Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


sibətlərdə  əngəl  oldu.  Azərbaycanın  Dağlıq  Qarabağ  regionunun



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə11/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   7   8   9   10   11   12   13   14   ...   115

sibətlərdə  əngəl  oldu.  Azərbaycanın  Dağlıq  Qarabağ  regionunun 
Ermənistan  tərəfindən  ilhaq prosesinin  başlanması  və  “mərkəz”in 
buna  dinm əz-söyləm əz razılıq verməsi  sovet dövlətçiliyinin süqu­
tunu  tamamladı.
Kənardan təzyiq Sovet İttifaqının dağılması prosesini, şübhəsiz, 
sürətləndirdi.  B elə  mühakimə  indi  necə  mübahisəli  səslənsə  də, 
zənnimizcə,  etiraf etmək  lazımdır ki,  kənar  amil mərkəzdənqaçma 
meyillərinin  inkişafında  həqiqətən  başlıcalardan  biri  olmuşdur. 
Çoxsaylı xarici tədqiqat mərkəzlərinin fəaliyyəti yeni dünya nizamı 
qurulması  prosesində  A B Ş -m   əsas  rəqibi  olan  fövqəldövlətin  da­
ğılması  strategiyası  və  taktikasının  hazırlanmasına  yönəldilmişdi. 
Qeyri-sabitliyin əsas amillərindən biri milli münaqişələrin süni su­
rətdə  yaradıldığı  şəraitdə  sərhədlərin  büsbütün  dəyişdirilməsi  idi. 
Bu  strategiyada erməni  diasporuna  da geniş  rol  verilirdi.  Ermənis­
tanda  gedən  siyasi  prosesə  əslində,  kənardan  bu  diaspor rəhbərlik 
edir v ə Azərbaycanın  əzəli və tarixi  torpağı  olan Dağlıq Qarabağın 
Ermənistan tərəfindən işğalını  fəal  surətdə maliyyələşdirirdi.
Vətəndaşın  ümumsovet  arxetiplərini  itirməsi.  SSRİ-nin  dün­
yada  mövqelərinin getdikcə  zəifləm əsi  daxili  xassəli  dəyər itkilə­
rinə,  m əsələn,  fərdin  uzun  müddət  insanların  şüuruna  yeridilmiş 
sovet  vətəndaşlığına  hörməti  itirməsinə  gətirib  çıxarmışdı.  SSRİ- 
nin xarici borclardan asılılığı gücləndikcə, onun iqtisadi artımı, mil­
li  təhlükəsizliyi  və  siyasi  sabitliyi  təmin  etmək  iqtidarı  azalırdı. 
N əticədə, cəmi bir neçə ildən sonra Rusiya keçmiş “antikommunist 
bloku”nun -  NATO-nun onun Şərq sərhədlərinə yaxınlaşması təh­
lükəsi  ilə  üzləşdi.  Dünya  nizamı  indi  de  çox  vaxt  qədim  Roma 
qəsbkarlarının  “divide  et  impera”  -   “parçala  və  hökmranlıq  et” 
prinsipinə  əm əl  edir.
Kadr  siyasəti.  Sovet  İttifaqının  dağılmasında bu  amil  də  az  rol 
oynamadı.  Sovet dövlətinin varlığının bütün dövrü ərzində adamla­
rın rəhbər vəzifələrə irəli çəkilm əsi təkcə namizədlərin intellektual 
və  təşkilatçılıq  qabiliyyəti  nəzərə  alınmaqla  deyil,  həm  de  ideya 
əqideliliyi və mövcud sistemə sadiqliyi prinsipi üzrə heyata keçiri­
lirdi.  Bundan əlavə,  kadr siyasəti  m əsələlərində  milli  amil həmişə
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
44
olurdu.  Bu öz ifadəsini  İttifaq  əhəm iyyətli  rəhbər vəzifələrə,  əsa­
sən, slavyan mənşəli adamların təyin edilməsində tapırdı. Təşəkkül 
tapmış ənənəyə uyğun olaraq,  onlar həm də müttəfiq respublikala­
rın  kommunist  partiyaları  mərkəzi  komitələrinin  ikinci  katibləri 
“seçilir”,  yaxud  respublikalarda  diger  mühüm  dövlət  vəzifələrinə 
təyin edilirdilər.
Müttəfiq respublikaların,  demək  olar,  yarısının  ərazisində  əsa­
sən  müsəlman  əhalinin  yaşamasına  baxmayaraq,  müsəlman  m ən­
şəli yalnız bir lider -  Heydər Əliyev -  sovet siyasi olimpinin zirvə­
lərinə yüksələ bilmişdi. Lakin,  necə deyərlər, qaydalardan bu istis­
na  M.Qorbaçov  ölkəyə  rəhbərliyə  gəldikdən  sonra  tezliklə  aradan 
qaldırıldı.  Heydər Əliyevi  SSRİ-nin  siyasət meydanından getm əyə 
məcbur etdilər.
Təbii  ki,  yuxarıda  söylədiyimiz  bu  qənaətlər  SSRİ-nin  süqu­
tunu  hazırlamış  və  müşayiət  etmiş  proseslərin yalnız  bir hissəsinə 
aiddir.  Çox  m eseleler  və  məqamlar  təhlil  çərçivəsindən  kənarda 
qaldı.  Lakin  prinsipcə  hər  hansı  fövqəldövlətin  bətnində  dağılma 
toxumu  var,  xüsusən  de  o,  dünyanın  inkişaf meyillerini  nəzərə  al- 
madıqda v ə yarım əsrdən artıq  dövr ərzində  eyni  donuq ehkamlar­
la v ə “sarsılmaz”  qaydalar külliyyatı  ile yaşadıqda.
Sovet  İttifaqının  süqutunu  və  ABŞ-SSRİ  qarşıdurmasının  sona 
yetm əsini  stimullaşdıran kənar amildən danışarkən  qeyd etmək  la­
zımdır  ki,  bu  m əsələ  Buş-Klinton  seçkiqabağı  kampaniyasında 
Amerika  siyasətinin  çox  böyük  nailiyyəti  kimi  fəal  şərh  olunurdu. 
Bunun  əks-sədası  Qorbaçova da  gəlib  çatırdı.  O,  isə  bunu çox  qə­
ribə tərzdə yozmağı  lazım bilmişdi.  Qorbaçov Devid Remnike ver­
diyi və  1992-ci ilin noyabrında “Nyu-Yorker” jurnalında dərc edil­
miş müsahibəsində demişdi:  “Buş  menə şəxsi  qaydada xəbərdarlıq 
etdi  ki,  prezident  kampaniyası  zamanı  söyleyeceklerine  fikir  ver­
məyim.  Yox,  əgər  həmin  fikir  (sovet  sistemini  iflasa  Birləşmiş 
Ştatlar gətirib çıxardı) ciddi  söylənibsə, onda bu, çox  böyük illüzi­
yadır”20.  N ecə deyərlər,  şərhə  ehtiyac  yoxdur.
1985-ci  ildən  1991 -ci  ilədək olan dövrdə  ölçülüb-biçilmiş  xa­
rici  siyasi  xett aparılmasının zərərinə  olaraq,  başı  ötəri  vəzifələrin
_________
1 fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
45


həllinə qarışan SSRİ ali rəhbərliyinin siyasətindəki aşkar qarmaqa­
rışıqlıq  ağır  sosial-siyasi  nəticələrə  gətirib  çıxardı.  Böhran  sovet 
cəm iyyəti həyatının bütün əsas  sahələrini bürümüşdü:
siyasi  sahəni  -  burada  dövlətin  fəaliyyətinin  bütün  səviyyələ­
rində  və  bütün pillələrində  idarəçilik itirilmişdi.  Qrup mənafeləri­
nin qarşıdurmasının doğurduğu kəskin siyasi münaqişələr və silah­
lı toqquşmalar cəmiyyətin gündəlik həyatının fonuna çevrilmişdi;
iqtisadi  sahəni -  bu  sahə  kompleks böhrana,  maliyyə və  struk­
tur böhranına bürünmüşdü,  ənənəvi  kooperativ əlaqələrin  qırılma­
sından,  kütləvi  işsizlikdən  və bunun nəticəsi  olaraq əhalinin əksər 
hissəsinin  həyat  səviyyəsinin  kəskin  şəkildə  aşağı  düşməsindən 
zərər çəkirdi;
sosial  sahəni  -  burada  hələ  bu  yaxmlaradək  vahid  “yeni  tarixi 
birlik”  sürətlə  dezinteqrasiyaya uğramışdı,  köhnə  sosial qruplar və 
təsisatlar  öz  sosial  mühitindən  çıxmışdı  (marginallaşmışdı),  insan 
əvvəlki  həyat  strukturları  və  normaları  ilə  özünüeyniləşdirməni 
itirmişdi,  şəxsiyyət  dəyər müddəalarından ayrı  düşmüşdü.
N əticədə,  iki  böhran  -   sosial-iqtisadi  və  m ənəvi-əxlaqi,  m ə­
dəni  böhranlar  bir  cəm iyyət  çərçivəsində  üst-üstə  düşmüşdü  və 
özünəməxsus  şəkildə  qarşılıqlı  surətdə  güclənərək,  vəziyyəti  son 
dərəcə mürəkkəbləşdirmiş,  ona dönməz proses  xarakteri  vermişdi.
D övlət idarəçiliyi mexanizminin pozulması,  iqtisadi  durğunluq, 
kütləvi  şüur  oriyentirlərinin  dəyişm əsi,  demək  olar,  bütün  sovet 
respublikalarında formasiya irəliləyişlərinə təkan vermişdi. Onların 
hər biri siyasi xetti öz bildiyi kimi transformasiya edir, iqtisadi qay­
danı dəyişdirir, dövlət təsisatlarını v ə ictimai təsisatları modernləş­
dirirdi.
Bu  gün  biz  müstəqil  Azərbaycanın  inkişafını  təhlil  edərkən, 
1980-ci  illərin  axırları  -   1990-cı  illərin  əvvəllərində  baş  vermiş 
hadisələrə  nəzər  salırıq.  Bütün  SSRİ-de  olduğu  kimi,  respublika­
mızda  da  mehz  onda  iqtisadi  böhran,  ictimai  quruluşun  və  dövlət 
quruluşunun,  siyasi  və  milli  münasibətlərin  böhranı  kəskinləşmiş, 
xalq  hərəkatım  zorakılıqla  yatırmaq  cəhdləri  güclənmişdi.  Yeni 
beynəlxalq nizamın bərqərar olması, nüftız sahələrinin dünya siya­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbhri
46
sətinin əsas aktorlan arasında yenidən bölünməsi,  ikiqütblü dünya­
nın birqütblü dünyaya çevrilməsi  və burada yeganə  fövqəldövlətin 
hökmranlıq  etməsi  -   bütün  bunlar  və  bir  çox  digər  hallar  müasir 
Azərbaycanın siyasi məkanında qüvvələrin ayrılmasını qabaqcadan 
müəyyənləşdirən amillərə çevrilmişdi.
1990-cı  illərin  əvvəllərində  baş  verən  və  Azərbaycan  cəm iy­
yətinin həyatını dəyişdirən siyasi prosesləri və hadisələri araşdırar­
kən  qeyd  etmək  lazım  gəlir  ki,  onlar kortəbii  və  ən  yüksək  dərə­
cədə  qeyri-m üəyyən  səciyyə  daşıyırdı.  Onların  başlıca  məzmunu 
“real  sosializmin  tarixi  legitim liyi”ni  inkar  etməkdən,  bu  ictimai- 
siyasi  v ə  iqtisadi  formasiyanın  insanlığa  zidd  mahiyyətini  sübuta 
yetirməkdən,  sovet  Azerbaycanının  70  illik  tarixini  ucdantutma 
uğursuzluqlar,  baş  tutmamış  və  bir neçə  nəsli  güdaza  verən  sosial 
eksperiment  dövrü  kimi  yenidən  nəzərdən  keçirməkdən  ibarətdir. 
Əgər  1990-cı  illərin  əvvəllərindəki  ictimai  etirazların  əsasında 
hansısa ideya baxışları dayanırdısa, bu, ilk növbədə, antikommunist 
baxışlar idi.  Həmin  dövrdə  çoxlan təkcə  Sov.İKP-nin rəsmi  ideo­
logiyasını,  marksizm-leninizm  nəzəriyyəsini  deyil,  ümumiyyətlə, 
solçuluq,  antikapitalist  ideyalarını  da  əvvəllər  sovet  əks-təbliğatı 
“kapitalizmin mürtəce ideologiyasf’nı hansı tərzdə və canfəşanlıq­
la ifşa edirdisə, elə həmin qaydada da gözdən salırdı.  SSRİ ile bağ­
lı olan hər şeyin əleyhinə qeyzlə çıxış edən yeni dalğa liderləri neo- 
bolşevizmin  qızğın  məddahları  təsiri  bağışlayırdılar:  eyni  bolşevik 
dözümsüzlüyü, nə  vardısa,  hamısına eyni  nifrət,  özlərinin də  dəqiq 
təsəvvürü  olmayan  nə  isə  tezə  bir  şey  qurmaq  üçün  yenə  də  hər 
şeyi uçurub dağıtmaq  arzusu.
Azerbaycanda  Ə.Vezirovun (may  1988 -  yanvar  1990-cı  illər) 
və  onu  əvəzləyən  A.Mütəllibovun  (yanvar  1990  -   mart  1992-ci 
illər,  14-15  may  1992-ci  il) hakimiyyəti  köhnə sosial  quruluşun və 
onu  “legitimleşdirmiş”  təsəvvürlərin  dağılmasına  gətirib  çıxardı. 
Cəmiyyət alternativ  sistem ə  getdikcə daha böyük ehtiyac  duyurdu, 
elə bir sistemə ki, g ələcək  inkişafın yollarını  dərk etm əyə, respub­
likanın  siyasi,  iqtisadi  v ə  ictimai  heyatının  yeni  istiqamətlərini  və 
qaydalarını m üəyyənləşdirm əyə imkan verərdi.  Mehz həmin dövr­
_________
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
47


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə