Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


lükəsizlik  və  milli  inkişaf  konsepsiyaları  ilə  müəyyənləşdirilir



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə4/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   ...   115

lükəsizlik  və  milli  inkişaf  konsepsiyaları  ilə  müəyyənləşdirilir. 
Daha geniş  səpkidə götürdükdə, milli  təhlükəsizlik dövlətin  öz ya­
xın və uzaq qonşuları ilə münasibətlərinin necə təşəkkül tapmasın­
dan  asılıdır.  Bu  ölkələrlə  iqtisadi,  siyasi,  mənəvi,  mədəni  münasi­
bətlər  yaradılması  v ə  onların  inkişaf etdirilməsi,  prinsipcə  hər  bir 
dövlətin uzunmüddətli milli  mənafelərinə  cavab  verməlidir.  A zər­
baycan kimi yeni,  gənc və müstəqil  dövlət onun  inkişaf strategiya­
sının  bu  proseslərə  arzu  edilən  istiqamət  və  konfiqurasiya  verən 
xüsusi  dünyagörüşü paradiqmalan  çərçivəsində  həyata  keçirilməsi 
xəttinə  ciddi əm əl  etməlidir.
Keçmişin  aradan  qaldırıldığı  və  məhv  olduğu  təbii  prosesdən 
fərqli  olaraq,  tarixi  prosesdə  keçmiş  çox  vaxt  bu  gün  yaşamaqda 
davam edir. Buna görə də qəti surətdə təsdiq etmək olar ki, ictimai- 
tarixi proses  ikili xarakterə malikdir.  Bir tərəfdən, bu,  köhnənin tə­
kamülü,  inkişafı  və  inkarıdır,  keçmişlə  əlaqənin  qırılması  və  yeni­
nin  yaradılmasıdır,  digər  tərəfdən  isə,  həyat  qabiliyyətinə  malik 
olan həm  müsbət,  həm  də  mənfi  xarakterli  hər şeyin  qorunub  sax­
lanması  və keçmişdən indiyə və  g ələcəy ə ötürülməsidir.
Özünün  bütün  mürəkkəbliyinə  baxmayaraq,  cəm iyyət və  döv­
lətin həyat fəlsəfəsinin mahiyyəti bundan ibarətdir.  İdeal, “kimyəvi 
cəhətdən  təm iz”  ictimai  sistem  mövcud  deyildir.  İstənilən  sistem­
də o, hələ rüşeym halında olanda digər, bəzən isə əks sistemlərdən 
gəlmiş  sosial-siyasi,  iqtisadi,  m ənəvi-əxlaqi,  ideoloji  cərəyan  və 
istiqamətlər  olur.  Bununla  yanaşı,  istənilən  sistem  bir  etnosiyasi 
qummun,  onun  həyat  tərzinin  digərlərindən  fərqləndirilməsi  və 
nəsildən-nəslə ötürülməsi baxımından varisliyi  saxlayır.  Yalnız iki 
başlanğıcın,  -  bir tərəfdən,  inkişaf və yeninin  yaradılması,  yenilik­
lərə  səy  göstərilməsi,  diger  tərəfdən,  keçmişlə  varisliyin  qorunub 
saxlanılması,  -   qarşılıqlı  əlaqəsi  və  sıx  çulğaşması  olduqda  sosial 
tarixdən  və  ictimai-tarixi  prosesdən  danışmaq olar.
Məhz  bu  səbəbdən,  mövcud  ictimai-siyasi  reallıqlara  uyğun 
gəlm ək  istəyən hər hansı  sosial-fəlsəfi,  ideya-siyasi və ya dövlət- 
idarəçilik konstruksiyası həmin təməllərin hər ikisini nəzərə alma­
lıdır.  Əks halda, o, ya həyat qabiliyyətli  olmayacaq, yaxud da onun
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri
16
/0
S
6
Ön söz
gerçəkləşdirilməsi  cəhdləri  dövlətə  və  cəm iyyətə  təhlükə  törədən 
nəticələrə  gətirib  çıxara bilər.
Transformasiya  proseslərinin  innovasiyalığı,  siyasi  idarəçilik 
prioritetlərinin dəyişm əsi Nitsşenin “bütün dəyərlərin yenidən qiy­
mətləndirilməsi”  formulu üzrə baş verir.  Bütün bəşər tarixi ərzində 
formasiyaların  dəyişm əsi -  antik  dövrdən  orta əsrlərə,  orta əsrlər­
dən rasional  sivilizasiya və ya kapitalist cəmiyyəti  dünyasına keçid 
məhz  belə  olmuşdur.  Hər  bir  transformasiya  əhalinin  ən  güclü  və 
fəal  hissəsinin  mənafelərini  əks  etdirən  və  yaşanılan  keçid  dövrü­
nün mahiyyətini müəyyənləşdirən yeni  ideologiya ilə ruhlanmışdır. 
Fransız  mütəfəkkiri  Süar  demişdir:  “Hər  bir  xalqın  rəyi  həmişə 
onun  yaşadığı  mühitdə  hakim  olan  mənafelərlə  m üəyyənləşdi­
rilir”3.
İndiki keçid dövrü kontekstində Azərbaycan  1991-ci ildən son­
ra  öz  qüvvələrini  xalqın  daxili  potensial  ehtiyatlarının  inkişafına 
yönəltm ək  üçün  nadir  imkan  qazanmışdır.  Biz  keçmişlə  vidalaş­
mağa çalışaraq,  ayrı  bir gələcək qurmağa başladıq.  Lakin təəssüflə 
qeyd etmək  lazım  gəlir ki,  siyasi  liderlərin  və  qrupların  heç  də  ha­
mısı  yaxın  keçmişimizin  və  bu  günümüzün  mahiyyətini  dərindən 
anlamadılar.  Burada  m əsələ  heç  de  təkcə  milli  siyasətçilərin  fərdi 
keyfiyyətlərində  deyil,  həm  də  onların  formalaşdığı  şəraitdədir. 
Çünki  yuxarıda  qeyd  olunduğu  kimi,  “insanların  rəyləri  mühitlə 
m üəyyən  edilir;  mühit  rəylərlə  müəyyən  olunur”4.
Azərbaycanın  düşdüyü  vəziyyət  XIX  əsrin  ikinci  yarısında  bir 
çox  Qərb  ölkələrinin  yaşadıqları  və  islahatdan  sonrakı  Rusiyanın 
yaşamağa  başladığı  vəziyyətə çox oxşardır.  Fransız  sosioloqu  Emil 
Dürkheym bu vəziyyəti “fərdin  qrup tərəfindən, hissənin tam tərə­
findən udulduğu  seqment tipli  cəmiyyəti  səciyyələndirən mexaniki 
həmrəylik  sxemi,  əmək  bölgüsünə  əsaslanan,  fərdlərin  müstəqil 
olduqları  və  öz  fəaliyyətinin  xüsusiyyətinə  müvafiq  surətdə  qrup­
laşdıqları  cəmiyyətlərin  üzvi  həmrəyliyi”  kimi  təsvir  etmişdir. 
Dekartın  dəyişdirilərək “mən qiyam qaldırıram, deməli,  mən möv­
cudam”  kimi  ifadə  olunmuş  məlum  kəlamı  cəm iyyətdə  bir  çox 
qrupların  əhval-ruhiyyəsini  və  qarşılıqlı  münasibətlərini  müəyyən
~ İ7  

.....  
i
|  kzərbaycan  Respublikas)  Prezidentinin j 
İşlar İdarəsinin
K İ T A B X A N A S I


etmişdir.  Lakin Azərbaycanda vəziyyəti  belə  radikal  qrupların  heç 
də  təkcə  kortəbii,  anarxist  banşm azlığı  səciyyələndirməmişdir. 
Ogüst  Kontun  təbirincə  desək,  ölkədə  “cəm iyyətin  siyasi  v ə  m ə ­
nəvi böhranı” tüğyan edirdi, bu böhran “nəticə etibarilə, əqli anar­
xiyadan” -  “həyatın bütün əsas m əsələlərinə münasibətdə zəkala­
rın  dərin  fikir  ayrılığından  ibarət  olan”  çox  təhlükəli  xəstəlikdən 
asılı  idi,  “bu  m əsələlərə  qəti  münasibət  göstərilməsi  isə  həqiqi 
sosial  intizamın birinci şərtidir”5.
Müasir Azərbaycanda ictimai çevriliş çox tez baş verdi və onun 
gedişində  dövlətə  v ə  digər  sosial  təsisatlara  münasibətdə  siyasi 
prosesin subyekti kimi vətəndaşın yeni mövqeyi bərqərar oldu. Ona 
görə də m üxtəlif dövlət strukturlarının v ə   ictimai strukturların yeni 
vəziyyətə v ə  reallıqlara uyğunlaşmağa kifayət qədər vaxtı  olmadı. 
Postsovet  dövründə  cəm iyyətin  v ə  dövlətin  böhranlı  vəziyyətə 
düşməsinə,  cəm iyyətlə  dövlət  arasında  boşluq  yaranmasına,  şə x ­
siyyətin marginallaşmasma m əhz bu səbəb  oldu.
SSRİ-nin  süquta  uğramasının  doğurduğu  böhran  tədqiqatçıları 
v ə  sadəcə,  düşünən insanları  h ələ çox narahat edəcək,  bütün post­
sovet  məkanında  cəm iyyət  və  dövlətin  vəziyyətinə,  milli  inkişaf 
konsepsiyalarının  formalaşmasına  təsir  göstərəcəkdir.  İndi  SSRİ- 
nin  süqutu  təkcə  15  suveren  dövlətin  tarixi  inkişafının  başlanğıcı 
kimi  deyil,  həm də  dünya geosiyasətinin,  geoiqtisadiyyatmın,  g e o - 
tarixinin, geomədəniyyətinin qlobal şəkildə büsbütün dəyişməsinin 
başlanğıcı kimi təsəvvür edilir.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
18
I  FƏSİL
SSRİ-NİN DAĞILMASI:
YENİ REALLIQLAR VƏ YENİ  İMKANLAR
Şairlərdən kimsə demişdir:  “Tarixçi üçün yüzillik nə qədər qiy- 
mətlidirsə,  müasiri  üçün  bir  o  qədər  kədərlidir”.  SSRİ-nin  dağıl­
ması  problemi  hələ  uzun  illər  geosiyasətçilərin  v ə   politoloqlann, 
tarixçilərin,  sosioloqların v ə  başqalarının  diqqət mərkəzində  qala­
caqdır.  Dünyanın  fövqəldövlətlərindən  birinin  süquta  uğramasının 
fəlakətli  nəticələri  bir çox ölkələrin  və  xalqlann  siyasi,  iqtisadi  və 
m ənəvi  həyatında güc mərkəzlərinin əhəm iyyətli dərəcədə dəyiş­
m əsində  təzahür  etmişdir.  Ona  görə  de  biz  belə  bir  suala  dönə- 
dönə və yenidən qayıdırıq ki,  bu epoxal hadisə tarixən nə dərəcədə 
labüd  idi,  SSRİ-nin süqutu və  1991-ci ildə  Belovejsk  sazişləri  im­
zalandıqdan  sonra  postsovet  məkanında  müstəqil  dövlətlərin  for­
malaşması üçün  hansı  amillər həlledici  olmuşdur.
Araşdırıcıların  Sovet İttifaqının dağılmasının səbəbləri və nəti­
cələri  barədə fikirləri  uyğun gəlmir. Bəziləri hesab edir ki, ölkənin 
dağılması  ötən  yüzilliyin  80-ci  illərinin  ikinci  yarısında  keçirilən, 
sovet  cəm iyyəti  üçün  ağrılı  islahatlara  görə  baş  verdi.  Digerləri 
çoxmillətli  dövlətin  heyat  qabiliyyətli  olmamasının  qanunauyğun­
luğundan,  M.Qorbaçovun  hakimiyyətə  gəlm əsindən  hələ  əvvəl 
formalaşmış  siyasi  v ə  sosial-iqtisadi  ziddiyyətlərin  və  problemlə­
rin  dərinliyindən  və  SSRİ-nin  dağılması  prosesinin  Sov.İKP-nin 
XXVII  qurultayından  xeyli  əvvəl  başlandığından  danışmağı  üstün 
tuturlar.
Həm de,  R.Debre kimi  bir sıra müəlliflər bu prosesi  son dərəcə 
bəsitləşdirərək, belə ittihamlarla əsaslandırırlar ki,  guya sovet rəh­
bərləri  başa  düşmürdülər  ki,  tank  diviziyaları  rok-n-roll  ile  rəqa­
bətə  girə  bilməz,  çünki  o,  tanklardan  güclüdür.  Əslində,  belə  ya­
naşmalar  SSRİ-nin  dağılması  kimi  mürəkkəb prosesi  bir  və  ya  iki
19


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə