Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


maneələrin  aradan  qaldırılması  kimi  təsəvvür  edirlər.  Digərləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə3/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   ...   115

maneələrin  aradan  qaldırılması  kimi  təsəvvür  edirlər.  Digərləri 
yeni
 beynəlxalq nizama neototalitarizmin ilk nümunəsi kimi  baxır­
lar.  Hər necə  olsa da,  dünyada çox dərin  transformasiya prosesləri 
məhz  bu  ümid  və  qorxuların  yanaşı  mövcudluğunun  təsiri  altında 
baş verir.
Yeni  dünya nizamı yaradılmasının  əsas  meyarlarını,  ola  bilsin, 
hələ də yaxşı  ayırd etmək olmur,  lakin yaxın gələcəkdə daha  fira­
van və sabit dünya birliyi qurulmasının real meyilləri getdikcə daha 
aydın təzahür edir.
Bununla yanaşı,  müasir dünyada  sosial cəhətdən müdafiə edil­
miş iqtisadiyyatın bərqərar olması prosesi də gedir ki, bu iqtisadiy­
yat da m üxtəlif təsərrüfat subyektlərinin mənafelərinin uyğunlaşdı- 
rılmasma,  sərvətlərin  bölgüsü  zamanı  iqtisadi  səmərəliliklə  sosial 
ədalət  arasında  tarazlığın  tapılmasına  kömək  edir.  Qloballaşma 
beynəlxalq  hüququn  getdikcə  yeni-yeni  subyektlərini  özünə  cəlb 
edərək, milli iqtisadiyyatları vahid ümumdünya sisteminə -  kapita­
lın  yerdəyişməsinin  əvvəllər  ağlagəlm əz  asanlığına,  dünyanın  in­
formasiya üçün indiyədək görünməmiş açıqlığına, sənayecə inkişaf 
etmiş ölkələrin malların və kapitalın sərbəst hərəkəti prinsipinə tə­
rəfdar olmasına,  kommunikasiya yaxınlığına, planetar elmi-texniki 
v ə  texnoloji  inqilaba,  millətlərarası  inteqrasiyaya,  təhsilin  beynəl­
m iləlləşm əsinə  və  digər  amillərə  əsaslanan  sistemə  inteqrasiya 
edir.
Yeni əsrin astanasında dünya inkişafının daha bir ilkin şərti  xa­
rici və daxili siyasətdə, qrup münasibətlərində və şexsiyyetlərarası 
münasibətlərdə  qeyri-zorakılıq  v ə  demokratik  razılıq  prinsipinin 
bərqərar olmasından ibarətdir. N ə  qədər kədərli olsa da, təcavüz və 
zorakılıq bəşəriyyətin əbədi yol yoldaşı olmuşdur. Ötən beş əsr ya­
rımlıq dövrü təhlil etdikdə biz dəhşət içində  xatırlatmalı  oluruq  ki, 
həmin dövr ərzində  dünya cəmi 292  il  müharibesiz yaşamışdır.
İnsan faciələri və tələfatı ile müşayiət olunan zorakılıq, təcavüz, 
müharibə  və  münaqişələr,  hegemonçuluq  cəhdlərinin  güclənməsi 
ile  yanaşı,  insan  həyatının  adi  gündəlik  güzəranına  çevrilmişdir. 
Üstəlik,  bu  zorakılığa  haqq  qazandırmağa  çalışan  və  bütün  böyük
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
12
ö n  söz
tarixi  hadisələrin  müharibələrlə,  münaqişələrlə,  çevrilişlərlə  mü­
şayiət  olunduğunu  iddia  edən  adamlar  həm işə  tapılmışdır.  İnsanı 
həqarətlə  “fovqəlşimpanze”  adlandıran  Fridrix Nitsşe hesab  edirdi 
ki,  zorakılıq  insanlara  xas  olan ünsiyyət üsuludur.  Ziqmund  Freyd 
təcavüzkarlığı  insan  davranışının  defedilməz  cəhəti  hesab  edirdi. 
Maltusun təbliğ etdiyi  insananifrət nəzəriyyəsinə  görə, “insanların 
mütləq  çoxluğu”  mövcuddur  v ə  “əhali  məskunluğunun  təbii  qa­
nunu” deyilən qanun var. Nobel mükafatı  laureatı, Avstriya bioloqu 
Konrad Lorens açıq-aşkar iddia edirdi ki,  növdaxili təcavüzü müa­
sir mədəni-tarixi  və  texniki  inkişaf şəraitində bəşəriyyəti  h ədələ­
yən  ən ciddi təhlükə hesab etmək üçün sanballı  əsaslar var1.
İkinci  Dünya  müharibəsi,  sonra  isə  ABŞ  və  SSRİ-nin  Avro­
pada,  Koreya,  Vyetnam,  Əfqanıstan və  Yaxın  Şərqdə,  Yer kürəsi­
nin diger hissələrində nüfuz dairəsi uğrunda apardıqları son dərəcə 
amansız mübarizə,  ikiqütblü  dünya siyasətinin  münaqişə kimi  başa 
düşülməsi,  əslində, bütün xalqlara və dövlətlərə təsir göstərmişdir. 
T əəssü f ki, bir dövlətin amirliyine əsaslanan təkqütblü dünya niza­
mının  doğurduğu təhlükələrin  lazımınca başa düşülmemesi v ə on­
lara,  bəlkə  de,  etinasızlıq  gösterilməsi  bu  gün  de  yeni  münaqişəli 
qarşıdurmaya əsas  ola bilər.
Dünya  təxminən  iki  yüz  bərabərhüquqlu  tərəfdaşdan  ibarətdir, 
özü  de  aydındır ki,  hüquq  bərabərliyi  iqtisadi  və  siyasi  təsir gücü, 
hərbi  üstünlüklə  m üəyyən  edilərsə,  onların  həqiqi  hüquq  bərabər­
liyi  tam  şəkildə gerçəkləşə bilm əz.  Dünya birliyi  gələcək nəsillə­
rin  həyatı  üçün  daha  təhlükəsiz  v ə  qayda-qanunlu  məkanın  təmin 
edilməsi naminə daxili  inteqrasiyada maraqlı  olmalıdır.
Azərbaycan  da  istisna  təşkil  etmədi  və  təcavüzün,  zorakılığın 
v ə soyqırımın nə demək  olduğunu XX əsrdə tamamilə gördü.  Ölkə 
ərazisinin 20 faizi  erməni təcavüzkarları tərəfindən işğal olundu ki, 
bu da Azerbaycanda bir milyon  məcburi köçkünün və qaçqının ya­
ranmasına  gətirib  çıxardı.  Dünya  birliyinin  vəziyyəti  beynəlxalq 
hüquq prinsipləri əsasında həll  etmək səylərinə baxmayaraq2, Dağ­
lıq  Qarabağ  münaqişəsi  bütün  postsovet  məkanında  ən  mürəkkəb 
münaqişə  olaraq  qalır  v ə  Azərbaycanın  milli  faciəsidir.  Bununla
13


yanaşı,  onun həll edilməmiş  qalması beynəlxalq birliyin  fəaliyyət­
sizliyinin göstəricisidir, o mənada ki, zərər çəkmiş tərəf onu m üəy­
yən səbəblərə görə maraqlandırmır v ə narahat etmir. Digər tərəfdən, 
bu,  zərərçəkənin v ə   təcavüzkarın  m üəyyən  edilməsi  m əsələsində 
dünya  siyasətində  h ələ  də  mövcud  olan  ikili  standartların  göstəri­
cisidir.
Bəşəriyyətə zorakılığı insan təbiətinin heç də labüd atributu he­
sab  etməyən  dahi  şəxsiyyətlərin  adlan  da  yaxşı  məlumdur.  Lev 
Tolstoy  və  Mahatma  Qandidən  tutmuş  Martin  Lüter  Kinqə,  Erix 
Fromm v ə Roma Papası II İohann Pavelədək bir çox məşhur mütə­
fəkkirlər  hesab  etmişlər  ki,  təcavüz,  zorakılıq,  dağıdıcılıq  tarixin 
heç də əbədi “yol yoldaşı” deyildir v ə insanlar arasında münasibət­
lərdə əsla apancı rol oynamır. M əhz yeni əsrdə qeyri-zorakılıq eti­
kası artıq sadəlövh-utopik etika deyildir v ə  etik fikrin mərkəzi ele­
mentlərindən  birinə,  yaşamaq  vasitəsinə  çevrilir.  Kobud  fiziki 
qüvvə,  qarşıdurma,  müharibələr  öz  yerini  həqiqətin  və  haqq-əda­
lətin gücünə əsaslanan siyasətə verir.  Çəkindirmə siyasəti qarşılıq­
lı  surətdə faydalı əməkdaşlıq siyasəti  ilə əvəzlənir.  Sülh m ədəniy­
yəti  sivilizasiyalar arasında dialoqun  əsasına çevrilir.
