
Lakin fazalar arasındakı fərqi aradan qaldırmaq, yəni irəli getmiş 
ölkələrə çatmaq,  əslində, mümkün deyildir, çünki hər bir sonrakı in­
kişaf fazasının dinamizmi əvvəlki fazadakından yüksəkdir. Bunun da 
nəticəsində “haqlama” inkişafı z ə if inkişafm fenomeninə çevrilir.
Sovet cəm iyyətinin inkişafdan qalması  təkcə iqtisadi səbəblər­
lə  deyil,  həm  də  ciddi  sosial  səbəblərlə  şərtlənirdi.  Sovet  dövləti 
mövcudluğunun  ilk  illərindən  nəinki  ümumi  siyasi-ideoloji  fikri, 
eləcə də sosial eyniliyi zorla tətbiq edirdi.  B elə siyasət, əslində, bü­
tün  az-çox  elitar qrupların -   fəhlə  sinfi  arasındakı  fəhlə  aristokra­
tiyasının,  ziyalılar  arasındakı  “burjua”  təbəqəsi  kimi  intellektual 
elitanın  məhv  edilm əsi  demək  idi.  Leninin  Maksim  Qorkiyə  gön­
dərdiyi  1919-cu  il  15  sentyabr  tarixli  məktubundan  aşağıdakı  sitat 
qeyri-legitim rejimə m üxalif mövqe  tutan  vətən elmi  v ə mədəniy­
yətinin ən yaxşı nümayəndələrinə sovet hakimiyyətinin əsil müna­
sibətinə parlaq sübutdur:  “Fəhlə və  kəndlilərin intellektual qüvvə­
ləri  burjuaziyanın  və  onun  elaltılarının,  özlərini  millətin  beyni 
hesab  edən  ziyalıcıqlann,  bu  kapital  nökərlərinin  devrilməsi  uğ- 
runda mübarizədə  artır və  möhkəmlənir.  Bu,  əslində,  beyin  deyil, 
p...dir”13.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
30
Ardıcıl surətdə aparılan repressiya siyasəti nəticəsində ziyalıla­
rın  sosial  keyfiyyətləri  pisləşir,  onların  ayn-ayn  qrupları  arasında 
təhsil,  ixtisas,  vəzifə  fərqləri  v ə   digər  fərqlər  aradan  qaldırılırdı. 
Struktur  getdikcə  daha  hamar  xarakter  alır  v ə  məhsuldar  əm əyə, 
peşəkarlığın  yüksəldilməsinə  stimul  yaratmırdı.  Bu  isə  bütün  c ə ­
miyyətin sosial dinamikasına ziyan vururdu.  Sovet Rusiyasında beş 
il  yaşamış  N.Berdyayev  xaricə  sürgün  edilməsindən  əvvəl  yazırdı 
ki, bolşevik inqilabı mühitində onu ən çox heyrətləndirən “üzlərin­
də  əvvəlkilərdən  fərqli  ifadələr olan yeni  sifətlərin peyda olması­
dır... Yeni antropoloji tip peyda olmuşdur və onda əvvəlki rus sifət­
lərinin  xeyirxahlıq,  yayğmlıq,  bir  qədər  qeyri-müəyyənlik  kimi 
cizgiləri  daha yoxdur.  Bunlar tərtəmiz  qırxılmış,  öz  ifadəsinə görə 
sərt,  həm ləvər  və  fəal  sifətlər  idi”.  Daha  sonra:  “Yeni  antropoloji 
tip  müharibədən  çıxmışdı,  bolşevik  kadrlarını  da  müharibə  ver­
mişdi” 14.
Cəm iyyətdə partiya nomenklaturası  adlanan kadrların rolu təd­
ricən  güclənirdi.  Onlar  sərt  siyasi  nəzarət  altında  v ə  dəqiq  m üəy­
yən  edilmiş  meyarlar  əsasında  seçilirdi.  Başlıca  meyarlar  sosial 
mənşə, partiya mənsubiyyəti, karyeranın tipi idi.  Nomenklatura so­
vet cəm iyyəti üçün ənənəvi elitaya -  partiya-dövlət iyerarxiyasının 
rəhbər  işçiləri  ile  təmsil  olunan  elitaya  çevrilmişdi,  onların  təyin 
edilməsi tamamilə Sov.İKP M K-nın səlahiyyətində  idi.  Bu baxım­
dan totalitar keçmişimizin bezi  sosial-psixoloji cəhətlərindən daha 
ətraflı söhbet açmaq  istərdik.
Sovet  dövrü  təkcə  em ək  kollektivinin  fərd  üzərində  hərtərəfli 
nəzarəti,  həm  siyasi  hakimiyyəti,  həm  de  ümumən  dövləti  təmsil 
edən partiya nomenklaturasınm cəm iyyət üzərində hərtərəfli nəza­
rəti ile deyil,  eləcə de fərdin özünün spesifik rolu ile  səciyyələnir­
di.  Sovet adamının sosial mahiyyəti və siyasi  fəallığı  iki  əsas amil­
lə m üəyyən edilirdi. Ə w e la , onun hakim piramidada vəziyyəti, no- 
menklatur  statusu  ile.  İkincisi,  insan  ancaq  kollektivin — sovet  c ə ­
miyyətinin  nüvəsini  təşkil  edən  ilk  istehsalat  özəyinin  üzvü  kimi 
ictimai-siyasi  fəallıq gösterə bilərdi.
________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
31


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə