əsası olması barədə Russonun tezisi demokratik n əzəriyyəd ə bəra
bərlik və azadlığın başlanğıcları ilə sıx əlaqələndirilir v ə onlardan
heç cür ayrıla bilməz. “Ümumi iradə”nin yaranmasında bütün xal
qın, onun fəaliyyət qabiliyyətli elementlərinin bütün m əcm usunun
iştirakı həm bərabərlik ideyasından, həm də azadlıq ideyasından
irəli gəlir.
Demokratik ideyanın ilk müjdəçiləri onu, demək olar, m oizə
kimi şərh edirdilər və bu adamların entuziazmı sırf dini ruh yüksək
liyi ilə müqayisə edilə bilər. Həqiqətən də, onların çoxu üçün de
mokratiya bir növ din idi. Belə siyasi kor-koranə sitayişə bizim
günlərdə də tez-tez rast gəlinir: məsul siyasi qərarlar qəbul etm əyə
qadir olmayanlar, yaxud da qəbul etmək istəm əyənlər bütün üm id
lərini “hər şeyə qadir v ə hər şeyin əlacı” kimi demokratiyaya bağ
layırlar. Özlərinin bütün qüvvə və entuziazmmı buna həsr edirlər.
Elə təkcə demokratiyanın siyasi inkişafın öz həddinə çatdığı ən
yüksək və son forma olması barədə səslənən bəyanatları xatırlat
maq kifayətdir.
Müasir siyasi nəzəriyyə belə baxışları sadəlövh və səthi fikirlər
kimi şübhə altına alır. Bunlara qarşı demokratiyanın ecazkarlığı, se-
hirliliyi, fövqəltəbiiliyi barədə şöhrət pərdəsini onun üzərindən
qaldıran, onu bütün digər siyasi formaların “bərabər hüquqlu” ele
menti kimi təsəvvür edən təbii siyasi hadisələr sırasına aid edən bir
sıra müşahidələr və nəticələr irəli sürür. Demokratik ideyanın hə
yata keçirilməsinin həddən artıq çətin, təhrif edilməsinin isə son
dərəcə asan olması xüsusi vurğulanır. Böyük mütəfəkkirlərin bir
çoxu hesab edirdi ki, demokratiya yalnız qeyri-adi, spesifik şəraitdə
həyata keçirilə bilər. Üstəlik, əksəriyyəti aydın şəkildə bildirirdi ki,
əgər demokratiya bütün ciddiliyi ilə başa düşülərsə, onda demok
ratiya heç vaxt olmayıb, ola bilməz və yaxın gələcəkdə də olmaya
caqdır.
Russo, Brays, Prevo-Paradol, Şerer, Gimşou kimi nüfuzlu alim
lərin bu cür mülahizələri demokratiya haqqında həm tarixi təcrübə
dən doğan, həm də siyasi elmin gəldiyi nəticələri tamamilə təsdiq
ləyir v ə aydın şəkildə vurğulayır. Köhnə qaydanı “devirən” və
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
376
“ümumi azadlığı”, ümumi seçki hüququnu, xalqın özünüidarəsini
elan edən kimi demokratiyanın öz-özün ə həyata keçəcəyi barədə
sadəlövh mülahizələrdən danışmağa dəym əz. Köhnə dayaqların
dağıdılması ilə dərhal həqiqi azadlığın başlanması haqqında fikir
əslində demokratik nəzəriyyəyə yox, anarxist nəzəriyyəyə m əx
susdur. Bu anarxist nəzəriyyənin əksinə olaraq, müasir tədqiqatçı
lar yekdilliklə qəbul edirlər ki, siyasi inkişafın daha sonrakı və mü
rəkkəb forması kimi demokratiya xalqın, cəmiyyətin, siyasi elitanın
yetkinliyinin daha çox olmasını tələb edir.
Əvvəllərdə deyildiyi kimi, öz mahiyyəti etibarilə demokratiya
xalqın özünüidarəsi deməkdir. Lakin onun boş söz olaraq qalma
ması üçün xalq özünütəşkilin ona xas olan formalarını hazırlamalı
dır. “Xalq özü-özünü idarə etmək üçün yetişməlidir, öz hüquqlarını
başa düşməli və başqalarının hüquqlarına hörmət etməli, öz v əzifə
lərini dərk etməli v ə özünüməhdudlaşdırmağa qadir olmalıdır. Si
yasi şüurun bu səviyyəsinə heç vaxt birdən-birə nail olunmur, bu,
uzun və sərt həyat təcrübəsi nəticəsində əld ə edilir. Dövlətin qar
şısında qoyulan vəzifələr nə qədər mürəkkəb və yüksəkdirsə, bun
dan ötrü xalqın siyasi yetkinliyi, insan təbiətinin ən yaxşı cəhətlə
rinin köməyi və bütün mənəvi qüvvələrin səfərbər edilməsi bir o
qədər çox tələb olunur” 184.
Demokratiyanın həyata keçirilməsinin bu şərtləri həm də onun
əvvəldə toxunduğumuz digər tərifindən, azadlıq, siyasi relyativizm
sistemi olmasından irəli gəlir. Bir halda ki, demokratiya cəm iyyət
də mövcud olan ən m üxtəlif qüvvələrin yarışı üçün geniş meydan
açır, onda bu qüvvələrin özlərini hansısa ali başlanğıca tabe etm ə
ləri zəruridir. İctimai rifahın və cəm iyyətin bütün üzvlərinin həm
rəyliyinin əlifbasını inkar edən azadlıq özünüməhvə və dövlət
hakimiyyətinin dayaqlarının dağılmasına gətirib çıxarır.
Azadlığa olan ehtiras kimi, bərabərlik ehtirası da kortəbii hərə
kat xarakteri aldıqda özünüdağıtmanın son dərəcə güclü amilinə
çevrilir. Sovet İttifaqı dövrünün açıq-aşkar “bərabərçilik əyintilə
rini” buna misal göstərmək olar. Bərabərlik də, azadlıq da yalnız
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
3 77
özünü ali başlanğıclara tabe etməklə ictimai inkişafın yaradıcı əsas
larına çevrilir.
Xalqın demokratik dəyərlərin ucuzlaşması v ə təhrif edilməsinin
qarşısını almağa imkan verən yüksək m ənəvi v ə m ədəni səviyyəsi
olmadan demokratiya mümkün deyildir. Üstəlik, biz bir çox müəl
liflərdə “dərin dini hissin” demokratiya üçün müstəsna dərəcədə
vacib olması barədə özünəməxsus fikirlərə rast gəlirik. Müasir de
mokratiyaların hətta təxmini idealdan da nə dərəcədə uzaq olması
xalq hakimiyyətinin faktiki surətdə həyata keçirilməsi m əsələsində
özünü aydın göstərir. Şübhəsiz ki, Russo həqiqi demokratiya anla
yışını bütün xalqın təkcə qanunvericilikdə deyil, həm də idarəet
m ədə bilavasitə iştirakı ilə eyniləşdirərkən, nümayəndəlilik siste
minin əsil xalq hakimiyyətindən geri çəkilm ə olduğunu deyərkən
haqlıdır. Lakin o da həqiqi demokratik ideyanı həyata keçirməyin
nə qədər çətin olduğunu başa düşürdü. Obyektiv olaraq hər bir cə
miyyətdə, o cümlədən demokratiya şəraitində həm işə az bir qisim
- rəhbərlik edən azlıq, siyasi həyatı istiqamətləndirən rəhbərlər
ümumi xalq kütləsindən yüksəkdə dayanır. Praktiki olaraq hər yer
də demokratiyanın azlığın idarəetməsinə çevrilməsi çoxdan məlum
olan və kifayət qədər yaxşı təsvir edilən haldır.
Bununla belə, aşağıdakıları vurğulayaq. Bir çox digər görkəmli
alimlərlə yanaşı, Kelzen də belə bir fikirlə razıdır ki, bütün başqa
siyasi sistemlərdəki kimi, demokratiya zamanı da həlledici əh ə
m iyyət kütlələrə deyil, rəhbərlərə məxsusdur. Lakin eyni zamanda
o, rəhbərlərin daha keyfiyyətli seçiminin demokratiya şəraitində
olması fikrini əsas tutaraq, demokratiyanın üstünlüyünü müdafiə
edir. Ola bilsin, bir çox hallarda bu, həqiqətən belədir, yəni əslində
demokratizm aristokratizmlə əlaqələndirməni mümkün sayır. La
kin hər halda bu, tərif baxımından demokratik ideyaların saflığı ilə
ziddiyyət təşkil edir. Həyat qabiliyyətli demokratiyalar üçün aris-
tokratik özəyin zəruriliyinin qəbul olunması isə, Russonun “həqiqi
demokratiya insanlardan daha çox allahlar üçün yararlıdır” fikri ilə
razılaşmaqla eynidir.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
378
Etiraf etmək lazımdır ki, bu qənaətə m əlum siyasi sistemlərdən
heç birinin təmiz şəkildə həyata keçirilməsinin qeyri-mümkünlüyü
barədə fikirlər asanlıqla etirazını bildirir. Demokratiyanın z ə if c ə
hətlərini araşdırarkən deyə bilərik ki, elə həmin v ə yaxud digər
nöqsanlar bu və ya başqa dərəcədə digər siyasi sistemlərə, yaxud
ictimai formalara da xasdır. İnsan təbiəti, ağıl və xarakterin çatış-
maması, iradə zəifliyi bütün sistemlərdə eyni olaraq qalır. Lakin
məhz bu qənaət demokratiyanı digər formalar sırasına daxil edir, ilk
müjdəçilərin ona geyindirməyə cəhd göstərdikləri mükəmməllik
və bitkinlik görkəmindən xilas edir.
1980-ci illərin ikinci yarısında SSRİ-nin timsalında özünü par
laq şəkildə göstərən tələm -tələsik siyasi nikbinliyin əksinə olaraq,
demokratiyanın həm üstünlüyü, həm də çatışmazlıqları, həm güclü,
həm də z ə if tərəfləri vardır. Həm in vaxt SSR İ-də elə hesab edirdi
lər ki, demokratiya nə isə ali v ə bitkin bir şeydir. Ona nail olan kimi
hər şey düzələcəkdir. Ancaq həqiqətdə, - bunu etiraf etmək lazım
dır, - demokratiya yol deyil, “yolayrıcıdır”, nail olunmuş m əqsəd
yox, yalnız “aralıq məntəqədir” . Artıq qeyd edildiyi kimi, sən
demə, onun “cığırların haraya apardığı bilinməyən meşənin ə tə y i”
olması vəziyyəti də mümkündür. “B iz ümid edirik ki, düz yol hələ
itirilməyibdir; eyni zamanda görürük ki, kənara doğru aparan kəsi
şən yollar yaman şirnikləndiricidir” 185.
Demokratiya sanki özünün çox geniş imkanları v ə perspektiv
ləri ilə gözlənilən ümidlər doğurmuş, ancaq onları təmin etm əyə
gücü çatmamışdır. Dözümlülük v ə bütün rəyləri qəbul etmək ruhu
ilə meydan, o cüm lədən onu qəti şəkildə m əhv etm əyə çalışan c ə
rəyanlar üçün meydan açmışdır. Ancaq bu zaman o ayrı cür ola bil
məz, çünki bu onun təbiəti, mahiyyəti, onun üstünlüyüdür. Bunun
la o, heç də hamım deyil, yalnız bəzilərini qane edə bilmişdir.
Adamların xəyal kimi görünən mütləq idealı sonsuzluğa qeder tək
m illəşdirməyə olan tələbatı həm işə qalır. Heç bir siyasi sistem de
təkm illəşm əyə olan bu istəyi təmin edə bilm əz. Ona görə də “de
mokratiya başqa siyasi formalarla ə v ə z oluna bilərmi?” - sualının
VIfəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
37 9
Dostları ilə paylaş: |