Çox vaxt eyni təriflərə m üxtəlif məna daxil edildiyinə görə,
sadə bir suala cavab verməyə çalışaq: “Demokratiya nədir?” Şüb
həsiz ki, bu mürəkkəb anlayışın “son”, ideal tərifini verm əyə iddia
etməyərək, problemə öz baxışımızı bildirməyə çalışacağıq.
Antik mütəfəkkirlər, Platon və Aristotel kimi nəhənglər bu sua
la cavab verəndə, ilk növbədə, demokratiyanı idarəetmə forması
kimi nəzərdə tuturdular. Onlar bu formanı bir nəfərin, az bir qis
min, yaxud bütün xalqın idarə etməsindən asılı olaraq fərqləndirir
və üç əsas - monarxiya, aristokratiya v ə demokratiya haqqında da
nışırdılar.
Həm Platon, həm də Aristotel idarəetmənin hər bir formasını
ictimai həyatın məlum forması ilə, ictimai inkişafın bəzi şərtləri ilə
əlaqələndirirdilər. İnkişaf v ə siyasi formaların dəyişm əsi m əsə ləsi
barədə onların hər ikisinin müəyyən empirik materialı vardı v ə ikisi
də görürdü ki, əgər dövlətdə onu saxlayan hansısa daxili qüvvə
vardırsa, heç bir fəlakətə baxmayaraq, onun formaları dəyişir. Qa
nun yol ilə getməsindən və ya bundan kənara çıxmasından, ümumi
rifahı, yoxsa hakimiyyətdə olanların şəxsi mənafelərini nəzərdə
tutmasından asılı olaraq, bu formalardan hər biri yaxşı və ya pis ola
bilər. Ancaq bu formaların hamısı mütəhərrik və dəyişkəndir. On
lardan heç biri sonuncu və ideal şəkildə möhkəm deyildir. Bu fikir
həm də demokratiyaya aid idi.
Platonun təfsirində demokratiyanın dəyişkənliyi çıxılmaz dai
rəyə çevrilir: bir tərəfdən, bu, idarəetmələrin ən yaxşısıdır, hamı
azad olur, hər kəs öz həyatını istədiyi kimi qurmaq imkanı əldə
edir. Lakin digər tərəfdən, guya “insanların həyatında möhkəm
plan v ə qayda olmadığına görə”, burada hər şey pozulur.
Demokratiyanın dəyişkənliyi v ə mütəhərrikliyini Aristotel də
vurğulayır. Onun fikrincə sadə, təbiətə yaxın şəkildə həyat sürən
xalqlarda demokratiya daha möhkəmdir. O hesab edir ki, demokra
tiyanın digər növləri dəyişikliklərə məruz qalmışdır. Özü də o,
xalqın hökmranlığı adı altında bir dəstə demaqoqun idarə etdiyi,
möhkəm qanunların deyil, daim dəyişən göstərişlərin olduğu və
m əhkəmə sisteminin həqiqi ədalət mühakiməsinin təhqirinə çev-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
372
VIfəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
rildiyi halı ən pis hal sayır. Avropa humanizmi yunan təriflərinin
“sadəliyinə” xeyli “mürəkkəbliklər” daxil etmişdir. Qədim dünya
yalnız birbaşa demokratiyanı - ümumi xalq yığıncağı vasitəsilə xal
qın, azad vətəndaşların dövləti idarə etməsini tanıyırdı. Burada
“demokratiya” anlayışı “demokratik idarəetmə forması”, birbaşa
“xalq idarəçiliyi” tərifi ilə üst-üstə düşürdü.
Jan Jak Russo da bu yunan sözünü işlətmişdir, amma demokra
tiyanın bizim dövrümüzdə bərqərar olmuş daha geniş anlayışının
nəzəri əsaslandırılmasını m əhz o yaratmışdır. Russo hesab edirdi
ki, dövlət hakimiyyətinin m üxtəlif formaları - demokratik, aristok-
ratik, monarxiya formaları xalqın üstünlüyü ilə uyğunlaşa bilər. Bu
nunla da o, dövlət forması kimi, - ali hakimiyyət xalqa məxsusdur,
idarəetmə formaları isə m üxtəlif ola bilər,- demokratiyanın yeni
şəkildə anlaşılmasına yol açdı.
Russonun özü hesab edirdi ki, demokratiya yalnız qanunverici
liyi icra ilə birləşdirən birbaşa “xalq idarəçiliyi” şəklində müm
kündür. Xalqın öz əlində yalnız ali qanunvericilik hakimiyyətini
saxladığı, icranı isə monarxa və ya məhdud dairədə şəxslərə ver
diyi dövlət formalarını isə o, “xalqın suverenliyi” baxımından qa
nuni sayır, lakin bunları demokratik formalar adlandırmırdı.
Sonralar demokratiya anlayışı hakimiyyətin qurulmasında və
onun üzərində nəzarətdə üstünlüyün xalqa mənsub olduğu bütün
dövlət formalarına şamil edildi. Bu zaman xalqın öz ali hakimiyyə
tini həm birbaşa, həm də nümayəndələri vasitəsilə həyata keçirə
bilməsi mümkün sayılırdı. Buna uyğun olaraq, demokratiya ilk
növbədə üstünlüyün xalqın ümumi iradəsinə mənsub olduğu döv
lət forması kimi m üəyyən edilir. Bu, “ağlara və qaralara”, “prole
tarlara v ə burjualara” bölünmədən, yəni cəm halında bütün xalq
kütləsinin özünüidarəsidir. Dem əli, hər hansı sinfi ağalıq, necə in
san olmasından asılı olmayaraq, bir insanın digəri üzərində süni su
rətdə ucaldılması demokratiya ideyasına eyni dərəcədə ziddir. B e
ləliklə, bolşeviklərin qəbul etdikləri sinfi demokratiya nəzəriyyəsi
həm öz-özün ə, həm də siyasi fəlsəfənin bərqərar olmuş prinsiplə
rinə zidd idi.
373
Bu təriflər baxımından hamı, o cüm lədən müasir n ə z ə riy y ə
monarxiyalı Böyük Britaniyanı respublikaçı Fransadan heç də az
demokratik hesab etmir. Eləcə də monarxiya quruluşu olan digər
ölkələr, m əsələn, İsveç, Norveç, Danimarka, Niderland bəyanna
mələr səviyyəsində demokratik elan edilmiş Afrika v ə ya Latın
Amerikası ölkələrindən müqayisəolunmaz dərəcədə demokratik
ölkələr sayılır.
Bu mənada müasir siyasi fikir demokratiya haqqında antik
dövrdəki təsəvvürlərdən daha mürəkkəb təsəvvürə gəlmişdir. La
kin digər baxımdan müasir siyasi fikir demokratiyanın m ahiyyəti
nin qədim yunan anlamını nəinki təsdiqlədi, həm də m öhkəm lən
dirdi. Siyasi inkişafın idealı kimi hüquqi dövlət idealını ümumi
ideal təki irəli sürərək, biz çox vaxt demokratiyaya belə dövlətin
formalarından biri kimi baxırıq. Ancaq hüquqi dövlət ideyası ilə sıx
bağlı olan təkcə hakimiyyətin əsasları haqqındakı təsəvvür d eyil
dir. Vətəndaşların hüquqları, onların azadlıqları da ondan asılıdır.
Ona görə də demokratiyanın azad həyatın forması olması barədə
antik tərif hüquqi dövlətin mahiyyəti kimi demokratiyanın özünün
mahiyyəti ilə üzvi şəkildə çulğaşır.
Bu baxımdan demokratiya şəxsiyyətin v ə onun axtarışlarının
mümkün qədər tam azadlığı, rəylərin v ə sistemlərin yarışı dem ək
dir. Əgər Platon demokratiyanın mahiyyətini hər bir adamın öz ar
zularına uyğun olaraq yaşamaq imkanı əldə etməsində görürdüsə,
bu tərif demokratiyanın indiki anlamına daha yaxşı uyğun gəlir.
Ona görə də insanın fərdiliyinin mümkün qədər tam və azad şəkil
də özünü göstərməsi, yaradıcılığın istənilən istiqamətləri və təza
hürləri üçün açıq olması demokratiya ideyasına uyğun gəlir. Prak
tik olaraq demokratiya əksəriyyətin hakimiyyəti demək olsa da,
Franklin Delano Ruzveltin çox dəqiq dediyi kimi, azadlığa m əhəb
bətin ən yaxşı sübutu azlığın qoyulduğu vəziyyətdir. Hər bir insa
nın öz mahiyyətini göstərməsi üçün başqaları ilə bərabər imkanı
olmalıdır”.
Tanınmış Avstriya hüquqşünası, normativlik məktəbinin banisi
və ən böyük nümayəndəsi Hans Kelzen (1881-1973) münasibətlə
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
374
rin bu forması üçün uğurlu tərif tapmış, onu siyasi relyativizm sis
temi adlandırmışdır. Bu o deməkdir ki, əgər siyasi absolyutivizm
sistemi hansısa bir siyasi qaydanın, etiqadlann, baxışlann m əcm u
sunun prinsipial şəkildə bütün digərlərini inkar və qadağan et
məsindən ibarət olan qeyri-məhdud hökmranlığıdırsa, siyasi relya-
tivizim sistemi ictimai həyatda heç bir mütləq qayda, etiqadlar və
baxışlar tanımır. Ondan ötrü bütün siyasi rəylər və mövqelər nisbi
dir, hər birinin diqqət göstərilm əyə və hörmət edilm əyə haqqı var
dır. Demokratik ideyanın ehtimal etdiyi dünyabaxışı m əhz relyati-
vizmdir. E lə buna görə də o, hər bir əqidəyə özünü göstərmək və
digər əqidələrlə azad yarışda özünün əhəm iyyətini təsdiq etmək
imkanı yaradır. Demokratik ideya heç bir istisna olmadan, yalnız
ünsiyyət şəraitindən irəli gələn məhdudiyyətlər nəzərə alınmaqla,
hamı üçün azadlıq olmasını tələb edir.
Alimlərin bir çoxu demokratiyanı azad idarəetmə (Free govem -
ment - ingiliscə “Azad idarəetmə”) adlandırır. Bu, azadlıq anlayı
şının dövlətin demokratik forması haqqında təsəvvürlə nə dərəcədə
sıx uzlaşdığını, sanki onu tamamladığını bir daha göstərir.
Lakin demokratiyanın bərabərliyə çalışması xüsusiyyətini
xatırlatmasaq, onda demokratik ideyanın ən mühüm əlamətlərindən
birini nəzərdən qaçırmış olarıq. D e Tokvil yazırdı ki, demokratiya
azadlıqdan daha çox bərabərliyə səy göstərir: “insanlar azadlıqda
bərabərlik istəyirlər v ə əgər bunu ala bilmirlərsə, onlar bunu kölə
likdə də istəyirlər” 183.
M ənəvi v ə siyasi baxımdan bərabərlik və azadlıq arasında daha
çox uyğunluq vardır. B iz insan üçün azadlığı ilk növbədə onun öz
şəxsiyyətini tam şəkildə və m aneəsiz olaraq gösterə bilməsindən
ötrü tələb edirik. Lakin şəxsiyyət hər bir insanın ayrılmaz “atri
butu” olduğunu görə, biz həm də bütün insanların bərabərliyini tə
ləb edirik.
Demokratiya təkcə azadlığı deyil, həm də bərabərliyi təmin et
məyi qarşısına m əqsəd qoyur. Ümumi bərabərliyə nail olmaq sə y
lərində demokratik ideya özünü heç də ümumi azadlığa nail olmaq
səylərindəkindən az göstərmir. Xalqın ümumi iradəsinin dövlətin
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
375
Dostları ilə paylaş: |