32
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
onun dövründə mövcud olmuş, əslində, bütün sahələrini zən-
ginləşdirmişdir. Dövlət və cəmiyyət məsələsi də filosofun
diqqətindən kənarda qalmamışdır. Onun dövlət və cəmiy-
yətin öyrənilməsinə həsr edilmiş əsərləri arasında başlıca
yeri, şübhəsiz, “Siyasət” tutur.
İdeal polisin nəzəri quruluşunu vermək Aristotelin “Siya-
sət”də qarşısına qoyduğu son vəzifədir. Aristotelin ideal
polisini eramızdan əvvəl IV əsrdəki yunan polisləri, onların
mövcudluğunun xarici və daxili şərtləri ilə birləşdirən tellərin
axtarılması özünü tamamilə doğrultmuş olardı. Əlbəttə, Aris-
totelin risaləsinin məzmunu ilə onun yaşadığı dövr arasında
əlaqə bununla bitmir. “Siyasət”də əsaslandırılmış fikrə görə,
polis xoşbəxt həyata, yəni fəzilətə uyğun həyata nail olmağa
kömək edən birliyin ali formasıdır; burada polis anlayışı
özünün ən sadə elementlərinə parçalanır. Antik cəmiyyətin
dayaqlarından birinin – şəxsi mülkiyyətin tərəfdarı olan
Aristotel bu fikri onunla əsaslandırırdı ki, mülkiyyətə tələbat
insana təbiətən xasdır.
Aristotel dövlət quruculuğunun müxtəlif nəzəriyyələrinin
nəzərdən keçirilməsinə Platonun layihəsinin təhlilindən baş-
layır. O, həmin layihənin praktikada həyata keçirilməsinin
çətinliyini xüsusi vurğulayır və Platonun nəzəri mövqeyini –
real surətdə mövcud olan çoxluqla hesablaşmadan, dövlətdə
tam birlik tətbiq etmək niyyətini tənqidə tutur. Platonun
“Qanunlar”ında Aristotel əsassız iddialar, bəzi hallarda isə,
ətraflı düşünülməmiş müddəalar tapır ki, bunlar da həyata
keçirilərkən müəyyən çətinliklər törədə və arzuedilməz
nəticələr verə bilər.
Dövlət quruluşları növlərinin tədqiqinin əvvəlində Aristo-
tel, ümumiyyətlə, dövlət haqqında məsələni araşdırır. O,
33
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
hərdən yunan polislərinin təcrübəsinə müraciət edərək, ilk
növbədə, “vətəndaş” anlayışını təhlil edir. Aristotel öz rəyini
belə ifadə edir: “Vətəndaşın bir neçə növü var ... Vətəndaş,
əsasən, vətəndaş hüquqlarının məcmusuna malik olan kəs-
dir”. Aristotelin mühakimələrində böyük rol oynayan etik
baxış onu əsl vətəndaş fəzilətinin yaxşı insan fəzilətinə
münasibəti məsələsi ilə dərhal məşğul olmağa sövq edir.
Aristotel belə nəticəyə gəlir: bu fəzilətlər bir dövlətdə eyni,
digərində isə müxtəlifdir. Beləliklə, burada filosofun ümumi
müddəası özünü büruzə verir: mücərrəd xarakterli mülahizə-
ləri əsas tutaraq, nəzəri məsələləri birmənalı şəkildə deyil,
gerçəkliyin, o cümlədən siyasi reallığın mürəkkəbliyini və
müxtəlifliyini nəzərə almaqla həll etmək.
Yəqin etmək çətin deyil ki, Aristotelin işlətdiyi hər bir si-
yasi terminin arxasında tamamilə konkret məzmun var. Filosof
öz sxemini reallığın bütün müxtəlifliyini əhatə edə bilən çevik
sxemə çevirməyə çalışır. O, öz dövründəki dövlətləri misal
gətirərək və tarixə nəzər salaraq, əvvəla, dövlət quruluşunun
ayrı-ayrı növlərinin daxilindəki hər cür müxtəlifliyin müm-
künlüyünü təsdiqləyir, ikincisi, qeyd edir ki, bəzi dövlətlərin
siyasi quruluşu müxtəlif dövlət quruluşlarının əlamətlərini
özündə birləşdirir və padşah hakimiyyəti ilə müstəbid haki-
miyyəti arasında oliqarxiyaya meyilli aristokratiya, demokra-
tiyaya yaxın politiya və s. kimi aralıq formalar mövcuddur.
“Siyasət”in son iki kitabında vətəndaşların xoşbəxt həyat
sürdükləri ən yaxşı dövlət quruluşunun layihəsi şərh edilir.
Aristotel “Siyasət”də yazır: “Dövlət ancaq yaşamaq naminə
yox, əsasən, xoşbəxt yaşamaq üçün yaradılır”
1
.
1
Аристотель. Политика. Сочинения в 4-х т. М., 1984, т. 4, стр. 455-457,
459-462.
34
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Demokratiya ona ciddi yanaşanların
qarşısında, demək olar, həlledilməz
problemlər qoyur, demokratiyaya
nifrət edənlərdən ötrü isə, demək
olar, hədsiz imkanlar açır.
Vatslav Havel
Bu cür layihələr hazırlanması Aristotelin dövründə yenilik
deyildi: bu baxımdan filosofun sələfləri olmuşdur və onların
nəzəriyyələri “Siyasət”in ikinci kitabında araşdırılır. Aristo-
telin sözlərindən, habelə Platonun bizə yaxşı məlum əsərlə-
rindən göründüyü kimi, bu layihələrin müəllifləri öz təklif-
lərinin əməli surətdə həyata keçirilməsi barədə düşünmür-
dülər. Odur ki, belə layihələr Aristoteli qane etmirdi. O, ideal
quruluş barədə öz təlimini şərh edərkən bunu əsas tuturdu ki,
bu təlimdə həyata keçirilə bilməyən heç nə yoxdur.
“Siyasət”də təsvir olu-
nan ideal dövlət quruluşu
əvvəlki şərhdə aristokrati-
ya adlandırılan quruluşa
ümumən yaxındır. Aristo-
telə görə, belə polisdə tam-
hüquqlu vətəndaşlar fəzilə-
tin inkişafına təkan verən və deməli, dövlətə xoşbəxt həyatı
təmin edən tərzdə yaşayırlar.
Qədim Afinada xalq yığıncağı – eklessiya əmlak vəziy-
yətindən və ad-sanından asılı olmayaraq, Afinanın 20 yaşdan
yuxarı tamhüquqlu vətəndaşlarından ibarət olurdu. Qadınla-
rın və mateklərin, yəni gəlmə sakinlərin afinalıların yığın-
cağında iştirak etmək hüququ yox idi. Beləliklə, yalnız Afina
vətəndaşları siyasi sahədə tamhüquqlu vətəndaşlar sayılırdı
ki, onlar da bu qədim yunan polisi sakinlərinin ümumi sa-
yının 1 faizini təşkil edirdi.
Təbii ki, demokratik prinsiplərin antik anlamı müasir nor-
malara uyğun gəlmir, çünki antik filosofların nəzəriyyəsində
söhbət xeyli dərəcədə dövlətin idarə olunmasında qulların və
əhalinin kasıb təbəqələrinin iştirakı hüququndan gedir. Antik
Dostları ilə paylaş: |