aydın cavabı var: belə hallar əvvəllər olub, indi də baş verir və
prinsipcə, gələcək d ə də ola bilər.
Demokratiya “yolayrıcıdır”, çünki o, azadlıq sistemidir, mütləq
heç bir şeyi qəbul etm əyən relyativizm sistemidir. Demokratiya boş
məkandır (“meşənin ətəy i”), burada ən m üxtəlif siyasi istəklər
(“cığırlar”) inkişaf edə bilər. Demokratiya barəsində göstərilən na
razılığı prinsipcə insanların qeyri-m üəyyənlikdən bezikm əsi,
konkret cəlbedici inkişaf yolu, hətta yol yox, heç olmasa “cığır”
seçm ək arzusu kimi şərh etmək olar. Lakin bu suala birmənalı ca
vab vermək çətindir: “biz əvvəl-axır yenidən meşənin ətəyinə qa-
yıtmayacağıqmı?”
İndiki halda biz U.Çörçillin məlum fikri ilə razılaşmağa daha
meyilliyik: “Demokratiya idarəetmənin formasıdır, lakin bəşəriy
yət hələlik bundan yaxşısını tapa bilməmişdir” .
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
§ Azərbaycanda demokratiyanın modelləri:
mümkün olanlar, məqbul sayılanlar və
gözlənilməyənlər
Demokratiyaya keçid nəzəriyyəsi şübhəsiz ki, tranzitar cəm iy
yətlərdə baş verən siyasi proseslərin və dəyişikliklərin izah olun
masında daha populyardır. M üxtəlif ölkələrin və regionların ma
terialı əsasında onun işlənib hazırlanmasında bugünkü siyasi elmin
ən nüfuzlu nümayəndələri iştirak etmişlər və edirlər. Özü də ölkə
şünaslıq tədqiqatlarının əksəriyyəti keçid nəzəriyyəsi metodologi
yasından istifadə edilm əklə aparılır.
B iz Azərbaycanda demokratiyanın inkişafının bir neçə modelini
nəzərdən keçirəcəyik. Onların arasında mümkün olanlar (dövlətçi
liyin tarixinin ssenarisinin yaxşı və ya pis inkişaf edəcəyi təqdirdə),
məqbul sayılanlar (dövrün tranzitarlığı nəzərə alınmaqla) və gözlə
nilm əyənlər (anarxist qüvvələrin hakimiyyətə gəlmək səyləri baş
verdiyi təqdirdə mümkün olanlar) vardır.
3 80
Təbii ki, bütün bu modellər m əhz heç də ideal olmadığına və
universal model kimi tətbiq edilə bilm ədiyinə görə, Azərbaycanın
strateji inkişafında başlıca rola iddia etmirlər. Lakin şübhəsiz ki,
onların məqbulluğu və milli mentalitetə uyğunluğu m üəyyən m o
delin bu mühitdə davam gətirməsi üçün çox vacibdir. Ancaq hər
şeyi zaman v ə xalqın siyasi yetkinliyi həll edir.
U.Rostounun tək lif etdiyi, tarixi dəyişiklikləri özündə birləşdi
rən v ə 1 8 9 0 -1 920 -ci illərdə İsveçdə, 1945-ci ildən başlayaraq
Türkiyədə demokratiyaya tarixi keçidin m üəllif təfsirinə əsaslanan
mümkün modeli kimi nəzərdən keçirək. U.Rostounun fikrincə, de
mokratiyaya keçidin birinci m ərhələsində baza təşkil edən ilkin z ə
min milli birliyə nail olmaqdır. Özü də bu model çox vaxt kortəbii
surətdə yaranır v ə kifayət qədər aydın deyildir. Bundan əlavə, de
mokratiyanın təşəkkülünün bu m ərhələsində bir qayda olaraq, iqti
sadiyyatın səviyyəsi milli birliyin formalaşmasına m üxtəlif cür təsir
edir.
Demokratikləşmənin ikinci fazası dövlət idarəetməsi oriyentir
lərinin dəyişm əsindən ibarətdir v ə adətən, iqtidarla müxalifət ara
sında uzun sürən mübarizə ilə səciyyələnir. Bu mübarizənin m ə
nası onun rəhbərliyinə ehtiyac duyan sosial qüvvəyə arxalanan yeni
elitanın bərqərar edilməsidir. Özü də demokratikləşmənin birinci
fazası ikinci mərhələnin təşəkkül tapmasına kifayət qədər müsbət
təsir göstərir. Bununla belə, m illi birlik olmadıqda demokratiyanın
yerində tamamilə başqa siyasi şərait - qütbləşmə yaranır ki, bu da
dezinteqrasiyaya v ə regional, etnik və ya hansısa digər əlam ətə
görə parçalanmaya səbəb olur.
T əəssü f ki, hazırda Azərbaycanda “sürətli demokratik dəyişik
liklərin bir çox tərəfdarı” özləri belə qütbləşmənin daşıyıcılarıdır.
Regional əlam ətə görə müxalif partiya sisteminin təşəkkülü onun
normal demokratik inkişafını pozur. Ancaq XX əsrin 9 0 -cı illərinin
və XXI əsrin başlanğıcının təcrübəsi göstərir ki, milli müxalifət çox
vaxt sosial v ə siyasi layihələrlə deyil, öz təşkilatının formalaşdırıl
ması və m əhz regional əsasda protopartiyalar yaratmaq ideyasından
çıxış edir.
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
381
Tarixi təcrübə göstərir ki, demokratiyaya keçid son dərəcə çətin
prosesdir v ə illər deyil, bəzən bir neçə onilliklər tələb edir. Tədri
cən siyasi liderlər millətin birliyi şəraitində mövcud olan müxtəlif
liyi reallıq kimi qəbul etməyin zəruriliyini dərk edə və demokratik
prosedurun ən mühüm cəhətlərini institusionallaşdıra bilərlər.
Faktiki olaraq bu, üçüncü fazanın - qərarlar qəbul etmək vaxtı
nın başlanması deməkdir. U.Rostou misal kimi 1907-ci ildə İsveç
siyasətçilərinin nail olduqları, seçki hüququnun və proporsional
təm silçiliyin uyğunlaşdırılmasına əsaslanan “Böyük kompromis”i
xatırladır. Əlbəttə, baza demokratik prosedurların institusionallaş-
dırılması barədə qərar mümkün həllərdən biridir. O, tam bir sıra
m üxtəlif siyasi qüvvələrin oyununun nəticəsi kimi meydana gəlir
v ə sonrakı kəskin siyasi mübarizəni heç də istisna etmir, əksinə,
ehtimal edir.
N əticədə demokratiyanın “vərdişetmə” fazası deyilən dördün
cü fazası başlayır. Bu fazada demokratiya nisbətən saz və bütöv
mexanizm kimi işləm əyə başlayır. Bu faza vətəndaşlar və siyasi
elita üçün “öyrənm ək”, demokratiya texnikasını mənimsəmək və
onun fəaliyyət göstərm əsi üçün zəruri vərdişləri v ə mövqeləri əldə
etmək dövrüdür.
Hazırda bir sıra qərb politoqlarının tədqiqatlarında əsas kimi
tez-tez istifadə edilən digər modelləri nəzərdən keçirək. Ancaq
bəri başdan deyək ki, bu modellər öz mahiyyəti etibarilə və ətraflı
araşdırıldıqda keçid dövrünü yaşayan hər bir cəm iyyət üçün daha
çox münaqişə doğura bilən modellərdir.
Demokratik rejimlərin dağılması, habelə onlara keçid konsepsi
yasının işlənib hazırlanması şərəfi Yel universitetinin politologiya
və sosiologiya professoru Xuan Lintsə məxsusdur186. O, avtoritar
və totalitar sistemlərin, siyasi partiyaların və elitar qrupların, həm
demokratik sistemlərin dağılması, həm də demokratiyaya keçid
məsələlərinin öyrənilm əsinə verdiyi töhfəsinə görə elmi dairələr
də yaxşı tanışdır. Lints v ə onun həmkarları demokratiya dedikdə,
“siyasi alternativləri ifadə etm əyə və müdafiə etməyə qanuni hü
ququ” başa düşmək barədə razılığa gəlm iş, demokratik rejimləri
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
382
kifayət qədər geniş şərh etməyə imkan verən “minimalist tə r if’ de
yilən tərif irəli sürmüşlər.
Yeri, gəlm işkən, bəri başdan demək lazımdır ki, birincisi, Lint-
s öz misallarında Latın Amerikası ölkələrinin təcrübəsinə əsaslan
mışdır187. İkincisi, prezident hakim iyyətinə az qala karikatura kimi
yanaşan baxışları əsas götürmüşdür. Özü də Lints demokratik d ə
yərlərin v ə ideyaların formalaşması m əsələsində üstün yer tutan
milli mentalitet probleminin özünəməxsusluğunu heç də həm işə
nəzərə almamışdır. Aydındır ki, keçid dövrü ölkələrində demokra
tiya ölkədə baş verən sosial-iqtisadi v ə ictimai-siyasi proseslərin
təsiri altında formalaşır. Demokratiyaya keçid prosesini bu baxım
dan araşdırarkən belə bir cəhəti nəzərə almaq vacibdir ki, A zər
baycanın reallıqları demokratik dəyərlərin formalaşmasına xüsusi,
özünəməxsus yanaşma tələb edir.
70 il ərzində totalitarizm prinsipləri v ə demokratik prinsiplər
dən uzaqlaşma əsasında tərbiyə olunan cəm iyyət öz-özünə və bir-
dən-birə demokratik dəyişikliklərə keçə bilməz. Bu dövr üçün
güclü prezident hakimiyyəti, tənzim lənən bazar iqtisadiyyatı, ilkin
mərhələdə K İV -lər üzərində nəzarət, kvazipartiyalı sistem xarak
terikdir. Özü de fəaliyyətinin mahiyyəti etibarilə belə partiyaların
əksəriyyəti əslində yalnız protopartiyalardır. Elə həmin dövr üçün
iqtidarla m üxalifət arasında kəskinləşən mübarizə səciyyəvidir.
Yuxanda göstərildiyi kimi, bu vəziyyət müvəqqətidir v ə cəm iyyə
tin inkişafında yalnız tarixi mərhələdir.
Dövlətçilik inkişaf etdikcə idarəetmə metodları təkmilləşir,
mübarizənin yeni elementləri siyasi həyata getdikcə daha çox daxil
edilir. Qarşıdurma cəm iyyət və dövlətin siyasi həyatında öncüllük
uğrunda yarışa çevrilir.
Demokratiyaya keçid dövründə konkret vaxt göstərişləri y o x
dur. O, çox v ə ya az müddət çəkə bilər ki, bu da həqiqi demokratik
quruluşun tərkib hissəsi olan kvazipatiyalı sistemin seleksiyası pro
sesi ilə şərtlənmişdir.
Lints yazır ki, son dərəcə mürəkkəb şəraitdə olan v ə öz m öv
qelərini möhkəmləndirmək yolu ilə kor-koranə irəliləyən gənc de-
VIfəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
383
Dostları ilə paylaş: |