Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Qeyri-qərb tradisionalist cəm iyyətlərdə  demokratiya mümkündür­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə6/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   ...   115

Qeyri-qərb tradisionalist cəm iyyətlərdə  demokratiya mümkündür­
mü,  əgər  mümkündürsə,  onda  bizim  üçün  kimin  təcrübəsi  daha 
məqbuldur?  Bizdə dövlət quruluşunun real transformasiyası varmı, 
yoxsa  bu,  bir “izm in”  digəri  üzərində  ancaq  nominal  qələbəsidir? 
Ümumiyyətlə, biz demokratiyaya bir panaseya kimi baxmalı v ə  de­
mokratikləşdirmənin Qərb nümunələrini tərifləməliyik, yoxsa,  c ə ­
miyyəti öz ənənələrim iz və Azərbaycan sosiumu mentallığmın m a­
hiyyət  xarakteristikaları  əsasında  demokratikləşdirməyə  çalışmaq 
lazımdır? Gördüyümüz kimi, problem mahiyyətli m əsələlər çoxdur.
Keçmişə müraciət edərkən,  SSRİ kimi fövqəldövlətin dağılm a­
sının heç  də  təkcə  siyasi,  sosial  və  ideoloji  səbəblərini  araşdırmaq 
lazım deyildir.  İri dövlətlərin, imperiyaların, sivilizasiyaların süqu­
tunun labüdlüyünü başa düşmək üçün ən mühüm m əsələ bu prose­
sin  iqtisadi  determinantınm  təhlilidir.  Ona  görə  də  SSRİ-nin  iqti­
sadi  vəziyyətinin  elə xüsusiyyətlərini  nəzərdən keçirmək  lazımdır 
ki, onlar iqtisadiyyatın tədricən tənəzzülə uğramasına səbəb olm uş 
və nəticə  etibarilə,  keçmiş  sovet respublikalarında siyasi proseslə­
rin  gedişinə  təsir  göstərmişdir.  Əlbəttə,  iqtisadi  determinizmə  u y ­
maq v ə  bütün  siyasi  proseslərin  yalnız  iqtisadiyyatın  vəziyyəti  ilə  
bağlı  olduğunu iddia  etmək  düzgün  olmazdı.  Artıq  1980-ci  illərdə 
qloballaşma sürətlənməyə başlayır və  beləliklə  də,  sovet məkanı­
nın qloballaşmanın cazibə sahəsinə “daxil olması”, bazar iqtisadiy­
yatına v ə  demokratiyaya keçmək ancaq zaman m əsələsi  idi.
Əgər  indi,  bizim  üçün  belə  məsul  tarixi  məqamda  SSR İ-de 
mövcud  olmuş  cəm iyyət  tipini  müəyyənləşdirməyə  cəhd  göstər­
sək, onda, zennim izcə, bunları demək lazım gelər:  SSRİ-də sosial- 
iqtisadi  modernləşdirmənin məhsulu olan və bir sıra səciyyəvi  xü­
susiyyətlərə malik industrial  cəm iyyət təşəkkül  tapmışdı.
Sovet  modemləşdirməsinin  əsas  xüsusiyyəti  bundan  ibarət  idi 
ki, o, totalitar qaydada -  kapitalizmə “çatmaq və onu ötüb keçm ək” 
v ə bununla da sosializmin m isilsiz üstünlüklərini və nadir tarixi ro­
lunu dünya ictimaiyyətinə sübut  etmək niyyəti  ilə şərtlənən statis­
tik  metodlarla  həyata  keçirilirdi.  Sosializm  isə  öz  üstünlüklərini 
düşmən  əhatəsi  və  aramsız  müharibə  təhlükəsi  şəraitində  sübuta
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
24
yetirməli  və  gerçəkləşdirməli  idi.  Bu  təhlükə,  əsasən,  bütün  dün­
yaya bəyan edilən və uzun onilliklər ərzində sovet dövlətinin fikri- 
zikrindən  çıxmayan  (idee-fixe)  strateji  m əqsədlə,  dünya  sosialist 
inqilabına, -  onun haqqında bir vaxtlar V.İ.Lenin v ə silahdaşlan çox 
danışmış və çox yazmışdılar, -  nail  olmaq niyyəti  ilə bağlı idi.
Leninə en yaxın olmuş sovet rəhbərlərindən biri, İ.Stalinin əmri 
ilə   ölkədən  didərgin  salınmış  və  Meksikada  qətlə  yetirilmiş
L.Trotski IV Beynəlmiləlin təsis konqresinin çağırılmasına həsr et­
diyi məqalədə yazırdı:  “Dünya tarixinin, bəlkə də,  heç bir digər si­
yasi  cərəyanının üzləşm ədiyi  çox  güclü  təqiblərə  məruz qalan  ba­
rışmaz  inqilabi  cərəyan  öz  gücünü  yenidən  göstərdi.  O,  bütün 
maneələri  d əf  edərək,  qüdrətli  düşmənlərin  zərbələri  altında  öz 
beynəlxalq  müşavirəsini  topladı.  Bu  fakt  beynəlxalq  bolşevik-le­
ninçilərin  derin  heyat  qabiliyyətinə  və  yenilməz  qətiyyətə  malik 
olduğuna sehvsiz sübutdur...  Beynəlxalq inqilabi qərargahı bir yerə 
toplamaq üçün proletar avanqardının beynəlxalq əlaqəsini, həqiqə­
tən,  son  dərəcə yüksək qiymətləndirmək lazımdır...”9.
Dünya inqilabı ideyası kommunist ideologiyasının təməlini təş­
kil edirdi.  Leninin siyasi opponentlərinden birinin  1910-cu ildə de­
diyi kimi,  günün 24  saatı  ərzində  inqilabla məşğul olan,  inqilabdan 
savayı  heç nə barəsində düşünməyən və dünya  inqilabını,  sosializ­
min qələbəsini hətta yuxuda da arzulayan  insanla  iş  görmək müm­
kün deyildir.  Həqiqətən de,  1917-ci ildə baş verən  inqilab bolşevik 
liderlərinin  inqilab  ehtirasını  əsla  azaltmadı.  Belə  ki,  N.Xruşşovun 
dediyi kimi, bolşevik “özünü hətta yuxuda  da bolşevik hiss edir” 10.
Əlbəttə ki, V.İ.Lenin  dahi  hakimiyyət texnoloqu idi.  Onun şəx ­
siyyətinə  ve  partiyada  roluna  qarşı  bütün  hücumlara  baxmayaraq, 
hətta postsovet dövründə  de  etiraf edilirdi  ki,  o,  şübhəsiz,  bolşevik 
partiyasının  yaradıcısı  olmuş  v e  inqilab  aləti  adlandırılan  aləti  ya­
ratmışdır.  Ancaq  oktyabr çevrilişi  baş  verdi  və  hakimiyyət  ələ   ke­
çirildikdən  sonra  aydın  oldu  ki,  bolşevik  zirvələrindən  baxanda 
ölkənin gələcəyi hətta Leninin özü tərəfindən de kifayət qeder du­
manlı görünür. Qarşıya  suallar çıxır ki,  necə  idarə  etməli və haraya 
istiqamət  götürməli?  M əhz  həmin  mərhələdə  Leninin  bu  bəyanatı
_________
1 fəsil  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
25


səslənm əyə  başlayır ki,  dövləti  istənilən  aşpaz  qadın  da  idarə  edə 
bilər.  Müasir dünyada dövlətin yeri v ə  rolu barədə,  Leninin “D öv­
lət və inqilab”  əsəri ilə yanaşı, onun geniş yayılmış belə bir ifadəsi 
və nadir  formulu qalmışdır ki,  qurulmalı  olan kommunizm cəm iy­
yəti “sovet hakimiyyəti üstəgəl  elektrikləşdirmə”dən ibarətdir.
Ölkədə  iqtisadi  inkişaf yolunun  seçilm əsində bolşeviklərin heç 
bir aydın  mövqeyi  yox  idi.  Yalnız  Trotski  başda olmaqla “sollar”a 
və  Buxarin  başda  olmaqla  “sağlar”a  bölgü  vardı.  M ünsif  rolunu 
Stalin öz üzərinə götürdü.  “Sollar”ın  da,  “sağlar”ın da  Stalin tərə­
findən  darmadağın  edilməsini  Trotski  Stalin  bürokratiyasınm  küt­
lələr  üzərində  qələbəsi  kimi  qiymətləndirdi.  Daha  seçim  azadlığı 
yox idi, seçimi  Stalin edirdi.  1930-cu ilədək ölkədə iqtisadi inkişa­
fın  olduqca  qeyri-adi  modeli  formalaşdı.  Bolşevizmin  tənqidçiləri 
bunu çox vaxt dövlət kapitalizmi adlandırırdı.  Üçüncü beşillik plan 
istehsalın  adambaşına  düşən  səviyyəsin ə  görə  inkişaf etmiş  ölk ə­
lərə  çatmaq  və  onları  ötüb  keçməyi  qarşıya  məqsəd  qoymuşdu. 
SSRİ-de  istehsalın artması  ilə yanaşı,  qısa müddət  ərzində partiya 
bürokratiyası  da  formalaşmağa  başlayır  v ə  hakimiyyət,  əslində, 
məhz onun əlində cəmləşir.  Sistemin özü isə elə formalaşırdı ki,  o, 
texnokratik  sistemə  çevrilirdi.  Məhsuldarlıq  və  səmərəlilik  siste­
min əsas məqsədləri  elan olunmuşdu.  Statistikanın gösterdiyi kimi, 
sovet planlarının yerinə yetirilməsi tədricən son m əqsədə çevrilir­
di və nə həyatın  keyfiyyətcə  yeni  səviyyəsinə nail  olmaqla,  nə  də 
dünya iqtisadiyyatında hökm sürən proseslərlə əsla bağlı deyildi.