İndi dünyada insanların m ənəvi həyatında -  həm dünyəvi, həm 
d ə  dini  həyatında  birləşdirici  proseslər,  inteqrasiya prosesləri  get­
dikcə daha qətiyyətlə təzahür edir. Müasir humanist ideyaları, liberal 
v ə  sosialist fikri, katolikliyi, pravoslavlığı və  islamı,  Qərb  mentali­
tetini  və  Şərq  etiketini  birləşdirə  biləcək  amillərin  gərgin  axtarışı 
gedir.  Artıq Vatikan  1054-cü ildən  başlanan  təfriqənin aradan qal­
dırılması yollarını axtarmağı Pravoslav kilsəsinin iyerarxlarına tək­
lif  etmişdir.  Sosial-demokrat  liderlər  kommunistlər  v ə  mühafizə­
karlarla təmas  nöqtəsi  tapmağa çalışırlar.
Mədəni  dünyada  hər  bir  etnosun  müstəqilliyi  və  nadirliyi,  hər 
bir mədəniyyətin fenomenləri qorunub saxlanılmaqla, etnoslararası 
v ə  mədəniyyətlərarası  inteqrasiya güclənir.
G ələcək  sivilizasiyanın  modelinin  axtarışı  sahəsində  nəzərə- 
çarpan  irəliləyişlər  intellektual  inqilabın  yaxınlaşdığını  göstərir. 
Müasir  dövrün  görkəmli  alimlərinin  fikrincə,  dünya  Yeni  Kainat,
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
14
ö n  söz
yeni Təbiət strukturlarının kəşfinin astanasındadır v ə  indi insan  in­
tellekti yenidən əqli məmnunluq vəziyyətindən fəal təəccübləndir­
mə və heyrətləndirmə vəziyyətinə keçir.
Bütün bunlar yeni əsrin tələbləri və üçüncü minilliyin konturla­
rıdır.  Hər bir ölkənin dünyada yeri, hər bir subyekt üçün guşə ayrı­
lan və nə qaliblərin,  nə də məğlubların olmadığı vahid qlobal dün­
ya nizamı qurulması prosesində rolu həmin ölkənin bu tələblərə nə 
dərəcədə adekvat cavab verə bilməsindən asılı olacaqdır.  Hərçənd, 
ola bilsin ki, bu cür nizam ideyasının özü çoxlarına utopik,  cəfəng, 
virtual görünəcəkdir.  Biz real dünyanı elə bir məkan kimi təsəvvür 
edirik  ki,  burada  hər  bir  oykumen  öz  təhlükəsizliyini  yadlardan 
qorumağa  qadir  olacaq,  qarşıdurmasızlıq  idealı,  ayırıcı  xətlərin, 
münaqişə  ocaqlarının  olmaması  və  bir  dövlətin  digəri  üzərində 
hökmranlığa can atmaması  əsas tutularaq dinc birlik qurmaq imkanı 
heyata keçirilir.
Azərbaycan yeni zəmanənin tələblərinə etinasızlıq göstərə, hər 
bir  dövlətin,  millətin,  etnosun  v ə   hətta  şəxsiyyətin  mənafelərinə 
toxunan  proseslərdən  kənarda  qala  bilməz.  G ələcəyin  qlobal  c ə ­
miyyətində layiqli yer tutmaq üçün bütün xalq,  ilk növbədə,  siyasi, 
iqtisadi  və  elmi  elitamız  böyük  soy  göstərməlidir.  Eyni  zamanda, 
biz qloballaşma kimi çox mürəkkəb hadisənin bütün aspektlərini de 
nəzərə  almalıyıq.  Yadda  saxlamaq  lazımdır  ki,  qloballaşmanın 
müsbət məqamları  ile  yanaşı,  xeyli mənfi cəhətləri  de  var.  Burada 
söhbet kütləvi qırğın silahı istehsalı üçün yararlı material və texno­
logiyaların  ölkədən  nəzarətsiz  surətdə  aparılmasından;  dövlətlərin 
münaqişə  və  müharibələrə  səbəb  olan  erazi  iddialarının  meydana 
gəlməsindən;  dözümsüzlüyə  v ə   etnik  təm izləm ələrə  gətirib  çıxa­
ran  millətçiliyin  v ə  dini  ekstremizmin  artmasından;  texnogen  və 
ekoloji  fəlakətlər  təhlükəsindən;  idarə  edilməyən  miqrasiya  pro­
seslərindən, narkobiznesdən,  beynəlxalq terrorizmin güclənməsin­
dən,  silah v ə  adam alverindən v ə   şairədən gedir.
Yeni  dünya  nizamının  təşəkkülü  perspektivini  nəzərə  almağın 
zəruriliyi  belə  bir  real  faktı  inkar  etmir ki,  bu  gün  formalaşmaqda 
olan Azerbaycan cəmiyyətinin mahiyyəti milli  siyasətlə, milli teh-
15


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə