Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə9/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   5   6   7   8   9   10   11   12   ...   115

Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
buna sadiqlik anlayışı formalaşdırır” 17. Qorbaçov islahatlarının baş­
lanğıcını  sovet  adamı  özünün  müstəqilliyinin,  özünün  azad  seçim 
etmək  hüququnun  tanınması  kimi  qəbul  etdi.  Yalnız  totalitar 
cəm iyyətdə  həyat  təcrübəsi  olan  insan  üçün  kənardan  məcburet- 
mənin zəifləm əsi cəm iyyət v ə  dövlət tərəfindən onun üzərinə qo­
yulan bütün öhdəliklərdən xilas  olmaq, deməli, üm umiyyətlə, m ə­
suliyyətdən  azad  olmaq  kimi  başa  düşülmüşdü.  Bir  ifratçılıqdan 
digərinə  yuvarlanmaq  postsovet  respublikaları  üçün  geniş  diapa­
zonda -  siyasi kataklizmlərdən etnoeqoizmədək, korporativ qrupla­
rın  mənafelərinin  hökmranlığından  traybalizmədək,  yerliçilikdən 
ifrat m illətçiliyədək diapazonda m ənfi hallar v ə əyintilər doğurdu.
M əlum olduğu  kimi,  “g ələcəyin   sinifsiz  cəm iyyəti ”nin  nümu­
nəsi  olmuş  sovet  sosiumunda  müasir  orta  sinif tamamilə  yox  idi. 
Orta sinfin olması postindustrial cəm iyyət üçün vətəndaş razılığına 
və  demokratiyaya  nail  olmağın,  iqtisadi  rifahı  möhkəmlətməyin 
zəruri şərtidir.  Lakin Qərbdə orta sinfin mövcudluğu sovet sosiolo­
giyası  tərəfindən  inadcıllıqla  inkar edilirdi.  Ona görə  də,  SSR İ-də 
belə  sinif  ola  bilməzdi.  Bu  da  əsassız  deyildi.  Əlbəttə,  hər  hansı 
orta kəmiyyətləri peşələr şkalası, təhsilin və əmək haqqının səv iy ­
yəsi üzrə  həm işə müəyyən etmək olar,  lakin bunlar yalnız nominal 
qruplar olacaqdır.  Onlar yalnız  sosial  hərəkətin subyektlərinə  çev­
rildikdə,  öz spesifik mənafelərini dərk etdikdə,  öz təşkilatlarını  ya­
ratdıqda,  fərd,  qruplar  və  ümumen  cəm iyyət  barəsində  m üəyyən 
funksiyaları yerinə yetirdikdə real olurlar.
Bütün bu deyilənlər o demək deyil ki,  SSRİ-də hər şey həm işə 
pis idi v ə  getdikcə daha da pisləşm əyə doğru gedirdi.  1945-1980-ci 
illər  dövründə  ölkədə  qara  metallar  istehsalı  12,3  milyon  tondan 
148 milyon tona,  elektrik enerjisi hasilatı 43,2 milyon kilovat-saat­
dan  1,294 milyon kilovat-saata, avtomobil istehsalı 74 min ədəddən 
2,2 milyon ədədə çatmışdı.  1960-cı ildən  1985-ci  il üçün SSRİ-də 
ümumi  ictimai məhsul v ə milli gəlir 3,87  dəfə, istehsal edilmiş s ə ­
naye  məhsulunun  həcmi  4,85  dəfə,  məcmu  istehsal  fondları  isə 
təxminən  7  dəfə  artmışdı.  Sovet  statistikasının  məlumatına  görə, 
1985-ci  ilədək  SSRİ-də  sənaye  məhsulu  istehsalı  ABŞ-da  sənaye
36
məhsulu istehsalının təqribən 85 faizi qədər olmuş, ölkə qaz, polad, 
koks,  mineral gübrələr,  traktor,  dəmir-beton konstruksiyalar və bir 
sıra  digər  xammal  v ə   sənaye  məhsulları  istehsalına  görə  dünyada 
birinci  yeri  tuturdu18.  1950-ci  illərin  ortalarından  başlayaraq,  elm 
v ə  təhsilin  inkişafını  səciyyələndirən  bütün  göstəricilərin  sürətlə 
artdığı  müşahidə  edilirdi:  tələbələrin  sayı  1950-ci  ildəki  1,25  mil­
yondan  1965-ci  ildə  3,86  milyon  nəfərə  çatmış,  elmi  tədqiqatlar 
üçün xərclər həmin dövrdə təxminən 7 dəfə artaraq,  1965-ci ildə is­
tehsal olunmuş bütün milli  gəlirin təqribən 7  faizini təşkil etmişdir.
Lakin ötən yüzilliyin artıq  1970-80-ci illərində Qərbdə yeni is­
tehsal  texnologiyalarının  intensiv  tətbiqinə  başlanmış və  aydın  ol­
muşdur ki,  planlı  sovet iqtisadiyyatı dinamizmde  azad bazar sahib­
karlığına uduzur.
Sovet sisteminin gələcəyi barədə proqnozlar da mehz onda xü­
susi məna və əhəm iyyət kəsb etdi. Zbiqnev Bjezinski SSRİ-nin g ə ­
ləcək  inkişaf yollarını  araşdıraraq,  olduqca  bədbin  proqnozla  çıxış 
etm əyə risk etmişdi. O,  sovet sisteminin siyasi inkişafının beş alter­
nativ yolunu gösterirdi.  Onları  sadalayaq:
• 
oliqarxiya  durğunluğu:  Kommunist  partiyası  öz  hakim  ro­
lunu saxlamaqda davam edir;  ideologiya kommunist ideolo­
giyası  olaraq  qalır;  siyasi  rəhbərlik  kollektiv  rəhbərlik  ol­
maqda davam edir.  Heç bir dəyişiklik yoxdur;
•  
plüralistik  təkamül:  Kommunist  partiyası  daha  az  monolit 
təşkilata çevrilir.  Ehkamçı  Lenin-Stalin ənənəsi  süquta uğ­
rayır.  Belə  vəziyyətdə  “partiya  hakim  qruplaşma  rolundan 
daha çox, m enəvi-ideoloji  stimulyator rolu oynayardı”;  c ə ­
miyyətin özü kimi,  dövlət de yeniliklərin və dəyişikliklərin 
daha mühüm m ənbəyi  olardı;
• 
texnoloji  uyğunlaşma:  bürokratik partiya kimi  Sov.İKP-nin 
texnokratlar partiyasına  çevrilməsi.  Dövlətə  rəhbərliyi  yeni 
texniki  nailiyyətlərə  yiyələnən  elmi  mütəxəssislər öz  üzə­
rinə  götürər,  sovet  cəmiyyətinin  təhlükəsizliyinin  və  onun 
sənayece  inkişafının  təmin  olunması  naminə  elmi  yenilik­
ləri  izləyərdilər;
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
37


•  
davakar  təməlçilik:  ideoloji  canfəşanlıq  yenidən  başlayır, 
sərt bürokratik  struktur  silkələnir;  həcm cə  kiçik,  lakin  daha 
çox mərkəzləşdirilmiş rəhbərlik yaranır və xarici aləm ə düş­
mənçilik güclənir.  Çinin m ədəni inqilab  dövrünün variantı;
•  
siyasi  dezinteqrasiya:  hakim  elitada  daxili  iflic.  A yn -a y n  
qruplaşmaların iddiaları getdikcə artır, silahlı qüvvələrdə və 
dövlətçiliyin digər əsas dayaqlarında təfriqə başlayır.
Bjezinski  əm in  idi ki,  sovet rəhbərliyi  öz  variantını  -   inkişafın 
birinci v ə üçüncü yollarını  özündə birləşdirən variantı tapmağa ça­
lışacaqdır.  Onun  fikrincə,  ideoloji  sərtliyin  və  texnoloji  uğurların 
uyğunlaşdırılınası  1970-ci  illərdə  sistemin  transformasiyasına  sə ­
bəb  ola bilərdi,  amma bu,  baş vermədi.
SSRİ-nin  iqtisadiyyatın  durğunluğunda  və  tənəzzülündə  bila­
vasitə  ifadəsini  tapan  geriliyinin  səbəbi,  əslində,  kommunist  rəh­
bərliyin bəsirətsiz siyasəti idi.  Son dərəcə səm ərəsiz xarici iqtisadi 
fəaliyyət,  o  cümlədən  “üçüncü  dünya”  ölkələrindəki  nüfiızsuz 
kommunist  rejimlərinin  dəstəklənm əsi,  cəmiyyətin  həddindən  zi- 
yadə hərbiləşdirilməsi, -  bu,  ən ixtisaslı əmək və intellektual  ehti­
yatları  hərbi  sənaye  kompleksinə  tabe  edirdi,  -  tarazlı  inkişaf im ­
kanlarını  azaldırdı.  SSRİ təkcə  1960-cı  ildən  1987-ci  ilədək hərbi 
ehtiyaclara təxminən 4,6 trilyon dollar,  yaxud ümumi  milli m əhsu­
lun  15  faizindən  30  faizə  qədərini  sərf etmişdi  ki,  bu  da  A B Ş-m  
analoji  xərclərindən təxminən 4 dəfə, Yaponiyanın həmin göstəri­
cisindən  40  dəfə  çox  idi.  Büdcədən  ayrılan  vəsaitin  artırılmasına 
baxmayaraq,  sovet  ordusu  ciddi  problemlərlə  üzləşirdi  və  lazımi 
modernləşdirmə aparmırdı. ABŞ, Böyük Britaniya, Fransa və digər 
ölkələrin  orduları  daim  modernləşdiyi,  yeni  texnologiya  və  silah­
larla təchiz olunduğu halda,  sovet silahlı  qüvvələri  əvvəlki onillik­
lərin  köhnə  cəbbəxanalarından  istifadə  etməkdə  idi.  Yeni  növ 
silahların hazırlanmasına ayrılan maliyyə vəsaiti fövqəldövlətin tə ­
ləbatını  ödəm ək üçün kifayət etmirdi.
Bundan başqa, həmin dövrdə istehsalın səmərəliliyinin azalma­
sının “mexanizm”i  formalaşmışdı.  İnkişaf etmiş ölkələrdəki texno­
loji  inqilab  sovet  sənayesinin  məhsulunu  rəqabət  qabiliyyətindən
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
38
tamamilə  məhrum etmişdi,  xammalın  dünya qiymətlərinin  artması 
isə  ilkin  sektor  sahələrinin  sürətlə  inkişafını  şərtləndirmişdi. 
1982-ci il üçün sovet ixracatında maşın və avadanlığın payı  1970-ci 
ildəki 21,5 faizdən  12,9 faizədək azalmış, yanacaq və elektrik ener­
jisinin payı isə  15,6  faizdən  52,3  faizədək artmışdı.  Səciyyəvi hal­
dır  ki,  eneıji  daşıyıcıları  ixracının  artırılması  ilə  paralel  olaraq, 
onların ölkə daxilində istehlakımn izafiliyi də çoxalmışdı ki, bu da, 
əslində,  istehsalın  təşəkkül  tapmış  strukturunu  dayandırmışdı. 
1970-ci  illərdə  və  1980-ci  illərin birinci  yarısında -   SSRİ-yə  neft 
ixracından  170 milyard  dollardan  çox  valyuta  daxil  olduğu  dövrdə 
adambaşına  düşən  elektrik  eneıjisi  istehlakı  iki  dəfədən  çox,  şərti 
yanacaq  hesabı  ilə  3,16  tondan  6,79  tonadək  artmışdı.  Nəticədə, 
SSRİ  1988-ci  ildə  birlikdə  götürdükdə,  Yaponiya,  Fransa,  Böyük 
Britaniya və İsveçrədən daha çox enerji  daşıyıcıları  sərf etmişdi.
Sovet  iqtisadiyyatında  getdikcə  genişlənən  proseslərin  “bəd- 
xassəli”  xarakteri  tədricən  tənəzzülə uğrayan təsərrüfat sisteminin 
ərzaq proqramını heyata keçirməyə qadir olmamasında daha parlaq 
şəkildə təzahür etdi: dünyada adambaşına en çox əkin sahələri olan 
ölkə  1980-ci illər ərzində xaricdən 375 milyon ton taxıl almış, ə v ə ­
zində, cəm i  12 milyon ton taxıl ixrac etmişdi.  1990-cı illərin əv v əl­
lərində sovet ixrac və idxalının  strukturundakı belə vəziyyət adamı 
sadəcə olaraq mat qoyurdu.
Bundan  əlavə,  qeyd  etmək  lazımdır ki,  SSRİ-nin  elmi  və  tex­
niki  sahələrdə  uğurları  həddən  artıq  şişirdilmişdi.  1980-ci  illərin 
axırlarında  SSRİ-de  əhalinin  hər  min  nəfəri  hesabı  ile  ali  məktəb 
tələbələrinin  sayı  təxminən  18  nəfər olduğu  halda,  ABŞ-da təqri­
bən  55  nəfər idi.
Sovet sisteminin süqutunun əsas səbəblərindən biri təsərrüfatın 
postindustrial tipinin mühüm resursu olan intellektual kapital yarat­
mağa ve ondan  istifadə etm əyə qadir olmaması  idi.  SSRİ-de meri- 
tokratik (ingiliscə merit -  “xidmət”  sözündəndir) sistemin, -  elə bir 
sistem ki, burada insanın cəm iyyətdə vəziyyəti  onun şəxsi  səyləri­
nin  nəticəsidir,  -   meydana  gəlm əsinə  ve  hətta  fəal  əhalinin  xeyli 
hissəsinin  fəaliyyətinin  xüsusi  olsa  da,  hər  halda,  qeyri-maddi
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
39


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə