Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


niyyət,  yaxud  da  ziddiyyətli  vəhdət  kimi  yalnız  həm   vətəndaş



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə100/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   96   97   98   99   100   101   102   103   ...   115

niyyət,  yaxud  da  ziddiyyətli  vəhdət  kimi  yalnız  həm   vətəndaş 
cəmiyyətinin,  həm  də dövlətin həyatının  obyektiv əsası  olan  z ü m ­
rələrin çoxsaylılığmın obyektiv bazasında mövcud ola bilər.
Real həyatda vətəndaş cəm iyyəti v ə dövlətin qarşılıqlı m ünasi­
bətlərinin dialektik baxımdan bir-birinə  zidd üç variantı  ola bilər:
-  dövlət vətəndaş cəmiyyətini boğur v ə bunun nəticəsi kim i to­
talitar rejim yaranır;
-  dövlət vətəndaş  cəmiyyətinin  iradəsini  yerinə yetirir,  hüquqi 
dövlət  kimi  hüquq  çərçivəsində  fəaliyyət  göstərir.  Bu  halda  d e­
mokratik rejim meydana çıxır;
-  vətəndaş cəm iyyəti ilə dövlət arasında etibarsız bərabərlik o l­
duqda,  amansızlıq dərəcəsi m üxtəlif olan avtoritar rejimlər yaranır.
Vətəndaş cəm iyyətini insanların bir-birindən v ə dövlətdən asılı 
olmayan fərdlər kimi qarşılıqlı əlaqədə olduqları sosial m əkan kimi 
təsəvvür etmək olar.  Vətəndaş  cəmiyyətinin əsası m ədəni,  m üstə­
qil,  tam hüquqlu fərddir və  bu  cəm iyyətin keyfiyyəti v ə   m əzm unu 
fərdin mühüm keyfiyyətlərindən asılıdır.
Vətəndaş  cəm iyyəti  insanların  qrup  v ə  fərdi  m ənafelərini  v ə 
hüquqlarını  qorumalı  olan  müstəqil  assosiasiyaların  (dini  v ə  siyasi 
korporasiyaların, kooperativlərin,  həmkarlar ittifaqlarının v ə   s.)  si­
masında dövlətlə xüsusi münasibətlərdədir. Vətəndaş cəm iyyəti nə 
qədər  güclü  inkişaf edibsə,  demokratik  rejimlər üçün  əsaslar  bir  o 
qədər  çoxdur.  Əksinə,  vətəndaş  cəm iyyəti  nə  qədər  z ə if   inkişaf 
edibsə,  avtoritar  v ə  totalitar  rejimlərin  meydana  gəlm əsi  ehtimalı 
bir o qədər çoxdur.
Vətəndaş  cəmiyyətinin  meydana  gəlm əsi  insan  hüquqları  və 
vətəndaş hüquqları  arasında hədd qoyulması ilə bağlıdır.  İnsan hü­
quqlarını  vətəndaş  cəmiyyəti,  vətəndaş  hüquqlarını  isə  dövlət 
təmin  edir.  Hər  iki  halda  şəxsiyyətin  hüquqlanndan  söhbet  gedir, 
lakin  əgər  birinci  halda  ayrıca  fərd  kimi  şəxsiyyətin  yaşamaq  hü­
ququ,  xoşbəxtliyə  can  atması  nəzərdə  tutulursa,  ikinci  halda  onun 
siyasi  hüquqları  nəzərdə  tutulur.  Beləliklə,  həm  iqtisadi,  həm  də 
mədəni,  m ənəvi  və  siyasi  potensiallarını  özü reallaşdırmaq  hüqu­
quna  malik  olan  şəxsiyyət  istər  vətəndaş  cəmiyyətinin,  istərsə  də
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
4 0 0
hüquqi  dövlətin  mövcudluğunun  ən  vacib  şərti  kimi  çıxış  edir  və 
fərd vətəndaş cəm iyyəti vasitəsilə bu potensiallarını reallaşdıraraq, 
sosial həyatın təkrar istehsalını təmin edir.
Əgər  vətəndaş  cəmiyyətinin  əsas  elementi  şəxsiyyətdirsə,  bu 
cəmiyyətin  dayaqları  şəxsiyyətin  özünü,  onun  maraqlarını,  m əq­
sədlərini hərtərəfli reallaşdırmasma köm ək göstərm əli olan elə hə­
min təsisatlar,  təşkilatlar və  qruplardır.
Fərdi azadlıq v ə xüsusi mülkiyyət ideyaları vətəndaş cəm iyyəti 
konsepsiyasının  əsasını  təşkil  edir.  Fəhlələrin,  fermerlərin,  sahib­
karların,  m üxtəlif peşələrin  nümayəndələrinin  (həkimlərin,  vəkil­
lərin,  mühəndislərin,  müəllimlərin,  alimlərin)  cürbəcür  birlikləri 
və  ya  assosiasiyaları  kimi  marağı  olan  qruplar,  ümumi  m ənafelərə 
malik  dini,  qadın,  gənclər  təşkilatlan  v ə  digər  ictimai  təşkilatlar 
vətəndaş cəmiyyətində mühüm yer tutur.
Marağı  olan  qruplar və təşkilatlar aynca götürülmüş şəxsiyyətə 
onun  öz  qabiliyyətini  reallaşdırmasma  imkan  yaradır.  Bu  qrup  və 
təşkilatlar insanların iqtisadi,  etnik,  dini, regional, demoqrafik, peşə 
və  digər maraqlarının müxtəlifliyini  əks  etdirir.
Vətəndaş  cəm iyyəti  heç  kimin  ümumi  başlanğıc  statusundan 
aşağı  düşə  bilm əməsi  üçün  müdafiə  tədbirlərinin  görülməsini  nə­
zərdə tutur və təbii ki,  onun ən mühüm vəzifələrindən  biri öz üzv­
lərinin yaşayışından ötrü zəruri olan vasitələrin minimumunu təmin 
etməkdir.
Struktur  baxımından  vətəndaş  cəmiyyətini  üç  əsas  sahənin 
-  iqtisadi, siyasi v ə dini sahələrin dialektik məcmusu kimi təsəvvür 
etmək olar.
1. 
İqtisadi  sahə -   iqtisadi  münasibətlər,  ilk növbədə  mülkiyyət 
münasibətləridir.  Fəaliyyətin  konkret  formlarında  ifadə  olunan  bu 
münasibətlər istehsal birlikləri v ə təşkilatlarının (kollektivlər,  koo­
perativlər,  artellər,  şirkətlər,  sahibkar assosiasiyaları,  ailə  birlikləri 
və  s.)  müxtəlifliyini  müəyyən  edir.  Bu  qurumların  zənginliyi  və 
rəngarəngliyi  cürbəcür mülkiyyət formlannın müxtəlifliyindən bi­
lavasitə asılıdır.
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
401


2.  Siyasi  sahə  -   m üxtəlif partiyalarda,  hərəkatlarda,  vətəndaş 
təşəbbüslərində,  assosiasiyalarında  iştirak  vasitəsilə  siyasi  maraq­
ların və  azadlıqların təmin olunması ilə bağlı yaranmış münasibət­
lərdir. M əhz bu maraq üstünlük təşkil edir və təşkilatın siyasi sima­
sını,  onun mövcud dövlətə  münasibətini  müəyyənləşdirir.
3.  M ənəvi sahə -  vətəndaş  cəmiyyətinin fəaliyyəti və  inkişafı­
nın  ictimai  və  fərdi  şüurda  əks  olunmasıdır  və  öz  ifadəsini  təklif 
edilən  səviyyədə  elmi  nəzəriyyələr,  konsepsiyalar  şəklində  sosial 
psixologiyada  adi  şüur,  həyat təcrübəsi,  ənənələr və  s.  formasında 
tapır.
Bundan  əlavə,  vətəndaş  cəmiyyətində  onun  uğurla  fəaliyyət 
göstərməsi üçün zəruri  olan şərtləri  də fərqləndirmək lazımdır.  Bu 
şərtlər arasında aşağıdakıları  vurğulamaq gərəkdir:
Birinci  şərt mülkiyyətdir.  O,  vətəndaş cəmiyyətinin hər bir üz­
vünün  onu  azad  insan  edən  mülkiyyətə  malik  olmasını  nəzərdə 
tutur.
İkinci  şərt  cəm iyyətdə  çoxlu  maraqlan  əks  etdirən  m üxtəlif 
sosial-iqtisadi,  ictimai  strukturların  kifayət  qədər  inkişaf etməsini 
nəzərdə tutur. Burada ilk növbədə siyasi qrupların,  ittifaqların, par­
tiyaların,  təşkilatların,  təzyiq  qruplarının  müxtəlifliyindən  söhbət 
gedir.  Bu  struktur  (şəxsiyyətin  və  dövlətin  qarşılıqlı  münasibətlə­
rində  öz  ifadəsini  tapan mövcud vertikal  əlaqələrlə yanaşı) cəm iy­
yətdə  üfüqi  əlaqələr  yaradır,  onu  daha  mütəşəkkil,  möhkəm  və 
sabit edir.  Bu sonuncular olmadıqda vətəndaş dövlətlə birbaşa bağ­
lı  olur  və  belə  halda  şəxsiyyətlə  dövlət  arasında  kəskin  ziddiyyət 
yaranır.
Üçüncü şərt şəxsiyyətin inkişafı,  ictimai idarəetmədə onun fəal, 
şüurlu  iştirakıdır.  Vətəndaş  cəmiyyəti  fərdin  inkişafının  yalnız  elə 
bir  səviyyəsində  mümkündür  ki,  o,  həm  sosial,  həm  də  psixoloji 
mənalarda şəxsiyyət adlandırıla bilsin.  Sonuncular isə vətəndaş c ə ­
miyyətinin bu və ya digər təsisatına daxil  olunma zamanı tam müs­
təqil fəaliyyəti nəzərdə tutur.
Vətəndaş cəm iyyəti sosial, sosial-mədəni və mənəvi sahələrdə 
həyat  fəaliyyətinin təmin  edilməsi,  bunların təkrar istehsalı  və  də­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
402
yərlərin  nəsildən-nəslə  ötürülməsi  sistemi  deməkdir.  Bu  sistem 
müstəqil  və  dövlətdən  asılı  olmayan  ictimai  təsisatlar  və  münasi­
bətlər sistemidir,  onların da vəzifəsi həm fərdlərin,  həm də kollek­
tivlərin öz potensiallarını  reallaşdırması  üçün  şəraiti,  habelə  ayrıca 
fərdi  və  ya  kollektiv  maraqlan  və  tələbatları  təmin  etməkdən  iba­
rətdir.  Sonuncu  kateqoriyalar  öz  ifadəsini  vətəndaş  cəmiyyətinin 
ailə,  təhsil  sistemi,  elmi,  peşə  və  digər birlikləri,  assosiasiyaları  və 
təşkilatları  və  s.  kimi  təsisatları  vasitəsilə  tapır.
Vətəndaş  cəmiyyətini  tez-tez  ayrıca  maraqlar  və  tələbatlarla 
eyniləşdirirlər.  Təbiəti  etibarilə  insana  özünə  tay  olanlarla  bir  c ə ­
miyyətdə  yaşamaq  istəyi  xasdır,  lakin  eyni  zamanda  ona  hər  şeyi 
özü bildiyi  kimi  etmək  meyli  də  xasdır.  Şübhəsiz ki,  o,  öz  istəklə­
rini  reallaşdırarkən  hər  şeyi  öz  istədikləri  kimi  etm əyə  çalışan  di­
gər  fərdlərin  müqaviməti  ilə  qarşılaşır.  İnsan  fəaliyyətinin  hər  bir 
sahəsinin  kökündə  dayanan  münaqişə  və  konsensus  vətəndaş  c ə ­
miyyəti  çərçivəsində  özünü  həm  də  bunda  göstərir  ki,  dövlətdən 
asılı olmayaraq onun elə vasitələri  vardır ki,  bu,  hər bir kəsi  ümumi 
qəbul  olunmuş normalara  əm əl  etməyə məcbur edə bilər.
Bəşər sivilizasiyası  da ən  mühüm  təsisatları  ilə  birlikdə  vətən­
daş  cəmiyyətini  v ə  dövləti  də  cəm iyyət  həyatının  əsaslarını  dağıt­
mamaq üçün yaratmışdır.  Vətəndaş cəmiyyətinin  və dövlətin  v əzi­
fəsi  m üxtəlif maraqlar  arasında  harmoniyaya  nail  olmaqdır.  Tarixi 
təcrübə  göstərir  ki,  bu 
modus  vivendi-yə
  nail  olmaq  həm işə  əlçat­
maz,  çox  vaxt dağıdıcı  səylərin  qarşısını  almağa qadir olan  konkret 
tarixi  kompromisdə  təcəssüm  edən  ideal,  arzu  olmuşdur.
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
§  Azərbaycan  sosiumu  və vətəndaş cəmiyyəti
Vətəndaş cəm iyyəti haqqında ingilis,  fransız və alman  ideyaları 
arasında  olan  fərqlərə  baxmayaraq,  siyasi  fəlsəfədə  onların  hamısı 
vahid  Qərb  konsepsiyasına  aid  edilir.  Vətəndaş  cəmiyyətinin  əsas 
konstitutiv  elementləri  və ya təsisatları  vətəndaşların  azad assosia­
siyaları,  iqtisadi  bazar və  ictimai  sahədir.
403


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə