Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


lən, m əhkəm ələr v ə parlament qeyri-müstəqil v ə heç bir dəyəri o l­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə97/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   93   94   95   96   97   98   99   100   ...   115

lən, m əhkəm ələr v ə parlament qeyri-müstəqil v ə heç bir dəyəri o l­
mayan  qurumlar,  prezidentə  əlavələr  kimi  çıxış  edir.  Buna uyğun 
olaraq,  bu  qəbil  siyasi  quruluşlarda  seçkilərin  özü  ölkənin  sabitliyi 
üçün  mənfi  rol  oynayır və  ifrat  dərəcədə  qızışdınlmış  em osional- 
populist ab-havada keçir.
Nümayəndəli  demokratiya  konsepsiyası  O ’Donnellin  əvvəlk i 
nəzəri  tədqiqatlarının  bir  növ  inkişafıdır.  M əsələn,  bu,  onun  öz 
təbiətinə görə korporativ v ə texnokratik olan nümayəndəli demok­
ratiyanın  yaranması  üçün  əhəm iyyətli  dərəcədə  zəmin  hazırlamış 
bürokratik-avtoritar  sistemlərə  dair  tədqiqatlarına  aiddir.  M əhz 
belə rejim  şəraitində  ziddiyyətlər m üəyyən vaxtadək gizli qalır v ə  
partiyalar bir-birini və prezidenti  (özü  də ona  elə bir ziyan vurma­
dan) tənqid etdikdə, mətbuat formal azadlıq qazandıqda, parlament 
isə  seçildikdə v ə   s.  üzə çıxır.
Beləliklə,  nümayəndəli  demokratiya  haradasa  avtoritarizm  ilə 
təmsilçili  demokratiya  arasında  aralıq  bir  rejimdir.  Buna  görə  də 
onun  təkamülü  iki  istiqamətdən  birində  mümkündür  -   ya  nüma­
yəndəli  demokratiyaya  doğru,  yaxud  da  avtoritarizmin  meydana 
gəlm əsinə  doğru.
O ’Donnellin  bədbinliklə  söylədikləri  düz  olarsa,  avtoritar reji­
min  tipi  necə  olacaqdır?  Tədqiqatçı  özü  buna  aydın  cavab  vermir, 
buna görə  də  onun nə  düşündüyünü  yalnız güman  etmək olar.  Çox 
güman  ki,  o,  avtoritarizm  deyəndə,  bürokratik  avtoritar rejimi  n ə­
zərdə tutur. Bu anlayışın özü onun Latın Amerikasında, ilk növbədə 
Argentinada  gedən  siyasi  proseslərə  dair  əvvəlki  tədqiqatlarında 
ifadə  olunmuşdur.  Onun bürokratik  avtoritarizm konsepsiyası  ü zə­
rində  ətraflı  dayanaq.
O ’Donnell  kapitalizmin  sürətli  inkişafına  ehtiyacı  dövlətin  si­
yasi  rolunun  möhkəmləndirilməsində  əsas  komponent  hesab  edir. 
Bürokratik  avtoritarizm  şəraitində üç  əsas hərəkətverici  qüvvədən 
ibarət olan blokun mənafelərini məhz dövlət qoruyur. Birincisi, h ə­
min  qüvvələr  en  böyük  v ə  daha  dinamik  milli  şirkətlərə  nəzarət 
edən  milli  burjuaziyadır.  İkincisi,  milli  kapitalla  sıx  bağlı  olan  və 
xeyli  dərəcədə  ölkənin iqtisadi  inkişafının hərəkətverici  başlanğı­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
388
cını təşkil edən beynəlxalq kapitaldır.  M illi  və beynəlm iləl kapita­
lın bu  cür  qarşılıqlı  əlaqəsi  həm   də  əlavə  sayda  törəmə  multimilli 
korporasiyaların  formalaşmasına  gətirib  çıxarmışdır.  Üçüncüsü, 
qeyri-sabitliyin  yüksək  olması,  kəskin  siyasi  münaqişələr,  “kom ­
munist  təhlükəsi”,  vaxtaşırı  baş  verən  iqtisadi  böhranlar  bu  bloku 
sosial  dezinteqrasiyanm  qarşısını  almağa  qadir  olan  daha  bir  çox 
mühüm  hərəkətverici  qüvvəyə  -   orduya  arxalanmağa  təhrik  et­
mişdir.
Bu  qüvvələr  blokunun  mənafelərini  müdafiə  etməklə  dövlət 
avtoritarlığın  və  bürokratizmin  yüksək  səviyyəsi,  habelə  iqtisadi 
proseslərin gedişinə fəal müdaxilə kimi  faşizmə yaxm  olan bir  sıra 
əlamətlər əxz  etmiş  olur.  M illi  kapitalın mənafelərinin  beynəlxalq 
kapitalın artan iddialarından qorunmasının zəruriliyi nə qədər aşkar 
olursa,  dövlətin bu rolu da bir  o  qədər aydın  olur.  D övlət getdikcə 
daha çox milli burjuaziyanın bir növ himayəçisi rolunda çıxış  edir.
Genişlənməsinə  dövlətin  diqqətlə  nəzarət  etdiyi  elə  həmin 
“xalq sektoru”  inkişaf edənə və  siyasi  fəaliyyətdə iştiraka iddiasını 
büruzə  verənə  qədər  bu  cür model  Latın  Amerikasının  bir  sıra  öl­
kələrində mövcud olmuşdur.  Sonra isə milli burjuaziyanın m ənafe­
lərinin  şaxəlenm esi  prosesi  başlamışdır və  artıq bu mənafeləri  av­
toritar rejim çərçivəsində təmin etmək mümkün deyildi.
Beləliklə,  yuxarıda  göstərilən  üç  modeli  təhlil  edərək  demək 
olar ki,  bəzi politoloqlar üçün  təklif olunan modellərdən Azərbay­
candan  ötrü  daha  məqbulu  birinci  model  olacaqdır.  Bu  model  indi 
üçüncü mərhələnin sonunu yaşayan milli demokratiyanın reallıqla­
rına daha yaxındır.  Əslində o,  dördüncü m ərhələyə -  “vərdişetme” 
m ərhələsinə,  demokratiya  texnikasının  m ənim sənilm əsi  fazasına 
və Azerbaycanda demokratik modelin  inkişafının zəruri əsas  funk­
sional  cəhətlərinin  əxz  edilməsi  mərhələsinə  keçidin  astanasın- 
dadır.
Şübhəsiz və tamamilə aydındır ki, üçüncü fazanın başa çatması 
prosesi  illər  çəkəcəkdir.  Lakin  elə  indinin  özündə  posttranzitar 
cəm iyyətin yeni  “vətəndaş”  mədəniyyətinin  formalaşmasının baş­
lanmasına  zərurət  duyulur.  A xı  posttranzitar  dövrünün  siyasi  m ə­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
3 89


dəniyyəti  keçid  dövrünün  siyasi  mədəniyyətindən  əhəm iyyətli 
dərəcədə  fərqlənir  v ə   transformasiya  zamanının  ənənələrini,  d ə ­
yərlərini v ə  oriyentirlərini təkrar etməməlidir. Burada gizli təhlükə 
ondadır ki,  əgər cəm iyyət posttranzitar dövrün oriyentirləri  və  d ə ­
yərlərini  hazırlaya  bilm əyibsə,  onu  durğunluq  gözləyə  bilər.  D e ­
mokratik dəyərlər v ə   ənənələr belə mühitə uyğunlaşa bilməz.
Postsovet  dövlətlərində  demokratiyanın  təkamülü  endogen 
xarakter daşımasına,  yəni  elitadaxili mübarizənin taktika və  strate­
giyasından irəli gəlm əsinə baxmayaraq, bu dövlətlərdən hər birinin 
gələcək   inkişafı  üçün  posttranzitar  cəm iyyətə  çevrilmək  strategi­
yasının  işlənib hazırlanması tələb  olunur.
Təbii  ki,  bəzi  tədqiqatçılar  problemin  bu  cəhətinə  toxunaraq, 
onun  əleyhinə  çıxa  v ə   iddia  edə  bilərlər  ki,  bazar  iqtisadiyyatına 
xas  olan sərt rəqabət qanunlarının mövcud olduğu yeni cəmiyyətin 
iqtisadi  əsası  olmadan  posttranzitar dəyərlərin nə  işlənib  hazırlan­
ması  və  formalaşması,  nə  təsbiti,  nə  də  reallaşdırılması  mümkün 
deyildir.  Bu  iddiada  m üəyyən  məntiq  var.  Lakin  uzun  müddət 
transformasiya  prosesində  olan  cəm iyyət  üçün  məhz  posttranzitar 
dəyərlərin v ə   oriyentirlərin işlənib hazırlanması  iqtisadi yüksəlişin 
sürətinin  artmasına  köm ək  edir.  Bunu  vətəndaşların  həm  siyasi, 
həm   də  iqtisadi  sahədə  yetkinliyi  və  şüurluluğunun  başlanması 
vaxtı kimi təsn if etm ək olar.
Təhlilçilər  posttranzitar  cəm iyyətdə  dəyərlərin və  oriyentirlə­
rin formalaşması kimi anlayışlara etiraz edəndə nəyi nəzərdə tutur­
lar? Həmin dəyərlərin v ə oriyentirlərin yaradılmasının zəruriliyinə 
istinad  edərək  vurğulamaq  istərdik  ki,  bunlar  dövlətçiliyin  forma­
laşmasında bir növ yeni  əlaqə  rolunu yerinə  yetirirlər.
Lakin  bu  dövr  artıq  hansısa  post-dövr  kimi  səciyyələndirilə 
bilm əz.  Ə lbəttə,  o,  ictimai  şüurda demokratik ideyaların və dəyər­
lərin  təşəkkülü  prosesinə  yeni  dinamika  gətirir.  Onu  hətta  post- 
posttranzitar  dövr  hesab  etsək  də,  nəzərə  almaq  lazımdır  ki,  o, 
ənənələrin  m üəyyən  varisliyini  saxlayır,  lakin  vaxt  ötdükcə,  yeni 
oriyentirlərin  v ə  dəyərlərin  çərçivəsi  və  sərhədləri  totalitar  keç­
m işlə bu varislik  əlaqəsini de  “yuyub”  aparır.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
3 90
Azərbaycan  vətəndaşlarının  yeni  nəslinin  təfəkkürü  və  şüuru 
artıq köhnə,  şəxsiyyəti avtoritar təzyiqə məruz qoyan, onun azadlı­
ğını  isə  öhdəliklər  və  yaşayış  şəraiti  dairəsi  ilə  məhdudlaşdıran 
ideyaları,  oriyentirləri  və  idealları  qəbul  etmir.  T əəssü f ki,  hələlik 
bu tezisi yeni nəslin hamısına aid etmək mümkün deyil, belə ki, is­
tər  təhsil  sahəsində,  istərsə  də  digər  sahələrdə  yaranmış  boşluq 
özünü göstərir.  Üstəlik,  gənclərdə  özlərinin perspektivləri  haqqın­
dakı  təsəvvürlər  bəzən  elə  problemlər  doğurur  ki,  son  nəticədə 
bunlar dövlətin inkişaf strategiyasının yeni nəsil tərəfindən adekvat 
qavranılmasmda öz əksini  tapır.
Berlin divarının uçurulması yarım əsrdən çox bir müddətdə bi­
zim  siyasi  şüurumuzu  və  fəaliyyətim izi  m üəyyənləşdirən  qlobal 
münaqişələrə  son  qoydu.  Qərbdən  şərqədək  bütün  Avropa  daha 
böyük  demokratik  məkana  qədəm  qoydu.  2004-cü   ildə  Avropa 
Şurası  üzvlərinin  sayı  qırx  beşə,  Avropa  Birliyinin  üzvləri  isə, 
yuxarıda dediyimiz  kimi,  iyirmi  beşə  çatdı.  H ələ  heç  vaxt  demok­
ratiyanın  inkişafı  və onun keyfiyyətinin müdafiəsi  məqsədi  ilə v ə­
təndaşların  maraq  və  arzularından  doğan  bu  qədər  çox  sayda  fəal 
transmilli hərəkatlar olmamışdır.
Demokratiya öz mahiyyətini qoruyub saxlamaq üçün vətəndaş­
ların sosial-siyasi, mədəni v ə iqtisadi rifahına, bu sahələrdə baş ve­
rən  müsbət  dəyişikliklərə  reaksiya  verməli  v ə  uyğunlaşmalıdır. 
Hazırda Avropada demokratiyaya təsir edən əsas amillər,  m əsələn, 
qloballaşma,  Avropa  inteqrasiyası,  mədəniyyetlərarası  miqrasiya, 
demoqrafik dəyişikliklər, iqtisadi göstəricilər, informasiya texnolo­
giyalarının  inkişafı,  həm  de  terrorizmdən hamılıqla müdafiə  hissi­
nin  olmamasıdır.
Avropada demokratiya öz inkişafının sanki son həddinə çatmış­
dır.  İndi  demokratik  təsisatlar  əvvəllər  heç  vaxt  olmadığı  qədər 
geniş  şəkildə  tanınmışdır  və  bütün  kontinentdə  fəaliyyət  göstərir. 
Avropalıların  getdikcə  daha  çoxu  demokratik  cəm iyyətlərdə 
yaşayır,  və getdikcə daha çoxu gündəlik həyatında demokratik də­
yərlərə qovuşur.  Bununla belə, istər köhnə, istərsə də yeni demok­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
391


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə