104
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
biya, Venesuela, Argentina, Peru, Braziliya, Kosta-Rika və
Uruqvay kimi bir sıra dövlətlər demokratiya və ya məh-
dudlaşdırılmış demokratiya prinsiplərinə qayıtdı. Cənub-Şərqi
Asiya dövlətləri də demokratiyaya doğru keçid etdi, Hindistan,
Şri-Lanka, Malayziya və Pakistan kimi ölkələr özlərində de-
mokratik rejimlərə bənzər rejimlər formalaşdırdı.
1960-cı ildə Afrikanın ən iri dövləti – Nigeriya demokratik
inkişaf yoluna qədəm qoydu.
İsrailin demokratik dövlət kimi təşəkkülü də həmin dövrə
aiddir.
Lakin demokratikləşmənin birinci dalğası kimi, ikinci dal-
ğası da geriçəkilməyə məhkum idi. Buna isə heç də demokratik
rejimlərin zəifliyi səbəb olmamışdır. Dünyanın bir çox dövlət-
lərində demokratiyanın süqutunda əsas rolu geostrateji və coğ-
rafi-iqtisadi reallıqlar oynamışdır ki, bunların da mahiyyəti ma-
liyyə imkanları və yeni iqtisadi üstünlüklər uğrunda müba-
rizədən ibarət idi.
Məlum olduğu kimi, iqtisadi və siyasi nüfuzun qlobal amili
olan neft erası XX əsrin 50-ci illərində başlanmışdır. O illəri iri
neftçıxarma şirkətlərinin – Amerika və Avropanın biznes aləmi-
nə mənsub olan və həmin dövrdə çox böyük hakimiyyətə
yiyələnmiş və ağlasığmaz məbləğdə izafi mənfəət qazanmış ilk
cığıraçan qansoranlar epoxası adlandırmaq olar. 1960-cı illər
ucuz neft və “qara qızıl”ı ucuz qiymətə və getdikcə artan qeyri-
məhdud miqdarda alan istehlakçılar epoxası kimi yadda
qalmışdır. Həmin onillikdə Neft İxrac Edən Ölkələr Təşkilatı
(OPEK) meydana gəldi və möhkəmləndi, hasilatçılarla isteh-
lakçılar, hasilatçılarla şirkətlər arasında gərgin qarşıdurma ya-
randı. Elə həmin vaxt bədnam “yeddi bacı” (Qərbin yeddi ən iri
neft şirkəti) Amerika ictimaiyyətinin nəzərində, sözün əsl
mənasında, rüsvay oldu.
105
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
1970-ci illər OPEK-in istehlakçı ölkələrlə və onların iri
şirkətləri ilə birbaşa qarşıdurmasında qalib gələn neft hasil edən
ölkələrin təntənəsi onilliyinə çevrildi. Nəticədə yaranan böhran
neftin qiymətlərini qaldırdı və bu qiymətlər 1973-1974-cü illər
üçün dörd dəfə artdı.
1950-ci illərin əvvəllərində ser Hans Siqler və Raul Prebiş
(Argentina iqtisadçısı) belə bir tezis irəli sürdülər ki, inkişaf
etməkdə olan ölkələrin real mübadilə şərtlərinin göstəricisi –
term of trade (ticarət şərtləri) bir sıra səbəblər üzündən daim
pisləşir, ona görə də bu ölkələr idxalın müəyyən həcmini sax-
lamaq üçün öz məhsulunu daha çox ixrac etməyə məcburdur.
Belə çıxır ki, onlar getdikcə daha çox məhsul istehsal edir, lakin
bu, rifahı yüksəltməyən, “yoxsulluq doğuran” artımdır. Bu,
dünyada baş verən sosial-iqtisadi proseslər üzərində çox mü-
hüm müşahidə, siyasətçilər və dövlət başçılarına gələcək üçün
nəticələr çıxarmağa imkan verən müşahidə idi. Lakin alimlərin
üzə çıxardıqları və sosial fəlakətlərə səbəb ola biləcək qanuna-
uyğunluq aradan qaldırılmadı.
Bütün bunlar bəzi ölkələrdə siyasi qruplaşmaların dövlətin
təbii sərvətlərindən məqsəddənkənar istifadə hesabına şəxsi
varlanmaq üçün birinciliyə nail olmaq niyyətinə əhəmiyyətli
dərəcədə təsir göstərirdi. Bununla yanaşı, kapitalın müstəqil
artımının əvvəlki mexanizminin imkanlarının tükənməsi ilə əla-
qədar istehsalı optimallaşdırmaq yollarının axtarışında, habelə
iqtisadi həyatın tənzimlənməsinə dair keynsçi reseptlərin böh-
ranında öz ifadəsini tapan 1970-80-ci illərin dünya iqtisadi
böhranı belə bir məsələ üzərində düşünməyə vadar etmişdi:
böhranların tez-tez baş verməsində, kütləvi işsizlikdə və
inflyasiya proseslərinin sürətlənməsində özünü büruzə verən
dünya iqtisadiyyatının pozulması, ümumiyyətlə, iqtisadi sistemə
daxilən xas olan uzunmüddətli dövri dəyişmələrin təzahürü de-
yilmi? Bütün bunlar Böyük Britaniya və Fransanın keçmiş müs-
106
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
təmləkələrində, habelə demokratik rejimlərin hələ formalaş-
madığı dövlətlərdə siyasi proseslərə təsir göstərməyə bilməzdi.
1960-cı illərdə hətta Böyük Britaniyada dövlətin iqtisadi
siyasətinin məqsədlərindən heç birinin həyata keçirilmədiyi və-
ziyyət yaranmışdı; son dərəcə qeyri-adi vəziyyət və olduqca pis
iqtisadi mövqe əmələ gəlmişdi. İqtisadiyyat süst inkişaf edirdi,
canlanma isə müşahidə olunmur və gözlənilmirdi. İqtisadiyyatı
irəlilədə biləcək innovasiyalar meydana gəlmirdi. Eyni
zamanda, inflyasiya tüğyan edirdi. Odur ki, ölkə yeni iqtisadi
fenomenlə – staqflyasiya ilə tanış olmuşdu ki, bu da iqtisadi
durğunluğun (staqnasiyanın) qiymətlərin yüksək sürətlə artımı
ilə birləşməsi deməkdir. İnflyasiyanın inkişafı hakimiyyət
orqanlarının və həmkarlar ittifaqlarının nominal əmək haqqı
barədə apardıqları və tətillər nəticəsində tez-tez dayandırılan
sərt danışıqlarla müşayiət olunurdu.
1975-ci ilədək 38 ölkədə dövlət çevrilişləri baş verdi, 1958-
ci ildən fəaliyyət göstərən 32 demokratik rejimin üçdəbiri 1970-
ci ilin ortalarınadək avtoritar rejimlərə çevrildi
1
.
1960-cı ildə qonşu Türkiyədə hərbi çevriliş oldu. 1950-ci
illərdə, Demokratik Partiyanın hakimiyyəti dövründə Türkiyədə
hərbçilərin sosial vəziyyəti çox pisləşmişdi və bu, 1960-cı il
dövlət çevrilişinin səbəblərindən biri idi. Çevrilişdən sonra
orduda əmək haqqı artırıldı və bir sıra güzəştlər tətbiq edildi.
Milli Birlik Komitəsi Adnan Menderes hökumətini devirdi və o,
sonra edam olundu.
1967-ci ildə Yunanıstanda “qara polkovniklər”in təzyiqi
nəticəsində demokratiya süquta uğradı. 60-cı illərin ortalarında
orada ciddi hakimiyyət böhranı müşahidə olunurdu ki, buna da
aramsız hökumət dəyişmələri, hər cür sosialist və kommunist
1
С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М.,
2003, стр.31.
Dostları ilə paylaş: |