deyil, bundan kənara yönəldilmişdir, onlar ya dövlətə işləyir, yaxud
da onun əleyhinə fəaliyyət göstərirlər. T əəssüf ki, milli siyasi v ə
ictimai təşkilatların çoxu vətəndaşların rifahına nail olmaq kimi
m əqsədə çatmağa çalışmaqda dövlətin real tərəfdaşlarına çevril
mədilər. Bunun səbəblərindən biri odur ki, Azərbaycanda özlərini
müxalifət qanadına aid edən siyasətçilərin çoxu özlərini elə aparır
lar ki, sanki dövlətdə öz düşmənlərini görür v ə hesab edirlər ki, hö
kumətlə birgə konstruktiv fəaliyyətdən söhbət belə gedə bilm əz.
Bunu yalnız “bizimlə olmayanlar bizim əleyhimizədir” kimi siyasi
düşüncə çərçivəsində izah etmək mümkündür. Ancaq onu da vur-
ğulamaq lazımdır ki, “hakimiyyət naminə hakimiyyətə can atmaq”
bir sıra siyasi qüvvələri vətəndaş cəmiyyətinin formalaşmasının
yaradıcı prosesindən kənarda qoyur.
Lakin buna baxmayaraq, son illərdə Azərbaycanda yetkin v ə
təndaş cəmiyyətinin təşəkkülü üçün şərait yaranmışdır. Bu şəraitə
aşağıdakıları aid etmək olar:
- siyasi mədəniyyətin (vətəndaş mədəniyyətinin) təkm illəş
m əsi və ya vətəndaşların xüsusi mülkiyyətə sahib olması;
- vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsinin ayrılmaz atri
butu kimi insan hüquqlarının müdafiəsi səviyyəsinin artması;
- yeni orta sinfin (menecerlər, idarəedicilər, yüksək ixtisaslı
mütəxəssislər, yeni şəraitə uyğunlaşmış zehni əmək işçiləri) yaran
ması. O, artıq ictimai strukturdakı vəziyyətinə görə qeyri-siyasi və
kommersiya fəallığına daha meyillidir.
Bundan əlavə, bir çox xüsusi istiqamətlər də var ki, vətəndaş
cəm iyyəti təsisatlarının burada işləm əsi tələb olunur. Bu sahələrə
xeyriyyəçilik, təhsil, yeni texnologiyalar, kütləvi informasiya va
sitələri, m ədəniyyət, “humanitar əməliyyatların” bütün spektri
aiddir.
Nəhayət, belə bir cəhət xüsusilə mühümdür ki, vətəndaş c ə
miyyətinin mövcud olan Qərb nümunəsi bilavasitə müsbət təsir
göstərir, ölkəmizdə bu cür proseslərə təkan verir. M əsələn, sər
hədlərin açılması Qərb ölkələrinə gedən Azərbaycan vətəndaşla
rına aktual problemlərin həllinə vətəndaş cəmiyyəti strukturlarının
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
408
nə dərəcədə cəlb olunduğunu görməyə, özünün rifahı ilə Avropa
nın həyat səviyyəsi arasındakı fərqi hiss etməyə, Qərb adamının
stimullarını və davranış tərzinin əsaslarını başa düşməyə imkan
vermişdir. Beləliklə, Azərbaycanda Qərb modelinə istiqamətlən
miş vətəndaş cəmiyyətinin formalaşdırmağın yolları və modelləri
haqqında ümumi təsəvvür yaranır. Bu yolda Qərbin səhvlərini nə
zərə alaraq, Azərbaycana xas vətəndaş cəmiyyətinin xeyrinə seçim
etmək imkanı meydana çıxır.
Bununla yanaşı, heç də az mühüm olmayan daha bir amili vur-
ğulamaq istərdik. Vətəndaş cəmiyyətinin hüdudları yoxdur, ona
görə də özünün təsisatları vasitəsilə dövlətin müsbət xarici siyasət
xəttinə, beynəlxalq aləmdə Azərbaycanın iqtisadi, mədəni və digər
əlaqələrinə kömək etməlidir.
Azərbaycan dövləti yalnız o vaxt dünya birliyinin tam dəyərli
üzvünə çevriləcək ki, cəmiyyətin fikri bütün dünyada eşidilmiş
olsun. Buna görə də cəmiyyətin və dövlətin dirçəldilməsi müxali
fət liderlərinin etdikləri kimi, sosiumdan və onun inkişaf problem
lərindən üz döndərmək cəhdlərindən, ölkənin inkişaf imkanlarını
“görməməkdən” deyil, məhz vətəndaş mədəniyyətinin yüksəldil
məsindən başlanmışdır.
B elə bir faktı təəssüflə vurğulamaq lazım gəlir ki, siyasi təşki
latların çoxu və onların yedəyində gedənlər formalaşmaqda olan si
yasi mədəniyyətin çərçivəsinə hələ də uyuşmurlar.
Vərdiş etmədikləri mədəni siyasi mübarizənin çərçivəsindən
kənara çıxmağa çalışan bu siyasi təşkilatlar dövlətin v ə cəmiyyətin
inkişaf prosesinin sabitliyini pozmağa cəhd göstərirlər. Bunun da
səbəbi təkcə müxalifətin Azərbaycanın vətəndaş cəm iyyətində öz
rolunu düzgün başa düşməməsində deyil, həm də onun real de
mokratik təsir mexanizmlərinin və fəaliyyət strategiyasının olma-
masındadır. Daha konkret formalarda bu, aşağıdakı cəhətlərdə öz
ifadəsini tapır.
Müxalifət düşərgəsindəki daxili ziddiyyətlər dövlət müstəqil
liyi illərində onun partiyalarına kütlələrin geniş təbəqələrini öz
sıralarına cəlb etm əyə imkan vermədi. Əksinə, onlar milli müxali
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
40 9
fətin funksional fəaliyyətinin mahiyyətini əslində iflic etdilər. M ü
xalifətin fəaliyyətini təhlil edərkən digər ölkələrdəki müvafiq
strukturlarla müqayisə aparmaq çətindir. Axı hər bir m ədəni döv
lətdə müxalifət mürtəce qarşıdurma yolu tutmur, öz fikrini ifadə
edir və hər bir mürəkkəb və çətin şəraitdən çıxmaq barədə öz tək
liflərini verir. Müxalifət hakimiyyətə nail olmağa can atan, hakim
elitanın baxışlarından fərqli baxışların bir qrup tərəfdanndan ibarət
deyildir. O, həm də cəmiyyətin üzvi hissəsidir və onunla əm əkdaş
lıq dövlət üçün zəruridir. Əgər müxalifət özünü dövlətdən kənar
hesab edirsə və inkişafın alternativini cəm iyyət üzvlərinin əksəriy
yətinin milli tələbatına zidd olan siyasətdə görürsə, onda müxalifət
qısa bir tarixi vaxt ərzində siyasi təşkilatdan öz həyatından narazı
olan adamların kiçik bir qrupuna çevrilir. Bu isə artıq psixoloji ka
teqoriyadır v ə biz tədqiqatımızda onu öyrənməyi qarşımıza məqsəd
qoymamışıq.
Mitinq və qiyamların daimi stixiyasına meyilli olan müxalifət
səylərini inkişaf və tərəqqiyə yönəltmiş cəm iyyətlə yanaşı mövcud
ola bilməz. Bu, hökmən sosial ziddiyyətlərə və qarşıdurmalara, c ə
miyyətin parçalanmasına, son nəticədə belə müxalifət mühitinin
m əhvinə v ə axırda isə tamamilə unudulmasına səbəb olur. Onun
məkanında hakimiyyətlə deyil, dövlət mənafeləri və ictimai məna
felərlə mədəni mübarizəyə, dialoqa v ə kompromisə hazır olan yeni
struktur yaranır. Müxalifətin avtarkiyalılığı, onun dövlətin mənafe
lərindən təcrid edilmiş qapalı “təsərrüfat” yaratması, milli mənafe
lərə zidd olması və milli təhlükəsizliyin prioritetləri ilə uyğun
gəlm əm əsi - keçid dövrü cəmiyyətlərinin təkamülünün tarixən
şərtlənmiş meyilləri belədir.
Müxalifətin milli mənafelərə qarşı çıxması bir sıra partiyaların,
o cümlədən Müsavat Partiyasının fəaliyyətində özünü daha bariz
şəkildə göstərir. M əsələn, bu partiya Bakı-Tbilisi-Ceyhan əsas ix
rac boru kəmərinin tikintisinə münasibətdə öz mövqeyini dəfələr
lə dəyişmiş, ölkənin iqtisadi prioritetlərinə uyğun olmayan cəfəng
ideyalar təklif etmişdir. B elə vəziyyət Azerbaycan Xalq Cəbhəsi
Partiyası, Azərbaycan M illi İstiqlal Partiyası, Azərbaycan Demok
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
410
VIfəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
rat Partiyası kimi digər müxalifət strukturlarında da aydın şəkildə
görünür. N əticədə bu partiyaların ölkənin siyasi həyatının ön səh
nəsindən tədricən kənarlaşması baş verir.
Milli müxalifətin əsas problemləri onun dağınıqlığı və prioritet
lərinin pərakəndəliyi olmuşdur ki, bu da onlara hakimiyyət uğrun-
da iqtidarla rəqabətdə vahid mövqedən çıxış etm əyə imkan vermir.
Müxalifətin baxışlarının istər öz düşərgəsi daxilində uyğun gəlm ə
m əsi, istərsə də, yuxarıda deyildiyi kimi, ölkənin həll edilməmiş bir
sıra problemlərinə münasibətdə dövlət maraqlarına zidd olması
göstərir ki, müxalifət milli mənafeləri, dövlətin v ə cəmiyyətin in
kişaf strategiyasını dərindən başa düşmür.
Demokratik prinsiplərin və hüquqi dövlətin normalarının hakim
olduğu yerdə, təbii ki, fikir plüralizmi v ə dövlətin, cəm iyyətin in
kişaf strategiyası barədə müxalifətin öz baxışlarının olması zəruri
dir. Lakin fikir plüralizmi mücərrəd anlayış deyildir. Onun aydın
m üəyyən olunmuş, vətəndaşların hüquqları, azadlıqları və vəzifə
ləri hesabına formalaşan sərhədləri var. Bir insanın hüquqları digə
rinin hüquqları başlayan yerdə məhdudlaşır. Vətəndaşın sabit və
təhlükəsiz sosiumda yaşamaq hüququnu heç kim poza bilməz.
Hər bir hakimiyyət öz hərəkətlərini təkmilləşdirmək üçün sti
mul olan güclü, demokratik və konstruktiv müxalifətin olmasını
istəyir. O, hakimiyyət strukturunun institusional keyfiyyətini yaxşı
laşdırmağa qadir olan bir növ dövlət aparatıdır. Bundan əlavə,
demokratik və konstruktiv müxalifət yaranmaqda olan vətəndaş
cəm iyyəti ilə birlikdə hüquqi demokratik dövlətin ayrılmaz atri
butudur.
Ancaq bir daha vurğulamaq istərdik ki, müxalifətin fəaliyyəti
yalnız aşağıdakı hallarda səm ərəli olur: 1) milli m ənafelərə v ə cə
m iyyətin öz vətəndaşlarının rifahını yaxşılaşdırmaq səylərinə
uyğun gəldikdə; 2) iqtidarla mədəni münasibətlər xarakteri daşı
dıqda, bu isə cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsini təcəs
süm etdirir; 3) dövlətin və sosiumun demokratik inkişafı üçün real
ideyalar təklif etdikdə - bu müxalifət arasında ölkənin inkişafının
alternativ strategiyasının olduğunu sübut edir.
411
Dostları ilə paylaş: |