Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Təbii ki,  nomenklaturaya heç  də  bütün cəm iyyət  daxil  deyildi



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə8/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   4   5   6   7   8   9   10   11   ...   115

Təbii ki,  nomenklaturaya heç  də  bütün cəm iyyət  daxil  deyildi. 
Lakin  bu təbəqə  olduqca  böyük  idi  v ə   kifayət  qədər  çoxlu  adamı 
əhatə  edirdi,  çünki  istənilən  ictimai  statusa  v ə  peşə  statusuna  no- 
menklatura  donu  geydirilmişdi,  o,  fikrən  hakimiyyət  piramidasına 
bağlanmışdı  v ə   vəzifədə  irəliləm ək  üçün bu  piramidada  olan  im­
kanlar  baxımından  qiymətləndirilirdi.  İnsana  qiymət  verilərkən 
onun  təkcə  peşə  və  ya  təşkilatçılıq  qabiliyyəti  deyil,  həm   də  no- 
menklatura  potensialı  nəzərə  almırdı.  Nomenklaturadan  kənarda 
olan  v ə  nomenklatura  xarakterli  təsir  vasitələrinə  malik  olmayan 
fərd öz ölkəsinin həyatına hansısa şəkildə real təsir etmək imkanını 
itirirdi.  İnsanın  kamilləşməsində,  əqidələrinin  formalaşmasında, 
şəxsiyyət kimi  onun özünü  göstərə  bilm əsi  formalarının  m üəyyən 
edilməsində m əhz həmin hal  əsas rol  oynayırdı.  Fərdin həyat fira- 
vanlığı  v ə  gələcəy i  onun  əm ək  kollektivində,  partiya  təşkilatında 
tutduğu  mövqedən,  siyasi-dövlət  v ə   ya  təsərrüfat  elitasının  tərki­
binə  inteqrasiyasının  dərəcəsindən,  nəhayət,  ideoloji  norma  və 
göstərişlərə kor-koranə  sadiqliyindən bilavasitə asılı idi.
İnsan  keçmişə  nəzər  saldıqda  çox  şeyə  başqa  cür  baxır.  Tarix 
nəinki  əvvəllər  sarsılmaz  v ə  aşkar  hesab  edilən  bir  çox  şeylərin 
mahiyyətini yenidən açmağa, həm də bütöv bir nəslin dəyərlər sis­
temini  dəyişdirm əyə qadirdir.  D övlətin totalitar xarakterinin konk­
ret fərdin və ya adamlar qrupunun ictimai proseslərə təsirini, əslin­
də, mümkünsüz etdiyindən danışarkən, Heydər Ə liyev kimi  liderin 
təcrübəsinə müraciət etmək istərdik.
Son  dərəcə  müstəqil  insan  olan  Heydər  Ə liyev  kənardan 
-   “mərkəz”dən,  Kremldən  gələn   təzyiqi  həm işə  kəskin  şəkildə 
hiss  edirdi.  Respublika  rəhbərinin  v ə   onu  dəstəkləyən  insanların, 
“merkez”in  fikrincə,  sovet  dövlətinin  “milli  siyasətinə”  zidd  olan 
layihələri  v ə  təşəbbüsləri  necə  çətinliklə  həyata keçirdiklərini  so­
vet dövründə  yaşayıb  işləmiş,  indi  isə  yaşlı nəsle  aid edilən adam­
ların  çox  az qismi təsəvvür edə  bilər.  Amma,  nə gizlədəsən,  Hey­
dər  Əliyevin  sovet  dövründə  ali  m əqsəd  və  məramı  Azərbaycanı 
heç  də  təkcə  müttəfiq  respublika  kimi  möhkəmlətmək  deyildi.  O, 
sanki  g ələcəyi  öncədən  görərək  v ə  sonrakı  hadisələrin  gedişini
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
32
modelləşdirərək,  Azərbaycan  dövlətçiliyinin  müstəqil  mövcudluq 
şəraitində fəaliyyət göstərməsi üçün ilkin zəmin yaradırdı. Özü də, 
respublika  rəhbərliyinin  fəaliyyətinin  “merkəz”in  göstərişləri  ilə 
ciddi şəkildə tənzimləndiyi bir şəraitdə.  Xatırlatmaq istərdik ki, bu 
cür  tənzim ləmə  daimi  v ə  hərtərəfli  səciyyə  daşıyır  və  təkcə  xid­
məti m əsələlərlə məhdudlaşdırılmırdı. B əzən göstərişlər rəhbər iş­
çinin  şəxsi həyat dairəsinə də toxunurdu.
Sosial  mobillik probleminə  qayıdaraq  qeyd edək ki,  sovet ada­
mının həm karyera baxımından, həm də sosial cəhətdən yüksəlmək 
imkanı vardı, amma bunun üçün ölkənin hər on nəfər yaşlı sakinin­
dən birini  öz  sıralarında  birləşdirən  hakim  Sovet  İttifaqı  Kommu­
nist Partiyasının üzvü olmaq lazım idi.  Şəxsiyyətin həqiqi azadlığı, 
rəsmi  ideologiya  çərçivəsindən  kənarda  yaşamaq  cəhdi  nəinki  al­
qışlanmırdı,  həm  də  real  olaraq,  en  ciddi  mənfi  nəticələrə  gətirib 
çıxara bilərdi. İnsanın özünü dəyərlərin və göstərişlərin qəbul edil­
miş sistemindən kənarda tapmaq üçün göstərdiyi hətta z ə if cəhdlər 
də  aşkar  müxalifətçilik  təzahürü  kimi  qiymətləndirilirdi.  İnsana 
“hakimiyyət piramidasından  kənar,  kollektivlə  əlaqədən  kənar  və 
hətta  ictimai  faydadan  kənar,  onun  özünə  isə,  müstəqil  və  özlü­
yündə  qiyməti  olan  fərd” 15  kimi  baxmaq  tamamilə  qeyri-məqbul 
sayılırdı.
Adi  vətəndaş olan  insan heç  bir ictimai nüfuza malik deyildi  və 
əslində,  heç  nə edə  bilməzdi.  İnsanın  ictimai  deyəri  və  nüfuzunun 
səviyyəsi bilavasitə bürokratik aparatın mövqeyindən asılı idi. Hət­
ta Sov.İKP MK Siyasi  Bürosunun üzvü,  nazir və ya hər hansı digər 
vəzifəli  şəxs  vəzifəsindən  gedəndə,  yaxud  bu  və  ya  digər  səbəb­
lərə, -  obyektiv  və  ya subyektiv səbəblərə  görə, -  işdən  çıxarılan­
da  təkcə keçmiş  iş  yoldaşları  üçün  deyil,  ümumen,  cəm iyyət  üçün 
de bir andaca arzuedilmez şəxsə çevrilirdi.  Çoxları öz ətrafında ya­
ranan ictimai  boşluğa dözm əyərək, heyatdan gedirdi.
Sovet dövlətinin totalitar mahiyyəti təşəkkül  tapmış nomenkla­
tura sistemindən kənarda qalan fərdin ictimai  fəallığa göstərdiyi hər 
cür  cəhdlərin  qarşısının  alınmasında  əyani  şəkildə  təzahür  edirdi. 
Fərd  kollektivin  bir  hissəsi  idi  və  onun  vətəndaş  mövqeyi  yalnız
_________
I fəsil.  SSRİ-nin dağılması

yeni reallıqlar və yeni imkanlar
33


kollektivdə  ifadə  oluna bilərdi,  sosial  fəallığı v ə   özünütəsdiqi yal­
nız  burada  gerçəkləşə  bilərdi.  Bununla  yanaşı,  bu  fəallığın  və 
özünütəsdiqin  hədləri  dəqiq  göstərilmişdi:  “təşəbbüskarlıq  cəza- 
landınlandır”,  “rəis bilən yaxşıdır” -  ötən illərin bu geniş  yayılmış 
“həqiqətlər”i nəinki hətta kollektiv çərçivəsində fəaliyyət göstərən 
fərdin müstəqilliyini boğurdu, həm də bütün kommunist sisteminin 
dərin  mahiyyətini  təcəssüm   etdirirdi.  Bu  sistem  nonkonformizmi 
və  müxalifətçiliyi  qəti  şəkildə  rədd  edirdi,  ideya  plüralizmini  isə 
pozuculuq amili  sayırdı.
Sovet quruluşuna xas  olan kollektivizm,  yuxanda qeyd  edildiyi 
kimi,  o demək idi ki, fərdin sosial fəallığı ancaq kollektivin vasitə­
silə,  onun  tərkibində,  onun  qanunları  ilə  v ə  onun  nəzarəti  altında 
həyata keçirilirdi.  Bu səbəbdən də,  sovet cəm iyyətinin əsasını təş­
kil  edən kollektivizmi  demokratik  ölkələrdə  geniş  yayılan v ə  azad 
şəxsiyyətlərin  könüllü  birliyini  nəzərdə  tutan  kommunitarizm  ilə 
qarışıq  salmaq lazım deyildir.
Kollektivin  şəxsiyyətə  təsiri  şəxsiyyətin  fəallığını  v ə  nəticədə 
kütlələrin, m əsələn, seçkilərdə ən yüksək dərəcəsinə çatmış sosial 
fəallığını təmin edirdi. Vətəndaşların seçkilərdə iştirakı demək olar 
ki, yüz faiz idi.  Güclü surətdə təbliğ edilən “sovet adamı” idealı hər 
hansı  milli  xüsusiyyətlərdən  məhrum  idi.  Müttəfiq respublikalann 
tarixinə dair ciddi senzuradan keçirilən əsərlər də bu cür “millisiz- 
ləşdirilmişdi” .  M illi ənənələr, xalqın həyatında dinin yeri ideologi- 
yalaşdırılmış təftişdən keçirilməli  idi.
İnsanda  müstəqil  şəxsiyyət  başlanğıcını,  innovasiyalara  meyil 
göstərmək  cəhdlərini  kökündən  boğan  bürokratik  qayda-qanunlar 
və ideoloji əngəllər insanın özfəaliyyət kanallarını bağlayırdı ki, bu 
da  cəm iyyəti  getdikcə  buxovlayan  durğunluğa doğru aparırdı.  Cə­
miyyətin özündə dezinteqrasiya, ictimai bütövlüyün dağılması, küt­
ləvi şüurun nonkonformist meyillere immunitetinin zəifləm əsi pro­
sesləri  tədricən artırdı.
Bərabərlik  anlayışının  sovet dəyərlər sistemində  özünəməxsus 
yeri  vardı.  Tanınmış  fransız  dövlət  xadimi,  tarixçi  və  edib  Aleksis 
de Tokvil  1840-cı ildə yazmışdı: “İnsanları bir-birindən asılı etmə­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
______
34
yən bərabərlik onlarda şəxsi həyatlarında ancaq öz arzu və iradələ­
rini əsas tutmaq vərdişi və meyli yaradır” 16.  Sovet anlamında bəra­
bərlik ortabab  modus  vivendi,  eyni  cür davranış,  aksioloji  müddəa 
və normaların  ümumi  standartına  əm əl  edilməsi  demək  idi.  Bütün 
anlayışlar üçün vahid olan “sovet elm i”, “sosialist həyat tərzi”, “in­
qilabi  ənənələr” kimi anlayışlar sırası totalitar sistemin əsasını təş­
kil edən kult dispozisiyalan  idi.
On  illərlə iddia  edilirdi ki,  Sovet İttifaqında mədəniyyətin yeni 
tipi  -   sosialist  tipi  yaradılmışdır,  dünyagörüşü  müddəaları,  estetik 
zövq  və  tələbat  köklü  dəyişikliklərə  məruz  qalmış,  ailədə  və  c ə ­
m iyyətdə  yeni  etik  münasibətlər  bərqərar  olmuşdur.  Kommunist 
tərbiyəsi  və yenidən tərbiyə,  məcburetmə  və zorakılıq metodlarını 
insanların  həyatına intensiv  surətdə tətbiq  edən  sovet  dövləti  ən ə­
nəvi cəmiyyətin silklərə bölünməsini aradan qaldırmışdı.  Onu “d e­
mir pərdə”  arxasında yaşayan  qapalı  cəm iyyət üçün  daha münasib 
olan  funksiyalar iyerarxiyası  ile  əvəzlədi.  Elə  bir  iyerarxiya  ile  ki, 
burada qeyri-dövlət  strukturlarının -  vətəndaş cəmiyyəti  təsisatla­
rının,  ailənin, kilsənin təsiri minimuma endirilmişdi.  Şəxsi  olan  ic­
timai  olanın  əlavəsinə  çevrilmişdi,  şəxsiyyət  isə  hər  cür  müstəqil 
əhəm iyyəti  itirmişdi.  Elə görünürdü ki, tamamilə idarə edilən, zid­
diyyətlər olmayan  v ə  dövlətlə  qaynayıb  qarışan  cəm iyyət yaradıl­
mışdı:  populyar  kommunist  şüarlarından  birində  deyilirdi:  “Dövlət 
bizik”.  Sovet  cəmiyyətinin  əsasını  milli  hissləri  və  tarixi  kökləri 
olmayan  yeni  insan  -   özünə  xas,  şəxsi,  fərdi  başlanğıcları  ləğv 
olunmuş  insan təşkil  edirdi.
Fərdin  Qorbaçovsayağı  yenidənqurma  dövründə  tədricən  de­
mokratikləşdirmə  və  iqtisadi  liberallaşdırma  hesabına  əldə  edilən 
m üəyyən müstəqilliyi  çox  az  adamın  şübhə  etdiyi  nəticələrə  gəti­
rib çıxardı.  Tokvilin bir əsr yarımdan  çox əvvəl  söylədiyi və dağıl­
maqda  olan  sovet  sisteminə  heç  bir  aidiyyəti  olmayan  bu  sözlər 
gözlənilm ədən aktuallaşdı:  “Onların (fərdlərin -  
qeyd müəllifindir) 
istər  özlərinə  bərabər  şəxslər  barəsində,  istərsə  de  şəxsi  heyatda 
daim  istifadə  etdikləri  tam  müstəqillik  onlarda  istənilən  hakimiy­
yətə  qarşı  narazılıq  doğurur  v ə   tezliklə  onlarda  siyasi  azadlıq  və
_________
I  fəsil-  SSRİ-nirı dağılması: yeni reallıqlar və yeni imkanlar
35


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə