36
edə bilər, layihədə mövcud sosial şəbəkələrə qoşularaq
müzakirələrdə iştirak edə bilər. Nəticədə viki-mühitin nəhəng
məlumat bazası hər saniyə yeni məqalə, xəbər, kitab, foto, audio-
və video-fayllarla zənginləşir. Sadalanan bu imkanlar viki-
mühitdə toplanan informasiyanın həcminin sürətlə artmasına
səbəb olmuşdur.
Vikimetrik tədqiqatlar zamanı viki-mühitdə toplanan
verilənlərə Big Data kimi yanaşmaq daha düzgündür.
Tez-tez
dəyişdirilən, tipinə, formatına, strukturuna və s. parametrlərə
görə müxtəlif verilənlərdən təşkil olunmuş
Big Data
-
nın
ölçülməsi müxtəlif çətinliklər yaradır. Məsələn, milyonlarla veb-
səhifəyə malik hər hansı bir viki-layihədə səhifələrin, səhifədəki
sözlərin, hiperistinadların, media-faylların sayı tez-tez dəyişir.
Belə bir şəraitdə vikimetrik tədqiqatlarda zaman faktoru,
tranzaksiya sürəti, verilənlərin tipi mühüm rol oynayır. Viki-
mühiti tədqiq edən mütəxəssislər tərəfindən son illər ilk növbədə
Big Data texnologiyalarından istifadə etməklə viki-layihələrdə
toplanmış verilənlərin analitik və intellektual analizi həyata
keçirili
r. Məqsəd viki-mühitdə fəaliyyət göstərən İnternet
istifadəçilərin nüfuzunu və məqsədini təyin etmək, viki-
səhifələrin və bu səhifələrə əlavə edilən multimedia resurslarının
keyfiyyətini, effektivliyini qiymətləndirməklə faydalı bilik əldə
etməkdir [26, 33, 34].
Vikimetriyaya əsaslanan tədqiqatların üstün cəhəti ondan
ibarətdir ki, tədqiqatlarda digər İnternet-layihələrlə müqayisədə
daha böyük həcmli və yenilənmiş verilənlərdən istifadə edilə
bilir və bu verilənlərin əldə olunması daha sürətli həyata keçirilir.
37
Belə ki, viki-layihələrdəki informasiyanı özündə toplayan VB
hər kəs üçün açıqdır və istənilən statistik məlumat gündəlik
təzələnir. Mənfi cəhəti isə verilənlərin həddən artıq çox olması
və bu bazalarda verilənlərin çox hallarda qarışıq və anlaşılmaz
göstərilməsidir
.
Viki-
mühitdə toplanan verilənlərin əsas
xüsusiyyətləri aşağıda göstərilmişdir:
Verilənlərin həcmi. Vikipediyaya aid VB-də verilənlərin
həcmi baytlarla göstərilir. Hər bir viki-layihədə, viki-səhifədə,
kateqoriyada topla
nan verilənlərin həcmi onların analizində Big
Data
sistemlərindən istifadə olunub, olunmamasını təyin edir.
Verilənlərin müxtəlifliyi. Viki-kontent müxtəlif tipdə ola
bilər. Viki-səhifələrə mətn, səs, şəkil və video-fayllar
yerləşdirmək mümkün olduğuna və Vikimedia əksər formatları
dəstəklədiyinə görə verilənlər müxtəlif tipdə və strukturda
toplanırlar.
Verilənlərin sürəti. Vikimedia serverləri brauzerdən daxil
edilən verilənləri emal edərək yadda saxlayırlar. Nəzərə almaq
lazımdır ki, viki-səhifəyə daxil edilən hər bir simvol generasiya
olunaraq bazada saxlanılır və veb-səhifələrdən silinsə belə VB-
da qalır və istənilən zaman layihə adminstratorları tərəfindən
bərpa edilir.
Verilənlərin dəyişkənliyi. Viki-səhifələr açıqdır və hər an
birbaşa brauzerdən dəyişdirilir. Baxılan səhifə yenilənmədən
sonra artıq tam başqa strukturda və dizaynda təqdim oluna bilər.
Bu faktor müsbət hal kimi qəbul olunsa da analiz zamanı
verilənlərin idarə olunmasında müəyyən problemlər yaradır.
38
Mürəkkəblik. Verilənlər bazaya müxtəlif mənbələrdən
daxil olurlar. Viki-
səhifələr arasında mürəkkəb semantika
mövcuddur. Səhifələr arasında linklər müxtəlif tipdə olurlar:
layihə daxili linklər, dil faktoruna görə (intervikilər) linklər,
kateqoriyalara görə linklər, digər viki-layihələrə linklər və
nəhayət xarici layihələrə (İnternetin müxtəlif veb-saytlarına)
linklər. Belə bir mürəkkəblik vikimetrik tədqiqatları
mürəkkəbləşdirir.
Vikipediya v
ə onun layihələrindəki problemlərin həlli ilə
əlaqədar WMF hər il Vikimania (Wikimania) adı altında
beyn
əlxalq konfranslar keçirir. Konfranslar elmi xarakter
daşımaqla yanaşı, viki-cəmiyyət üzvlərinin görüşməsinə,
fikirl
ərini bölüşdürməsinə, təcrübə mübadiləsi aparmalarına
köm
ək edir. İlk beynəlxalq konfrans “Wikimania-2005” adı
altında
Frankfurtda
keçirilmişdir.
“Wikimania-2012”
Vaşinqtonda, “Wikimania-2013” beynəlxalq konfransı isə Honq
Konqda keçirilmişdir. Avqust ayının 8–10-da Londonda
keçiril
ən “Wikimania-2014” beynəlxalq elmi-praktiki konfransda
əsasən viki-texnologiyaların yeni imkanları və problemləri
müzakir
ə olunmuş, Vikipediya layihələrinin müasir tədrisdə,
iqtisadiyyatda, akademik mühitd
ə, KİV-də və sosial şəbəkələrdə
rolu araşdırılmışdır [40]. Ayrı-ayrılıqda viki-mühitin hər bir dil
bölm
əsi üzrə də beynəlxalq konfranslar keçirilir. Məsələn, viki-
layih
ələrin inkişafı probleminə həsr olunmuş rus dilindəki
Vikipediya istifad
əçilərinin altıncı konfransı 10–11 noyabr 2013-
cü ild
ə Moskvada keçirilmişdir [41].
Dostları ilə paylaş: |