Sübut etməyə lüzum yoxdur ki, düşmən əhatəsi şəraitində döv­
lət qurmaq v ə iqtisadiyyatı  inkişaf etdirmək niyyəti dövlət idarəçi­
liyi  metodlarında  özünü  aydın  şəkildə  büruzə  verirdi.  Kapitalizmə 
“çatmaq  və  onu ötüb  keçmək”  kimi  gurultulu  şüar sosializmin  üs­
tünlüklərini  nümayiş  etdirsə de,  əslində,  sağ qalmaq üçün verilmiş 
direktiv idi v ə bu, modernləşdirmə proseslərində, ilk növbədə, xalq 
təsərrüfatının  senayeləşdirilməsinde  silinməz  iz  buraxırdı.  SSRİ- 
de  sənayeləşdirme  məcburi  xarakter  daşıyır,  xarici  təzyiq  altında, 
ekzogen  amillərin  üstünlüyü  şəraitində  heyata  keçirilirdi.  Dünya 
sosialist inqilabına bəslənilən ümidlər boşa çıxdıqda, sovet rəhber-
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
26
liyində  “ayrıca  götürülmüş  bir  ölkədə”  sosializm  qurmaq  ideyası 
yarandı.  Bu  ideya  “ilkin  sosialist  yığım ı”nın  en  sərt  və  amansız 
üsulları  tətbiq olunmaqla,  ötən əsrin 20-30-cu  illərində zəhmətkeş 
kəndlilərin mülkiyyətdən məhrum edilməsi, kəndlərdən resursların 
elliklə  və  zorakılıqla  aparılması,  islah-əm ək  düşərgələrində  m əc­
buri  əmək  və  s.  hesabına  sənayeləşdirməni  sürətləndirməyə  çox 
kömək etdi.
İkinci  Dünya  müharibəsindən  sonra  cəmiyyətin  və  dövlətin 
modernləşdirilməsi  hərbiləşdirmə yolu  ilə  getməkdə  davam edirdi 
ki, bu da həyat səviyyəsi  aşağı  olan cəm iyyət üçün  əlavə çətinlik­
lər yaradırdı. Postsovet məkanındakı bir çox suveren dövlətlər iqti­
sadiyyatın  mülki  sahələrinin,  istehlak məhsulları  istehsalının  yetə­
rincə  inkişaf etməməsindən  indiyədək  əziyyət  çəkirlər.  Xammal 
ehtiyatlarının  olduqca  böyük  həcmdə  hasilatına  və  ixracına,  daxili 
bazarda  məcmu  tələbin  daim  azaldılmasına  yönəldilmiş  siyasət 
özünü  doğrultmadı.  Halbuki  hələ  1926-cı  ildə  L.Trotskinin  və 
G.Zinovyevin  “fövqəl  senayeləşdirme”yə  çağırışlarını  rədd  edən 
N.Buxarin,  A.Rıkov,  İ.Stalin  v ə  onların  tərəfdarları  iddia  edirdilər 
ki,  senayeleşdirmənin  sürətinin  yüksək  olmamasında  dəhşətli  bir 
şey  yoxdur.  “Ümumittifaq  ağsaqqalı”  M.Kalinin  hətta  deyirdi  ki, 
Lenin guya vəsiyyət etmişdi:  proletar köhləninə çox tez minməyin, 
kəndli yabısının belində bacardıqca çox  qalın.
Təbii ki,  SSRİ-nin aşağı sürətlə inkişafı və sovet mallarının rə­
qabət qabiliyyətli  olmaması  ona  gətirib  çıxarmışdı  ki,  sovet  iqtisa­
diyyatı  xarici  amillərdən  getdikcə  daha  çox  asılı  vəziyyətə  düşür­
dü, kapitalizmə “çatmaq və onu ötüb keçmək” niyyəti  isə SSRİ-nin 
tarixi  taleyinə  çevrilirdi.  N.Xruşşovun  təkidi  ile,  A B Ş-ın  iqtisadi 
inkişaf göstəriciləri gələcək nailiyyət oriyentirləri kimi  Sov.İKP-nin 
III  Proqramı  və  sonrakı  beşillik  planlar  üçün,  faktiki  olaraq,  əsas 
kimi  götürülmüşdü.
Tanınmış  sovet  alimi,  iqtisadçı,  “Kondratyevin  uzun  dalğaları” 
v ə   ya  “Kondratyevin  konyunkturasının  böyük  silsilələri” "  nəzə­
riyyələrinin  müəllifi  N.Kondratyevin  (1892-1938—
ci  illər)  əsərlə­
rindən  istifadə  edərək,  SSRİ-nin  inkişafını  “Kondratyev  dalğa-
_______
I  fəsil  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
27


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə