Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə12/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   8   9   10   11   12   13   14   15   ...   115

Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
də  ölkədə  qeyri-formalların  hərəkatı  güclənm əyə  başladı,  Baltik- 
yam respublikalarda isə həqiqi m illi  azadlıq prosesləri vüsət aldı.
Yenidənqurma dövründə Sovet  İttifaqında artıq m üxtəlif qeyri- 
hökumət  təşkilatlan  fəaliyyət  göstərirdi,  lakin  onlar  qeyri-formal 
gənclər,  əylən cə birlikləri xarakteri  daşıyırdı.  Əgər gələcəkdə və­
təndaş  cəm iyyətinin  özəklərinə  çevriləcəyi  gözlənilən  strukturlar 
meydana gəlirdisə də,  onlann fəaliyyəti,  adətən, uzunmüddətli ol­
murdu.  1989-cu ildə SSRİ Ali Sovetinə keçirilmiş seçkilər prinsip­
cə  göstərdi  ki,  qeyri-formal  hərəkatların  inkişafı  ictimai  v ə  siyasi 
həyatın plürallaşmasmda mühüm addım ola bilər.
A li Sovetin elə ilk iclaslan göstərdi ki, siyasi və ideoloji baxış­
ların plüralizmi təzələnm iş dövlət strukturlanna da sirayət etmişdir. 
Eyni vəziyyət Azərbaycanda da yaranırdı. Ziyalılann, elmi dairələ­
rin  v ə  tələbələrin  nüm ayəndələrinin  yaratdıqları  “Ç ənlibel”, 
“Yurd”, “Varlıq” təşkilatları və bezi digər qurumlar bir ara respub­
lika əhalisinin m üəyyən hissəsinə  təsir göstərməyə çalışırdı.  Məhz 
bu  təşkilatların  üzvləri  1988-ci  ilin  ortalarında Azərbaycanda xalq 
hərəkatı  sıralarına  qoşularaq,  onun  prioritetlərini  dəyişdirməyə, 
kütlələrin əhval-ruhiyyəsinə təsir gösterm əyə çalışırdılar.  Sonralar 
onlar  m üxtəlif  siyasi  birliklərə  çevrilərək,  Azərbaycan  SSR  Ali 
Sovetində təm sil olundular.
Xalq  hərəkatı  “mərkəz”in  Azerbaycana  ədalətsiz,  -   ilk  növ­
bədə, Ermənistan-Azərbaycan münaqişəsi barədə (və konkret ola­
raq,  Dağlıq  Qarabağ  qarşıdurması  barədə),  -   münasibətinə  qarşı, 
habelə  ölkədə  sırf mərkəzçi  hakimiyyətə  qarşı  yönəldilsə  də,  hər 
halda,  həmin  dövrdə  mitinq  ehtirasları  əsasında  kortəbii  şəkildə 
formalaşan v ə sonralar güclənərək dövlət əleyhinə çıxışlara çevril­
miş kütləvi  şüurun formalaşmasında müsbət rol oynamışdır.
Bu  azsaylı  təşkilatların  mövcud olduğu dövrdə baş verən  bütün 
siyasi  dolaşıqlıqlann  və  proseslərin  mahiyyətinə  varmadan,  qeyd 
edək  ki,  yeni  siyasi  liderlər  v ə  formalaşmaqda  olan  siyasi  elitalar 
nonkonformizm v ə müxaliflik enerjisindən -  qeyri-formal hərəkatın 
“qüvvət aldığı” enerjidən, Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin ədalətli həllinə, eləcə de SSRİ-nin mirasından tama­
48
milə  imtina olunmasına yönəldilən kütləvi  xalq çıxışlarından  özlə­
rinin hakimiyyət uğrunda mübarizəsində məharətlə  istifadə etdilər.
Sov.İKP  rəhbərliyinin  Azerbaycan  əleyhinə  yürütdüyü  siyasət 
nəticəsində əhalidə  formalaşan  antikommunist əhval-ruhiyyə  seç­
kilərdə  əhalini  kommunist  nomenklaturasının  hakimiyyətinə  qarşı 
çıxanlara  səs  verməyə  sövq  edirdi.  Lakin  bu  antikommunizmdə 
gündəlik siyasi,  iqtisadi və sosial həyatın təşkili üçün şüur və dav­
ranışın yararlı  səm ərəli  funksional modelləri yox idi.
Sovet İttifaqı  Kommunist Partiyası  cəm iyyətlə  bərabərhüquqlu 
dialoqun mümkünlüyünü tamamilə rədd edirdi.  Etnik təmizləmələr 
nəticəsində  öz tarixi  vətəni  olan  Qərbi  Azərbaycan v ə Dağlıq Qa­
rabağ  ərazilərindən  didərgin  salınmış  yüz  minlərlə  insanın  vətən­
daş hüquqlarının  bərpa  edilməsi  barədə  Azərbaycan  xalqının tələ­
bini  ekstremizm  təzahürü  kimi  qiymətləndirən  SSRİ  rəhbərliyi 
Əbdürehman  Vezirovun  başçılıq  etdiyi  Azərbaycan  Kommunist 
Partiyasının  yuxan  dairələri  ilə  birlikdə  Bakıda  müasir  tarixdə  ən 
amansız  və  qanlı  divanlardan  birini,  azərbaycanlıların  soyqınmı 
hesab etdiyimiz faciəni  törətdi.
1990-cı  il yanvarın  20-de  Azerbaycan xalqına qarşı  cinayətkar 
hərbi  əməliyyat  apanldı.  Azerbaycanın  erazi  bütövlüyünün pozul­
masına  yönəldilmiş  kobud  cəhdlərə,  SSRİ  rəhbərliyinin  Azerbay­
can  xalqı  barəsində  ədalətsiz  və  qərəzli  siyasətinə,  yerli  partiya- 
sovet  rəhbərliyinin  sazişçilik,  əslində  isə,  satqınlıq  fəaliyyətinə 
qarşı etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq 
m əqsədi  ilə  Bakıya  və  respublikanın  bir  sıra  rayonlarına qanunsuz 
olaraq  qoşun  yeridildi.  Görünməmiş  qəddarlıqla  həyata  keçirilən 
cəza tədbirləri nəticəsində heç bir günahı  olmayan  137 nəfər öldü­
rüldü  və  612  adam  yaralandı.  Yanvar  faciəsi  Azerbaycan  tarixinə 
v ə   hər  bir  vətəndaşın  tarixi  yaddaşına  en  kədərli  günlərdən  biri 
kimi  daxil  oldu.  Ancaq,  eyni  zamanda,  bu  faciəli  hadisədə həm de 
Azerbaycan  xalqının  tarixində  fədakarlığın  və  qəhrəmanlığın  en 
yüksək nümunələri  özünü gösterdi.
Bununla  yanaşı,  nəzərə  almaq  lazımdır  ki,  Dağlıq  Qarabağ 
probleminin  doğurduğu  və  1990-cı  ilin  Bakı  hadisələrindən  sonra
_______  
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
49


antikommunist  çıxışlara  çevrilən  ümumxalq  etirazı  milli  hisslərin 
kortəbii, düşünülməmiş, dərk olunmamış kükrəyişindən qida alırdı. 
Sovet rejiminə  son  qoyulması  insanlann  kütləvi  şüuruna,  psixolo­
giyasına  v ə  sosial  əhvalına  konstruktiv  təsir  göstərmədi.  Bu  təsir 
əsas  etibarilə emosional sahəyə yayıldı və yeni ictimai-siyasi, iqti­
sadi sistemin reallıqlarının səm ərəli surətdə qavranılmasına, dəyiş­
miş  şəraitdə  davranışın  optimal  üsullarına  toxunmadı.  İnsanlarda 
möhkəmlənmiş  azadlıq hissi v ə  m illi  dövlət müstəqilliyinə tələbat 
başlıca psixoloji amil oldu.  Totalitar keçmişin ideologemləri ilə tə­
zad təşkil edən bu dəyərlər xalq tərəfindən sürətlə mənimsənilir və 
ictimai inkişafın rəhbər oriyentirlərinə çevrilirdi.
O ki qaldı bazar və demokratiya kimi anlayışlara, onlar  1990-cı 
illərin  əvvəllərindəki  siyasi  diskursda  axıradək  anlanılmamış  və 
dərk edilm əmiş hansısa yeni ideoloji abstraksiyalann yerini tuturdu. 
Ö lkəyə  hansı yolları  seçm ək tək lif olunurdu, tarixin yeni gərdişin­
də ölkəni nə kimi perspektivlər gözləyirdi, qarşıda hansı təhlükələr 
görünürdü?  Zamanın  özünün  qoyduğu  mürəkkəb  m əsələlərin  son 
dərəcə  əhəm iyyətli  olduğunu  nə  hakimiyyət,  nə  onu  dəstəkləyən 
elita,  nə  də  o  vaxt  artıq  özlərini  “demokrat”  adlandıran  qüvvələr 
nəinki sadəcə olaraq başa düşmür, həm  de hadisələrin bu cür gedi­
şinə hətta m ənəvi, psixoloji,  intellektual cəhətdən hazır deyildilər. 
Ölkədə yeni sosial-iqtisadi sistemin v ə dövlət sisteminin formalaş­
ması problemləri siyasi prosesin künc-bucağında həll edilirdi, onun 
mərkəzində  isə  m üxtəlif hakim qruplaşmaların  iddiaları  toqquşur­
du. M üxalif siyasi qüvvələr islahatları cəm iyyətə bir andaca ümumi 
rifah  v ə  sosial  ahəngdarlıq  gətirm əyə  imkan  verən  ecazkar  vasitə, 
sehirli  çubuq  kimi  təsvir  edirdilər  v ə   təəssüf ki,  hətta  bu  gün  də 
belə təsvir edirlər.
Yalnız  şəxsi  v ə  qrup  mənafeləri  və  məqsədlərini  güdərək,  si­
yasətdə  hakim  mövqe  tutmaq  niyyəti,  hamı  üçün  yeni  demokratik 
dövlət  qurmaq  və  vətəndaş  cəm iyyəti  təsisatları  formalaşdırmaq 
konsepsiyasının  işlənib  hazırlanması  zəruriliyinin  qulaqardına  vu­
rulması  postsovet  dövründə  Azerbaycan  dövlətçiliyinin  inkişaf 
proseslərinin  ləngim əsinə  gətirib çıxardı.  Dövlət idarəçiliyi  təcrü­
bəsi olmayan üzdəniraq “demokratik qüvvələr” ölkəni amansız da­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
______
50
xili qarşıdurma v ə vətəndaş müharibəsi girdabına yuvarladılar. On­
ların tarixi  iqtidarsızlığma v ə  imkansızlığına sübut heç  də təkcə bu 
deyildir.  Hakimiyyətdən getmək məcburiyyəti  ilə üzləşən bu qüv­
vələr təəssüf ki, siyasi mübarizəni nəyisə yaxşılığa doğru dəyişdir­
mək naminə  deyil,  hakimiyyətə  yenidən  yiyələnm ək  cəhdləri,  si­
yasi qisas naminə davam etdirdilər.
Bu  baxımdan  2002 -ci  il  avqustun  axırlarında  ölkədə  akkreditə 
olunmuş  diplomatlardan  biri  -   ATƏT-in  nümayəndəsi  ilə  qeyri- 
rəsmi  söhbət istər-istəm əz yada düşür.  Diplomat  açıqca etiraf etdi 
ki, Azərbaycanda obyektiv səbəb üzündən müxalifət adlandırmağa 
adamın dili gəlm əyən qüvvələrin mövcud olmasından çox m əyus­
dur.  Axı,  müxalifətin  mənası  heç  də  özünü  dövlətə  v ə  cəm iyyətə 
qarşı  qoymaqda  deyil,  hakim  elitanın  apardığı  xəttə  özünün  siyasi 
alternativ  ideyalarını  irəli sürməkdədir.  Burada  isə hakimiyyət uğ- 
runda  ən  kobud,  bəsit  mübarizə  gedir  və  bu,  demokratiya  barədə 
m edhiyyelerle pərdələnir.
Ö lkəyə  müstəqilliklə  birlikdə  gələn  ictimai  həyatın  liberallaş- 
dırılması şəxsiyyətin total siyasi nəzarətdən, dövlət ideologiyasının 
buxovlarından  azad  olunmasını  təmin  etsə  də,  hələlik  şüurlu  və 
m əsuliyyətli vətəndaş  formalaşmasına gətirib çıxarmamışdır.
B elə  deməyə  bütün  əsaslar var ki,  1990-cı  illərin  əvvəllərində 
Azərbaycan suverenlik alan,  amma ondan öz xalqının rifahı naminə 
istifadə  edə  bilməyən,  digər ölkələrin  simasında anlaşma və  müt­
təfiqlik  dəstəyi  tapa  bilm əyən  dövlət  idi.  Bir  qayda  olaraq,  belə 
dövlətlər böyük geosiyasi oyun meydanında elaltıya çevrilir. Azer­
baycanla  da  əlaqədar  m ehz  belə  olmuşdur.  Daxili  siyasi  inkişafın 
dəqiq konsepsiyasının olmaması, birqütblü dünyaya qovuşmaq niy­
yəti  ile  şərtlənən  xarici  siyasətin  müasir reallıqlara  uyğun  gəlm ə­
m əsi,  siyasətdə,  iqtisadiyyatda,  cəm iyyət  və  fərdin  heyatının  ən ə­
nəvi  sahələrində  sovet  irsindən  nümayişkaranə  imtina  edilməsi 
-  bütün bunlar milli müstəqilliyin v ə dövlətçiliyin möhkəmlənmə­
sinə son dərəcə mənfi  təsir gösterirdi.
Keçmiş  İttifaqın  diger  respublikalarından  fərqli  olaraq,  Azər­
baycanda  müstəqil  dövlət  varlığına  keçid  təkcə  sosial-iqtisadi,  si­
yasi amillərin deyil, həm de geosiyasi amillərin də təsiri altında baş
_________
I  fəsil.  SSRI-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
51


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə