Son vaxtlar demokratiyanın həyat qabiliyyətliliyinin dördüncü
amilini - təsirli v ə səm ərəli dövlətin mövcud olmasım da getdikcə
daha tez-tez əsaslandırılar. Lakin bu da məlumdur ki, posttotalitar
v ə postavtoritar cəm iyyətlərin əksəriyyəti, - o cümlədən postsovet
məkanında,- uzun müddət dövlət idarəçiliyi və nəzarətinin səmərəli
sistemini yarada bilməmişlər. Postsovet məkanında bu sxem ə uyğun
gələn və deyilənləri təsdiq edən xeyli sayda misal çəkmək olar.
Postsovet respublikalarından çoxu aparılan islahatların uğurunu
təmin etmək üçün h ələ də məqbul sistemlər axtarmaqdadır. Həm
də belə bir məqamı vurğulamaq olduqca vacibdir ki, sabit sosial-
iqtisadi sistemə malik ölkələrdə demokratiyanın nisbətən həyat qa
biliyyətli olması barədə ötən illərin tezisi indi, yeni dünya nizamı
şəraitində işləmir. Son illərin təcrübəsi göstərmişdir ki, demokrati
yaya keçid daha endogen xarakter daşıyır v ə əsasən başlıca siyasi
aktorların m üəyyən qərarlarının və seçdikləri taktika və strategiya
ların nəticəsidir.
Müasir dünya nizamında səyləri dünya birliyinin demokratik
dəyişiklikləri probleminin ön sırasına “uğurlu demokratiya” ölkə
lərinin (bu termin altında biz birinci dünya ölkələrini, m əsələn, de
mokratiyanın bir neçə yüzilliklər ərzində bərqərar olduğu ölkələri
- A B Ş, Böyük Britaniya v ə Fransanı nəzərdə tuturuq) təkcə bütün
bəşəriyyət üçün vahid olan dəyərləri və oriyentirləri vasitəsilə
deyil, həm də zəm anəm izin aktual problemlərinin həllinə vahid
optimal yanaşmalar vasitəsilə sabitlik və təhlükəsizliyi təmin et
m ək çıxır.
Geosiyasi baxımdan demokratiyanın ənənəvi anlamı regional
və beynəlxalq təhlükəsizliklə birlikdə getdikcə daha çox milli təh
lükəsizliklə qarışdırılır. Görünür, bu bəziləri, məsələn, Avrasiya
məktəbinin nümayəndələri üçün bir növ hegemonluqdur.
Lakin, zənnim cə, hərbi güc işlədilm ədən v ə cəmiyyətə, döv
lətə yeni bazar ənənələri, demokratik ənənələr və oriyentirlər,
- hansılar ki, tariximizin bütün sovet dövrü ərzində bizdən çox uzaq
idi, - gətirən hegemonluq kütləvi şüuru təzələm əyə, iqtisadiyyatın
inkişaf dinamikasını keyfiyyətcə yaxşılaşdırmağa, siyasəti dövlətin
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
368
və cəmiyyətin qarşılıqlı əlaqəsinin səm ərəli mexanizminə çevir
məyə imkan verən yalnız müsbət amil kimi qiymətləndirilə bilər.
Dövlətin və cəmiyyətin Qərb nümunəsini və üslubunu kor-
koranə təqlid etm əyə cəhd göstərməsi, beynəlxalq iqtisadi-maliy
yə strukturlarının belə taktika v ə strategiyanı diktə etməsi, ölkəni
beynəlxalq münasibətlərin müstəqil subyektindən qərb iqtisadiy
yatının hansısa əlavəsinə çevirməsi isə tamamilə başqa məsələdir.
Belə vəziyyətə yol verilməm əsi üçün hər bir ölkənin öz milli iqti
sadiyyatını və siyasi strategiyasını yaratması və inkişaf etdirməsi
vacibdir. Bu, ən azı, 2001-ci ildə Argentinadakı hadisəni təkrar et
məmək üçün vacibdir. Həmin vaxt “BVF büdcə xərclərinin azal
dılması taktikasını - “böyük durğunluq” dövrünün səhv praktikasını
tətbiq etmişdi” 181.
Aşağıda biz bu m əsələlərin çoxuna cavab tapmağa çalışacağıq.
Lakin digər ölkələrin milli postkommunist transformasiyasının və
demokratiyaya keçidinin müqayisəli təhlili üçün çıxış nöqtəsi tap
maqdan ötrü əvv əlcə nəzəriyyə sahəsinə qısa ekskurs edək. Bun
dan əlavə, postkommunist dövründə Azərbaycandakı siyasi dəyər
lərin və kütləvi siyasi meyillərin dinamikasını təhlil etm əyə cəhd
göstərəcəyik. Bu zaman real ictimai-siyasi proseslərlə, ilk növbədə
yeni milli siyasi təsisatların təşəkkülü, inkişafı və əm əli fəaliyyəti
ilə birbaşa əlaqədə cavab verm əyə çalışacağıq. Nəhayət, izah et
məyə çalışacağıq ki, nə üçün demokratiya ölkələrin bəzilərində tez
yaranır və formalaşır, digərlərində yavaş sürətlə gedir, daha başqa
larında isə posttotalitar transformasiya mühiti elitasının avtoritar
səyləri ilə aradan çıxarılır. *
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
§ Demokratiya: eyforiya, yoxsa panaseya
XIX əsrin birinci yarısında yaşamış məşhur fransız tarixçisi,
sosioloqu v ə siyasi xadimi Aleksis de Tokvilin182 vaxtından polito-
logiya ədəbiyyatında belə bir fikir dəfələrlə vurğulanmışdır ki,
dövlət formalarının inkişafı bəşər cəmiyyətini hökmən və qa
3 69
nunauyğun surətdə demokratiyaya gətirib çıxaracaqdır. Sonralar
Tokvil kimi bir sıra nüfuzlu politoloqlar bu fikrin ictimai şüurda
möhkəmlənməsinə kömək etmişdir. Onların bir çoxunun fikirləri
ona görə əhəm iyyətli görünürdü ki, bu fikirlər heç də demokratik
ideyalar qarşısında bəh-bəhlə baş əyməkdən irəli gəlmirdi. Onlar
demokratiyanı ayn-ayrı fərdlərin və ya insan qruplarının köm əyin
dən, yaxud müqavimətindən asılı olmayaraq, dərhal baş verəcək
təbii v ə labüd hal kimi təsəvvür edirdilər. İngiltərə ictimai fikri bu
baxışı Fransadan yayılan “diletant” ümumiləşdirmələrdən biri kimi
ehtiyatla sarsıtmağa cəhd göstərirdi. Bununla belə, bu “fransız”
fikri İngiltərəyə də nüfuz edərək, orada özünün möhkəm ardıcılla
rını tapdı.
Lakin ümumbəşəri dəyərlər sistemində demokratiyanın yeri
barədə mövcud olan son dərəcə m üxtəlif mövqeləri bir ortaq m əx
rəcə gətirməyə cəhd göstərəndə, adamın ağlına istər-istəm əz belə
bir əks fikir gəlir ki, Tokvilin irəlicədən söylədikləri heç cür belə
ortaq məxrəc ola bilməz.
Ölkələrin əksəriyyətində demokratiya (heç olmasa, hətta
“nisbi” demokratiya) həqiqətə çevrildiyi vaxtdan bəri o, eyni za
manda, amansız tənqid obyektinə çevrilmişdir. Əgər əvvəllər siyasi
elmin ən xarakterik ümumiləşdirməsi demokratiyanın gələcək tən
tənəsi barədə fikir idisə, nə qədər qəribə görünsə də, indi bir çox
ları gələcəyin aydın olmaması, onun inkişafı və təkmilləşdirilmə-
sinin mümkün yollan haqqında danışırlar.
N ə qədər ki, demokratiyanı gözləyirdilər, deyirdilər ki, o, hök-
mən gələcəkdir. O gələndən sonra isə deyirlər ki, yox olub gedə
də bilər. Ə vvəllər demokratiyanı çox vaxt sosiumun inamlı və fi
ravan mövcudluğunu təmin edən ali və son ictimai forma adlandı
rırdılar. İndi isə aydın şəkildə hiss edirlər ki, o, bərabərləşdirilmiş
həyatın möhkəm bazasını əsla yaratmadan, yeni yollar axtarmağa
hər hansı digər formadan daha çox təhrik edir. Demokratiyanı təc
rübədə sınamış ölkələrdə artıq ondan qorxmurlar, eyni zamanda, o,
daha pərəstiş obyekti də deyildir. Demokratiyanın əleyhdarları
başa düşürlər ki, hər halda onun olduğu şəraitdə yaşamaq müm
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
370
kündür. Tərəfdarları isə razılaşırlar ki, demokratiyanı həddindən
artıq idealizə etmək lazım deyil, çünki onun olduqca çoxlu çatış
mazlıqları vardır.
Mahiyyət etibarilə, demokratiyanın müasir anlamına lap çox
yaxınlaşan yalnız X X əsrin əvvəlinin siyasi fikri olmuşdur. Lakin o,
bunu araşdırıb gördü ki, demokratik quruluş aydın v ə düz yola
deyil, yolayrıcına gətirib çıxarmışdır. Demokratiya m əsələlərin
həlli olmaq əvəzinə, özü problemə çevrilmişdi. Nikbinlər iddia
edirdilər ki, həqiqi yol hələ də itirilməmişdir, bədbinlər isə təşviş
lə faciəli anın başlayacağını təsdiqləyirdilər.
Qəribə də olsa, “demokratiya” termini müasir siyasi nəzəriyyə
nin ən mübahisəli və qeyri-m üəyyən anlayışları sırasına aiddir.
Tanınmış Avstriya dövlətşünası Hans Kelzen bolşevizmi tənqid
edərək deyirdi ki, X IX -X X əsrlərdə “demokratiya” sözü hər yerdə
hakim şüar olmuşdur və əgər hər hansı digər şüar kimi, o da aydın
və qəti məzmununu itiribsə, bu, təəccüblü deyildir. Modanın tələb
lərinə əm əl edərək, onu bütün mümkün səbəblər barədə və müm
kün olan bütün məqsədlər üçün işlətm əyi lazım bilirdilər, buna
görə də o, ən m üxtəlif və çox vaxt da bir-birinə tamamilə zidd olan
anlayışları bürüməyə başlamışdı.
Praktik olaraq özünü kommunist partiyası ilə eyniləşdirm əyən
istənilən sosialist deyərdi ki, proletariat diktaturası demokratik baş
lanğıcların büsbütün inkar edilməsidir. Kommunist hərəkatının
məddahları isə tamamilə əks fikirdə idilər. Bir vaxtlar dünyaya ya
yılmış “K XDR”, “Y X D R ” kimi adlara “demokratiyanın” başa dü
şülməsində öz səriştəsizliyinin açıq etirafından başqa bir şey demək
olmaz. “Koreya Xalq Demokratik Respublikası” adını hamının başa
düşdüyü dilə çevirsək, az anlaşılan “Koreya Xalq Xalqın Xalq
Özünüidarəsi” kimi tavtologiya almar.
“Xalq” və “burjua” demokratiyalarının olması barədə uydurul
muş nəzəriyyənin heç bir əsası yoxdur. B elə gülünc hallara indi də
hər addımda rast gəlm ək olur, özü də çox vaxt “demokratiya” an
layışına əksərən tamamilə m üxtəlif məzmun daxil edirlər.
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
371
Dostları ilə paylaş: |